Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə140/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   137   138   139   140   141   142   143   144   145

________Milli Kitabxana________

424


ALEKSO-nun  baş  direktoru  Mongi  Busnina  rəhbərlik

etdiyi təşkilatda 22 dövlətin təmsil olunduğunu dedi. O bildirdi

ki,  ALEKSO da mədəniyyətlərarası dialoqda mühüm nəticələr

əldə etmişdir.

İSESKO-nun  baş  direktoru Əbdüləziz  bin  Osman əl-

Tüveycri isə diqqəti Şərqlə Qərb arasında mədəni dialoqun əldə

olunmasına  cəlb  etdi.  Bildirdi  ki,  indi  dünyanın  vacib  möv-

zularından  olan  bu  məsələyə İSESKO  da  öz  töhfələrini  verir.

Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyətlərarası dialoqda

xidmətlərinə görə Avropa  Şurasının  baş  katibi  Terri  Devisin

İSESKO-nun  qızıl  medalına  layiq  görüldüyünü  bildirdi  və

medalı ona təqdim etdi.

YUNESKO-nun  Mədəniyyət  siyasəti  və beynəlxalq  dialoq

bölməsinin  direktoru  xanım  Katerina  Stenou  da  Azərbaycanın

zəngin  mədəniyyətə malik  olduğunu  bildirdi.  O  vurğuladı  ki,

Avropa  Şurasının  üzvü  olan  ölkələrin  mədəni  dəyərləri

dialoqun əldə olunmasında mühüm vasitədir.

Çıxış edənlər belə bir ümumi fikir söylədilər ki, Avropa və

qonşu regionların mədəni inteqrasiyasına əsaslanan “Bakı pro-

sesi” ölkələrarası dialoqun praktik inkişafı, yeni, real və səmə-

rəli  fəaliyyət  mexanizminin  müəyyənləşdirilməsi,  müxtəlif

sivilizasiyalar  arasında  mədəniyyətlərarası  dialoqun  təşviqinə

yönələn  tədbirlərin  həyata  keçirilməsi  sahəsində müstəsna

imkanlara malikdir.

Xüsusi  vurğulandı  ki,  konfransın  mövzusu,  iştirakçıların

tərkibi, əhatə etdiyi  regionların  miqyasına  görə Avropa  və

İslam 

ölkələrinin 



tarixində

mədəniyyətlərarası 

dialoq

mövzusunda  ilk  beynəlxalq  tədbirdir.  Bu  tədbirin  uğurlu



nəticələrindən  asılı  olaraq  yaranacaq  yeni  format  gələcəkdə

beynəlxalq əhəmiyyətli tədbirlər üçün də nümunə ola bilər.

Daha  sonra  sonra  konfransda  nazirlərin  “Mədəniyyətlər-

arası  uyğunluqlar  haqqında”  mövzusunda  “dəyirmi  masa”sı

keçirildi.  Azərbaycanın  mədəniyyət  və turizm  naziri Əbülfəs

Qarayev, Avropa Şurasının beynəlxalq mədəniyyətlərarası əla-




________Milli Kitabxana________

425


qələndiricisi xanım Qabriella Batteni-Draqoni, BMT-nin sivili-

zasiyaların  ittifaqı  ofisinin  direktoru  Mark  Şuer  və başqaları

mövzu ilə bağlı fikirlərini açıqladılar. Onlar beynəlxalq mədəni

əməkdaşlığın ən  müxtəlif  aspektlərinə nəzər  salaraq  vurğula-

dılar ki, Avropada və onun qonşu regionlarında davamlı inkişa-

fın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibət-

lərin imkanlarının araşdırılması zərurdir (164; 165).

Fasilədən  sonra  konfransın  davamı  olaraq,  nazirlərin  işçi

qrupunun “Mədəniyyət siyasəti (proqramlar və təşəbbüslər) və

mədəniyyətlərarası  dialoq:  müxtəlif  mədəniyyətlərin  idarəedil-

məsinə dair  yeni  konsepsiya”  mövzusunda  birinci,  “İrs  və

mədəniyyətlərarası dialoq - hamımız birgə milli irsdən dünyəvi

irsə doğru”  mövzusunda  ikinci  iclasları  oldu.  Çıxış  edənlər

Bakı  konfransının  yüksək

səviyyədə

təşkil  olunduğunu

bildirərək söylədilər ki, bu tədbir Avropa mədəni proseslərində

yeni  bir  istiqamətin – “Bakı  prosesi”nin əsasını  qoyacaqdır.

Son on il ərzində mədəniyyətlərarası dialoq mədəniyyət məsə-

lələrinə məsul olan nazirlərin, eləcə də hökumətlərin qarşısında

prioritet  məsələ

kimi  meydana  çıxmışdır.  İndi  mədəni

müxtəlifliyə qarşılıqlı  hörmət  və hüquqların  qorunması  elə bir

prinsipə çevrilmişdir ki, mədəniyyətlərarası dialoqun qurulması

üçün  siyasətlər,  proqramlar  və yeni  konsepsiyalar  buna

əsaslana  bilər.  Millətlərin  bütün  dəyərlərini  göstərən  milli  irs

xalqlar və insanlar arasında mədəniyyətlərarası dialoqa, habelə

regionların davamlı inkişafına rəvac verən bir vasitədir.




________Milli Kitabxana________

426


Nəticə

Müstəqilliyinin  ilk  illərində Azərbaycan  Respublikasının

qarşısında 

yeni 


tarixi 

mərhələ: 

dövlət 

müstəqilliyinin



möhkəmləndirilməsi,  demokratik,  hüquqi,  dünyəvi  dövlət

qurulması,  ölkənin ərazi  bütövlüyünün  bərpa  edilməsi,  Dağlıq

Qarabağ  probleminin  milli  maraqlara  uyğun  həlli, əhalinin

təhlükəsizliyinin  və rifahının  təmin  edilməsi  kimi  taleyüklü,

mühüm  tarixi  vəzifələr  məqsədə çevrilmişdir.  Deyilənlər  ardıcıl,

məqsədyönlü,  düşünülmüş  daxili  və xarici  siyasət kursunun

hazırlanıb  həyata  keçirilməsini  və

bu  məqsədlə

ölkənin

intellektual  və



sosial-iqtisadi  potensialından,  ictimai-siyasi

qüvvələrindən səmərəli istifadə olunmasını zəruri etmişdir ki, heç

şübhəsiz,  bu  vəzifələrin  həyata  keçirilməsi  prosesində dövlətin

yeni  mədəniyyət  siyasətinə olan  ehtiyac  da  özünü  aşkar  büruzə

verdi.  Lakin  aktual  və maraqlı  olduğu  qədər  də mürəkkəb  bir

fenomen  olan  mədəniyyət  sahəsində dövlət  siyasəti  yalnız

nəzarətlə məhdudlaşmırdı.  Burada  nəzarətdən  çox  mədəniyyətə

qayğı  məsələsi prioritet  təşkil  edirdi.  Həqiqətən  də on  yeddi  illik

müstəqillik dövründə dövlətin mədəniyyət sahəsinə həsr olunmuş

qanun,  qərar  və konsepsiyaların  mövcudluğu  dediklərimizin

sübutu  ola  bilər.  Müstəqil  inkişaf  mərhələsində cəmiyətin

tərəqqisi  mədəniyyət  fəaliyyətinin  bütün  sahələrində,  yaradıcılıq

axtarışlarında  və eksperimentə meyllərdə özünü  daha  bariz

şəkildə göstərdi.  Bu,  mədəniyyət  tarixinə münasibətdə,  milli-

mənəvi  irsi  mənimsəmək  səyində,  insanların  fasiləsiz  yaradıcılıq

prosesində iştirakında  özünü göstərir.  Müstəqillik  illərində

Azərbaycanda  dövlətin  mədəniyyət  siyasətində mənəvi  dəyərlərə

yüksək qiymət verilmiş, ona qayğı zərurəti ön plana çıxarılmışdır.

Məhz  belə bir  mədəniyyət  siyasəti  nəticəsində Azərbaycan

cəmiyyəti  mədəni  inkişaf  vəzifələrinə uyğun  gələn  mədəniyyətin

varislik  prinsipini  həm  ümumsosial  səviyyədə,  həm  də şəxsi

səviyyədə göstərərək  mədəniyyəti  mənimsəmə prosesində fərdin

dünyanı  dərketməsinin,  onun  dərinliyi  və zənginliyi  ilə əks

etdirməsinin,  onun  daha  vacib  hesab  etdiyi  mədəni sərvətər




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə