21. Yazili iŞGÜzar kommunikasiyada epistolyar üslubun rolu. MƏktublar, onlarin nöVLƏRİ, quruluşu və TƏRTİbat qaydalari. Elektron iŞGÜzar kommunikasiYA. elektron məktub



Yüklə 26,37 Kb.
səhifə6/6
tarix24.04.2023
ölçüsü26,37 Kb.
#106788
növüQaydalar
1   2   3   4   5   6
21. Məktublar, onların quruluşu, növləri və tərtibat qaydaları. Elektron məktub

Elektron məktub
Elektron məktub işgüzar məktubların butun struktur elementlərini özündə cəmləşdirir. Kompozisiya baxımından ardıcıllıq (girış-mətn-yekun) eynidir.
Virtual məkanda da özünəməxsus sosial-etik tələblər və normalar, yəni etiket tələbləri, mövcuddur:
1. Elektron məlumatlar arasında səxsi məlumatları (səxsiyyət vəsiqəsinin nömrəsini, şəxsi hesab nömrələrini və s.) yerləşdirmək olmaz. Belə ki, indiki zamanda tam təhlükəsiz heç bir sistem mövcud deyildir.
2. Elektron poçtu mütəmadi yoxlamaq lazımdır.
3. Daxil olan məktublara cavab yubadılmamalıdır. Bir qayda olaraq bu işi iki sutka ərzində görmək lazımdır. Əgər cavab üçün artıq vaxt tələb olunursa, bunu bildirmək zəruridir. Məktublara əlavə olunan faylların oxunduğu da adresata bildirilməlidir. Cavabı göndərəndən sonra zəng vurmaq məsləhətdir. Bir çox hallarda elektron məktublarda ”Məktubu aldığınızı təsdiqləyin” cümləsi yazılır və telefon nömrəsi qeyd olunur.
4. Məktuba cavab göndərdikdən sonra da daxil olan sənədi silməyin.
5.Telefon danışıqlarında olduğu kimi prosesi kim başlayıbsa, o da tamamlamalıdır.
Bunları gözləməklə öz iş yerinin nüfuzunu yüksəltmək və tərəfdaşların rəğbətini qazanmaq olar. Elektron vasitələr öz üstunlüklərinə baxmayaraq çoxsaylı problemlər də yarada bilir. Bu ilk hövbədə kənar səxslərin müdaxiləsi ilə bağlıdır. “Elektron imza və elektron sənəd haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli Fərmanına uyğun olaraq elektron sənəd mübadiləsinin qaydaları müəyyənləşdirilmişdir.
Video-konfrans
Video-konfrans internet istifadəçilərinin məsafədən asılı olmayaraq bir-birini görmək və eşitməklə müşayiət olunan ikitərəfli, yaxud çoxtərəfli informasiya mübadiləsi prosesidir. Bu prosesi bir növ “dairəvi stol” anlayışı ilə tutuşdurmaq olar. Video-konfransın iki forması vardır.
1. Fərdi video-konfrans (iki nəfər arasında)
2. Qrupşəkilli video-konfrans.
Video-konfransın tətbiq sahəsi olduqca genişdür. Müasir dövrdə videokonfrans istifadə edilmədiyi fəaliyyət sahəsi demək olar ki, qalmayıb. Dövlət idarəetmə orqanları, nazirlik idarə və təşkilatlar öz işinin səmərəli təşkili məqsədi ilə bu kommunikasiya formatından daha cox faydalanırlar.
Xüsusilə COVİD-19 pandemiyası video-konfransları qaçılmaz zərurət kimi təsdiqlədi. Servis olaraq video-konfrans həm dövlətlərarası problemlərin, həm də qlobal məkanda baş verənlərin geniş müzakirəsinə, dialoqa şərait yaradır. Eyni zamanda istənilən təşkilat, istənilən şirkət və ya qurum məsafənin uzaqlığından asılı olmayaraq video toplantılar keçirərək fəaliyyətinin yüksək səviyyədə davam etməsinə yol aça bilir. Video-konfrans adi telefon bağlantısı qədər sadə bir alətdir və kompüter imkanlarından istifadə etməklə məsafədən ünsiyyət üçün nəzərdə tutulmuşdur. Bu texnologiya insanların bir-birini eşitməyə və görməyə, interaktiv rejimdə məlumat mübadiləsi aparmağa və onları birgə emal etməyə imkan verən texnologiyadır. Ancaq gündəlik məsləhətləşmə və danışıqlar üçün video-konfrans sistemi xüsusi avadanlıqlarla təchiz olunmalıdır. Yalnız bu zaman məsafə maneəsini aradan qaldırmaq mümkün ola bilər. Video-konfrans əlaqəsi təşkil etmək üçün həmkarları dəvət etmək və həmin an tədbirə başlamaq və ya görüş planlaşdırılması zamanı onun başlanma vaxtını seçmək kifayətdir. İştirakçıların sayını yalnız video-konfrans infrastrukturu təyin edir: Həmin söhbətə ən azı iki, yaxud yüz və minlərlə iştirakçı qatıla bilər. Video-konfrans vizual əlaqə yaratmağa, qarşı tərəfin artikulyasiyasını görməyə, onun emosiyalarını "oxumağa" imkan yaradır. Bundan əlavə video-konfrans sistemində əlaqə kənar işlərə yayınmağa imkan vermir və görüş zamanı canlı ünsiyyətdə olduğu kimi bütün diqqəti həmsöhbətə yönəldir. Video-konfrans yeni, ancaq imkanları hələ yetərli dərəcədə elmi araşdırılmayan kommunikasiya formatıdır. Birmənalı demək olar ki, faydalı kommunikasiya modeli kimi həm də, iqtisadi və maliyyə itkilərinin minimumuma endirilməsinə xidmət edir və ən başlıcacı vaxt itkisinə yol vermir. Təbii ki, video-konfranslar səfərləri, ikitərəfli və coxtərəfli görüşləri, danışıqları və müzakirələri, konfransları, zirvə toplantılarını (sammitləri) tamamilə yox etməyəcək. Xüsusilə xarici siyasət və diplomatiya müəyyən dərəcədə öz kanonları ilə yaşayacaq. 10 noyabr 2020-ci il tarixində keçirilən video-konfrans isə Azərbaycan Dövlətinin Qarabağı işğaldan azad etdiyi Zəfər günü kimi tarixə yazıldı. Məhz bu tarixdə keçirilən video-konfransda Prezident İlham Əliyev üçtərəfli bəyanatı imzalamaqla xalqımıza Qələbə sevincini yaşatdı.


Yüklə 26,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə