Mühazirə 7 (11.11.2021)
Yataqların işlənməsinə nəzarətdə optimal geofiziki komplekslər
Plan
1. Quyu geofiziki tədqiqat üsulları kompleksinə olan son tələblərin dəqiqləşdirilməsi
2. Nəzarətdə istifadə edilən bəzi quyu geofiziki tədqiqat üsullarının quyuda tətbiqinə olan tələblər
3. Azərbaycan neft-qaz yataqları üçün optimal quyu geofiziki tədqiqat üsulları kompleksinin tərtibi
4. neftin sıxışdırılmasında öyrənilən geoloji tədbirlər
5. Layların istismar xüsusiyyətlərinin təyinində öyrənilən geoloji tədbirlər
6. Quyuların texniki vəziyyətinin təyinində öyrənilən geoloji tədbirlər
7. Quyu cihaz və texnoloji avadanlıqlarının optimal iş rejiminə çıxarılmasında öyrənilən geoloji tədbirlər
8. Tərtib edilmiş quyu geofiziki tədqiqat üsulları kompleksinin Azərbaycan neft-qaz yataqlarında tətbiq edilmə şərtləri
Neft-qaz yataqlarının işlənməsi dövrü laylardan maksimum karbohidrogen hasil etmək və layların vaxtından əvvəl sulaşmasının qarşısını almaq üçün, daim nəzarət həyata keçirilməlidir. Bu cür nəzarət quyu geofiziki tədqiqat üsullarından tərtib edilmiş komplekslə yerinə yetirilir.
Kompleksin seçilməsi və üsulların tətbiqi müxtəlif amillərdən asılı olduğundan, Azərbaycan neft-qaz yataqları üçün optimal QGT üsulları kompleksinin tərtibindən əvvəl, bu istiqamətin son durumu və bəzi xüsusiyyətləri aşağıda nəzərdən keçirilir.
Quyu geofiziki tədqiqat üsulları kompleksinə olan son tələblərin dəqiqləşdirilməsi
QGT üsulları kompleksi yataqların istismarda olan quyu fondunda tətbiq edilir və neft-qaz yataqlarının işlənmə prosesinə nəzarəti həyata keçirir. Bu səbəbdən də, QGT üsulları kompleksi və onun öyrəndiyi məsələlər ümumi bir layihə şəkilində verilməlidir. Belə ki, bu layihəyə əsaslanaraq Azərbaycan neft-qaz yataqlarının işlənməsinə nəzarəti həyata keçirmək üçün, optimal QGT üsulları kompleksini müəyyən şərtlər daxilində tərtib etmək lazımdır. Belə layihə tərəfimizdən verilmişdir (cədvəl 1) və bura əsasən aşağıdakı elementlər daxildir: öyrənilən geoloji məsələlər, bu məsələlərin öyrənilməsində istifadə edilən QGT üsulları, quyuda hansı hallarda bu üsulların tətbiq edilməsi, tədqiqatın həyata keçirilmə dövrü və quyularda tədqiqatın illik tətbiqinin həcmi.
Tərtib edilən kompleks mədən-geofiziki üsullarının ən müasir və müxtəlif növlərindən təşkil olunmalıdır. Tədqiqat zamanı istifadə edilən qurğunun ölçüləri, cihazların növləri, qeyd edilmiş əyrinin miqyası, ölçü sürəti və s. xüsusi təlimatlar əsasında müəyyənləşdirilir (cədvəl 2 a, b).
Cədvəl 1
Dostları ilə paylaş: |