21. Yazili iŞGÜzar kommunikasiyada epistolyar üslubun rolu. MƏktublar, onlarin nöVLƏRİ, quruluşu və TƏRTİbat qaydalari. Elektron iŞGÜzar kommunikasiYA. elektron məktub



Yüklə 26,37 Kb.
səhifə4/6
tarix24.04.2023
ölçüsü26,37 Kb.
#106788
növüQaydalar
1   2   3   4   5   6
21. Məktublar, onların quruluşu, növləri və tərtibat qaydaları. Elektron məktub

Müraciət hissəsi. Yazının bu hissəsində şəxsin adı, sənəti və hörmət əlaməti olaraq ona verilən titul göstərilməlidir. Bəzi hallarda müraciət olunan şəxsin ad və soyadı ayrı-ayrı nəzakətli ifadələrlə müşayiət olunur. Məsələn: “Azərbaycan Respublikasının Baş naziri Rasim Həsənov cənablarına”.
Mətn. Məktubda əsas mətn 2 hissədən ibarət ola bilər: məsələnin mahiyyəti (mövcud vəziyyət) və xahiş edilən məsələ. Məktubun əsas mətni həm sadə geniş cümlə şəklində, həm də mürəkkəb cümlə şəklində ola bilər. Mürəkkəb cümlə şəklində olan variant Azərbaycan dili üçün daha münasibdir və səlis səslənir.
Fərqləndirici hissə. Bu, məktubun əsasını, məzmununu əhatə edir. Burada yazılanlara aid olan xarakterik əlamətlər açıq şəkildə şərh edilir. Məsələn:
“Hörmətli müəllim, Sizin təklif etdiyiniz kitablardan F.Kərimzadənin “Çaldıran döyüşü”, S.Rüstəmxanlının “Ömür kitabı”, E.Mahmudovun “Kainat gəmisi” adlı əsərlərini oxumuşam. Onların hamısı xoşuma gəldi”.
Son hissə. Burada son sözlər bildirilir. Çox zaman xoş arzular ifadə olunur. Sonda şəxsin adı yazılır və imza qeyd olunur. Məsələn:
“Hörmətli müəllim, Sizi narahat etdiyim üçün üzr istəyirəm. Sizə uğurlar arzulayıram.
Hörmətlə, tələbəniz Günel Təbrizli”
Yaxud: “Əziz bacım, məktubu bitirirəm. Səbirsizliklə cavab gözləyirəm. Xudahafiz, sevimli bacın İlahə”.
Yazılı işgüzar kommunikasiyada, xüsusilə işgüzar məktubların tərtibi zamanı işgüzar etiketin “qızıl qaydaları”na əməl etmək lazımdır:
1. Məktublar həmişə müraciətlə başlamalıdır.
2. Məktubun mövzusu bilinməlidir.
3. Göndərməmişdən əvvəl orfoqrafik səhvlər düzəldilməli, durğu işarələrinin yerində olub-olmaması yoxlanılmalıdır.
4. Məktubun quruluşu (strukturu) bitkin olmalıdır.
5. Fikir düzgün formalaşmalıdır.
6. Yekunda hörmət bildirilməsi unudulmamalıdır.
7.Yazılma tarixi hökmən göstərilməli, sənəd imzalanmalı və möhürlənməlidir.
Yuxarıda göstərilən etiket qaydalarına əməl etməklə yanaşı, eyni zamanda işgüzar məktubların hazırlanmasında şablon sözlər və ifadələr işlədilir. İşgüzar yazışmalarda aşagıdakı ünsiyyət formalarından istifadə olunur ki, bunlar da xahiş, məlumat, təklif və ya hər hansı faktın təsdiq edilməsi formasında ifadə olunur. Məsələn, məktub yazılarkən onun giriş hissəsində “xahiş edirik,” “çox xahiş edirik”, ”bir daha xahi edirik”, ”bildiririk”, “eyni zamanda bildiririk”, ”bir daha xatırladırıq” və sair şablon ifadələrdən istifadə olunur. Məktublar “Hörmətlə....”, ”Dərin hörmətlə....” sözləri ilə tamamlanmalıdır.

Yüklə 26,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə