21. Yazili iŞGÜzar kommunikasiyada epistolyar üslubun rolu. MƏktublar, onlarin nöVLƏRİ, quruluşu və TƏRTİbat qaydalari. Elektron iŞGÜzar kommunikasiYA. elektron məktub



Yüklə 26,37 Kb.
səhifə1/6
tarix24.04.2023
ölçüsü26,37 Kb.
#106788
növüQaydalar
  1   2   3   4   5   6
21. Məktublar, onların quruluşu, növləri və tərtibat qaydaları. Elektron məktub


21. YAZILI İŞGÜZAR KOMMUNİKASİYADA EPİSTOLYAR ÜSLUBUN ROLU. MƏKTUBLAR, ONLARIN NÖVLƏRİ, QURULUŞU VƏ TƏRTİBAT QAYDALARI. ELEKTRON İŞGÜZAR KOMMUNİKASİYA. ELEKTRON MƏKTUB.
Yazılı işgüzar kommunikasiyada rəsmi-işgüzar üslubla yanaşı, epistolyar üslub da mühüm rol oynayır. Yunanca- “epistole”, latınca- “epistola” sözləri “məktub” deməkdir. Epistolyar üslub ən mübahisəli üslubdur. Belə ki, bu üslubu müstəqil üslub kimi qəbul etməyənlər də vardır. Bu üslubun əsas xüsusiyyəti onun iki tərəf arasında əlaqəyaratma funksiyasıdır. Yəni burada adresant (yazan) və adresat (qəbul edən) olur. Həmçinin epistolyar üslub olmuş hadisələrə, real faktlara əsaslandığı üçün həqiqilik onun əsas meyarlarından biri hesab olunur.
Epistolyar üslub məktubları, nəsihətnamələri, dəvətnamələri, çağırış tipli yazıları və s. əhatə edir. Lakin bu üslubun ən geniş yayılmış forması məktublardır.
Məktub” ərəb mənşəli sözdür. Məktub yazılı işgüzar kommunikasiyanın ən qədim və geniş yayılmış növlərindəndir. Məktub monoloji, daxili, yazılı nitq formasında olur.
Məktub müxtəlif məqsədlərlə yazıla bilər:
• bir xəbəri almaq və ya vermək;
• bir mövzunu yazılı şəkildə çatdırmaq;
• hər hansı sevinci və ya üzüntünü bildirmək;
• kömək etmək və ya kömək göstərmək.
Məktubları, hər şeydən əvvəl, rəsmi və qeyri-rəsmi məktublara ayırırlar. Rəsmi məktublar dövlət orqanları, şirkət, idarə heyətləri tərəfindən yazılır. Bu məktublar rəsmi dairələrin və hüquqi şəxslərin bir-birilərinə ünvanladıqları yazılar, onların vətəndaşların müraciətlərinə verdikləri yazılı cavablardır. Bu baxımdan rəsmi məktublar iki cür olur: rəsmi və işgüzar (xidməti).
Rəsmi məktublar dövlətlərarası yazışmalarda istifadə olunduğu üçün hər bir xalqın yazı mədəniyyətini əks etdirir. Rəsmi məktublara qoyulan əsas tələblər bunlardır: Vərəqin sağ tərəfində kimə? sualı cavablandırılır. Məktubun mətn hissəsində məsələnin mahiyyəti əks olunmalıdır. Birdən çox məsələ maddələr və paraqraflar şəklində göstərilməlidir. Rəsmi məktub ədəbi dildə yazılmalıdır. Burada orfoqrafik səhvlərə, obrazlılığa və emosionallığa yol vermək olmaz. Bu məktublar formaca işgüzar məktublara bənzəyir.

Yüklə 26,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə