N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə161/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   157   158   159   160   161   162   163   164   ...   194

 

573


C.Məmmədquluzadənin əsərlərində təsadüf edirik – bu 

sözlərin çoxunu hələ o zaman xalq anlayır, başa düşürdü.

1

 

Əslində bu sözlər C.Məmmədquluzadənin, eləcə də digər 



mollanəsrəddinçilərin dilinə bilavasitə ümumxalq dilindən 

gəlirdi. 

Satirik-realistlər xalq dilinə enməklə, ana dilinin ən 

dadlı-duzlu ifadələrini ədəbi dilə gətirməklə və xalq danışıq 

dili ilə ədəbi dil arasında məsafə saxlamamaqla, əslində, 

XX əsrin əvvəllərində Azərbaycan türk ədəbi dilinin 

zənginləşməsi, inkişafı üçün təsəvvür edilməz dərəcədə 

böyük iş gördülər. Və ona görə də bu mərhələnin ədəbi 

dilinin mənzərəsini onların əsərlərinin verdiyi dil-üslub 

təcrübəsindən kənarda canlandırmaq, sadəcə olaraq, 

mümkün deyil. 

Lirik-romantiklərin (füyuzatçıların) dili.  

Son zamanlara qədər Azərbaycan dilçiliyində belə bir 

fikir mövcud idi ki, Azərbaycan ədəbi dilinin milli zəmində 

və milli keyfiyyətlə formalaşmasında füyuzatçıların və 

onlar kimi-kimilərin heç bir mütərəqqi rolu olmamışdır. 

Füyuzatçılar milli dilin inkişafına heç nə vermirlər, ən 

yaxşı halda isə inkişaf etdirmək adına onun milli 

keyfiyyətlərini pozmağa meyl göstərirlər. Lakin 

müşahidələr göstərir ki, lirik-romantiklər də, satirik-

realistlər qədər olmasa da, ədəbi-bədii dilin inkişafında, 

üslub-janr diferensiasiyasında müəyyən rol oynamışlar. 

“Tərcüman” (XIX əsrin sonları) qəzetindən “Füyuzat”a 

qədər formalaşma prosesi keçən lirik-romantik üslub 

kifayət qədər zəngin nitq potensialına malikdir: 

 

                                                           



1

 Bax: E.Əlibəyzadə. Azərbaycan ədəbi dilinin inkişafında Cəlil 

Məmmədquluzadənin rolu. – Ədəbiyyat və Dil institutunun əsərləri, VI cild, 

Bakı, 1954, səh. 170. 




 

574


Nəzər qıl, diqqət et, öyrən həyatın əsl mənasın,  

Həyatından sənə bir mətləbü mənzur lazımsa!.. 

 

Xəyalından keçən huri burax, xülyapərəst olma,  



Həyatın cənnətindən al həqiqət, hur lazımsa!.. 

 

…Gözəl bir istifadə etməli gəncinədir aləm,  



Ədibi-əqldən dərk al, əhər düstur lazımsa!.. 

 

Əsrin əvvəllərində ədəbi dilin mənzərəsini bütün 



tərəfləri ilə canlandırmaq üçün lirik-romantik ədəbiyyatın 

dilindən xüsusi şəkildə bəhs etmək lazım gəlir. 

Lirik-romantiklərin dili, xüsusilə leksikası ərəb-farsizm 

və ya türkizmlərlə (bu baxımdan onlar iki yerə ayrılır) 

zəngindir. T.Hacıyev göstərir ki, “bu meyl XIX əsrin 

sonlarında “Tərcüman” qəzetinin dil təcrübəsi ilə başlanır. 

XX əsrin əvvəllərində isə “Həyat” qəzeti ona havadar çıxır. 

“Həyat”ın yolunu tipikləşdirilmiş, “nəzəri” cəhətdən 

əsaslandırılmış şəkildə “Füyuzat” davam etdirir. Jurnalın 

ilk proqram yazısında bu açıqca bildirilir: “Məcmuəmizə 

Füyuzat adı ələltəsadüf verilmiyor, bu nam “Həyat”dan 

təbii olaraq təvəllüz ediyor” (“Füyuzat”, N l)”.

1

 

Lirik-romantiklər içərisində Əli bəy Hüseynzadə, 



Hüseyn Cavid, Məhəmməd Hadi və b. diqqəti cəlb edirlər. 

Əli bəy Hüseynzadə adı çəkilənlərin içərisində daha 

çox nəzəriyyəçi kimi diqqəti cəlb edir – Ə.Hüseynzadə 

“ümumi türk dili” ideyasının təbliğatçılarından biri idi və 

“ümumi türk dili” deyəndə birinci növbədə İstanbul 

ləhcəsini nəzərdə tuturdu. Məsələn, “İkinci il” dərsliyi 

çıxanda Ə.Hüseynzadə “Yazımız, dilimiz, ikinci ilimiz” 

adlı olduqca polemik bir məqalə yazıb (“Tərəqqi” qəzeti, 9, 

                                                           

1

 T.Hacıyev. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili, səh. 21-22. 




 

575


10 fevral, 1909) əsaslandırmağa çalışır ki, ədəbi dili 

(söhbət türk ədəbi dilindən gedir) sadələşdirməyə, 

demokratikləşdirməyə və ya müasir terminlə desək, 

regionlaşdırmağa (yəni Azərbaycan miqyasına endirməyə) 

heç bir ehtiyac yoxdur. 

Lirik-romantiklərin Ə.Hüseynzadə tərəfindən işlənib 

hazırlanmış nəzəriyyəsini həyata H.Cavid, M.Hadi “tətbiq 

edirdilər”. 

H.Cavidin dili daha çox türkizmlərə meyil edən bir 

dildir – bu dilin lirizmi birinci növbədə diqqəti çəkir: 

 

Eşq atəşi can yıxıyor,  



Ürəkdən qanlar axıyor. 

 

Tale mənə yan baxıyor,  



Həm gülümsər, həm ağlarım. 

 

Gönül həp sızlar, həp inlər,  



Xəzan fəryadını dinlər. 

 

Anıldıqca keçən günlər  



Həm gülümsər, həm ağlarım.  

Hər səfada cəfa buldum,  

Açmadım saraldım-soldum, 

 

Sərbəst ikən əsir oldum,  



Həm gülümsər, həm ağlarım. 

 

Tədqiqatçılar doğru olaraq göstərirlər ki, H.Cavidin və 



onun üslubi istiqamətinin nümayəndələrində türkizmlər 

təkcə leksik mənimsəmələr şəklində təzahür etmir. Bütöv 

tələffüz norması, morfoloji-sintaktik quruluşu, lüğət tərkibi 



 

576


ilə türkcəyə uyğun gəlir.

1

 



M.Hadinin dili, H.Cavidin dilindən fərqli olaraq, daha 

çox ərəb-farsizmlərə meyillidir. Həbib, təhqir, qətl, qitə 

kimi ərəb sözləri azərbaycanca anlaşıldığı və tarixi işlənmə 

təcrübəsinə malik olduğu halda, M.Hadi həmin kökdən 

olub anlaşılmayan hübb, əhqər, qital, qitaət formalarını 

işlədir.


2

 Eyni zamanda, Azərbaycan dilinə keçmiş yüzlərlə 

ərəb sözünü, buna ehtiyac olmadan ərəb cəm şəklində 

təqdim edir: Hökm-əhkam, xələf-əxlaf, ruh-ərvah, kədər-

əkdar, qələm-əqlam, dərs-dürus, qəlb-qülub, bədən-əbdan, 

zövq-əzvaq  və s.

3

 T.Hacıyev diqqəti cəlb edən belə bir 



müqayisə aparır: “Molla Nəsrəddin” Sabir üçün hansı tarixi 

rolu oynayıbsa, “Füyuzat” da Hadi üçün həmin işi görüb. 

Yaxud, “Molla Nəsrəddin” Sabir üçün nədirsə, “Füyuzat” 

da M.Hadi üçün odur və ya M.Hadi də “Füyuzat” üçün 

həmindir.

4

 



M.Hadidən aşağıdakı parçaya diqqət edək: 

 

Zavallı şairə bax, uğraşır xəyalı ilə,  



Həqiqəti buraxıb oynayır zülalı ilə. 

 

Cahan həqiqətə aşiq, bu da xəyalnəvərd,  



Zavallı, ah zavallı, nasıl böyük bir dərd! 

 

Həqiqətin payı yoxkən mətan-dünyadan,  



Götürməyir yenə al, bəxtsiz, bu xülyadən. 

 

...Dolaşmağın nə gərək şergahi-lahutu,  



                                                           

1

 Azərbaycan ədəbi dili tarixi, səh. 196. 



2

 T.Hacıyev. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili, səh. 28. 

3

 T.Hacıyev. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili, səh. 29. 



4

 Yenə orada, səh. 33. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə