N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 

41

001 Yazı İdentifikatoru. Sahə yazını identikləşdirən 

simvolları  əks  etdirir.  İndikatorlara  və  altsahələrə  malik 

deyildir


.  

010  Beynəlxalq  Standart  Kitab  Nömrəsi  (ISBN). 

Sahə  Beynəlxalq  Standart  Kitab  Nömrəsini  əks  etdirir. 

Birdən  artıq  düzgün  ISBN  nömrəsi  yazılması  tələb 

olunduqda  təkrarlanır.  İndikatorlar  təyin  olunmayıb.  $a 

altsahəsində 

ISBN 


indeksi(devislə), 

$z  altsahəsində 

sonradan  ləğv  olunmuş,  səhv  verilmiş  və  ya  səhv  çap 

olunmuş ISBN nömrəsi yazılır. 



Nümunə: 010_ _$a0‐11‐884094‐0$z0‐11‐884094‐X  

020  Milli  Biblioqrafiya  Nömrəsi.  Sahə  milli 

biblioqrafik agentlik tərəfindən sənədə verilmiş nömrəni və 

agentliyin yerləşdiyi ölkənin kodunu əks etdirir. İndikatorlar 

təyin  olunmayıb.  $a  altsahəsində  ölkənin  kodu,  $b 

altsahəsində  agentlik  tərəfindən  sənədə  verilmiş  nömrə,  $z 

altsahəsində isə yazıya verilmiş səhv nömrə yazılır. 



022  Hökumət  Nəşrlərinin  Nömrəsi.  Sahə  hökumət 

müəssisəsi  tərəfindən  və  ya  həmin  müəssisə  adından  nəşr 

edilmiş  kitablara  verilmiş  nömrəni  əks  etdirir.  İndikatorlar 

təyin  olunmayıb.  $a  altsahəsində  sənədin  nəşr  olunduğu 

ölkənin  kodu,  $b  altsahəsində  hökumət  müəssisəsi 

tərəfindən  verilən  nömrə,  $z  altsahəsində  isə  hökumət 

nəşrinə verilmiş səhv nömrə yazılır.  



Nümunə:022_ _$aUS$bHE17.302.W58/91  

                              



ABŞ hökümət nəşrlərinin nömrəsi 

100  Ümumi  İşlənmə  Məlumatları.    Sahə  müəyyən 

mövqelərdə  yazılmış    kodlaşdırılmış  məlumatları  əks 

etdirir. 

Biblioqrafik 

yazıda 

iştirakı 



mütləqdir 

və 


təkrarlanmır.  İndikatorlar  təyin  olunmayıb.  $a  altsahəsində

 

ümumi  işlənmə  məlumatları  müvafiq  mövqelərdə 



yazılır.  Simvolların mövqeləri 0‐dan 35‐ə qədər nömrələnir. 

 

42



 

Mövqe  0‐7‐da  biblioqrafik  yazının  kompüterə  daxil 



edilməsi tarixi yazılır. Tarix 8 simvollu kod şəklində: 

ilk  dörd  simvol  ili,  V  və  VI  ‐  ayı,  VII  və  VIII 

simvollar      isə  yazının  tərtib  olunduğu  günü 

göstərir. 

 

Mövqe 8‐də kitablar və bir təqvim ilində nəşr olunan  



çoxcildli  kitablar  üçün  –d,  nəşri  bir  ildən  artıq 

davam edən çoxcildli kitablar üçün‐ g kodu yazılır. 

 

Mövqe  9‐12‐də  kitabın  nəşr  tarixi  və  ya  nəşri  bir 



ildən artıq davam edən çoxcildli kitablar üçün nəşrə 

başlanma tarixi yazılır. 

 

Mövqe  13‐16‐də    nəşri  bir  ildən  artıq  davam  edən 



çoxcildli  kitablar  üçün  nəşrin  bitdiyi  tarix  yazılır. 

Kitablar üçün 4  probel qoyulur. 

 

Mövqe  17‐19  ‐da  kitabın  məqsəd  təyinatı  kodu 



aşağıdakı kodlar siyahısına uyğun yazılır: 

a ‐ gənclər üçün, ümumi xarakterli ; 

k ‐ həddi‐buluğa çatmışlar üçün, elmi;  

m  ‐  həddi‐buluğa  çatmışlar  üçün,  ümumi 

xarakterli; 

u – məlum deyil. 

Kodlar  soldan  sağa  qoyulur.  Bütün  istifadə  olunmayan 

mövqelər probellərlə doldurulur. 

