llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
BÖYÜK PEŞMANLIQLARDANSA,
BİR AZ EHTİYAT YAXŞIDIR
ııııııııııııııııııııııııııııııııııııııııııımıııııııııııııııı
108
Babilin qala divarları
Q
oca, güclü döyüşçü Banzar, Babilin qədim divarla-
rına doğru aparan keçidi qoruyurdu. Orada, qala
divarının lap başlanğıcında şəhərin cəsur müdafiəçiləri
döyüşürdülər. Yüz minlərlə əhalisi olan bu böyük şəhərin
mövcudiyyəti onlardan asılı idi.
Divarlann arxasında hücumçu ordunun səsi, minlərlə
insanm bağırtısı, minlərlə atın ayaq tappıltısı, bürünc dar-
vazalara zərbə endirən ağır toxmaqların boğuq gurultusu
eşidilirdi.
Şəhər küçələrində darvazaların önünə, qapıların tox-
maqlara dözməyib yıxılacağı təqdirdə içəri axışacaq
düşməni gözləyən nizəçilər toplaşmışdı. Onların sayı çox
deyildi. Babilin əsas hərbi qüvvələri hökmdarla birlikdə
şərqə Elama qarşı böyük yürüşə getmişdi. Onların yoxlu-
ğunda şəhərə hücumun ola biləcəyini heç kim gözləmirdi.
Odur ki, müdafiə qüvvəsi çox deyildi. Qəfildən şimaldan
assuriyalıların nəhəng orduları hücum çəkdi. İndi isə Babi-
lin qala divarları əsas zərbəyə tab gətirməli olacaqdı.
109
Banzarın ətrafında hürkmüş və qorxudan üzləri ağarmış xeyli
əhali toplanmışdı. Onları cəbhə bölgələrindən gələn xəbərlər
maraqlandırırdı. Onlar gizlətməyə çalışdıqları qorxu ilə lərzəyə gəlib,
döyüş meydanından aparılan ölü və yaralı axınını müşahidə edirdilər.
Hücumun istiqaməti məhz bu yerdə idi. Şəhər divarlarının
ətrafındakı üçgünlük mühasirədən sonra düşmən, gözlənilmədən
alaqapıya qarşı yönəltdiyi əsas qüvvələrini buraxdı.
Qala divarlarının üzərindəki müdafiəçilər, qarşı tərəfin hündürə
qalxan platformalarına və söykəmə nərdivanlarına oxlar yağdınr,
onların üzərinə qaynar yağ tökür, düşmən əsgərlərindən divara
dırmaşa bilənlərə isə nizələrlə müdaxilə edirdilər. Qala divarlarının
müdafiəçilərinə qarşı da öz növbəsində, minlərlə düşmən atlaları oxlar
yağdırırdı.
Banzarın mövqeyindən baş verənlər aydın görsənirdi. O, cəbhə
bölgəsinə hamıdan yaxın idi və hücumçuların hərəkatı haqqında olan
bütün xəbərləri birinci öyrənirdi.
Qoca bir tacir titrəyən əllərlə adamlarm arasından soxularaq ona
yaxınlaşdı.
- Söylə mənə! Söylə! - o yalvarırdı. - Onlar şəhərə soxula
bilməyəcəklər deyilmi? Mənim oğullarım hökmdarla gediblər.
Yoldaşımla məni qoruyacaq kimsə yoxdur. Onlar mənim bütün
sərvətfmi, bütün ehtiyatlarımı talan edəcəklər. Heç nə qalmayacaq.
Biz özümüzü müdafiə etmək üçün də, qul olmaq üçün də çox
yaşlanmışıq. Biz ölərik. Söylə mənə, onlar şəhərə girə bilməyəcəklər
ki?
- Sakitləş, dostum, - əsgər cavab verdi. - Babilin divarları
etibarlıdır. Bazara qayıt və yoldaşını arxayın sal ki,
110
qala divarları həm sizi, həm də sizin mülkünüzü, hökmdarın
xəzinəsini qoruduqları kimi qoruyacaqlar. Divara yaxın get ki, oxlar
sənə ilişməsin.
Tacirin yerini o dəqiqə qucağında körpəsi olan bir qadın tutdu.
- Əsgər, de görək, qala divarlarında nə yenilik var? Məndən heç
nə gizlətmə ki, mən də öz yazıq ərimi sakitləşdirə bilim. O, ağır
yaralandığı üçün hərarət içində yansa da, daima ona nizə və qalxan
verilməsini tələb edir. O, körpəmlə məni qorumaq istəyir. O deyir ki,
şəhərə daxil ola bilsə, düşmənin qəzəbi dəhşətli olacaq.
- Ürəyinə təskinlik ver. Babilin divarları həm səni, həm sənin
körpəni və olacaq bütün uşaqlarını qoruyacaq. Onlar hündür və
möhkəmdir. Məgər sən hücumçuların başına qaynar yağ tökən cəsur
müdafiəçilərimizin qışqırığını eşitmirsən?
- Eşidirəm. Amma mən həm də qala qapılarını yıxmağa çalışan
ağır toxmaqlarm səsini də eşidirəm.
- Yoldaşının yanma qayıt. Ona söylə ki, ala qapılar möhkəmdir və
hər bir zərbəyə dözümlüdür. Ona de ki, qala divarlarına çıxmağa
çalışan istənilən adamı uçan nizələr gözləyir. Ehtiyatla get və evlərin
arxasına sığın.
Ağır silahlı qüvvələrə yol vermək üçün Banzar kənara çəkildi.
Onlar bürünc qalxanlarmı cingildədərək, yanlarından keçərkən, kiçik
bir qızcığaz onun kəmərinə yapışdı:
- Ay əsgər, söylə, biz özümüzü qoruya biləcəyikmi? Mən qorxunc
səslər eşidirəm. Mən görürəm ki, adamlar
111
qan içindədir. Mən çox qorxuram. Bizim ailəmizin, anamın, kiçik
qardaşımın aqibəti nə olacaq?
Yaşlı əsgər gözlərini qıyıb buxağını qabartdı.
- Qorxma, balaca, - o qızı sakitləşdirdi. - Babilin divarları səni də,
ananı da, kiçik qardaşını da qoruyar. Əlahəzrət şahzadə Semiramida
onları yüz ildən qabaq, bunun üçün tikdirmişdi. İndiyə qədər onlara
heç kim güc gələ bilməyib. Qayıdıb anana və qardaşına de ki, Babilin
divarları möhkəmdir və qorxulacaq heç nə yoxdur.
Yaşlı Banzar hər gün növbəyə çıxıb, yeni köməkçi qüvvələrin qala
divarlarına qalxıb, orada necə döyüşməsini, sonra isə onların yaralı və
ya ölü geri çıxardılması- nı müşahidə edirdi. Qorxmuş şəhər
sakinlərindən böyük bir kütlə sabit şəkildə onun ətrafında dayanırdı
və hamısı eyni sualı verirdi: divarlar tab gətirəcəkini? O, hər birinə
dəyişməz veteran qüruru ilə cavab verirdi: «Babilin divarları sizi
qoruyacaq®.
Üç həftə və beş gün idi ki, şəhərə hücum həmlələri səngimək
bilməyən qüvvə ilə davam edirdi. Qanla dolu keçidlə yeni-yeni
qüvvələrin tükənməyən axınının yuxarıya qalxdığını və bu cür ardı-
arası kəsilmədən oradan yaralı və ya ölü cəsədlərin çıxarıldığını
izləyərkən, Banzarın dodaqları daha sərt və acıqla büzülürdü. Şəhər
divarlarının altında öldürülən düşmənlərin qalaq-qalaq cəsədləri hər
keçən gün daha da artırdı. Dostları hər gecə ordan sürüyərək aparıb
basdırırdılar.
Dördüncü həftənin beşinci gecəsi səs-küy qəfil kəsildi. Qalxan
günəşin birinci şüaları vadini və geri çəkilən ordunun qaldırdığı böyük
toz-torpaq kütləsini işıqlandırdı.
112
Divar müdafiəçilərinin bərk qışqırığı ətrafa yayıldı. Onun ifadə
etdiyi mənada yanılmaq çətin olardı. Qala divarlarının altında
gözləyən silahlı qüvvələr də bu çığırtını təkrarladılar. O, şəhərin
küçələrinə əks-səda verdi.
İnsanlar evlərindən çölə çıxdılar. Küçələr millətlə doldu. Ötən
həftələrin bütün qorxuları susmaq bilməyən sevinc sədalan ilə əvəz
olundu. Vaal ehramının qülləsindən səmaya qələbə atəşi açıldı. Hər
bir yana xoş xəbəri elan edən, mavi tüstü sütunları göyə qalxdı.
Babilin divarlan onun sərvətinə göz dikmiş və onun sakinlərini əsarət
altına almaq istəyən qüdrətli düşməni yenidən dəf etdi.
Babil əsrdən əsrə çiçəklənirdi, çünki tamamilə mühafizə
olunmuşdu. Başqa cür ola da bilməzdi.
Babilin qala divarları, qorunmağa olan insani ehtiyacın təcəssümü
idi. Bu istək, bütün insanlara məxsusdur. O, keçmiş günlərdə olduğu
kimi bu gün də güclüdür, lakin indi bizim həmin məqsədə qulluq edən
daha yaxşı və daha möhkəm imkanlarımız var.
Bu gün həmin imkanlar deyəndə, sığorta kampaniyaları, əmanət
hesabları, məqsədli investisiyalar nəzərdə tutulur. Onlar, bizə hər an
istənilən qapıdan girə biləcək gözlənilməz bəlalardan qorunmağa
kömək edir.
Dostları ilə paylaş: |