71
ixtiyarını verirəm. Mən Əbdülməlik ibn Əqləbə sənə göz olmağı tapĢırdım, onu
qoĢun baĢçısı
və darğa etdim, çünki o, bizim etibar etdiyimiz adamdır”.
851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və ġirvanı Məzyədilər sülaləsinin
banisi Məhəmməd ibn Xalidə iqta kimi verir. 869-cu ildə dərbəndlilər HaĢim ibn
Suraka əs-Suləmini müstəqil Dərbəndin əmiri seçirlər.
VIII əsrin əvvəlində Xilafətin Ģimal vilayətlərinin caniĢini təyin edilmiĢ
Məsləmə ibn Əbdülməlikin öz dövlətinin buradakı mövqelərini möhkəmlətmək
məqsədilə gördüyü tədbirlər Dərbəndi ərəblərin alınmaz istehkamına çevirməyə
doğru yönəldilmiĢdi. Əsərində Azərbaycanın ərəblər tərəfindən iĢğalı məsələsinə
geniĢ yer vermiĢ əl-Bəlazuri yazırdı: “Xəbər verirlər ki, Məsləmə Xeyzan əhli ilə
sülh bağladı
*
və Ģəhər qalasının dağıdılması haqqında əmr verdi. O, özünə burada
indi də “Havz Xeyzan” adı ilə məĢhur olan malikanəni götürdü. Məsləmə ilə dağlı
hökmdarlar sülh bağlayırdı. Onun yanına ġirvanĢah, LiranĢah, TabarsaranĢah,
FilanĢah və CiranĢah, eləcə də Maskatın sahibi gəlib sülh bağladılar. Bundan sonra
Məsləmə əl-Bab Ģəhərinə hücum edib onu tutdu. Əl-Babın qalasında bu zaman min
xəzər ailəsi vardı. [Məsləmə] qalanı mühasirə edib, [daĢatanlar vasitəsilə] oraya
daĢ, dəmir tullamağa baĢladı. Bundan kömək aĢmayanda, Məsləmə ƏnuĢirəvanın
vaxtilə dərbəndlilərin quyusuna çəkdirdiyi bulağın yanına gəldi, mal-qara kəsdirib,
bağırsaqlarının içindəkiləri və peyini [bulağa] tökdürdü. Heç bir gecə keçməmiĢdi
ki, Ģəhərdəki su korlanıb iy verməyə baĢladı, içində qurdlar göründü. Bundan sonra
Məsləmə ibn Əbdülməlik əl-Babu-l-Əbvab Ģəhərində 24 min Ģamlı yerləĢdirdi,
onlara yaxĢı maaĢ verməyə söz verdi. Ona görə də Dərbənd əhalisi bugünkü
günədək yanında pulu olmayan və [bu pulu] onların arasında bölüĢdürə bilməyən
heç bir hakimə Ģəhərə daxil olmaq icazəsi vermirdilər. Məsləmə [Ģəhərdə] ərzaq
üçün ambar tikdi, bundan əlavə arpa və silah üçün [baĢqa] ambarlar tikdirdi; Ģəhər
[su] çənini təmizləmək əmrini verdi; Ģəhərdəki dağıntıları abadlaĢdırıb onu
bəzədi”.
Dərbənd o dövrdə Xilafətin Ģimal sərhədlərini qoruyub mühüm qala
olmaqla yanaĢı Xəzər dənizinin ən böyük limanlarından idi. X əsr ərəb səyyahları
əl-Ġstəxri və Ġbn Havqəlin Dərbənd haqqında yazdıqları bu Ģəhər haqqında
təsəvvürümüzü zənginləĢdirmək baxımından maraqlıdır: “Bab əl-Əbvab sahil
Ģəhəridir. Ortasında gəmilər üçün liman vardır. Bu liman ilə dəniz arasında, hər iki
yandan qoĢa divar çəkilmiĢdir. Belə ki, gəmilərin giriĢ yolu dar və çox girintili-
çıxıntılıdır. GiriĢ [Tir və Beyrut Ģəhərlərində olduğu kimi]
**
zəncirlənmiĢdir,
[üstündə qıfıl asılmıĢdır, açarı dənizdəki vəziyyətə nəzarət edəndədir]. Heç bir
gəmi icazəsiz buraya nə daxil olur, nə də çıxır. Hər iki divar daĢ və qurğuĢundan
hörülmüĢdür. Bab əl-Əbvab Təbəristan dənizinin sahilindədir. ġəhər ərdəbildən
*
Ərəb mətnlərində iĢlədilən Xeyzan (bəzən isə Cidan və s.) əvəzinə, V. Minorskinin haqlı rəyincə,
Xeydak-Kaytak olmalıdır. Bu dağ xalqı Dərbənddən Ģimalda yaĢayırdı.
**
Böyük mötərizədəki sözlər Ġbn Havqələ aiddir.