74
əvvəlkindən də yaxĢı oldu. Onlar o qədər gəlir gətirdilər ki, bunun müqabilində
Gəncə və Təbrizdən gələn pul çox görünmürdü”.
Mənbələr Ərdəbildən sonra o dövr üçün Cənubi Azərbaycanın ən böyük
Ģəhəri kimi Marağanın adını çəkirlər. Antik mənbələrə görə hələ eramızdan əvvəl
Fraata (Fraaspa, Praaspa) adı ilə tanınan bu qədim Ģəhərin bugünkü adının marrağa
(təmərrağa) (“eĢələnmək”) ərəb sözündən götürüldüyü ehtimal olunur
**
. Bu
ehtimal ərəb mənbələrində təsvir olunan bir rəvayətə əsaslandırılır. Əl-Bəlazurinin
verdiyi rəvayətə əsaslandırılır. Əl-Bəlazurinin verdiyi rəvayətə görə bu Ģəhər
“əvvəllər Afraharuz (Fraata – Fraaspa adının ərəb deyiliĢi – N. V.) adlanardı.
Ərminiyə və Azərbaycanın hakimi Mərvan ibn Məhəmməd (732 – 744) Muğan və
Gilana olan yürüĢündən qayıdarkən, onun yaxınlığında düĢərgə salır. Orada o
qədər peyin vardı ki, atlar onun içində eĢələnməyə (təmərrağa) baĢladılar. Buna
görə də deyərdilər: “Marağa” kəndinə (yəni atların eĢələndiyi kəndə, N. V.) gedin,
sonralar “kənd” sözü atıldı, elə “Marağa” deyildi”.
Bu məlumat IX əsrin sonları X əsrin əvvəllərində yaĢamıĢ, əsərini X əsrin
ilk illərində yazmıĢ Ġbn əl-Fəqihin və eləcə də XIII əsr müəllifi Yaqutun müxtəlif
mənbələrə əsaslanan xəbərlərilə də təsdiq olunur.
Qədim Ģəhər olan Marağanın yeni dirçəliĢ dövrü məhz Mərvanın adı ilə
bağlıdır. Bu Ģəhəri öz himayəsinə alan Mərvan onu bərpa edib geniĢləndirmiĢ, bu
yerin daha da məskunlaĢması üçün hər cür Ģərait yaratmağa çalıĢmıĢdı. Abbasilərin
hakimiyyət baĢına gəlməsi ilə Marağa Əməvilərin Azərbaycandakı baĢqa mülkləri
ilə birlikdə yeni sülalə nümayəndələrinin ixtiyarına keçdi. Xəlifə harun ər-RəĢid
dövründə separatçılığa meyl göstərən yerliləĢmiĢ ərəb feodallarından əzd
qəbiləsinə mənsub əl-Bacna ibn ər-Rəvvad və həmin qəbilənin məvlası Sadağa ibn
Əlinin Marağada törəkdikləri qarıĢıqlığın qarĢısını almaq məqsədilə xəlifənin
Azərbaycan və Ərminiyədəki valisi Xuzeymə ibn Hazim (803 – 306) bu Ģəhəri qala
divarları ilə möhkəmlətmiĢ, burada “çoxlu qoĢun yerləĢdirmiĢdi”. ġəhərin belə
möhkəmləndirilməsi Xürrəmiıər hərəkatı dövründə də üsyançıların təqibindən
qaçan müsəlmanların məhz Marağada sığınacaq tapmasına səbəb olmuĢdu. Əl-
Bəlazurinin məlumatına görə xəlifə əl-Məmun (813 – 833) dövründə Marağa
divarları yenidən təmir edilmiĢ, Ģəhər rabadı möhkəmləndirilmiĢdi.
Yuxarıda qeyd etdiyimiz kimi, VIII əsrdən baĢlayaraq Cənubi Azərbaycanın
əsas Ģəhərinə çevrilmiĢ Marağa IX əsrin sonlarında öz mövqeyini Ərdəbilə verdi.
Məhz buna görə də ərəb tarixçi və coğrafiyaĢünas-səyyahları “buranın əvvəllər
hərbi düĢərgə və paytaxt” olması, “xəzinə və hökümət idarələrinin” də burada
yerləĢməsi haqqında məlumat verirlər. Ġbn Havqəl yazırdı: “Əl-Marağa sağlam
havalı Ģəhərdir. Bağları, çayları, mədən suları, ləzzətli meyvələri, ərzağı və baĢqa
Ģeyləri boldur. Çoxlu rustaq və otlaqları var. Bu yer bizim təsvir etdiyimiz bütün
**
Bu adı Ptolomeyin “Coğrafiya” əsərində Urmiya gölünün adı “Markiana” ilə də bağlayırlar.
75
Ģeylərlə zəngindir. Buranın yaĢayıĢ yerlərindən birində azdaqriy
*
adlanan qovun
[növü] yetiĢir. Bu, uzunsov, qabığı bozumtul-yaĢıl, içərisi isə qırmızıdır. Ġçi baldan
Ģirindir, özü də məĢhur Xorasan qovununa oxĢayır. Əl-Marağanın ətrafındakı qala
divarlarını Ġbn Əbu-s-Sac təxminən əs-Salar Ərdəbil divarlarını dağıtdığı zaman
dağıtmıĢdır”. Marağadakı “abidələr, imarətlər, mədrəsələr və yaxĢı xanəgahlar”
haqqında məlumat verən Yaqut əl-Həməvi o dövrün elm və mədəniyyət
mərkəzlərindən biri olan bu Ģəhərdə “ədib, Ģair, mühəddis və fəqihlərin”
olduğundan yazır, onların içində hədis toplamaq məqsədilə çoxlu səyahətlər etmiĢ,
NiĢapurda yaĢamıĢ, DəməĢqdə və baĢqa yerlərdə dövrünün onlarla məĢhur alim və
ədibini dinləmiĢ Cəfər ibn Məhəmməd əl-Hərras Əbu Məhəmməd əl-Marağinin
adını xüsusi qeyd edirdi.
Mənbələrdən məlum olur ki, o dövrdə Ərdəbil və Marağadan sonra
böyüklüyünə görə üçüncü yeri Urmiya Ģəhəri tuturdu. Eyni adlı gölün
*
sahilində
yerləĢən bu qədim Ģəhəri Ġbn Xordadbeh və əl-Bəlazuridən tutmuĢ Yaqutadək bir
çoz orta əsr ərəb müəllifləri “ZərdüĢtün vətəni” hesab edirdilər (ZərdüĢtün vətəni
haqqında ədəbiyyatda bir neçə mülahizə var). Ġbn Havqəl bu Ģəhər haqqında
yazırdı: Urmiya “sağlam havalı Ģəhərdir, üzümlüyü, Ģəhər içində axan bulaqları,
əkin sahələri və rustaqları çoxdur. Həmçinin hər cür mal və ticarət Ģeyləri vardır”...
IX əsrin ilk illərində, yuxarıda xatırladığımız Sadaqa ibn Əli Urmiyanı öz
tabeliyinə keçirmiĢ, burada qəsrlər tikdirmiĢdi (əl-Bəlazuri, Ġbn əl-Fəqih). 1220-ci
ildə Azərbaycana səyahət edərkən Urmiyada da olmuĢ Yaqut əl-Həməvi buranın
“əzəmətli qədim Ģəhər” olduğunu təsdiq etsə də “ölkəni zəif idarə edən” Atabəy
Özbəyin (1211 – 1225) Ģəhərə yaxĢı baxmadığını da qeyd edir.
Haqqında danıĢdığımız bu altı Ģəhər (Bərdə, Bab əl-Əbvab, Tiflis, Ərdəbil,
Marağa, Urmiya) Arran və Azərbaycanın ən böyük Ģəhərləri hesab edilirdi. Ərəb
iĢğalından sonra Ģəhər həyatının ən çiçəklənən bu dövründə Xilafətin Ģimal
vilayətində olmuĢ əl-Ġstəxri və Ġbn Havqəl güneyin əl-Məyanic (Miyanə), əl-Xunəc
(Xunə), Ucan, Dəxərrəqan, Xuvey (Xoy), Sələmas (Səlmas), Mərənd, Təbriz,
Bərzənd, Varsan, Muğan, Cabravan və UĢnuh kimi “gözəl, eyni böyüklükdə” (və
ya “kiçik, böyüklükdə bir-birinə bənzəyən”) orta Ģəhərklərinin adlarını çəkirlər. Ġbn
Havqəl cənubun bütün Ģəhərlərini onları xarakterizə edən ümumi cəhətlərdə belə
birləĢdirir: “Bu Ģəhərlərin hamısını ağaclar bürümüĢ, hər yer buğda zəmiləri və
xurma ağacları ilə doludur. Bu yerlərdən heç biri çaylarına, bağlarına və yaĢayıĢ
məntəqələrinə görə o birisindən əskik deyil, əksinə, hər cür mal-nemətlə zəngin və
Allahın xeyir-bərəkəti ilə doludur. Meyvələri çox ucuz, yeməli Ģeyləri isə demək
olar ki, havayıdır”. Arranın orta böyüklükdə olan Ģəhərlərini isə o “gözəl, eyni
böyüklükdə və məhsuldar, geniĢ yararlı təsərrüfat sahələrinə malik” Ģəhərlər kimi
xarakterizə edir.
*
BaĢqa əlyazmada kəndin adına görə “Ərdhər”dir.
*
Mənbələr Urmiya gölünün əĢ-ġurat, əl-Kəbuzan adlarını da qeyd edirlər.
Dostları ilə paylaş: |