21. Yazili iŞGÜzar kommunikasiyada epistolyar üslubun rolu. MƏktublar, onlarin nöVLƏRİ, quruluşu və TƏRTİbat qaydalari. Elektron iŞGÜzar kommunikasiYA. elektron məktub



Yüklə 26,37 Kb.
səhifə3/6
tarix24.04.2023
ölçüsü26,37 Kb.
#106788
növüQaydalar
1   2   3   4   5   6
21. Məktublar, onların quruluşu, növləri və tərtibat qaydaları. Elektron məktub

Xəbərdarlıq məktubları. Xəbərdarlıq, əsasən, idarə və müəssisələrdə yanlış hərəkət edənə həmin yanlış hərəkəti bir daha təkrar etməmək üçün verilən yazılı və ya şifahi göstəriş deməkdir. Bu xəbərdarlıq nəticə vermədikdə, töhmət verilir.
Xəbərdarlıq məktublarının geniş yayılmış növü kimi inzibati və diplomatik xəbərdarlıq məktublarını qeyd etmək olar.
İnzibati xəbərdarlıq- hər hansı bir nöqsana yol vermiş əməkdaşa töhmət vermək istəməyən müəssisə rəhbəri ona yazılı və ya şifahi formada xəbərdarlıq edir.
Diplomatik xəbərdarlıq- hər hansı bir dövlət öz hərəkəti ilə başqa bir dövlətin mənafeyinə toxunduqda, ya ölkə başçısı, ya da Xarici İşlər Nazirliyi həmin dövlətə xəbərdarlıq edir. Xəbərdarlıq bir neçə dəfə təkrar oluna bilər və notadan fərqli olaraq daha yumşaq xarakterdə olur.
Xatırlatma məktubu. Əgər hər hansı tərəf öncə göndərilən məktubu vaxtında cavablandırmırsa, yaxud bunun səbəblərini telefonla da olsa, bildirmirsə, vaxt itkisinin qarşısını almaq məcburiyyətində qalan adresant öz seçimini edir. Bu məktublar qarşı tərəfin məsuliyyətsizliyini, bunun nəticəsində isə idarə, müəssisə və təşkilatın fəaliyyətinə əngəllər yarandığını diqqətə çatdırmaqdır. Adresant öz tərəfindən müvafiq addımlar atılacağını yumşaq tərzdə çatdırmaqla prosesi tezləşdirməyə çalışmalıdır. Bu cür davranış hədə-qorxu səviyyəsinə çatdırılmamalıdır. Çünki hər bir neqativ addım tərəflər arasında əməkdaşlığa kölgə sala bilər. Hər hansı sənədin cavablanmaması, ola bilər ki, onun ünvana yetişməməsi ilə bağlı olsun. Belə halda yubanmadan eyni məzmunlu məktubu “Təkrar” qeydi göstərilməklə yenidən yollamaq lazımdır.
Məktub tərtib edəndə dəqiq bilmək lazımdır ki, bununla hansı məqsədə nail olmaq istəyirsiniz, burada hansı dəlilləri gətirəcəksiniz. İşgüzar məktub qüsursuz olmalıdır, çünki kiçik bir səhv hüquqi münaqişələrə səbəb ola bilər. İşgüzaq məktubları adətən bir səhifə həcmində yazırlar. Əgər məktub bir neçə səhifədən ibarətdirsə, birincidən başqa, bütün digər səhifələr nömrələnir. İşgüzar məktublar xüsusi blanklarda sənədləşdirilir. Belə ki, blank təşkilatın, bir növ vizit vərəqidir. Blankın üzərində şirkətin emblemi, tam adı, poçt ünvanı, telefonlar və s. göstərilir. İşgüzar məktubları əllə yazmırlar, onlar mütləq çap şəklində olmalıdır.
Məktub tərtibində olan müasir tələblər bunlardır:
• aydınlıq
• dəqiqlik
• məntiqlilik
• kifayət qədər yığcamlıq
Məktublar quruluşca, əsasən, 4 hissədən ibarət olur:

Yüklə 26,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə