N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   22   23   24   25   26   27   28   29   30
babilin-en-varli-adami

İnsanın üstünə qasırğa gəlir, Girdab onu aparır.
 
Onun yolu naməlum, Məqsədi isə bilinmir.
 
163 


 
Yoxsa  etmədiyim  günahların  daima  cəzasını  çəkmək  taleyimə 
yazılıb?  Qarşıda  mənQıansı  yeni  bədbəxtliklər  və  ümidsizliklər 
gözləyir? 
Sahibimin  evinə  çatanda,  orada  məni  gözləyənin  Arad  Qula 
olduğunu gördükdə, necə təəccübləndiyimi təsəvvür edə bilərsənmi?! 
O  mənə  yerə  düşməyə  kömək  edib,  çoxdandır  itirilmiş  qardaşını 
qucaqlayırmış kimi bağrına basdı. 
Biz yola düşdük. Mən kölə kimi onun arxasınca bir qədər məsafə 
gözləyərək getməyi qərara almışdım ki, o buna icazə vermədi. O məni 
qucaqlayıb  dedi:  «Mən  hər  yerdə  səni  axtarırdım.  Artıq  mən  qalan 
ümidimi də itirmişdim ki, gözlənilmədən Svasti ilə rastlaşdım. O mənə 
sələmçi  haqqında  danışdı.  O  da  öz  növbəsində,  məni  sənin  yeni 
sahibinin yanma göndərdi. Biz onunla çox bazarlıq etdik və o sənə görə 
yüksək məbləğ ödəməyə məni məcbur etdi. Amma sən buna dəyərsən. 
Sənin fəlsəfən mənə uğur qazanmağa kömək etdi». 
«Bu  Megiddonun  fəlsəfəsidir,  mənim  deyib)  -  mən  onun  sözünü 
kəsdim. 
«Megiddonun  və  sənin.  Hər  ikinizə  minnətdaram.  Bu  gün  biz 
Dəməşqə yollanacağıq və mən istəyirəm ki, sən mənimlə şərik olasan. 
İndi isə sən azad adam olacaqsans. 
Bu  sözləri  deyib,  paltarının  içindən  gil  lövhəcik  çıxartdı.  Orada 
məni  aldığı  qeyd  olunmuşdu.  Onu  başının  üstünə  qaldırıb  körpünün 
daşlarına  elə  zərbə  ilə  çırpdı  ki,  lövhəcik  çilik-çilik  olub  yüz  yerə 
parçalandı. O, onları ayaqları ilə əzib, toz halına gətirdi. 
164 


 
Gözlərim minnətdarlıq yaşlan ilə doldu. Anladım ki, mən Babilin ən 
xoşbəxt adamıyam. 
Həyatımm ən ağır sınaqları zamanında da, əmək mənim ən yaxşı dostum 
olaraq qalırdı. Mənim işə olan həvəsim, divar tikintisinə satılmış qulların 
aqibətindən canımı qurtarmağa mənə kömək oldu. Məhz onun sayəsində 
baban birlikdə işləmək üçün məni seçdi. 
-
 
Deməli, iş - həmin gizli açardır ki, babam üçün qızıl şekellərə doğru 
yol açıb? - Xadan Qula soruşdu. 
-
 
Mən onu ilk dəfə görəndə, onun başqa açarları yox idi, - Şarru Nada 
cavab verdi. - Sənin baban işləməyi sevirdi. 
-
 
Deyəsən, mən anlayıram, - Xadan Qula fikirli halda söylədi. - 
Zəhmətsevərlik, dostları ona doğru çəkib, uğur qazandırdı. Öz çalışqanlığı 
sayəsində o, Dəməşqdə belə hörmətli adam oldu. Əmək ona sərvət gətirdi. 
Mən isə elə hesab edirdim ki, iş - qulların qismətidir. 
- Həyatda həzz ala biləcəyimiz çox nemət var, - Şarru Nada qeyd etdi, - 
hər birinin də öz vaxtı var. Mən çox şadam ki, iş - yalnız qulların nəsibi deyil. 
Əgər bu belə olsaydı, mən ən böyük nemətdən məhrum olardım. Həyatda bir 
çox şeydən xoşum gəlir, lakin ən çox sevdiyim işdir. 
Şarru Nada və Xadan Qula artıq qala divarlarının kölgəsi ilə Babilin 
nəhəng bürünc alaqapılarına doğru gedirdilər. Onlar yaxınlaşanda, keşikçilər 
yerlərindən sıçrayıb, hörmətli qonaqları ehtiramla salamladılar. Şarru Nada 
öz uzun karvanını iftixarla darvazalardan keçirib, şəhərin küçələrinə qədəm 
qoydu. 
165 


 
- Mən həmişə babama oxşamaq istəmişəm, - Xadan Qula ona etiraf 
etdi,  -  lakin  əvvəllər  onun  necə  insan  olduğunu  anlamamışam.  Sən 
mənim  gözlərimi  açdın.  İndi  mən  bunu  bilirəm  və  onu  daha  da  çox 
sevirəm. İndi ona daha çox oxşamaq istəyirəm. Qorxuram ki, heç vaxt 
sənin borcundan çıxa bilmərəm, çünki sən mənə müvəffəqiyyətə aparan 
lazımi açarı verdin. Bundan sonra mən həmişə ondan faydalanacağam. 
Mənim əvvəlim onunku kimi sadə olacaq və mən dəbdəbəli geyim və 
qiymətli cavahiratdan daha çox, öz yeni biliklərimlə fəxr edəcəyəm. 
Bu  sözlərlə  Xadan  Qula  daş-qaşlarla  bəzədilmiş  sırğalarını 
qulaqlarından,  üzüklərini  barmaqlarından  çıxartdı.  Sonra  atını 
mahmızlayıb, karvan başçısının ardınca çapdı. 
166 


 

Babil. 
Tarixi oçerk
 
T
 
arix səhifələrində Babildən məşhur şəhər tapmaq 
çətindir. Təkcə bu adm özü zənginlik və kübarlıq 
təəssüratı yaradır. Bu şəhərin sərvəti hesaba gəlmirdi. Təbii 
ki, çoxları düşünər ki, bu cür varlı şəhər çox rahat coğra- 
fi mövqedə tropik cənnətin mərkəzində yerləşir və onu 
tükənməz təbii resurslar, meşələr və faydalı qazıntıların 
mənbələri əhatə edir. Heç də belə deyil. Şəhər Fərat çayının 
sahillərində, quraqlıq bir vadidə yerləşirdi. Ətrafında nə 
meşələr, nə də faydalı qazıntılar var idi. Hətta tikinti üçün 
daş belə yox idi. Babil, adi ticarət yollarından kənarda qa- 
lırdı. Düşən yağışlar toxum yetişdirməyə kifayət etmirdi. 
Babil böyük məqsədlərə nail olmaq üçün insanın imka- 
nı daxilində olan müxtəlif vasitələrdən istifadə edə bilmə 
bacarığını göstərən parlaq nümunədir. Bu böyük şəhərin 
həyat fəaliyyətini dəstəkləyən bütün resurslar, o cümlədən 
onun sərvəti, insan əlləri ilə yaradılmışdır. 
167 


 
Babilin iki əsas resursu var idi - münbit torpaq va çay suyu. Babil 
mühəndisləri, bütün zamanların ən böyük texniki qurğularından olan 
bəndlər  və  nəhəng  suvarma  kanallarının  köməyi  ilə  suyu  çaydan 
tarlalara  doğru  yönəldirdilər.  Bu  kanallar  quraqlıq  vadinin 
dərinliklərinə nüfuz edib, münbit zəmini su ilə təchiz edirdi. Bu tarixə 
məlum  olan  ilk  irimiqyaslı  texniki  nailiyyətlərdən  biridir.  Belə 
suvarma sistemi sayəsində əldə olunan bu cür möhtəşəm məhsuldarlığa 
dünya hələ şahid olmamışdır. 
Xoşbəxtlikdən,  Babilin  uzunmüddətli  mövcudiyyəti  ərzində  onu 
idarə edən hökmdarlar üçün istilalar və quldurluqlar nadir hadisə idi. 
Onların  apardığı  müharibələrin  çoxu  yerli  və  ya  müdafiə  xarakterli 
olub,  Babilin misli  görünməmiş  sərvətinə  tamah  salan  məğrur  xarici 
işğalçılara  qarşı  yönəldilmişdi.  Bu  şəhərin  hökmdarlarının  adlan 
onların  müdrik,  bacarıqlı  və  ədalətli  olmalarmdan  dolayı,  tarixdə 
qalmışdır.  Babildə  bütün  dünyanı  fəth  etməyə  can  atan,  təkəbbürlü 
padşahlar yox idi. 
Bu  gün  Babil  bir  şəhər  kimi  mövcud  deyil.  Fəal  insan-  lann  bu 
şəhəri qurub, min illərlə burada yaşadıqdan sonra şəhəri tərk etməsi ilə 
Babil  qısa  müddətdə  səhra  xarabalıqlarına  çevrildi.  Bu  şəhər  Asiyada 
Süveyş kanalından 950 kilometr şərqə, İran körfəzindən şimala doğru, 
demək  olar  ki,  Amerikanın  Arizona  ştatı,  Yuma  şəhəri  ilə  eyni  en 
dairəsində yerləşir. Həmçinin hər iki şəhərin quru və isti iqlimi də çox 
oxşardır. 
Bir  zamanlar  sıx  məskunlaşmış  kənd  təsərrüfatı  sahəsi  olan  Fərat 
vadisi, bu gün yenə küləklərin oynadığı quraqlıq səhraya dönüb. Kasad 
ot örtüyü və səhra kollan qum 
168 


 

sallıq qırıntıları ilə savaşır. Məhsuldar tarlalar, iri şəhərlər və varh 
tacirlərin uzun karvanları yoxa çıxdı. Eramızın əvvəllərindən 
günümüzə qədər vadinin azsaylı əhalisi bu yerlərdə çətinliklə sağ 
qalan köçəri ərəb maldarlarından ibarətdir. 
Vadi boyu təpələr səpələnib. Əsrlərlə səyahət edənlər onlarda 
diqqətəlayiq heç nə görməyiblər. Nadir yağışlar zamanı torpaqdan yuyulub 
çıxan saxsı və kərpic qırıqları sayəsində arxeoloqların diqqəti onlara 
yönəldi. Avropa və Amerika muzeylərinin maliyyələşdirdiyi ekspedisiyalar 
buraya qazıntılar aparmaq məqsədilə göndərilmişdi və məlum oldu ki, 
təpələrin altında qədim şəhərlər gizlidir. 
Babil də onlardan biri idi. Təqribən iyirmi əsrdir ki, külək onun üzərini 
qum tozu ilə örtürdü. Onun gildən kərpiclərlə tikilmiş divarları dağılmış və 
yenidən gilə çevrilmişdir. Vaxtı ikən ən varlı şəhər olan Babil, bu gün bir 
qalaq torpaqdır. Uzun əsrlərdir ki, o, yaddaşlardan silinmişdi. Lakin onun 
küçələrindən əsrlərin çöküntüləri yığıldıqdan sonra, insanlar əzəmətli saray 
və ehramların xarabalıqlarını kəşf etdilər. 
Bir çox alimlər hesab edir ki, Babilin və bu vadidəki digər şəhərlərin 
mədəniyyəti - insanlıq tarixində ən qədim- lərindəndir. Onun haqqındakı 
ilkin qeydlər 8000 il bundan əvvələ aiddir. Alimlərin bu tarixi hansı üsulla 
müəyyən etdikləri maraq doğurur. Babil xarabalıqlarında gün tutulmasının 
təsviri tapılmışdır. Müasir münəccimlər Babildə bu tutulmanın baş verə 
biləcəyi vaxtı hesabladılar. Bu da Babillə bizim təqvimlərimiz arasındakı 
əlaqəni müəyyən etməyə imkan verdi. 
169 


 
Bu  yolla  biz  sübut  etdik  ki,  8000  il  bundan  əwal  Babildə 
məskunlaşmış şumerlər, artıq qala divarları ilə əhatə olunmuş şəhərlərdə 
yaşayırdılar.  Bu  şəhərlərin  neçə  yüzilliklər  öncə  tikildiyini  yalnız 
ehtimal  etmək  olar.  Artıq  onların  sakinləri  müdafiə  qalalarının 
mühafizəsində  yaşayan  vəhşilər  deyildi.  Tarixin  də  sübut  etdiyi  kimi, 
onlar ilk mühəndislər, ilk mühasiblər və yazısı olan ilk insanlar idi. 
Artıq biz quraqlıq vadini aqrar cənnətə çevirən suvarma sistemləri 
haqqında qeyd etmişdik. Bu kanal qalıqlarının böyük hissəsi qumla dolu 
olsa da, hələ də görsənir. Onlardan bəziləri elə ölçülərdə idi ki, içi ilə 
eyni cərgədə  on  iki  at keçə  bilərdi.  Öz  ölçüləri ilə  onlar  Kolorado  və 
Yuta ştatlarındakı ən böyük kanallarla rəqabətə girə bilərdilər. 
Vadinin suvarılması ilə yanaşı, Babil mühəndisləri möhtəşəmlikdə 
ondan  geridə  qalmayan  layihəni  həyata  keçirdilər.  Məharətlə 
düzəldilmiş  arx  və  borular  sistemi  sayəsində  onlar  Dəclə-Fərat 
çaylarının mənsəbindəki böyük əraziləri qurudub, onları kənd təsərrüfatı 
üçün yararlı hala saldılar. 
Qədim  yunan  səyahətçisi  və  tarixçisi  Herodot  Babili,  bu  şəhərin 
çiçəklənmə  dövründə  ziyarət  edərək,  günümüzə  qədər  gəlib  çatmış, 
xariciyə məxsus yeganə bir təsvir qoymuşdu. Öz əsərlərində o, şəhər və 
onun  əhalisinin  qeyri-adi  əxlaqi  dəyərləri  və  ədalətləri  haqqında  bizə 
bədii təəssürat yaratmışdır. O, torpağın heyrətamiz məhsuldarlığını və 
üzərində yetişən arpa, buğda məhsulunun bolluğunu da qeyd etmişdi. 
Babilin şöhrəti yox olub getsə də, bizə müdrikliyi qalıb. Bunu biz 
onun sakinlərinin yazılı ədəbi abidələrinə borc 
170 


 
luyuq.  O  uzaq  günlərdə  kağız  hələ  icad  edilməmişdi.  Bunun  əvəzinə 
Babil  əhalisi  öz  fikirlərini  mixi  xətlə  çiy  gildən  olan  lövhəciklərdə 
yazırdılar. Yazını bitirdikdən sonra lövhəciyi bişirirdilər və o bərkiyirdi. 
Bu  lövhəciklərin  ölçüsü  təqribən  15-in  20  santimetrə,  qalınlığı  isə  2 
santimetrə yaxın idi. 
Mixi yazısı adlandırılan bu lövhəciklər, bizim müasir məktub formasını 
işlətdiyimiz qədər geniş istifadə olunurdu. Əfsanələr, şeirlər, tarixi 
məlumatlar, hökmdar fərmanlarının mətnləri, mülkiyyət hüququ, borc 
öhdəlikləri və hətta uzaq şəhərlərə göndərilən məktublar da onların üzərində 
yazılırdı. Bu lövhəciklər onların müəlliflərinin şəxsi həyatına nəzər salmağa 
imkan verdi. Məsələn, lövhəciklərdən biri, bir tacirin qeydlərini ehtiva edir. 
Orada deyilir ki, filan gün filan müştəri ona inək gətirib, yeddi kisə taxılla 
dəyişdi. Onlardan üçü ona dərhal verildi, qalan dördü isə istədiyi vaxt 
veriləcək. 
Arxeoloqlar şəhər xarabalıqlarında yaxşı vəziyyətdə qorunub qalmış 
yüzlərlə, minlərlə lövhəcikdən ibarət böyük kitabxanalar tapırdılar. 
Babilin ən görkəmli möcüzələrindən biri, onun şəhəri əhatə edən 
əzəmətli qala divarları idi. Müasirləri onu «dün- yanın yeddi möcüzəsi® 
siyahısına aid olan nəhəng Misir ehramları ilə müqayisə edirdilər. İddia 
edilir ki, şahzadə Semiramida şəhərsalmanın ilkin mərhələlərində bu di- 
varlan ucaltmağı əmr edib. Müasir qazıntılar əsnasında əvvəlki divarların 
izlərini tapmaq mümkün olmayıb. Onların həqiqi hündürlüyü məlum deyil. 
Amma müasirlərinin qeydləri əsasında divar hündürlüyünün 15 metrdən 18 
171 


 
metrə qədər olduğu qənaətinə gəlirik. Xarici tərəfdən onlar bişmiş kərpiclə 
döşənmiş  və  əlavə  müdafiə  üçün  içi  su  ilə  dolu  dərin  xəndəklə  əhatə 
olunmuşdu. 
Sonrakı  divarların  ucaldılmasına  eradan  təqribən  600  il  əvvəl 
hökmdar Nabopalasar tərəfindən başlanılmışdır. Tikintinin miqyası o 
qədər  geniş  idi  ki,  o,  işin  bitdiyini  görmədən  vəfat  etmişdi.  Onu 
tamamlamaq  işi  isə  adı  İncil  tarixinə  düşən  oğlu  Navuxodonosorun 
öhdəsinə düşdü. 
Bu  divarların  hündürlüyü  və  uzunluğu  heyrətamizdir.  Etibarlı 
tarixi mənbələr iddia edir ki, onların hündürlüyü təqribən 50 metr olub, 
müasir on beş mərtəbəli bina ilə bərabər idi. Onların ümumi uzunluğu 
təqribən 14-18 kilometr təşkil edirdi. Səddin yuxarı hissəsi o qədər enli 
idi ki, onun üstündən altı at bağlanmış cəng arabası keçə bilərdi. Bu 
nəhəng inşaatdan hazırda ancaq bünövrə və xəndək qalıqları salamat 
qalmışdı.  Qala  divarlarının  yox  olmasında  təbii  fəlakətlərin  dağıdıcı 
təsiri ilə  yanaşı,  ərəblərin də  əli  olmuşdu.  Belə  ki,  onlar  öz  tikililəri 
üçün səddin kərpiclərini daşıyıb aparmışdılar. 
Müharibələrlə  zəngin  o  dövrün  demək  olar  ki,  bütün  istilaçı 
orduları  növbə  ilə  Babil  səddinə  qarşı  hücuma  keçirdilər.  Bir  çox 
hökmdarlar  Babili  mühasirəyə  alsalar  da,  bu  hər  zaman  nəticəsiz 
qalmışdı. Hücuma keçən qüvvələrin sayını ancaq təxmini hesablamaq 
olar.  Tarixçilər  100  min  atlı,  25  min  döyüş  arabası,  hər  birində  1000 
nəfər olmaqla 1200  piyada qoşunları olan  ordulardan danışırlar. Çox 
vaxt  müharibəyə  hazırlıq,  hərbi  ehtiyatların  yığılması  və  anbarların 
təşkili iki ildən üç ilədək vaxt alırdı. 
172 


 
Babil  bir  çox  cəhətdən  müasir  şəhərə  bənzəyirdi.  Burada  küçələr  və 
dükanlar  var  idi.  Səyyar  tacirlər  öz  mallarını  yaşayış  olan  məhəllələrdə 
satırdılar. Kahinlər öz ayinlərini möhtəşəm ehramlarda keçirirdilər. Şəhərin 
mərkəzində daxili divarlarla əhatə olunmuş hökmdar sarayı yerləşirdi. İddia 
edildiyinə görə, onlar xarici divarlardan daha hündür idi. 
Babillilər  bacarıqlı  rəssamlar  və  sənətkarlar  idi.  Onlar  heykəllər,  rəsm 
əsərləri yaradıb, parçalar, zinət əşyaları, metaldan silahlar və kənd təsərrüfatı 
alətləri  düzəldirdilər.  Zərgərlər  son  dərəcə  gözəl  bəzək  əşyaları 
hazırlayırdılar.  Qazıntılar  zamanı  varlı  şəhərlilərin  qəbirlərində  tapılan 
onların bir çox nümunələri bu gün dünyanın qabaqcıl muzeylərində nümayiş 
olunur. 
Bütün bəşəriyyətin daş baltalarla ağac kəsib, ucu çaxmaq daşından olan 
ox və nizələrlə ovçuluq və müharibə etdiyi dövrdə, babillilər metal baltalar, 
həmçinin metal uc- luqlu ox və nizələrdən istifadə edirdilər. 
Babillilər  savadlı  iqtisadçılar  və  tacirlər  idi.  Məlum  olduğu  qədər, 
mübadilə  vasitəsi  kimi  pulu,  həmçinin  borc  qəbzlərini  və  mülkiyyət 
hüququnu təsdiqləyən yazılı sənədləri birinci onlar ixtira ediblər. 
Eradan əvvəl 540-cı il istisna olmaqla, Babil tarixi boyu heç vaxt işğalçılar 
tərəfindən  fəth  edilməmişdi.  Hətta  o  vaxt  da  onun  qala  divarları 
sarsılmamışdı.  Babilin  süquta  uğramasının  tarixçəsi  olduqca  qəribədir.  O 
dövrün ən böyük istilaçılarından biri olan İran hökmdarı Kir, şəhərə hücuma 
keçməyə başladı. Babil hökmdarı Nabonidin 
173 


 
məsləhətçiləri onu inandırdılar ki, şəhəri hücuma məruz qoymamaq üçün Kiri 
şəhərdən  kənarda  qarşılayıb  savaşsın.  Babil  ordusu  məğlubiyyətə  uğrayıb 
qaçmağa  üz  tutdu.  Kir  açıq  qala  qapılarından  Babilə  daxil  olub,  onu 
müqavimətsiz ələ keçirtdi. 
Bu  andan  etibarən  Babilin  gücü  və  nüfuzu  getdikcə  azalmağa 
başladı. Bir neçə yüzillikdən sonra isə şəhər boşaldı və küləklə qumun 
ixtiyarında qalıb, yerlə-yeksan oldu. Babil süqut etdi və bir daha heç 
vaxt yüksəlmədi.  Lakin bizim mədəniyyətimizə  çox  böyük  töhfələr 
verdi. 
Amansız  zaman  möhtəşəm  qala  divarlarını  və  saraylan  toza 
çevirsə də, Babilin müdrikliyi əsrlərlə yaşayacaq. 
174 


 


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə