Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə139/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   135   136   137   138   139   140   141   142   ...   145

________Milli Kitabxana________

421


əlaqədar  cəmiyyətdə fikir  ayrılığı  yoxdur, əksinə,  bizim

cəmiyyətimiz  ümumxalq  amalları

ətrafında  birləşibdir:

azərbaycançılıq  fəlsəfəsi,  müasirlik,  öz  tarixi  köklərimizə,

ənənələrimizə bağlılıq.  Eyni  zamanda,  Azərbaycan  dünyəvi

dövlətdir.  Azərbaycanda  bütün  dinlərin  nümayəndələrinə çox

böyük  hörmət  vardır.  Yəni bizim  ölkəmizi  bu  gün  ictimai-

siyasi baxımdan şərtləndirən amillər bunlardır.

Azərbaycanda  dini  və milli  tolerantlığın,  dözümlülüyün

yüksək  səviyyədə olması  və bütün  xalqların  rahat,  mehriban

şəkildə yaşaması, əlbəttə ki,  bizi  daha  da  gücləndirir.  Bax,  bu

amillər  hər  bir  ölkənin  inkişafı  üçün  çox  vacibdir.  Mən  çox

istəyirəm  ki,  bizim  ölkədə bu  vaxta  qədər əldə olunan

nailiyyətlər  bundan  sonra  da  uğurla  davam  etdirilsin.  Bunu

etmək  üçün, əlbəttə ki,  bölgədə sülh  tam  şəkildə bərqərar

olunmalıdır...

Əziz  dostlar!  Mən  sizi  bir  daha  bu  konfransın  keçirilməsi

münasibətilə ürəkdən  təbrik  etmək  istəyirəm.  Bir  daha  demək

istəyirəm  ki,  biz  bu  konfransın  keçirilməsinə Azərbaycanda

çox böyük əhəmiyyət veririk. Əminəm ki, konfransın çox gözəl

nəticələri  olacaq  və bu  nəticələr  hesabına  mədəniyyətlərarası

dialoqun möhkəmlənməsi prosesi daha da güclənəcəkdir.

Mən  çox  istərdim  ki,  bu  gün  başlanan  “Bakı  prosesi”

uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilmə-

sindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət

planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm

də digər  şəhərlərdə ənənəyə çevrilsin.  ümid  edirəm  ki,  sizin

müzakirələriniz  çox  uğurlu  olacaq  və

biz  qarşımıza

qoyduğumuz  məqsədə çatacağıq.  Sizin  hamınızı  bir  daha

ürəkdən salamlayır, konfransın işinə uğurlar arzulayıram! (165)

Sonra Avropa Şurasının baş katibi Terri Devisə söz verildi.

O  bildirdi  ki,  Bakı,  Azərbaycan  qeyri-adi  bir  məkandır.  Bura

tarix boyu müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi, Şərq və

Qərb, Şimal və Cənub arasında təbii bir körpü olubdur. Bu, çox

xüsusi  tədbirdir,  çünki  bu  ilin  may  ayında  Avropa  Şurası




________Milli Kitabxana________

422


özünün  mədəniyyətlərarası  dialoqa  dair  “Ağ  kitabı”nı

yaradıbdır. Bu, əsas qanunlar sənədinin hazırlanmasından sonra

nazirlər səviyyəsində ilk konfransdır və biz bunun necə həyata

keçirilməsini  düşünməliyik.  Dialoqdan  dialoq  haqqında  və

dialoqa. Bu səbəbdən mən Azərbaycan Prezidenti cənab İlham

Əliyev,  Avropa Şurası  Nazirlər  Komitəsinin  İspaniyadan  olan

rəhbəri,  habelə YUNESKO,  ALEKSO  və İSESKO-dan  olan

hörmətli  həmkarlarımla  birgə burada  olmağımdan  çox  məm-

nunam.  Deməliyəm  ki,  mədəniyyətlərarası  dialoq  İspaniyanın

sədrlik  etdiyi  Nazirlər  Komitəsinin  prioritet  məsələlərindən

biridir. Təsadüfi deyil ki, Bakıdakı konfrans bir həftədən də az

bir  müddət  öncə İspaniyanın  Avropa  Şurasına  sədrliyə

başlamasından sonra keçirilən ilk tədbirdir. Biz burada təcrübə

mübadiləsi  aparmaq  və birgə irəliləyişə nail  olmaq  üçün  bir

araya  gəlmişik.  Biz  hamımız  çoxmillətli  cəmiyyətlərdə bu  və

ya digər yolla, mədəniyyətin müxtəlifliyinə daha da meyilliyik.

