21. Yazili iŞGÜzar kommunikasiyada epistolyar üslubun rolu. MƏktublar, onlarin nöVLƏRİ, quruluşu və TƏRTİbat qaydalari. Elektron iŞGÜzar kommunikasiYA. elektron məktub



Yüklə 26,37 Kb.
səhifə2/6
tarix24.04.2023
ölçüsü26,37 Kb.
#106788
növüQaydalar
1   2   3   4   5   6
21. Məktublar, onların quruluşu, növləri və tərtibat qaydaları. Elektron məktub

İşgüzar məktublar fiziki şəxslərlə hüquqi şəxslər arasında işlə əlaqədar yazılan məktublara deyilir. Bu məktublarda bir iş və ya xidmət məktubun əsas məzmununu təşkil edir. Buna görə işgüzar məktublara bəzən xidməti məktublar da deyilir. İşgüzar məktublar rəsmi məktublardan daha səmimi, məişət məktublarından isə daha rəsmi olmalıdır.
İşgüzar məktubların məqsədlərinə görə aşağıdakı növləri var:
sifariş məktubları;
satış məktubları;
şikayət məktubları;
borc məktubları;
tövsiyə məktubları;
müraciət məktubları.
Qeyri-rəsmi məktublara ədəbi məktubları və məişət məktublarını aid etmək olar.
Ədəbi məktublar- sosial əhəmiyyətli olub, əsasən, alim, şair və yazıçıların öz həmkarları haqqında söylədikləri fikirləri əhatə edir.
Məişət məktubları ən səmimi, ən arzu edilən məktub növüdür. Burada cümlələr sadə quruluşda olur. Təşəkkür, başsağlığı, təsəlli, təbrik, dəvət məktubları məişət məktublarına aid edilir.
Məktubları cavab tələb edib-etməməsinə görə iki yerə ayırırlar:
1. Cavab tələb edən məktublar:
müraciətlər
xahişnamələr
tələblər
təkliflər və s.
2. Cavab tələb etməyən məktublar:
xəbərdarlıqlar
xatırlatmalar
imtinalar
bildirişlər
zəmanət məktubları
təlimat məktubları və s.
Məktubların bəzi növlərini nəzərdən keçirək:
Xahişnamələr. Ən çox istifadə olunan məktub növü olaraq istənilən ünvana göndərilə bilər. Bu tipli məktublar birinci və üçüncü şəxsdə yazılır və müvafiq olaraq “Xahiş edirəm...”, “BDU-nun rektorluğu xahiş edir ki, ...” şəkilli konstruksiyalarla başlayır. Göndərən tərəf öz istəyinə qovuşmaq arzusu ilə mətnin tərtibinə diqqətlə yanaşmalı və nəzakət qaydalarını gözləməlidir. Məktub səliqəli yazılmalı və keyfiyyətli zərfdə göndərilməlidir. Bu elementlər daha tez diqqəti çəkir və müsbət cavabın təminatçısı funksiyasını yerinə yetirir.
Bildiriş məktubları. Bildiriş məktubları təşkilat və ya ictimai tədbirlərin keçirilməsi haqqında əvvəlcədən verilən məlumatdır. Bildiriş elmi, bədii tədbir haqqında kollektiv və ya ictimaiyyətə məlumat vermək məqsədi ilə yazılır. Məzmununda tədbirin xarakteri, keçiriləcəyi yer və vaxt, iştirak edənlər, onların kimliyi haqqında məlumat göstərilir. Tədbirin gündəliyi də bildirişdə göstərilir. Bildiriş məktubları ilə dəvət məktubları bir-biri ilə yaxın məzmunda olur. Onlar üçün ümumi cəhət ondan ibarətdir ki, hər hansı bir tədbir haqqında informasiyanı özündə ehtiva edir. Fərq isə ondan ibarətdir ki, bildiriş məktubları ictimai xarakter daşıyır, dəvət məktubları isə şəxsi xarakterlidir. Bildiriş məktubları ya təşkilat rəhbərləri, ya da tədbirin keçirilməsinə məsul olan müavin tərəfindən imzalanır. Bildirişdə dil səlis və aydın olmalıdır. Elmi konfrans, elmi şura və s. kimi bildirişlər rəsmi ədəbi dildə yazılır. Burada bədii və emosional ifadələrə yer vermək olmaz. Yubiley gecəsi və ya konsert keçirilməsi ilə bağlı bildirişlərdə bədiiliyə və emosional ifadələrə yol verilə bilər.

Yüklə 26,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə