Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə22/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

50 
əsaslandırılması  zamanı  qarşıya  qoyulan  bu  və  ya  digər  problemin  strukturlaşdırılması    və 
formallaşmanın çətinliyi də humanitar profilli verilənlər bazalarının yaradılması və şəbəkə rejimində 
onlardan  geniş  istifadəni  ləngidən  mühüm  amildir.  Ədalət  naminə  demək  lazımdır  ki,  sosial 
proseslərin  informasiya  təminatının  formalaşması  zamanı  subyektiv–intuitiv  qiymətləri  nəzərə  alan 
alternativ  situasiyaların  səciyyələndirilməsi  istiqamətində,  son  dövrlərdə  ciddi  tədqiqatlar  aparılır. 
Bununla belə həmin tədqiqatların informasiya aspektində, hələ ki, ciddi praktiki nəticələr əldə etmək 
mümkün  olmamışdır.  Odur  ki,  sosial  proseslərin  informasiya  təminatının  formalaşmasında  evristik 
yanaşmaların üstünlüyü ilə barışmaq lazım gəlir. 
Sosial prosesl
ərin idarə edilməsinin ilkin informasiya vahidləri - anket məlumatları, testlər, idarə 
etm
ə situasiyalarının xarakteristikaları və s. əsasında formalaşır. Sosial informasiyanın institusional 
m
ənbələrinə  isə  -  sosial müdafiə  strukturları,  işədüzəltmə  orqanları,  daxili  işlər  orqanları  və  i.a. 
aiddir. H
əmin mənbələr sosial idarəetmədə informasiya münasibətlərinin bu və ya digər aspektlərini 
əks edirən verilənlər  yığımı formalaşdırır. Bununla belə, sosial proseslərin informasiya təminatının 
tamlığı  və  səmərəliliyinin məqbul səviyyəsi icra hakimiyyəti və  yerli özünüidarəetmə  orqanlarının 
informasiya  bazaları,  onları  tənzimləyən normativ-hüquqi  aktların  vahid  kontekstdə  nəzərdən 
keçirilm
əsi sayəsində əldə oluna bilər. 
Sosial  sahədə  informasiya  texnologiyalarının  tətbiqi  imkanları  kifayət  qədər  geniş  olub, 
aşağıdakı  prioritetlərin  reallaşdırılmasına  yönəlmişdir:  müxtəlif  səviyyələrdə  sosial  siyasət 
elementlərinin  vahid  kontekstdə  formalaşdırılması;    insanın  məqsədyönlü  fəaliyyətinin  və  işgüzar 
həyatının  bütün  əsas  aspektlərini  əks  edirən  sosial  proseslərin  proqnozlaşdırılması;  sənayedə 
istehsalın  və  xüsusilə  əməyin  idarə  edilməsinin  kəmiyyətcə  qiymətləndirilə  bilən  parametrlərinin 
strukturlaşdırılması;  məşğulluğun  səviyyəsinin  yüksəldilməsi  və  struktutrunun  yaxşılaşdırılması 
imkan
larının  qiymətləndirilməsi;  əhalinin  sosial  müdafiəsi  sisteminin  səmərəli  və  ahəngdar  fəaliy-
yənin təmin edilməsi baxımından həlledici rola malik olan sosial verilənlər bazasının yaradılması və 
fəal istifadəsi. 
Sosia
l  təsisatların  informasiya  təminatının  formalaşdırılmasında,  tədqiqatlardan  və  qabaqcıl 
xarici təcrübənin təhlili nəticələrindən göründüyü kimi, burada arayış - məlumatlandırma və məsləhət 
xidmətlərinin  meyarları  önə  çəkilməlidir.  Bu  baxımdan, sosial müdafiə  obyektlərinin,  o  cümlədən 
müştəri xidmətlərinin, sığortalanmış şəxslərin məlumatlandırılması üçün yaradılmış verilənlər bazası 
və  sosioloji  verilənlər  bankının  yaradılması  proseslərinə  vahid  rakursda  yanaşma    perspektivli 
istiqamətdir. Eyni zamanda, qeyd edək ki, sosial təsisatların fəaliyyət qurumu kimi müstəqilliyi, birgə 
fəaliyyətin  könüllüyə  əsaslanan  institusinal  struktur,  sosial  proseslərin  idarə  edilməsində 
demokratiklik və şəffaflıq informasiya təminatının formalaşdırılması baxımından əlverişli ilkin şərait 
yaradır.  Həmin  təminatın,  sosial  proseslərin  idarə  edilməsinin  səmərəliliyinin  yüksəldilməsi 
tələblərinə  adekvatlığı  bütün  mühüm  endogen  və  ekzogen    amillərin  nəzərə  alınması  sayəsində 
mümkündür.  
Sosial  idarəetmə  proseslərin  informasiya  təminatının  formalaşması  sənaye  müəssisəsində: 
kollektivçilik  dəyərlərinə  adekvat  mütəşəkkil  iş  rejiminin  qurulması;  resursların  hərəkətində 
şəffaflığın  artırılması;  əməyin  innovativ  təşkili  tələblərinə  cavab  verməlidir.  Sosial  proseslər 
bilavasitə  əmək  resurslarının  geniş  təkrar  istehsalı  ilə  əlaqədar    olduğundan  sahə  səviyyəsində  
informasiya  təminatının  formalaşmasında  xarici  analoqların  xarakteristikalarından  birbaşa  istifadə, 
arzuolunan deyildir.  Bununla belə, təcrübədə həmin analoqlardan müqayisəli istifadə hallarına rast 
gəlinir.  Zənnimizcə,  sosial  prosesləri  müşayiət  edən  informasiya  axınlarının,  tərkib  və  struktur 
xarakteristikalarının 
müqayisəli 
qiymətləndirilməsinin 
nəticələrindən, 
yalnız 
əməyin 
motivasiyasında,  sənaye  müəssisələrinin  ixtisaslaşmasının  xarakteri  və  səviyyəsində,  kifayət  qədər 
oxşarlıq  (eynilik)  olduqda    istifadə  etmək  məqbuldur.  Əks  halda,  ictimai  münasibətlərin  məcmusu 
kimi  şəxsiyyətin  davranışının  motiv  və  prioritetlərini  kənar  obrazlar  timsalında  əsaslandırmaqla, 
sosial  proseslərə  adekvat  informasiya  təminatı  formalaşdırmaq  cəhdləri,  əksər  hallarda  ciddi 
uğursuzluqla nəticələnir.  
Aparılan  araşdırmalardan  göründüyü  kimi,  sosial  müdafiə  xərclərinin ÜDM-də  xüsusi çəkisi 
yüks
əldikcə, gözlənildiyi kimi sənaye müəssisələri çərçivəsində  sosial proseslərin informasiya 
t
əminatında ekzogen (müəssisədənkənar) parametrlərin əhəmiyyəti də artır.  Belə olan halda, sosial 


51 
müdafi
ə  və  sosial təminatın  mövcud  vəziyyətini  əks etdirən  informasiya  axınlarının  idarə 
edilm
əsində  makro amillərin təsirini  əks edirən massivlərin  struktur  baxımından  daha  da 
detallaşdırılması  və  əlaqələri  şərh edən  istinadların  artması  baş  verir.  Bu  baxımdan,  sosial təminat 
s
əviyyəsinin indeksləşdirilməsi üçün lazım olan parametrlər xüsusi diqqət mərkəzində olmalıdır. 
Haqqında  danışılan  vəziyyət isə,  artıq  qeyd  olunduğu  kimi,  informasiya  axınlarının  idarə 
edilm
əsi sistemini, yolverilməz dərəcədə  mürəkkəbləşdirdiyinə  görə, heç də  həmişə  arzuolunan 
deyildir. Odur ki, sosial prosesl
ərin  əks  olunduğu  informasiya  massivləri və  axınlarının  kəmiyyət 
xarakteristikalarının  optimallaşdırılması  istiqamətində, o cümlədən  əsas göstəricilərin aqreqasiya 
s
əviyyəsinin, informasiya çevrilmələrinin mərhələlərinin  sayının  və  i.a. hərtərəfli  əsaslandırılmış 
intervallarının müəyyənləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.    
S
ənaye müəssisəsinin fəaliyyət göstərdiyi mühitdə baş verən sosial proseslərin və müəssisədaxili 
sosial idar
əetmənin informasiya təminatının formalaşması, müvafiq institusional strukturun imkanları 
il
ə, kifayət qədər  sıx  surətdə  əlaqədardır.  Sosial  xarakterli  informasiyaya  cəmiyyətin daim artan 
marağı, sosial informasiya  axınlarının şəffaflığının  yüksəldilməsi məsələlərini aktuallaşdırır. Sosial 
t
əminatla  əlaqədar  informasiya  axınlarında,  son illər    reallaşdırılan  “bir  pəncərə” prinsipi üzrə 
f
əaliyyətin xüsusiyyətlərinin nəzərə  alınmasının  metodiki  problemlərinin həlli istiqamətində  işlər 
sür
ətləndirilməlidir.
   
S
ənayedə, sahə və müəssisə səviyyəsində sosial idarəetmə proseslərin informasiya təminatının 
formalaşdırılması  istiqamətlərinə, həmçinin inteqrasiya proseslərinin intensivləşməsi, ümumilikdə 
qloballaşma  dövrünün  xüsusiyyətlərinin nəzərə  alınması  aid  edilməlidir. Məsələ  ondadır  ki,  həmin 
dövr üçün sosial v
ə  iqtisadi  funksiyaların  prioritetliyinin növbələşməsi xarakterikdir. Bu və  digər 
s
əbəblərdən sosial və  iqtisadi  funksiyaların  üzvi  vəhdətdə  reallaşması  sosial  idarəetmə  proseslərin 
informasiya t
əminatının formalaşdırılmasının perspektivli istiqaməti sayılmalıdır. 
 
N
əticə 
S
ənaye müəssisəsində  işçi  heyətin idarə  edilməsinin informasiya təminatı,  heyətin 
qiym
ətləndirilməsi  üsullarından  asılı  olmaması  üçün  müvafiq  informasiya  massivlərin  qurulması 
zamanı  unifikasiya  qaydalarının  tətbiqi tövsiyə  olunur. Sahə  və  müəssisə  səviyyəsində  sosial 
idar
əetmə  proseslərin informasiya təminatının  formalaşdırılmasında  inteqrasiya  proseslərinin 
xüsusiyy
ətləri hərtərəfli nəzərə alınmalıdır. Sosial və iqtisadi funksiyaların üzvi vəhdətdə reallaşması 
sosial idar
əetmə  proseslərin informasiya təminatının  səmərəliliyinin yüksəldilməsinin prioritet 
istiqam
əti sayılmalıdır. 
 
ƏDƏBİYYAT 
 
1. 
Quliyev  T.Ə.Menecmentin  (idarəetmənin)  əsasları.  Bakı,  “Qərənfil”, 2006, 591 s. 2. 
İsgəndərov  R.  Ə.  Heyətin idarə  edilməsi.  Bakı,  “Bakı  Universiteti”,  2003,  404s.  3.  Quliyev 
T.Ə.Əməyin iqtisadiyyatı. Bakı, “Nağıl evi”, 2003, 694 s. 
 
Направления повышения эффективности информационного обеспечения 
управление персоналом и социальных процессов 
 
Гурбанов Намеддин Депутат оглы 
 
РЕЗЮМЕ 
 
В  статье  исследованы  вопросы  совершенствования  системы  управления  персоналом  в 
промышленных  предприятиях.  Выявлены  возможности  улучшения  информационного 
обеспечения  управление  социальных  процессов.  Определены  основные  направления 
повышения  эффективности  информационного  обеспечения  управление  персоналом  и 
социальных процессов. 
Ключевые  слова:  информационное  обеспечение,  промышленность,  кадры,  социальное 
управление, социальные процессы. 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə