Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   26   27   28   29   30   31   32   33   34

41 

 

istehkamların,  о cümlədən, dövlət xəzinəsinin yerləşdirildiyi  Əlincə qalasının daha da möhkəmləndirilməsi 



qayğısına qalması zərurətini meydana çıxarmışdı. Əlincəçayın sağ sahilində, eyniadlı dağın zirvəsində yerləşən 

bu qədim qalanın qalıqları bu gün də özünün qeyri-adi görünüşü və əzəməti ilə nəzəri cəlb edir. Mənbələr siyasi 

vəziyyətin qəlizliyi ilə bir qədər də ağırlaşmış bu dövrdə Azərbaycanın hər yerində (Abşeron, Təbriz, Xalxal, 

Gəncə və b. yerlərdə) olduğu kimi Naxçıvan ərazisində də öz alınmazlığı və xüsusi möhkəmliyi ilə ad çıxarmış 

daha neçə-neçə qala və  qəsrin adını qoruyub saxlamışdır. Arxeoloji qazıntılar kiçik şəhərciyi xatırladan belə 

qalaların daxilində çoxlu yaşayış  və ictimai binaların olduğunu təsdiq edir. Məsələn, arxeoloqlar Şahbuz 

rayonunda eyniadlı  kəndin yaxınlığında yerləşən, müdafiə  məqsədilə, həm də gözətçi məntəqəsi kimi istifadə 

olunan Şapurqalanın daxilində dağılmış tikinti qalıqları aşkar etmişlər 

[113 - 114] 

(108). Azərbaycanda "qarışıqlıq 

(fitnə) və müharibələrin ardı-arasının kəsilmədiyi", buna görə də "şəhərlərinin çoxunun xaraba, kəndlərinin isə 

yerlə-yeksan" olduğu haqqında məlumat verən məşhur alim və  səyyah Yaqut əl-Həməvi də ölkənin "çoxlu 

qalaları" olduğunu bildirir (109). 

XII yüzilin ilk illərində bu vaxtatək müxtəlif yollarla Gəncəni və Azərbaycanın digər  şəhərlərini  ələ 

keçirməyə çalışan gürcü qoşunları Gəncənin 25 günlük uğursuz mühasirəsindən sonra Naxçıvana doğru hərəkət 

edirlər.  İbn  əl-Əsir "599-cu ildə (1202/03) gürcülərin yolüstü "bütöv Azərbaycan kimi, əmir  Əbu Bəkr ibn 

Cahan Pəhləvanın mülkü" olan Dvin (Dəbil) şəhərini ələ keçirib, "talan və viran" etmələri, "əhalisinin çoxunu 

öldürmələri" məlumatını verir (110). Salnamədən məlum olur ki, Dvini qarət edən gürcülər şəhərdə elə dəhşətli 

qırğın törədirlər ki, bunlar "haqqında eşidəndə adamın tükləri ürpəşir" (111). 

Bu ağır məqamda gürcü qoşunlarının ölkənin içərilərinə soxulacaqlarından ehtiyat edən, mənbələrin 

(Sədrəddin  əl-Hüseyni,  İbn  əl-Əsir, Ravəndi və b.) məlumatından göründüyü kimi, xoşagəlməz fakt da olsa, 

dövlət işlərindən daha çox əyyaşlıqla məşğul olan Əbu Bəkr Naxçıvanı  tərk edərək, analığı Zahidə xatunun 

idarə etdiyi Təbrizə  gəlir (112). Naxçıvana hücum edən gürcülər, görünür, Əbu Bəkri təqib edərək, Təbrizə 

yetişirlər. Təbriz ətrafındakı yerlər qarət edilsə də, Zahidə xatunla bağlanılmış müqaviləyə görə, gürcülər onlara 

verilən böyük təzminat müqabilində  Təbrizə olan hücumu dayandırırlar; lakin bununla belə onların qarətçi 

yürüşləri davam edir. Sədrəddin əl-Hüseyni bu barədə yazırdı: "Onların əlləri qənimətlə doldu; о qədər adamı 

əsir apardılar ki, sayını Allahdan başqa-ona 

[114 - 115]

  həmd olsun, heç kəs bilmir. Onlar ölkədəki bütün 

malqaranı sürüb apardılar. Ölkəni tərk edərkən, yolüstü vilayətlərə hücum törədir, qaladan qalaya, şəhərdən 

şəhərə [hər yeri] ələ keçirib qarət edirdilər. Beləliklə, onlar qalaların  əksəriyyətini tutdular, Naxçıvan və 

Beyləqanın üzərinə xərac qoydular" (113). 

Gürcü qoşunlarının hücumları sonrakı il də davam edir. Bu hücumların qarşısını nə yolla olursa-olsun 

almağa çalışan atabəy Əbu Bəkr, nəhayət, "müsəlman dünyasında kəskin etiraza səbəb olan" qərar qəbul edir: 

gürcü hökmdarının qızı ilə evlənir (114). Bu izdivacdan sonra "gürcülər talandan, qarətdən və  qırğından  əl 

çəkdilər" (115). Bundan sonrakı dövrdə də atabəy və onun ailəsi Naxçıvanda yaşamaqda davam edirdi. 

1210-cu ildə atabəy  Əbu Bəkrin vəfatı ilə gürcülərlə yaranmış müvəqqəti sülh münasibətlərinə son 

qoyuldu. Naxçıvan yenidən gürcü qoşınlarının hücumuna məruz qaldı. Lakin şəhərin müdafıəsi yaxşı  təşkil 

edildiyi üçün gürcü qoşunları bu müdafiəni yara bilmədilər. Naxçıvanı  tərk edərək, Culfaya doğru irəliləyən 

gürcülər Arazı keçərək, Azərbaycanın az qala bütün cənub hissəsini əhatə edən, talan, dağıntı, qırğınla müşayiət 

edilən geniş  hərbi yürüşə başladılar. Tədqiq edilən illərdə tez-tez baş verən gürcü hücumlarının xronoloji 

çərçivəsi dövrün mənbələrində  və bunun nəticəsi olaraq ədəbiyyatda bir qədər ziddiyyətli təqdim edilsə  də 

(116), Naxçıvanın digər Azərbaycan  şəhərləri kimi dəfələrlə bu hücumlara məruz qalması göz qarşısındadır. 

Əbu Bəkrin gürcü hökmdarı ilə yaratdığı qohumluq münasibətlərinə dövrün müsəlman dünyasının bir çox 

nümayəndələri kimi tarixçi İbn əl-Əsirin də açıq kinayə ilə yanaşmasına baxmayaraq, məhz bu qohumluq, 

[115 


- 116]

 müvəqqəti də olsa, atabəylərin tabeliyində olan yerlərə,  о cümlədən, Naxçıvana yönəldilən gürcü 

yürüşlərinin qarşısını ala bilmişdi. 

Azərbaycan atabəyləri dövlətinin  Əbu Bəkrdən sonrakı yeni və son hökmdarı olan Özbək 

Müzəffərəddinin (1210-1225) atabir qardaşından sonra hakimiyyətə  gəlməsi ilə bir qədər də intensivləşən bu 

hücumlar regionun istər siyasi, istər iqtisadi-mədəni həyatında dərin izlər qoydu; Azərbaycanın başqa yerlərində 

(Ərdəbildə, Mərənddə, Zəncanda, Miyanədə və s.) olduğu kimi Naxçıvan ərazisində də dağıntılara, məhsuldar 

qüvvələrin azalmasına, maddi və mənəvi zərərə səbəb oldu. 

Bu illərdə  mərkəzi hakimiyyətə tabe olmaq istəməyən  əmirlərlə, eləcə  də Xarəzmşahlarla aparılan 

mübarizə  şəraitində Eldənizlər dövləti zəiflədi. Atabəy  Əbu Bəkrdən fərqli olaraq Naxçıvanda deyil Təbrizdə 

yaşayan "...Özbək Xarəzmşahın adına xütbə oxutdurub tabeliyinə daxil oldu" (117). Bu hadisə gürcü 

hücumlarının qarşısını aldı. 

Naxçıvanda isə bu zaman Özbəyin anadangəlmə lal-kar olduğu üçün Xamuş  ləqəbli oğlu (onun əsl 

adının Toğrul olduğu ehtimal olunur (118); Şihabəddin ən-Nəsəvidə isə onun adı "atabəy Qızıl Arslan, yəni əl-

Məlik Xamuş..." kimi qeyd olunur) (119) hakimlik edirdi. Gürcü hücumlarının səngidiyi bu illərdə Naxçıvanda 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə