N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   22   23   24   25   26   27   28   29   30
babilin-en-varli-adami

N
Q
 5 
Yenə də dolu ay işıq saçır və mən xatırladım ki, etdiyim qeydlərin 
üzərindən uzun müddət keçib. O gündən bu günə on iki ay keçib. Bu 
dəfə gil lövhəciyə yazı yazmağı unutmayacağam, çünki bu gün mən 
bütün  borclarımı  ödədim.  Bu  gün  yoldaşımla  mən  təntənəli  ziyafət 
təşkil etdik, belə ki, ümidlərimiz çin oldu. 
Borc  verənlərimi  son  ziyarətimdən  sonra  bir  çox  hadisə  baş 
vermişdir. Hamısını xatırlamaq da olmur. Axmar öz kobudluğuna görə 
məndən üzr istəyib dedi ki, məni öz ən yaxşı dostu hesab edir. 
Qoca  Alkaxad  göründüyü  kimi  pis  adam  deyilmiş.  O  mənə 
söylədi ki: "Bir zamanlar sən istənilən əlin əzib yoğura biləcəyi çiy gil 
parçası idin. İndi isə nizə başlıqlarının belə iz sala bilmədiyi bürünc 
kimisən. Əgər sənin gümüş və ya qızıla ehtiyacın olsa, istənilən vaxt 
buyurub gələ bilərsən». 
Mənə hörmət edən yalnızca o deyil. Bir çoxlan mənimlə ehtiramla 
danışırlar.  Yoldaşım  mənə  baxarkən,  gözlərinin  içi  parıldayır  və  bu 
məndə özümə olan güvəni daha da artinr. 
Lakin  iş  məndə  deyil,  mənə  müvəffəqiyyətin  qapılarını  açan 
plandadır. O mənə bütün borclarımı ödəmək imkanı verdi. Pul kisəm 
isə qızıl və gümüşlə cingildədi. Həyatında daha çox şeyə nail olmaq 
istəyən  hər  kəsə,  mən  bu  planı  məsləhət  görürəm.  Bir  halda  ki  o, 
köləyə  borclarından  yaxa  qurtarıb,  qızıla  yiyələnmək  şansı  verdisə, 
istənilən hər 
138 


 
kəsin müstəqillik qazanmasına da kömək edə bilər. Lakin mənim 
hələ də bu planla işim bitməyib, çünki inanıram ki, o mənim varlı 
adam olmağıma kömək edəcək. 
Nottingham Universiteti 
Nyuark - Trent Nottingham 

noyabr 1936-cı il
 
Britaniya elmi ekspedisiyasının rəhbəri, 
Professor Franklin Koldvellə, Hillə, 
Mesopotamiya. 
Manim əziz professorum!
 
Əgər Babil xarabalıqlarında gələcək qazıntılar əsnasında siz, bu 
şəhərin  köhnə  sakini  Dabasir  adlı  dəvə  tacirinin  ruhu  ilə  qar-
şılaşsanız,  mənə  bir  yaxşılıq  edin.  Ona  çatdırın  ki,  bir  neçə  min  il 
bundan  öncə  gil  lövhəciklər  üzərində  yazdığı  məktubları,  bizim 
İngiltərədəki universitetimizin bir neçə əməkdaşı tərəfindən ona əbədi 
minnətdarlıq qazandırdı.
 
Yəqin  ki,  xatırlayarsınız,  Sizə  bir  il  bundan  qabaq  yazarkən, 
demişdim  ki,  yoldaşımla  mən  onun  planından  yararlanmaq  niy-
yətindəyik ki, borclardan qurtulub, bir az pul tədarük edək. Mən bunu 
dostlarımdan  gizlətməyə  çalışsam  da,  görünür,  Siz,  bizim  maliyyə 
vəziyyətimizin çox pis olduğunu ehtimal etmişdiniz.
 
Bir  çox  köhnə  borclar  uzun  illər  boyu  bizi  hədsiz  dərəcədə  al-
çaldırdı.  Biz  artıq  qorxurduq  ki,  tacirlərimizdən  hər  hansı  biri 
münaqişə  edəcək  və  bu  da  mənim  universiteti  tərk  etməyimə  səbəb 
olacaq. Biz ancaq ödəməklə məşğul idik - qənaət edə bildiyi
 
139 


 
miz  hər  bir  şillinqi  -  lakin  bu  vəziyyəti  yaxşılaşdırmırdı.  Üstəlik,  nə 
Həsə dolanmaq da lazım idi, bu da yeni borclara girməyə vadar edirdi.
 
Sanki  çıxılmaz  məngənə  idi  və  o  bizim  vəziyyətimizi  daha  da 
çətinləşdirirdi.  Mübarizə  aparmaq  artıq  mənasız  idi.  Biz  daha  ucuz 
evə köçə bilmirdik, çünki köhnə ev sahibinə borclu idik. Vəziyyətimizi 
necəsə yaxşılaşdıra biləcək heç bir ümid işığı da görünmürdü.
 
Bu məqamda Sizin tanışınız - Babilli qədim dəvə taciri öz planı ilə 
peyda  oldu.  O  bizim  yaralı  yerimizə  toxundu  və  biz  onun  sistemini 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə