Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə141/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   137   138   139   140   141   142   143   144   145

________Milli Kitabxana________

427


kompleksinin  mənimsənilməsinə ardıcıl,  məqsədyönlü  və tam

münasibət göstərir.

Artıq  bu  gün  müasir  insanın  mədəni  irsə münasibətinin

təkmilləşdirilməsi mədəni sərvətlərin həm şüurlu surətdə, həm də

kortəbii  mənimsənilməsinin  mahiyyət  və xüsusiyyətlərinin  dərk

edilməsilə bağlıdır.  Kortəbii  mədəni  varislik  bir  sıra  neqativ

nəticələrə səbəb  olur.  Bu  baxımdan  o,  keçmişdə çoxcəhətli

əlaqələrin  pozulmasına,  bəzən  isə bir  sıra  mədəni  hadisələr

haqqında  biliyin  tam  itməsinə şərait  yaradır.  Digər  tərəfdən

keçimşin  mənəvi  potensialı  ilə kortəbii,  özbaşına  ünsiyyət

insanlarda  mədəni  irsə münasibətdə fetişizm  ruhu  yaradır.

Deməli,  mədəniyyətin  bu  və ya  digər  hadisəsinin  həqiqi  dəyə-

rindən asılı olmayaraq, o sitayiş və şöhrətpərəstlik əşyasına dönür.

Mədəni  sərvətləri  qorumaq,  onu  bərpa  etmək  sahəsində

mütərəqqi  qüvvələrin  birgə

fəaliyyəti,  beynəlxalq  mədəni

mübadilə onu göstərir ki, mədəni varislik insanların tarixi və etnik

məhdudluqdan  tədricən  azad  olmasına  imkan  verir.  Dövlət

siyasətində mədəni  və mənəvi  dəyərlərin  kulturoloji  mahiyyəti,

mədəniyyətlərarası  kommunikasiyalar  və mədəni  ünsiyyət  ön

planda  durur,  siyasi  mədəniyyət  inkişaf  etdirilir.  Azərbaycanın

dövlət  konsepsiyasında  mədəni  və mənəvi  irsin  qorunması  zəruri

məsələ kimi  qoyulur  və həll  edilir.  Burada  önəmli  olan

vətənpərvərlik  bir  tərəfdən  müəyyən  tarixi-mədəni  mühitdə

doğma  torpağa,  sənətə və sənətkarlara,  dilə, ənənələrə münasi-

bətdir, digər tərəfdən isə o, estetik-siyasi məzmuna malikdir.

Azərbaycanın mədəniyyət siyasətində mədəni və mənəvi irsin

qorunması  vətənpərvərlik  sayılır.  Elə buna  görə də estetik  şüur

insanın  və vətənin  vəhdətini,  onun  gözəlliyini  çoxdan  təsbit

edərək, onu vətənpərvərlik tələbində ifadə etmişdir. Bu mürəkkəb,

zəngin,  tarixən  dəyişkən  sosial-estetik  və əxlaqi-psixoloji haldır.

Özünün  obyektiv  sosial  məzmununa  görə vətənpərvərlik  praktik

olaraq,  müəyyən  vətənlər  çərçivəsində insanların  ünsiyyətinə,

yekdilliyinə,  birliyinə

kömək  etməlidir.  Öz  fərdi-psixoloji

mexanizminə görə o, dərin intim törəmədir, vətənin, mədəniyyətin

taleyinə insanın  şərik  olması,  onun  vətənlə birləşməsi  hissi  və

duyğusudur.  Bu,  daha  aydın  sübut  edir  ki,  bir  tərəfdən  fərdlər




________Milli Kitabxana________

428


konkret  tarixi  sosial-mədəni  mühiti  mənimsəyir,  onunla  qovuşur,

digər  tərəfdən  bu  mühitin  özü  konkret  fərdlərin  ünsiyyətinin

nəticəsidir.

İstiqlaliyyətimizin  yenidən  bərpasından  sonrakı  dövrdə belə

bir  gerçəklik  bir  daha  təsdiqləndi  ki,  milli  mədəniyyət,  həm

özünəməxsus  ünsürləri,  xüsusiyyəti  mühafizə etmək  və həm  də

müəyyən  bir  dinamizm  içində dəyişmək  surətilə varlığını  qoruya

bilir.  Güclü  bir  mədəniyyətin  həqiqi  keyfiyyəti əsl  xüsusiyyətini

qətiyyətlə qoruyaraq  dəyişə bilməsidir;  milli  xüsusiyyətidən

böyük güzəştlərə getmədən yeni şərtlərə uyğunlaşma qabiliyyətini

göstərə

bilməsidir.  Mədəniyyətün  dinamik  mahiyyəti  və



keyfiyyəti  bu  şəkildə

anlaşılmalıdır.  Belə

olduqda  milli

mədəniyyət 

siyasətinin 

dəyişən 


şərtlərə

uyğunlaşmaq

məcburiyyəti 

daimi 


olacaqdır.

Əsas 


xüsusiyyətini 

Azərbaycanın  milli  hədəflərilə olan  bağlılığını  mühafizə edə



bilməsi  üçün  isə

(bir  demokratiyada  zəruri

olan  iqtidar

dəyişmələrindən  mütəəssir  olmayacaq  formada)  müntəzəm  bir

tətbiqat  şansına  sahib  olması  zəruridir.  Keçən  illərdə iqtidarların,

mədəniyyətin  müxtəlif  ünsürləri  etibarilə tətbiq  etdikləri  dəyişik

siyasətlər  Azərbaycana  sadəcə zaman  itkisi  bahasına  başa

gəlməmiş,  eləcə də gənclərin  (milli  varlığımız  baxımından  milli,

dini,  ruhi-mənəvi  və mədəni  dəyərlərə səmimiyyət  və sədaqətlə

bağlı  olan  vətəndaş  olaraq  yetişdirmələrinin  həyati  zərurətə

çevrildiyi  dövrlərdə)  milli  xarakterimiz  baxımından  tərəddüdlər

içinə düşmələrinə səbəb  olmuşdur.  Bu  mənada,  keçid  dövrünün

böhranlı  vəziyyətlərinə yenidən  sürüklənməmək  üçün,  milli

hədəflər  baxımından  aparılacaq  milli  mədəniyyət  siyasətinin

siyasi 

iqtidar 


dəyişikliklərindən 

təsirlənməyəcək 

formada

müntəzəm  olaraq varlığını  mühafizə etməsi  və həyata  keçirilmə



qabiliyyətini qoruması şərtdir.

Mədəniyyət siyasətinin mühüm ideoloji vəzifəsi – Azərbaycan

dövlətinin 

mütərəqqi 

inkişafı 

onun 



gələcəyinin

proqnozlaşdırılması üçün yeni imkanların yaradılması ilə bağlıdır.

Bu  vəzifələrin  elmi  cəhətdən əsaslı  şəkildə həyata  keçirilməsi

üçün  yeni  mədəniyyət  siyasəti  kulturoloji  elmlər əsasında

formalaşdırılılmalıdır.  Bunları  nəzərə alaraq,  milli  maraqlarımıza



________Milli Kitabxana________

429


cavab  verən  dövlət  mədəniyyət  siyasəti  elmin,  təhsilin,

incəsənətin,  idarəetmənin,  uğurlu  daxili  və xarici  siyasətin

tərəqqisi  naminə,  “yuxarıdan”  (dövlət  qurumları)  və “aşağıdan”

(professional  qeyri-hökumət  təşkilatları,  alimlərin  tədqiqatları)

gələn  yeniliklərin  həyata  keçirilməsi  üçün

əlverişli  şərait

yaratmalıdır.

Azərbaycan  Respublikasının  mədəniyyət  siyasəti  intellektual,

mənəvi,  bədii  mədəniyyətlə yanaşı,  şəxsiyyət,  ailə və cəmiyyət

mədəniyyəti,  tibb  və ekologiya,  məişət  və ünsiyyət,  siyasət  və

istehsalat,  insan  hüquqları  və mədəniyyət  hüquqları,  sülh

mədəniyyəti, gender  mədəniyyəti,  demokratiya  və vətəndaş

cəmiyyəti  mədəniyyəti,  istehlak  və ictimai  münasibətlər,  mədəni

münaqişələrin  aradan  qaldırılması  mədəniyyətinin  inkişafı

problemlərini daima diqqət mərkəzində saxlamalıdır. Mədəniyyət

siyasətinin  həyata  keçirilməsini  təmin  edən  mədəni  inkişafın

idarəolunması  isə üç əsas  problemlə bağlıdır:  sosial-mədəni

inkişafın  srateji  istiqamətlərinin  müəyyən  edilməsi  və dövlət

prioritetlərinin  təsdiq  olunması;  ruhi-mənəvi,  intellektual  və

maddi  mədəniyyətin  müxtəlif  sahələri  üçün  mütəxəssislərin

hazırlanması  və tərbiyəsi,  onların  həyat  və fəaliyyətləri  üçün

maddi-texniki  və sosial  şəraitin  yaradılması;  sosial-mədəni,  o

cümlədən, iqtisadi tərəqqinin təmin edilməsi məqsədi ilə, mövcud

mütəxəssislərin  və onların  fəaliyyətinin  nəticələrinin  effektivli

istifadə olunması.

Demokratik  ölkələrdə

olduğu  kimi,  Azərbaycanda  da

mütərəqqi  sosial-mədəni  siyasətin  başlica  prioritetləri – qanunun

aliliyi



təkmilləşdirilməsi,  vətəndaşların  hüquqi  savadı,



qanunların  icra  mədəniyyətini  təmin  edən hüquqi  mədəniyyət,

peşəkarlıq  və idarəetmə etikasını  özündə birləşdirən idarəetmə

mədəniyyəti,  milli-mədəni  və bəşəri  dəyərləri əhatə edən etik

mədəniyyət,  elm  və yüksək  texnologiyalar,  təhsil,  maarif  və

informasiyanin  inkişafına  yönəlmiş intellektual  mədəniyyətlə

bağlıdır. Lakin əksər səviyyələrdə mədəniyyətə müsbət münasibət

bəslənildiyini  sübut  edən  faktlarla  yanaşı,  onu  da  qeyd  edək  ki,

mədəniyyət rəsmi olaraq islahatlar siyahısına daxil edilməmişdir;

bu  da  o  deməkdir  ki,  mədəniyyət  sferasının dövlət  səviyyəsində



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə