yol verilməməsi
I. Naxçıvan Muxtar Respublikasmda vətəndaşlarm heç bir
hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata
keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.
M a d d ə 5 . Naxçıvan Muxtar Respublikasınm ali
vəzifəli şəxsi
I. Naxçıvan Muxtar Respublikasınm ali vəzifəli şəxsi Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədridir.
II. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanun-
vericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri
həyata keçirir:
1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin
edir;
2) Naxçıvan Muxtar Respublikası dövlət hakimiyyət orqan-
larınm qarşılıqlı fəaliyyətini təmin edir;
3) Naxçıvan Muxtar Respublikasmm qanunlarım imzalayır və
dərc edir;
4) Naxçıvan Muxtar Respublikasmın dövlət və ictimai siyasi
həyatmm mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinə məlumat verir;
6
5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefası
haqqmda qərar qəbul edir;
6) Naxçıvan Muxtar Respublikasmm dövlət büdcəsində icra
hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi
icra hakimiyyəti orqanlarını yaradır;
7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları
arasmdakı dövrdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin
təklifi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
tərkibinin fəaliyyətini təmin edir;
8) Naxçıvan Muxtar Respublikasım xarici dövlətlərlə və
beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə
münasibətdə təmsil edir;
9) Naxçıvan Muxtar Respublikasmm Ali Məhkəməsi, Naxçıvan
Muxtar Respublikasınm İqtisad Məhkəməsi, Naxçxvan Muxtar
Respublikası
ümumi
və
ixtisaslaşdırılmış
məhkəmələrin
hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair
təkliflər verir;
10) Naxçıvan Muxtar Respublikasmm İnsan hüquqları üzrə
müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasmm
Ali Məclisinə təqdimat verir;'!*]
11) Naxçıvan Muxtar Respublikası prokurorunun, rayon, şəhər
və ixtisaslaşdırılmış prokurorlarınm vəzifəyə təyin və vəzifədən
azad olunmasma dair təkliflər verir;
12) Naxçıvan Muxtar Respublikasmda Azərbaycan Respub-
likasmm hərbi doktrinasmı həyata
keçirir,
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində
yerləşm iş
birləşmələrinin komandan heyətləri haqqmda təklif
Verir;
13) vətəndaşlıq məsələlərinə dair təklif verir;
14) əfv edilmə məsələlərinə dair təklif verir;
15) Təhlükəsizlik Şurasmı təsis edir və ona rəhbərlik edir;
16) ümumi və qismən səfərbərliyin həyata keçirilməsini təmin
edir;
7
17) vətəndaşlarm müddətli hərbi xidmətə çağırılmasmın və
müddətli hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçuların sosial
müdafiəsinin təmin olunması tədbirlərinin həyata keçirilməsinə
yardım edir;
18) Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan
edilmiş fövqəladə və hərbi vəziyyət rejiminin həyata keçirilməsinə
yardım edir, Naxçıvan Muxtar Respublikasmda fövqəladə və hərbi
vəziyyət elan olunması məsələsinə dair təklif verir;
19) fəxri adları təsis edir və fəxri adlarla təltif edir;
20) Azərbaycan Respublikasımn Prezidenti tərəfindən Naxçıvan
Muxtar Respublikası ali vəzifəli şəxsinin səlahiyyətlərinə aid edilmiş
digər məsələləri icra qaydasmda həll edir.
III. Naxçıvan Muxtar Respublikasımn ali vəzifəli şəxsi Naxçıvan
Muxtar Respublikasımn mənafeləri ilə bağlı iqtisadi və mədəni
məsələlərdə, Naxçıvan Muxtar Respublikasımn Konstitusiyası ilə
müəyyən edilmiş həddə və Azərbaycan Respublikasımn qanunları
ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasımn bey-
nəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasmı təmsil
edir.
IV. Naxçıvan Muxtar Respublikasınm ali vəzifəli şəxsi Naxçıvan
Muxtar Respublikasmın dövlətçiliyinin varisliyini təmin edir.
V. Bu Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər
üzrə Naxçıvan Muxtar Respublikasınm ali vəzifəli şəxsi fərmanlar,
başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.
Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respubli-
kasınm dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və
bölünməzdir.
M a d d ə 7 . Əsas insan və vətəndaş hüquqlanm n və
Dostları ilə paylaş: |