Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə183/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   177   178   179   180   181   182   183   184   185

588

 Qoca o çətin, təhlükəli, yorucu səfərin təfərrüatlarını hələ 

də  xatırlayırdı.  Ərəb  torpaqlarından  çıxandan  sonra  bədəvi 

görkəmini dəyişməli, iranlıya çevrilməli oldu. İranın sərhədini 

ilahiyyatçı kimi keçdi, maşınla, qatarla, arabayla, piyada gəlib 

Kəraçiyə çatmağı aylar çəkdi.

 Düzdü, mühitə alışanacan, özünü tanıdanacan bir müddət 

içinə çəkilib gözləməli oldu: artıq uzaq Almaniyada nasional-

sosialistlər hakimiyyətə gəlmişdilər, dünya nəfəsini udub Fü-

rerin  bundan  sonra  hansı  addımlar  atacağını  gözləyirdi. 

Şübhəsiz, tarixin dönüş məqamlarından biriydi, Muhamməd 

Əsəd belə bir vaxtda Kəraçidə olmasından incik deyildi. Düz-

dü, ölkənin əsl sahibləri olan ingilislərlə çətin dil tapdı: hey 

məqsədi, məramıyla maraqlanırdılar; üç il əvvəl şair, ilahiy-

yatçı, filosof Muhamməd İqbal Müsəlman Liqası qurmuşdu, 

Liqanın  üzvləri  əvvəlcə  Hindistan  daxilində  federasiya 

istəyirdilər, sonra Pəncab, Sind, Bəlucistan və quzey-günba-

tan əyalətlərindən ibarət müstəqil dövlət tələb eləməyə başla-

dılar. Hələ Kembric universitetinin tələbəsi Çaudhuri Rəhmət 

Əlinin ölkənin adıyla bağlı təklifi də qəbul olunmuşdu: PA-

KİSTAN, yəni P – Pəncab, A – əfqanlar, puştunlar, K – Kəşmir, 

S – Sind, TAN – Bəlucistan.

 Kəraçinin bazara və məscidə yaxın hissəsində, ikimərtəbəli 

evin üst qatında üçotaqlı mənzil kirayələdi. Kral İbni Səudun 

səxavətindən hələ bir neçə il qayğı çəkmədən yaşamağa im-

kanı  vardı,  bu  müddətdə  də  yəqin,  doktor  Veysman  onu 

diqqətdən kənarda qoymayacaqdı.

 Elə ilk günlərdən urdu dilini öyrənməyə səy göstərdi...

 Muhamməd İqballa Kəraçiyə gələndən bir il sonra rastlaş-

dı, ona urdu dilində çıxardığı qəzeti redaktə eləməkdə yar-

dım göstərdi, üstəlik, dostunun xahişilə Heydərabada gedib 

iki  il  ərzində  “İslam  mədəniyyəti”  jurnalının  redaktoru  da 

oldu.  O  vaxtdan  da  adı  Pakistan  qurucularının  sırasında 

çəkilməyə başladı... 

 



589

***


 1938-ci il Muhamməd Əsədin yaddaşında bir neçə mühüm 

hadisəylə qalmışdı...

 Əvvəla, martın ortalarında Fürerin istəyilə Avstriyanın Al-

maniyaya birləşdirilməsindən xəbər tutdu. Bu ondan ötrü əsl 

sarsıntıydı: Vyanada atası, bacısı vardı, yəqin, kommunistlərə 

və yəhudilərə divan tutmağa hazırlaşan nasistlər onlara rəhm 

eləməyəcəkdilər.  Müsəlman  olmuş  Leodan  üz  döndərsələr 

də, onların taleyi həmişə qəlbini göynədirdi: Leopold Veysin 

Muhamməd Əsədə çevrilməsinin əsl səbəbini bir daha onlara 

başa  sala  bilməyəcəkdi.  İkincisi,  o  il  aprelin  iyirmi  birində 

Muhamməd  İqbal  Haqqın  rəhmətinə  qovuşdu,  arzuladığı 

müstəqil Pakistanı görmədən bu dünyayla vidalaşdı. Üçün-

cüsü, elə o günlərdə Muhamməd Əli Cinnəylə tanış oldu. İq-

balın ölümündən sonra Cinnə Müsəlman Liqasının rəhbərinə 

çevrilmişdi, belə bir nüfuzlu adamın yanında olmağa dəyərdi.

 Həmin ilin yayında da tale onu Ömər-Rolf fon Ehrenfelslə 

görüşdürdü. Ömər-Rolf Leopold Veysi – Muhamməd Əsədi 

hələ “Frankfurter Algemaine Zeitunq” qəzetindəki yazıların-

dan  tanıyırdı,  “Qeyri-romantik  Şərq”  kitabını  da  oxumuşdu, 

Yaxın Şərqdə qələmə aldıqlarından da xəbəri vardı, Kəraçidə 

olduğundan təsadüfən öyrənib burda ləngimək, onu axtarıb 

tapmaq qərarına gəlmişdi, Güney Hindistana yollanmazdan 

əvvəl ondan bəzi məsləhətlər almaq ümidindəydi. Ömər-Rolf 

Əsəd bəy barədə eşitdiklərini də sözarası çatdırdı: eşitdiyinə 

görə, Vyanadan çıxmağa bacarıb, indi hardasa İsveçrədə, ya 

İtaliyadadı.

 “Ümüdvaram ki, sağ-salamatdı, – Muhəmməd Əsəd eşit-

diklərindən kədərlənsə də, ümidlə dilləndi. – Onun kitabla-

rının bir çoxunu oxudum, öz vəzifəsini çox gözəl yerinə ye-

tirir”.


  “Qeyri-adi  ağıl  sahibidi,  –  Ömər-Rolf  “vəzifə”  sözünü 

“peşəkarlıq”  kimi  başa  düşüb  razılaşdı,  –  amma  son  vaxtlar 

ruhi vəziyyəti məndə narahatlıq doğururdu”.




590

 “Hər şey Allahın hökmündədi”, – Muhəmməd Əsəd çox 

mənalı tərzdə dilləndi.

 O Ömər-Rolfa məsləhətlər də verdi: güney əyalətlər daha 

təhlükəsizdi,  bu  bölgədə  ciddi  siyasi  dəyişikliklər  gözlənir, 

ehtiyac olsa, onun köməyinə bel bağlaya bilər.

 Elə o vaxt da başına gözləmədiyi fəlakət gəldi: Almaniya 

vətəndaşlığından imtina eləyib Avstriya vətəndaşlığına qəbul 

olunmaq  üçün  ərizə  yazmışdı.  Anşlüsdən  sonra  ingilislər 

bunu “düşmən cəbhəsinə keçmək cəhdi” kimi qiymətləndirdilər, 

Muhamməd  Əsəd  ailəsilə  Hindistanın  ucqar  əyalətlərindən 

birində sürgün həyatı yaşamalı oldu...

 Sonra Avropanı müharibə kabusu bürüdü, o kabus Uzaq 

Şərqə  də  sıçradı,  narahat,  səksəkəli  günlər  başladı.  Yeddi  il 

tab  gətirməyə,  özünü  də,  Münirəni  də,  Talalı  da  qorumağa 

dəyanəti çatdığına görə taleyindən razıydı...

  Ömər-Rolf  fon  Ehrenfelslə  müntəzəm  məktublaşırdılar. 

Ondan xahiş eləmişdi ki, Vyanadakı dostları vasitəsilə atası, 

qardaşı, bacısı və analığının taleyinə aydınlıq gətirməyə çalış-

sın. Ömər-Rolf bu xahişə yalnız iki il sonra əməl eləyə bildi. 

Nəticə  çox  kədərliydi:  bir  vaxt  ailəsi  olmuş  adamlar  həbs 

düşərgəsində ölmüşdülər.

 Bu sarsıntıdan uzun müddət özünə gələ bilmədi: qırx iki 

illik ömründə atasına xeyir verməmiş, övlad kimi borcundan 

çıxmamışdı, həyatının yarıdan çoxunu özünə borc saydığı bir 

duyğunun  arxasınca  düşüb  gedirdi,  bundan  sonra  taleyin 

ona harda “dur” deyəcəyini bilmirdi.

 O ilin payız günlərinin birində Ömər-Rolf fon Ehrenfelsdən 

gələn məktub daha bir bəd xəbər gətirdi: Muhəmməd Əsəd 

bəy  İtaliyanın  Pozitano  adlı  kurort  şəhərində  vəfat  eləyib; 

bunu  jurnalların  hansındasa  nekroloq  oxuyan  Avropadakı 

dostları  xəbər  veriblər;  ömrünün  axır  illərində  anlaşılmaz 

xəstəliyə düçar olub, hər iki qıçı çürüyübmüş, ürəyi də buna 

tab gətirməyib.

 Bu daha kədərli xəbər idi, az qala, iyirmi ildən bəri tanıdı-

ğı, on beş ildi görüşmədiyi, amma fəaliyyətini uzaqdan-uza-




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə