21. Yazili iŞGÜzar kommunikasiyada epistolyar üslubun rolu. MƏktublar, onlarin nöVLƏRİ, quruluşu və TƏRTİbat qaydalari. Elektron iŞGÜzar kommunikasiYA. elektron məktub



Yüklə 26,37 Kb.
səhifə5/6
tarix24.04.2023
ölçüsü26,37 Kb.
#106788
növüQaydalar
1   2   3   4   5   6
21. Məktublar, onların quruluşu, növləri və tərtibat qaydaları. Elektron məktub

ELEKTRON İŞGÜZAR KOMMUNİKASİYA
Müasir dövrdə işgüzar kommunikasiyanın şifahi və yazılı formasından başqa elektron forması da mövcuddur və görünür ki, bunlar üçlükdə hələ uzun müddət yaşamalı olacaq. Hər şeyin elektron kommunikasiyanın xeyrinə tamamlanacağına qərar vermək heç bir halda doğru deyildir.
Elektron vasitələrlə şərik, həmkar və ya müştərilərilərlə vacib məsələlərin müzakirə olunduğu yazışmaları silməyə tələsmək lazım deyil. Bir müddətdən sonra sizdən nəyisə tələb edə bilərlər. Bu halda yazışma sizin haqlı olduğunuza dair dəlil kimi (hətta hüquqi cəhətdən də) çıxış edə bilər.
Etiraf etmək lazımdır ki, elektron kommunikasiyanın imkanları hələ axıra qədər öyrənilməmiş, ictimai təfəkkürdə dərk olunmamışdır. XX əsrin sonuna doğru internet sakinlərinin sayı və ərazisinin ölçüləri bilinməyən virtual bir fenomen kimi ağlasığmaz funksiyaların icrasında insanların yol yoldaşına çevrilmişdir. Məhz buna görə də müasir dünyamız texnologiya dünyası adlandırılır. Biz isə müasir texnologiya imkanlarının “əsirləriyik”. Bu problem qlobal səviyyədə özünü göstərir. Yəni insanlar artıq internetdən asılıdırlar ki, bu asıllıq hər bir sahəyə sirayət edir.
Elektron işgüzar kommunikasiya ilk növbədə sənəd mübadiləsi ilə informasiya ötürülməsi və alınmasını nəzərdə tutur. Bu sıraya aşağıdakılar daxildir:
1. elektron sənədin formalaşdırılması;
2. rekvizitlərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi;
3. elektron sənədlərin göndərilməsi;
4. elektron sənədin həqiqiliyinin yoxlanılması;
5. elektron sənədin alınmasının təsdiqi;
6. daxil olan və ya göndərilən elektron sənədin qeydiyyatı;
7. elektron sənədin saxlanılması.
Elektron kommunikasiya vasitələri deyəndə aşağıdakılar nəzərdə tutulur:
1. Faks;
2.Telefon (mobil telefon);
3. elektron poçt;
4.Video-konfranslar (telekorpü);
5. İnternet;
İlk baxışdan faks sistemi çox sadə təəssürat oyadır. Bu hər hansı bir sənədin olduğu kimi adresanta çatdırılması (dünyanın istənilən ölkəsinə surətli şəkildə) kimi başa düşülməlidir. Təbii ki, rabitənin mövcudluğu və işlək olması faks kommunikasiyası zamanı vacibdir. Bu informasiyanın operatıv çatdırılması üçün çox əlverişli vasitədir.
Elektron poçt (e-mail) fərdi kompüter vasıtəsi ilə informasiya mubadiləsinin təmin olunmasıdır. Bu sistem həm idarədaxili və həm də idarəxarici işgüzar münasibətlərdə adresat-adresant əlaqəsinin etibarlı və effektivliyinə maksimum təminat yaradır.
Əlbəttə, elektron işgüzar kommunikasiyada da bir sıra çatışmazlıqlar mövcuddur:
1. Kağız daşıyıcıda göndərilən sənəd elektron sənəddən daha təsirli və rəsmi qəbul olunur. Ancaq zaman proseslərin dinamikasını elektron poçtun xeyrınə dəyişməkdə davam edir.
2. Müəyyən məqamlarda sənədləri rəsmiləşdirə biləcək proqramlar hələ tam tətbiq olunmayıb. Artıq bu istiqamətdə də innovativ meyillər güclüdür. Elektron imzanın tətbiqi buna misal ola bilər. ”Asan xidmət” və “Dost” mərkəzlərinin fəaliyyəti nəticəsində işgüzar kommunikasiya yeni mərhələyə qədəm qoymuşdur.
Rekvizitlər- işgüzar sənədin ən vacib göstəriciləridir. Rekvizitlərin sayı 30-a qədərdir. Rekvizitlərə- möhür, ştamp, tarix, imza, sənəddə olan dövlət gerbi, ünvan, sənədin tərtib olunduğu yer, indeks və s. daxildir. Qeyd etmək lazımdır ki, mətnin özü də rekvizitdir.

Yüklə 26,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə