İstismar quyularında İşləyən quyuda | Dayandırılmış quyuda | Əsas üsullar | Əlavə üsullar | Əsas üsullar | Əlavə üsullar |
İmplus - neytron karotaj
|
Neytron karotajı (NQK, NK-İ)
|
İmpuls - neytron karotajı
|
Neytron karotajı (NQK, NK - İ)
|
Qamma - karotaj
|
Laya maddələr qarışdırılmış mayenin vurulması
|
Qamma - karotaj
|
Laya maddələr qarışdırılmış mayenin vurulması
|
Termometr
|
Oksigen karotajı
|
Termometr
|
Kiçik tezlikli akustik karotaj
|
Qamma - sıxlıqölçən
|
Dielektrik nəmlilik ölçən
|
Akustik sementölçən
|
İnduksion qalınlıqölçən
|
Rezistivimetr
|
Pyezometr
|
Qamma - qamma sement və qalınlıq ölçən
|
Layın boru ilə sınağı
|
Mexaniki debitomer
|
Akustik sementölçən
|
Termoinduktiv debitomer
|
Kabellə buraxılan sınaq cihazı
|
Termoinduktiv debitomer
|
Qamma - qamma sement və qalınlıq ölçən
|
Mayenin sıxlığını ölçən qamma üsulu
|
Radioaktiv güllə ilə atəş
|
Mufta lokator (süzgəc açılmış intervalda)
|
Mayenin duzluluğuna görə neytron karotajı
|
|
Oksigen karotajı
|
Mikrokavernomer
|
Süzgəc açılmış intervalda mufta lokator
|
|
Süzgəc açılmış intervalda mufta lokator, Pyezometr
|
Əksər ədəbiyyatlarda kompleks tam və xüsusi kimi iki növə ayrılır.
Tam kompleks o halda istifadə edilir ki, bir-biri ilə əlaqəli məsələlər birlikdə öyrənilir: layların cari doyumluğu, layların istismar xüsusiyyətləri, kəmərarxası maye hərəkətinin təyini və s. Tam kompleks quyuda süzgəc açılmış və açılmamış intervallarda tətbiq oluna bilər (cədvəl 2 a və b).
Cədvəl 2 b
Vurucu quyularda | İşləyən quyuda | Dayandırılmış quyuda | Əsas üsullar | Əlavə üsullar | Əsas üsullar | Əlavə üsullar |
Mexaniki sərfölçən
|
Radioaktiv izotopların laya vurulması
|
Termometr, Akustik sementölçən
|
Laya mayeyə qarışdırılmış maddənin vurulması
|
Termometr
|
Pyezometr
|
Qamma - qamma sementölçən və qalınlıqölçən
|
İnduksion qalınlıqölçən
|
Termoinduktiv sərfölçən
|
Akustik sementölçən
|
Qamma - karotaj
|
Süzgəc açılmış intervalda mufta lokator
|
Qamma - karotaj
|
Qamma - qamma sement və qalınlıqölçən
|
|
Termoinduktiv sərfölçən
|
Süzgəc açılmış intervalda mufta lokator
|
Laya mayeyə qarışdırılmış maddənin vurulması
|
|
Pyezometr
|
Mikrokavernomer
|
Süzgəc açılmış intervalda mufta lokator
|
|
|
Kompleks tətbiq edilən quyular xüsusiyyətinə görə istismar və vurucu quyulara ayrılır ki, onlar da, öz növbəsində, işləyən və dayandırılmış kimi iki növə bölünür.
Xüsusi kompleksdən müxtəlif və fərdi məsələlərin öyrənilməsində istifadə edilir: neft-su və qaz-neft kontaktlarının vəziyyətinə nəzarət, işləyən layın istismar xüsusiyyətinin qiymətləndirilməsi, quyuların texniki vəziyyətinin öyrənilməsi, quyu texnoloji avadanlıqlarının optimal iş rejiminin seçilməsi və s.
Hər bir kompleksə əsas və əlavə geofiziki üsullar daxil olur. Əsas üsullar kifayət qədər sınaqdan çıxarılmış, lazımi qədər müxtəlif növ quyu cihazları ilə təmin edilmiş və ya gələcəkdə təmin ediləcək üsullardır.
Əlavə üsullar o zaman tətbiq edilir ki, əsas üsulların nəticəsi öyrənilən geoloji məsələlərin dəqiqliyinin təyininə zəmanət vermir. Əsas və əlavə üsullardan təşkil edilmiş kompleks xüsusi kompleks adlanır. Seçilmiş xüsusi kompleks yatağın geoloji quruluşuna, quyuların texniki xüsusiyyətinə, istifadə zamanı lazımi quyu cihazlarının olub-olmamasına və neft-qaz yataqlarının istismar xüsusiyyətinə uyğun olaraq dəqiqləşdirilir.
Neft-qaz yataqlarına nəzarət əvvəldən hazırlanmış plan üzrə aparılmalıdır. Belə ki, tam və xüsusi komplekslərlə öyrənilən quyuların sayı, quyularda yerinə yetiriləcək tədqiqatın müddəti, fon (ilkin) ölçüləri və s. əvvəlcədən dəqiqləşdirilməlidir.
Nəzarət işlərinin planı mədən tapşırıqları və quyuda tədqiqat işlərinin şəraitinə uyğun olaraq müəyyənləşdirilməlidir. Tapşırıqlara uyğun olaraq üsulların ümumi və təfsilatlı növləri seçilməlidir.
Ümumi tədqiqat quyunun bütün oxu boyu yerinə yetirilir. Bu səbəbdən də, onların quyuda tətbiqi böyük miqyasda və ölçü işləri böyük sürətlə aparılır. Bu da onunla əlaqədardır ki, alınan nəticələrin dəqiqliyinə təlabat o qədərdə yüksək olmur (yəni, bu halda lokal geoloji məsələlərə (dəstələrin sərhədi, quyunun cari dərinliyi və s.) baxılır).
Təfsilatlı tədqiqat işləri əsasən quyunun müəyyən intervalında (karbohidrogenlə doyumlu kollektorlar yerləşən intervallar) həyata keçirilir. Bu halda qalınlığa görə buraxılan dəqiqliyə təlabat yüksək olmaqla bərabər, ölçü işləri kiçik sürətlə və xüsusi (kiçik) miqyasda yerinə yetirilməlidir.
Ümumi tədqiqat işlərində ölçülən əyrilər 1:500 və ya 1:200 miqyasında, təfsilatlı tədqiqatda isə əsasən 1:200, bəzi hallarda isə 1:50 miqyasında qeyd edilir.
Dostları ilə paylaş: |