 

Mövqe  20‐də  kitabı  nəşr  edən  hökumət  təşkilatının 



statusunu  təyin  edən  aşağıdakı  kodlardan  biri 

yazılır:  

a ‐ federal/milli  

b ‐ ştat (respublika) 

f ‐ dövlətlərarası (hökümətlərarası) 

                   y ‐ qeyri‐hökumət nəşri. 

 

Mövqe  21‐də  yazı  modifikasiya  olunmuşsa  1  əks 



halda isə 0 kodu yazılır.  


 

43



 

Mövqe 22‐24‐də kataloqlaşdırma dilinin kodu yazılır 

(Bax: əlavə A). 

 



Mövqe  25‐də  yazıda  istifadə  edilmiş  transliterasiya 

qaydalarının tipini bildirən aşağıdakı kodlardan biri 

yazılır:  

a ‐ ISO transliterasiya qaydaları; 

b ‐ digər qaydalar; 

c  ‐  qarışıq  transliterasiya  qaydaları:  ISO  və  digər 

qaydalar; 

y ‐ transliterasiya qaydaları istifadə edilmir. 

 

Mövqe 26‐29‐da biblioqrafik yazı mübadiləsi zamanı 



istifadə  olunan  əlifba  qrafikasını  təyin  edən 

ikisimvollu kodlardan biri yazılır:  

01 ‐ əsas latın ; 

02 ‐ əsas kirill ; 

03 ‐ genişləndirilmiş

14

 latın;  



04 ‐ genişləndirilmiş kirill qrafikas. 

 



Mövqe 30‐33‐də əlavə simvollar yığımını təyin edən 

kod  yazılır.  Əgər  əlavə  simvollar  yığımı  tələb 

olunmursa, mövqelərdə probel qoyulur.  

 



Mövqe  34‐35  –də  kitabın  sərlövhəsinin  əlifba 

qrafikasını bildirən aşağıdakı kodlardan biri yazılır:  

ba‐ latın 

ca‐kirill 

da‐yapon‐qeyri‐müəyyən əlifba 

db‐yapon‐kandji 

dc‐yapon‐kana 

ea‐çin 


                                                           

14

 Genişlənmiş qrafika  dedikdə  latın və ya kirill əlifbasınin 



hərfləri ilə birgə  istifadə olunan xüsusi işarə və simvolların 

yığımı başa düşülür. 

 

44

fa‐ərəb 



ga‐yunan 

ha‐ivrit 

ja‐koreya 

zz‐digər 



Nümunə:

 100_ _$a19801205d1960_ _ _ _k _ _y0engy0103_ _ _ _ba  

                            

1960‐ci ildə nəşr olunmuş, ingilis dilində elmi 

                                monoqrafiya, yazı modifikasiya olunmayıb. 

101  Sənədin  Dili.  Sahə  kataloqlaşdırılan  kitabın, 

onun hissələrinin və sərlövhələrinin dili, həmçinin tərcümə 

olunmuş  kitabın  orjinal  dili  haqqında  kodlaşdırılmış 

informasiyanı əks etdirir. Dillərin 3 simvollu kodları Əlavə 

A.‐da  verilmişdir.  Mütləqdir.  2  indikatora  malikdir.  Birinci 

indikator    tərcümə  indikatorudur  və  əgər  sənəd 

orijinaldırsa 0 qiyməti, sənəd orijinaldan tərcümədirsə və ya 

aralıq  tərcümədirsə  1  qiyməti,    kitab  xülasə  (rezyume) 

istisna  olmaqla  digər  dildə  informasiyaya  malikdirsə    2 

qiyməti alır. İkinci indikator təyin olmayıb. $a altsahəsində 

kitabın  mətninin,  $b  altsahəsində  aralıq  tərcümənin,  $c 

altsahəsində orijinalın,  $d altsahəsində kitabın xülasəsinin ,  

$b altsahəsində isə mündəricatın dilinin kodu yazılır. 

Nümunə:

 

1011_$aeng$brus$dger$dfre  



                Kitab  ingilis dilindədir, rus dilindən tərcümə olunub,   

                alman və fransız dilində xülasəyə malikdir. 

 

102 

Nəşr 

və 

ya 

İstehsal 

Ölkəsi. 

Sahə 


kataloqlaşdırılan kitabın nəşr olunduğu ölkənin kodunu əks 

edir. ibarətdir. İndikatorlar təyin olmayıb. $a altsahəsində nəşr 

ölkəsinin kodu yazılır. 

            105  Kodlaşdırılmış  Məlumatlar  Sahəsi:  Kitablar. 

Sahə  kitablar  haqqında  kodlaşdırılmış    məlumatları  əks 

etdirir.  İndikatorlar  təyin  olmayıb.  $a  altsahəsində  kitab 

haqqında  kodlaşdırılmış    məlumatlar  müəyyən  mövqedə 




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə