72
böyükdür. Buranın çoxlu əkin torpaqları var, lakin baĢqa nahiyələrdən gətirilməsə -
meyvəsi azdır. ġəhərin ətrafına daĢ, kərpic və palçıq divarlar çəkilmiĢdir. Bu Ģəhər
Sərir və kafirlərin baĢqa ölkələrinin Xəzər dənizində limanıdır. Bura Curcan,
Təbəristan və əd-Deyləmin də limanıdır. Buradan kətan paltarlar ixrac edilir.
Arran, Ərminiyə və Azərbaycanda bundan baĢqa heç yerdə kətan paltarlar olmur.
Burada zəfəran da yetiĢdirilir. Əl-Babda kafir ölkələrdən olan qullara da rast
gəlmək olur”.
O dövrdə Azərbaycanı gəzmiĢ ərəb səyyahları Arranın üçüncü böyük Ģəhəri
kimi Tiflisin adını çəkirlər. Müsəlman Cəfərilər sülaləsinin tabeliyində olan bu
gürcü Ģəhəri haqqında əl-Ġstəxri yazırdı: “Tiflis böyüklükdə Bab əl-Əbvab kimi
deyil, onun ətrafında palçıqdan iki divar, divarda isə üç darvaza var. Bura çox
məhsuldar, meyvəsi və əkin torpaqları bol yerdir. [Tiflis] sərhəd yerdir... Arranda
Bərdə, əl-Bab və Tiflisdən böyük Ģəhər yoxdur”.
Ərəb iĢğalı dövründə Cənubi Azərbaycanın ən böyük və əsas Ģəhəri Ərdəbil
idi. VII əsrin ortalarında baĢ verən hadisələri qələmə alan əl-Bəlazuri yazırdı:
“Xəlifədən [hücum] əmri alan Huzayfa Azərbaycanın baĢ Ģəhəri Ərdəbilə yola
düĢdü; əhalidən vergi toplayan [Sasani] mərzbanının iqamətgahı da burada idi”.
Ġlk vaxtlar ərəblər bu Ģəhərin siyasi və inzibati mərkəz statusunu saxladılar,
hətta xəlifə Əli dövründə Azərbaycan hakimi təyin edilmiĢ əl-ƏĢas ibn Qeys
dövlətin təminatı hesabına yaĢayan ərəbləri Ərdəbilə köçürmüĢ, bu Ģəhəri
abadlaĢdırmıĢ, burada məscid tikdirmiĢdi. Lakin ərəb-xəzər müharibələrinin
baĢlanması ilə Ərdəbil və onun ətrafları da gərgin döyüĢ meydanına çevrildi. 730-
cu ildə xəzər xaqanının oğlu Bars-bəy (mənbələrdə onun adının baĢqa yazılıĢı da
var: Bərcik, Bərcil və s.) Azərbaycanın bir çox Ģəhər və kəndlərini ələ keçirtmiĢ,
Ərdəbili də mühasirəyə almıĢdı. Əl-Kufi bu barədə yazıb: “xəzərlər Ərdəbilə
hücum etdilər. Ərdəbil əhli gecə-gündüz müdafiə olunurdu. Lakin mühasirənin
uzanması, köməyin isə gəlib çıxmaması Ģəhərin təslim edilməsinə səbəb oldu.
Xəzərlər qılınc gücünə Ərdəbil Ģəhərinə girdilər. Onlar Ģəhərin bütün
müdafiəçilərini qırdılar, qadınları, uĢaqları, Ģəhərdə olan hər Ģeyi ələ keçirdilər.
Sonra [xəzərlər] Ərdəbilin nahiyələrinə səpələndilər, bu [yerləri] tutdular,
[əhalisini] öldürdülər, [hər Ģeyi] talan etdilər, yandırdılar, zor iĢlətdilər”. Sonradan
Ərdəbil yenidən ərəblərin əlinə keçdisə də, çox keçmədən yerli əhalinin hakim
üsul-idarəyə qarĢı mübarizə mərkəzinə, IX əsrin əvvəllərində isə xürrəmilərin
fəaliyyət dairəsinin mərkəzinə çevrildi. Buna görə də Xilafətin Azərbaycan
vilayətinin paytaxtı qədim Ģəhər olan Marağaya köçürüldü.
Arxeoloji tapıntılara görə tunc dövründə yaĢayıĢ məskəni olan Ərdəbil (bu
haqda Tehrandakı “Ġran-e Bastan” muzeyinin “Ərdəbil tapıntıları” bölməsində
material toplanıb) ərəb mənbələrindəki gümanlı məlumata görə Sasani ĢahənĢahı
Peroz (Firuz, 459 – 484) tərəfindən saldırılmıĢ, ilk adı Bazan-Firuz olmuĢdur
(Yaqut: “deyirlər ki, [Ərdəbilin] əsasını hökmdar Firuz qoydurmuĢ, onu Bazan
Firuz adlandırmıĢdır”).
73
IX əsrin sonları – X əsrin əvvəllərində Yusif ibn Əbu-s-Sac Ərdəbili öz
dövlətinin əsas Ģəhəri etdiyi üçün artıq X əsr ərəb səyyahları bu Ģəhəri Cənubi
Azərbaycanın paytaxtı adlandırırlar. Ġbn Havqəl bu barədə yazır: “Hal-hazırda
[Cənubi] Azərbaycanın ən mühüm vilayəti və böyük Ģəhəri Ərdəbildir. Hərbi
düĢərgə və hökmdarlar sarayı buradadır. Bu Ģəhərin sahəsi 30 kv. fərsəxdir.
Tikintilərin çoxu palçıq və biĢmiĢ kərpicdəndir... ġəhərin havası saf, satıĢ
qiymətləri ucuzdur. Onun böyük rustaq və mahalları var, yaxınlığında Sabalan
(Savalan) adlı dağ ucalır... ġəhər çox gözəldir. Ġçərisindən çaylar axır, su quyuları
vardır. Çörək isə demək olar ki, həmiĢə bol olduğundan 1 dirhəmə 50 lavaĢ almaq
olar, ətin 15 mannını (1 mani təqribən 831 q. – N. V.) 1 dirhəmə verirlər. Bal,
ərinmiĢ yağ, yarma, qoz-fındıq, kiĢmiĢ və bütün baĢqa yeməli Ģeylər çox ucuzdur,
demək olar ki, havayı verirlər. Ucuzluğu ilə ĢöhrətqazanmıĢ bir çox baĢqa yerlər,
xətrin istədiyin hər Ģeyin bolluğu və yaxĢı yaĢamaq imkanına görə [Ərdəbilə]
güzəĢtə gedirlər”.
X əsrin sonlarına yaxın Ərdəbildə olmuĢ əl-Müqəddəsi də buradakı
bolluqdan, ümumi rifahdan danıĢsa da, görünür, subyektiv təsərrüfatın təsiri altında
Ģəhər əhalisinin “məkrli və diqqətsiz”, baĢqa məzhəbdən olanlara qarĢı “etinasız
olmalarından” Ģikayətlənir.
1220-ci ildə, monqol hücumu ərəfəsində Ərdəbildə olmuĢ Yaqut əl-Həməvi
onu “çox böyük Ģəhər” adlandırır. O yazır: “Mən oradan getdikdən sonra tatarlar
(monqollar – N. V.) [Ərdəbilə] hücum edib, onun [əhalisini] məhv etdilər. Onlarla
əhali arasında baĢ verən döyüĢlərdə [ərdəbillilər] özlərini çox yaxĢı müdafiə edib,
iki dəfə tatarları geri ata bilmiĢ, üçüncü dəfə zəiflədikləri üçün [tatarlar] onlara
üstün gəlmiĢ, zor gücünə [Ģəhəri] fəth etmiĢ, müsəlmanların üstünə atılaraq, onları
öldürmüĢdülər. [ġəhər əhalisindən] onların gözünə sataĢan hər bir kəs canını
qurtara bilmədi; Yalnız gizlənə bilənlər [qaldılar]. Tatarlar Ģəhəri ağlagəlməz
dərəcədə dağıtdıqdan sonra çıxıb getdilər. [ġəhər bir müddət] belə dəhĢətli
vəziyyətdə, adamsız qaldı. Lakin indi əvvəlki halına qayıtmıĢ, hətta ondan da yaxĢı
olmuĢdur. O [indi] tatarların əlindədir”.
Ərdəbilin monqol dağıntısından sonra bərpası haqqında, Yaqutun, Ģübhəsiz,
baĢqalarından eĢitdiyi bu məlumat son XarəzmĢah Cəlaləddin Mankburninin həyat
yolunu iĢıqlandırmıĢ Ģəxsi katibi ġihabəddin ən-Nəsəvinin sözləri ilə də təsdiq
olunur: “Sultan [Cəlaləddin] həmin il (yəni 1227-ci il – N. V.) Ġraqa gəldikdə
*
[Beyləqan və Ərdəbil] Ģəhərlərini elə bir halda gördü ki, onların təzədən
məskunlaĢmasına heç bir ümid yeri yox idi... ġərəfülmülk (sultanın vəziri – N. V.)
bu Ģəhərləri öz mülkü etdi... elə həmin il onların ətrafına kərpic divarlar çəkdirdi
ki, rəiyyət hər iki Ģəhərə qayıtmaq istəsin. Tezliklə bu Ģəhərdəki tikililər
*
Böyük Səlcuq dövləti parçalandıqdan sonra Azərbaycan da, Cənubi Qafqazdakı baĢqa vilayətlər kimi,
Ġraq Səlcuq sultanlığı tərkibinə daxil edilmiĢdi.
Dostları ilə paylaş: |