Bir  çox  hallarda  təbii  müxtəliflik ətraf  mühit  üçün  nə qədər

vacibdirsə,  mədəniyyət  müxtəlifliyi  də bəşəriyyət  üçün  bir  o

qədər  vacibdir.  Lakin  biz  hələ də bəzi  hallarda  milli,  etnik,

linqvistik stereotiplər haqqında düşünürük.

Davamlı  mədəniyyətlərarası  dialoq  cəmiyyətlərimizin

içərisində ehtiyac  duyduğumuz  bir  sosial  möhürdür.  Bu

dözümsüzlüyə,  parçalanmaya  və zorakılığa  qarşı  bir  müalicə

vasitəsidir.  Dialoq  təkcə ideologiya  deyil,  həmçinin  müəyyən

siyasi  kontekstlərdən  irəli  gələn  süni  yanaşmalar  üçün  bir

reseptdir.  Lakin  biz  müxtəlifliyin  dəyərləndirildiyinə və

müxtəlif  fərdlərin  bir-biri  ilə ümumi  ünsiyyət  qurduğuna  və

insanların  dialoq  aparmaq  üçün  imkanlarının  olduğuna əmin

olsaq,  onda  hamımız,  gələcək  nəsillər  üçün  qarşılıqlı  hörmət,

ədalət və təhlükəsizlik şəraitində daha yaxşı dünyada  yaşamaq

imkanı olar. Mədəniyyət bu istiqamətdə bir yardımçıdır.

Mədəniyyət  hissiyyatımızı,  bir-birimizi  görmək,  görüşmək

və anlamaq  qabiliyyətimizi  qidalandırır  və bu  işdə ürəyimiz,

idrakımız və bədənimiz əlaqəlidir. Bu səbəbdən, yaxşı qanunlar




________Milli Kitabxana________

423


bir  çox  bu  cür  mədəniyyətlərarası  məkanlara  və imkanlara

şərait  yaradır.  Bizim  yerində və spesifik  olmağımız  xüsusilə

vacibdir.  İnsanların  bir-biri  ilə ünsiyyət  qurması  həmişə

yaxşıdır,  lakin  mədəniyyətlərarası  dialoq  beynəlxalq  seminar-

larda  xeyriyyəçilik  səviyyəsinə endirilməməlidir.  Məqsəd  real

həyatda  real  insanlar  arasında  real  problemlər  haqqında

dialoqun qurulmasına sövq etməkdir. Fəaliyyətimizin meyarları

keçirilən  beynəlxalq  konfransların  sayı  və ya  hazırlanan

kitabçalarla  deyil,  insanların  həyat  tərzinə,  evdə,  məktəbdə,

işdə,  küçədə,  məsciddə,  kilsədə və ya  sinaqoqda  üzləşdikləri

problemləri  necə həll  etdiklərinə təsir  göstərməklə ölçülür.

Mən  bütün  insanlar  arasında  bərabər  hörmət,  insan  hüquqları,

qanunun aliliyi  və demokratik  prinsiplər  olmadan  həyata  keç-

məsi mümkün olmayan bu dialoqa cəlb edilməyinizi istəyirəm.

Bu  dəyərlər  qarşılıqlı  hörmət  və anlaşmanı  təmin  edir  və bu,

dialoqun  gücün  arqumenti  ilə deyil,  arqumentin  gücü  ilə idarə

olunmasını təmin etmək üçün çox əhəmiyyətlidir (164).

Sonra  çıxış  edən  Avropa  Şurası  Nazirlər  Komitəsinin

İspaniyadan  olan  rəhbəri  Gilyermo  Koral  Van  Damm  bildirdi

ki, Bakıda keçirilən konfrans mədəniyyətlərərası dialoqla bağlı

ideyaların  irəli  sürülməsi  və müzakirəsi  baxımından  mühüm

mərhələ olacaqdır.

Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin

nümayəndəsi  Farid  Muxametşin  Azərbaycanın  Avropa

strukturlarında  fəal  rolunu  vurğuladı.  O,  mədəniyyətlərarası

dialoqda  fəallığın  artırılmasının

əhəmiyyətindən  danışdı.

Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi, Milli

Məclisin  deputatı  Rafael  Hüseynov  çıxışında  dedi  ki,  gələn  il

Avropa  Şurasının  60  illiyidir.  Azərbaycan  isə bu  təşkilatda  8

ildir  təmsil  olunur.  “Mədəniyyətlərin  ali  məqsədi  insanları  və

xalqları  bir-birinə daha  da  yaxınlaşdırmaq  üçün  körpüdür” -

deyən Rafael Hüseynov vurğuladı ki, dünyanın gələcək inkişafı

məhz bu cür dialoq üzərində qurulmalıdır.




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə