N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə165/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   161   162   163   164   165   166   167   168   ...   194

 

590


dəryası!.. 

Bəs nəyə tamaşa edirlər hacılar, kərbəlayılar və 

məşədilər? 

Dəryanın kənarında urus balaları çimir!.. 

Nə səfalısan, ey Bakı dəryası! Nə gözəlsən, ey 

dəryaların padşahı!.. 

 

Dəli (“Molla Nəsrəddin”, 29 iyul 1907). 



 

Göründüyü kimi, mətnin bütün publisistik məqsədi 

ondan ibarətdir ki, gününü mənasız işlərlə keçirən “hacılar, 

kərbəlayılar və məşədilər”i (ancaq və ancaq onlarımı?) ifşa 

etsin, ovqat bütöv mətn boyu məhz buna hazırlanır, bədii-

üslubi fiqurların ən klassik formalarından istifadə olunur – 

fikrin lazımı emosionallıqda və möhkəm psixoloji 

əsaslandırılmalarla çatdırılmasına çalışılır. 

Bədii-publisistik dilin daha çox satirik istiqamətdə 

inkişafını xüsusi qeyd etməklə yanaşı, demək lazımdır ki, 

əsrin əvvəllərində ciddi bədii-publisistik dil də mövcud 

olmuşdur (C.Məmmədquluzadənin “Azərbaycan” 

məqaləsini, yaxud M.T.Sidqi haqqındakı təsirli yazısını 

xatırlayın, Ö.F.Nemanzadənin bədii publisistikasını yada 

salın). 

Publisistik təfəkkürdə bədiiliyin fəallığı həm əsrin 

əvvəllərindəki romantik ovqat, həm də tarixən 

müəyyənləşmiş milli xüsusiyyətlərlə bağlıdır. 

Elmi-publisistik dil. XX əsrin əvvəllərində elmi dilin 

nümunələrinin meydana çıxması, hər şeydən əvvəl

mətbuatın siyasi və ya bədii təfəkkürün daşıyıcısı olaraq 

qalmaması, eyni zamanda, elmi təfəkkürün ifadəsi, intişarı 

üçün əsas vasitələrdən biri olmasıdır. 

Elmi-publisistik dili elmi üslubdan fərqləndirmək 




 

591


həmişə mümkün deyil, lakin ümumən mümkündür – 

məsələn, aşağıdakı mətn elmi üslubdan çox, elmi-

publisistik dilin (publisistik üslubun) faktıdır: “İndiki 

əsrimizin… müqtəzasınca ədəbiyyati-cədidə və ətiqənin bir 

ünsürü də intiqaddır dekilsə, eyni həqiqətdir… İntiqad hər 

yerdə olursa-olsun gözəldir. Aləmi-mətbuatdamı, 

ədəbiyyatdamı… yaxud başqa bir yolda intiqad mürəat 

olunsa səmərəsi faydabəxşdir… Ədəbiyyat cümləsində 

yazılmış məqalələrə bir nəzər edərsək, hər kimin xatirinə nə 

gəlirsə yazır. Eybi yox, yazılmalı. Lakin bu mühərriratı 

“ədəbiyyatın ələyi” məsabəsində olan intiqadın tədqiq və 

təmizliyindən keçirmək lazımdır” (“Həqiqəti, əfkar” 

qəzeti, 17 dekabr, 1970). 

Burada elmi üslubu xatırladan ən mühüm əlamət elmi 

terminologiyadırsa, publisistik üslub mətnin həm 

məzmununda, həm formasında, həm də funksiyasında bir 

kompleks halında özünü göstərir. Elmi-publisistik dildə 

işlənən terminologiyanın funksiyası onun bilavasitə elmi 

üslubdakı funksiyasından fərqlənir. 

Qeyd etmək lazımdır ki, əsrin əvvəllərində elmi-

publisistik dil eyni zamanda bir sıra bədii imkanlara da 

malikdir – əsasən, bədii üslub üçün xarakterik olan tərzdə 

(obrazlı) müqayisələrin aparılması, lakin bu cür 

müqayisələrin, bir qayda olaraq, elmi mətləbin izahına 

xidmət etməsi diqqəti çəkir: 

“Möhtərəm bir zat altı-yeddi il bundan əvvəl demişdi 

ki, bəzi xüsuslarda yazmaq və danışmaq bir çirkaba daş 

atmaq kimidir ki, sıçradıqda ilk daş atan şəxsin üstünü və 

libasını aludə edir və batində saxladığı üfunəti dışarı 

çıxarır. Təbiət həmin çirkabları mürur-zamanla yox 

edəcəyindən onları kəndi başına buraxmalıdır. 

İkinci bir zat deyir ki, çirkabların sıçramalarından və 




 

592


ətrafında bulunanların üst və başlarını aludə etmələrindən 

çəkinməməli və qorxmamalıdırlar. O çirkablara o qədər daş 

atmalı ki, həp sıçramaqla ölüb getsin və getdiyimiz yolun 

üzərindən təmizlənsin” (“Qurtuluş” jurnalı, 1915, N 1). 

Burada “möhtərəm bir zat”, “ikinci bir zat” şəklində 

potensial dialoq qurulması (antik dövrün fəlsəfi 

traktatlarının dialoq şəklində qurulmasını xatırlayın), 

“çirkaba daş atmaq” kimi maraqlı xalq danışıq dili 

obrazının işlədilməsi bədii düşüncədən gəlir. 

Elmi-publisistik dilin sintaksisi müəyyən qədər elmi 

üslubun sintaksisini xatırladır – publisistik üslub üçün o 

qədər də xas olmayan tabeli mürəkkəb cümlələrə meyil də 

buradan irəli gəlir: 

“Şair mənsub olduğu qövlün ruhudur, dilidir. Ona 

hədyan düşünmək, yalan söyləmək heç yakışarmı?.. 

Həqiqətpuş, mühalatəlvis nazim və mühərrirlərə də şairi-

müqtədir, ədəbi-kamil ünvanlarının verilməsinə cəvaz 

veriləməz. Kamillər o bəxtiyarlardır ki, əxlaqın tənqid və 

müvaxizə təzyiqləri arasından purursuz (həmvar) çıxdılar, 

sağlam qurtuldular. Əsərləri münəqqidanə mütaliə 

olunmayanları kor-koruna təqdir etmək, gəlin olacaq qızı 

görmədən almağa bənzər ki, bu xüsusda qayət 

ehtiyatkaranə davranmalıdır” (“Həqiqət” qəzeti, 28 dekabr, 

1909). 


Cümlənin həcminin genişləndirilməsi, hətta mürəkkəb 

sintaktik bütövlərin işlədilməsinə meyil də elmi təfəkkürün 

göstəricisidir: 

“Keçmişdə “Əkinçi” qəzeti çıxanda o vaxtın 

şairlərindən yazıb təvəqqe etmişdim ki, bülbülü və gülü 

tərif və bir-birlərini həcv etməkdən əl çəkib, elmi, təhsil 

etməyin nəflərindən və biz müsəlmanlara olan zülmlərin 

barəsində şeirlər yazıb, onları bizim aşıqlara xoş sövt ilə 




 

593


oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub 

əhalini oyatmağa səbəb olsunlar. Onlardan bircə Seyid 

Əzim Şirvani elm təhsil etmək nəflərindən bir neçə şeir 

yazmışdı ki, “Əkinçi”də çap olunmuşdu…” (“Həyat” 

qəzeti, 8 yanvar, 1906). 

Bununla belə, əsrin əvvəllərində elmi-publisistik dilin 

çox hallarda aydınlığını (əlbəttə, burada mətbuat orqanının 

özünün dil-üslub mövqeyi də şərtdir) da qeyd etmək 

lazımdır – xüsusilə maarifçilik düşüncəsinin geniş 

yayılması nəinki elmi-publisistik, həm də elmi dilin özünün 

anlaşıqlılığına diqqət verməyi tələb edirdi. 

 

Elmi üslub 



 

XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin elmi 

üslubu daha da demokratikləşir – bunun bir səbəbi də 

ondan ibarət olur ki, təfəkkür publisistik təfəkkürlə sıx 

qarşılıqlı əlaqədə inkişaf edir; məlum olduğu kimi, bu 

mərhələdə elmi üslubun yaradıcıları, əsasən, publisist 

idilər: H.Zərdabi, F.Köçərli, N.Nərimanov, Ə.Ağayev, 

Ə.Hüseynzadə… 

Həmişə olduğu kimi, bu zaman da elmi üslub həm 

dünyəvi, həm də dini elmlərin dilini əhatə edir. 

Dünyəvi elmlərin dili üçün (elə, qismən, dini elmlərin 

dili üçün də) səciyyəvi cəhət onun əvvəlki dövrlərlə 

müqayisədə olduqca sadələşməsi, kütləvi dərəcədə anlaşıqlı 

şəklə düşməsidir. Bu keyfiyyəti səciyyələndirən ictimai 

zərurət elmi xalqın xeyrinə vermək meyli ilə şərtlənirdi. 

Heç şübhəsiz, elm adamlarının maarifçilik missiyası 

elmi üslubun demokratikləşməsinin mühüm ictimai 

şərtlərindən biri olmuşdur – H.Zərdabi də, F.Köçərli də. 

N.Nərimanov da… dövrün böyük təfəkkür sahibləri 



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə