Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   26   27   28   29   30   31   32   33   34

42 

 

da nisbi əmin-amanlıq hökm sürürdü. Lakin bu sakitliyin ömrü çox qısa oldu. 1221-ci ilin yanvarında Xorasan 



və İraqi Əcəmdən keçərək Azərbaycan ərazisinə soxulan monqolların dağıdıcı və viranedici hücumları, nəhayət 

Naxçıvana da yetişdi. Bu şəhərə çatanadək monqollar Azərbaycanın, Arranın və Gürcüstanın bir çox şəhər və 

yaşayış məntəqələrini 

[116 - 117]

 dağıdıcı hücumlara məruz qoymuş, bir neçə dəfə atabəy Özbəyin qaldığı Təbrizi 

mühasirəyə almış, böyük təzminat  əldə etmişdilər. Monqolların hücumlarının ardı-arası  kəsilmədən davam 

etdiyini görən Özbək "Təbrizi tərk edib, Naxçıvana gedir, arvad-uşağını da Xoya göndərir..." (120). 

Dövrün tarixçisi Rəşiddədinin məlumatına görə, monqollar Naxçıvanı dağıdaraq,  əhalisinin böyük 

hissəsini qılıncdan keçirirlər (121). Atabəy Özbək  Əlincə qalasında gizlənir. Baş alıb gedən qırğın yalnız 

atabəyin Naxçıvanın sahibi olan oğlu Xamuş "günahı boynuna götürüb" monqollara üzrxahlıqla müraciət 

etdikdən sonra dayandırılır; itaətlərini qəbul etmiş şəhərin hakimi kimi monqollar ona tamqa və taxta "payszı" 

(möhür) verirlər (122). 

Monqol hücumlarının dəhşətli nəticəsi Çingiz xan övladlarının ayaq basdığı  hər yerdə olduğu kimi 

Naxçıvanda da özünü göstərdi: ilk atabəylərin böyük zövqlə abadlaşdırdıqları  şəhər və onun ətrafı böyük 

dağıntılara məruz qaldı, insanları məhv edildi, əsir aparıldı. 

Monqollar Azərbaycandan getdikdən sonra atabəy Özbək Naxçıvanı  tərk edərək yenidən Təbrizə 

qayıdır. Onun bir dövlət başçısı kimi bu dövr fəaliyyətini kəskin tənqid edən İbn əl-Əsir hakimiyyətin əslində 

Özbəyin arvadı, son səlcuq sultanı III Toğrulun qızı Məleykə xatunun əlində olduğunu, onun əyyaşlıqla "məşğul 

olan  ərinin ölkəsinə hakimlik etdiyini" qeyd edir (123). Naxçıvan isə bu zaman Cahan Pəhləvanın Zahidə 

xatundan olan qızı, Özbəyin atabir bacısı  Məlikə  Cəlaliyyənin  əlində idi (124). Ən-Nəsəvi onu "Naxçıvanın 

sahibəsi" adlandırır (125). Məlikə  Cəlaliyyənin Naxçıvandakı  fəaliyyəti haqqında mənbələr birbaşa məlumat 

verməsələr də,  ən-Nəsəvinin onun haqqında baş verən hadisələrlə  əlaqədar təqdim etdiyi material 

[117 - 118]

 

şəhərin həmin dövr tarixinin bəzi məqamlarına işıq salır. Maraqlıdır ki, 1224-cü ildə monqolların dağıtdığı 



Xarəzmşahlar dövlətinin hökmdarı sultan Məhəmmədin oğlu Qiyasəddin Pirşah Azərbaycana yürüş etdikdə, bu 

hücumların qarşısını ala bilməyən atabəy Özbək bacısı Cəlaliyyəni ona ərə verir və bu yolla barışıq əldə edir 

(126). Beləliklə, Naxçıvan Qiyasəddin Pirşahın tabeliyinə keçir. O, öz hacibi, xəlifə Osmanın nəslindən olan 

Sədr  əl-Millə  və-d-din  Əbu-l-Bərəkatu  əl-Usmaniyə "bu mühüm sərhəd vilayətinin" vəzirliyini həvalə edir 

(127). Qiyasəddinin həmin dövrdən qalmış maraqlı  fərmanına görə  vəzirə bir qədər  əvvəl monqol hücumuna 

məruz qalmış Naxçıvan ərazisinin abadlaşdırılması, buranın müsəlman və muşrik (politeist) əhalisinin həyatının 

yaxşılaşdırılması,  ədalətin bərqərar edilməsi, hər kəsin xidmətlərinə görə qiymətləndirilməsi, yalnız  əvvəldən 

müəyyən olunmuş vergilərin-müsəlmanlardan xərac (torpaq vergisi), müsəlman olmayanlardan (zimmilərdən) 

isə cizyə (can vergisi) alınması üçün tədbirlər həyata keçirilməsi tapşırığı verilmişdi. Fərmanda sərhəd bölgəsi 

ərazisində yerləşən Naxçıvanda əmin-amanlığı bərqərar etmək üçün yollara nəzarət olunması, islam ölkəsi (dər 

əl-islam) olan bu torpağa gəlib-gedənlərin ciddi nəzarət altına alınması, onlara hörmətlə yanaşılması  əmri 

verilirdi. Bununla yanaşı, vəzirə Naxçıvana köçüb gəlmək istəyənlərin həddindən artıq olmamasına diqqət 

verilməsi tapşırılırdı. O, müsəlmanların himayəsinə keçmək istəyən "kafırlərdən" can vergisi almamalı, xristian 

əhalinin öz kilsələrini təmir etməsinə, dini ayinləri icra etməsinə mane olmamalı, lakin, bununla yanaşı, onların 

yeniliklər tətbiq etməsinə icazə verməməli, tutduqları mövqedən asılı olmayaraq müsəlmanlardan ayrı 

yaşamalarını 

[118 - 119]

 təmin etməli, at üstündə gəzmələrinə və silah daşımalarına qadağa qoymalı idi (128). 

Qiyasəddinin əmri ilə Naxçıvanda bu tədbirlərin həyata keçirilməsi, sözsüz ki, başqa Azərbaycan şəhərləri kimi 

xarici hücumlardan hədsiz zərər çəkmiş bu şəhərin yenidən abadlaşdırılması, burada əmin-amanlığın bərpa 

edilməsi yolunda atılan ilk addımlar oldu. 

Bu dövrdə Qiyasəddinin hələ 1221-ci ildə monqollara qarşı  uğursuz hücumundan sonra Hindistana 

qaçmış kiçik qardaşı  Cəlaləddin Manqburnı yenidən fəaliyyətə başlayır (129). O, ilk növbədə Xarəzmşahlar 

dövlətinin monqollar tərəfindən məhv edilməsində günahkar saydığı Abbasi xəlifəsi  ən-Nasiri cəzalandırmaq 

üçün 1225-ci ildə Bağdada yürüş edir; xəlifə qoşunlarını  məğlubiyyətə  uğradan Cəlaləddin həmin ilin may 

ayından Azərbaycan  ərazisinə daxil olur (130). Heç bir müqavimət görmədən Marağa  şəhərini, 7 günlük 

mühasirədən sonra isə atabəy Özbəyin tərk etdiyi Təbriz şəhərini ələ keçirir. Özbək əvvəl Gəncəyə, sonra isə 

bacısının idarə etdiyi Naxçıvana gələrək, Əlincə qalasında gizlənir. Ölkənin idarəsi, çox vaxt olduğu kimi, yenə 

onun arvadı  Məleykə xatunun əlinə keçir. Öz mülklərini qorumaq xatirinə  Məleykə xatun yalançı  şahidlərin 

köməyilə sultan Cəlaləddinlə nigah kəsdirir. Cəlaləddinin  şəxsi katibi olan ən-Nəsəvi atabəy Özbəyin vəziri

yaşadığı dövrün görkəmli  şəxsiyyətlərindən olan Rəbib  əd-Din Dəndandan bu barədə aldığı  məlumatı belə 

təqdim edir: "Atabəy Özbək Naxçıvan mahallarından (amallarından) Əlincə qalasında olarkən eşitdi ki, sultan 

onun ölkəsini hissə-hissə tutur. O, yalnız bunları dedi: "Doğrudan da yer üzü Allahındır. Bəndələrindən 

istədiyini onun varisi edər. Aqibət-müttəqilərindir" (möminlərindir - Quran, VIII, 128; -  N. V. ). 

[119 - 120] 

Nəhayət nigah xəbəri ona çatdı. O, xəbəri gətirəndən bu barədə soruşdu: Bu məlikənin razılığı ilə oldu, yoxsa 

onun istəyi xilafına? Həmin adam dedi: Onun istəyi və  dəfələrlə elçi düşməsindən sonra. О (yəni Məleykə), 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə