Bəzi Qərb tədqiqatçıları haqlı olaraq yazırlar ki, Hitleri Stalin yaratdı.
Stalinlə ciddi mübarizə aparan L. Trotski 1936-cı ildə yazırdı ki, Stalinsiz Hitler də
olmazdı, Gestapo da olmazdı.
Hitlerin
hakimiyyətə
gəlməsi
ərəfəsində
stalinçilər-kommunistlər
fikirləşirdilər ki, əgər Hitler hakimiyyəti ələ keçirərsə, onda fəhlələr onu süpürüb
atacaqlar. Aparıcı kommunistlərdən olan Remmel Rexstaqda deyirdi: “Qoy Hitler
hakimiyyətə gəlsin, o, tezliklə bankrot olacaq və bizim dövrümüz başlayacaq”.
(207, s. 202)
Stalinçi-kommunistlər Hitlerin hakimiyyətə gəlməsinə, əslində, şərait
yaradırdılar. Məgər Hitlerin hakimiyyətə gəlməsinə razı olan fəhlə sinfi onu qısa
zamanda devirə bilərdimi? Bu, mümkün deyildi. Buna oxşar vəziyyət İtaliyada da
baş verdi. Mussolini də İtaliyada hakimiyyətə gəldi və faşizm rejimi uzunmüddətli
qalmaqda davam etdi. Kommunist Remmel isə Rexstaqdakı çıxışında bu fikirləri
əsaslandırırdı: “Biz sabahkı günün qalibləriyik. Biz Hitlerin hakimiyyəti ələ
keçirməsindən narahat deyilik”. (207, s.203)
Maraqlı idi ki, Stalin Hitlerə ciddi rəqib kimi də baxmırdı. Bu dövrdə Hitler
açıq şəkildə bildirirdi ki, o, bolşevizmi məhv edib Şərqi ələ keçirmək
niyyətindədir. Stalin onun sözlərini üsyançı bir şəxsin fikirləri olaraq qəbul edirdi.
Bu dövrdə Stalin səhv edərək, başlıca qərb rəqibi rolunda Fransanı görürdü.
Mancuriyanı yenicə işğal etmiş Yaponiyadan isə ehtiyatlanırdı. (207, s.217) Stalin
düşünürdü ki, Almaniyanı yenidən silahlandırmaq cəhdində olan Hitler tezliklə
Fransa ilə ziddiyyət aparacaq və bununla Fransa SSRİ-yə qarşı düşmən
münasibətindən uzaqlaşacaq. Təsadüfi deyildi ki, Stalinin əlində silah olan
Komintern ikimənalı şəkildə alman kommunistlərini Hitlerin Versal əleyhinə
mübarizəsini dəstəkləməyə həvəsləndirirdi. (207, s.217)
Stalin fikirləşirdi ki, bu kampaniya Hitleri Qərbin bolşeviklərə qarşı
apardığı səlib yürüşünə başçılıq etməsindən çəkindirəcək. Əslində, nə Fransa, nə
də Yaponiya tərəfindən SSRİ-yə qarşı müharibə təhlükəsi reallaşa bilməzdi.
Bununla bağlı L.Trotski yazırdı: “Heç bir normal burjua parlament höküməti
hazırkı şəraitdə Sovet İttifaqına qarşı müharibəyə cəhd göstərməz. Belə cəhd ölkə
daxilində saysız problemlər ortaya çıxarır”. (207, s.217)
Beləliklə, Stalin Hitlerin Almaniyada hakimiyyəti ələ keçirməsində maraqlı
idi və o, bununla SSRİ-ni müharibə təhlükəsindən yayındırmaq istəyirdi. Halbuki,
bu illərdə Sovet İttifaqı dünyanın ən güclü hərbi dayağı olaraq qalırdı.
Stalinin Avropada müharibə təhlükəsi yaratmağına onun bir zaman silahdaşı
olmuş L. Trotski tez-tez toxunurdu. Fransa təslim edilərkən, demək olar ki, bütün
Avropa Hitlerin hərbi maşınının ağırlığı altında qalarkən L. Trotski yazırdı: “II və
III internasionallar... aldatdılar və fəhlə sinfini ruhdan saldılar. Beşillik demokratik
dövlətlərin və kollektiv təhlükəsizlioyin xeyrinə olan təbliğatdan və Stalinin
qəflətən Hitler düşərgəinə keçməsindən sonra fransız fəhlə sinfi çaş-baş qaldı. İndi
SSRİ uçurum qarşısındadır. Şərqi Avropada Stalinin əldə etdiyi ərazi üstünlüyü
Hitlerin əldə etdiyi güc və ehtiyatla müqayisədə azdır və o, bundan Sovet
hökümətinin əleyhinə istifadə edir”. (207, s.488)
Stalin Hitleri müdafiə edirdi. Almaniya Kommunist Partiyasının qadağan
edilməsinə baxmayaraq, Stalin buna heç reaksiyada vermədi. O, nəinki etirazını
bildirmədi, əksinə, SSRİ-nin səlahiyyətli nümayəndələrinin (Litvinov, Krestinski,
Molotov) vasitəsi ilə nasist rejiminin ilk aylarından Sovet siyasətinin Almaniyaya
münasibətinin dəyişməyəcəyini bildirirdi. Bundan əlavə, Almaniya höküməti
məqamlarına Sovet dövlətinin Almaniya dövləti ilə 1926-cı ildə bağladığı
neytrallıq müqaviləsinin vaxtını uzatmaq fikrində olduğunu çatdırırdı.
1934-cü ilin yanvarında Ümumrusoya Kommunist (b) Partiyasının 16-cı
Qurultayında çıxış edən Stalin deyirdi: “Əlbəttə, biz Almaniyada faşizm rejiminin
mövcudluğundan vəcdə gəlməkdən uzağıq. Lakin, iş burda faşixmdə deyildir,
çünki, məsələn, İtaliyada faşizm bu ölkə ilə münasibətləri yaxşılaşdırmağa mane
olmadı”. (207, s. 562)
Bir müddətdən sonra Sovet dövləti artıq Almaniyanın 1938-ci ilin martında
Avstriyanı zəbt etdiyini görüb kollektiv tədbirlərdə iştiraka hazırlığı haqqında
bəyanat verdi. Lakin, Qərb dövlətləri Sovet dövlətinin bu bəyanatını ciddi qəbul
etmədilər. Burada müxtəlif səbəblər olsa da, bir səbəb də Sovet dövlətinin sürətlə
silahlanma siyasəti ilə verilən bəyanatın məzmun uyğunsuzluğu idi.
Çünki, Stalin Rusiya ilə Almaniya arasında uzunmüddətli hərbi əməkdaşlıq
edib gücünü artırırdı. Məsələn, 1934-cü ildə ordudakı əsgərlərin sayı 562 mindən
940 minə qaldırıldığı halda, 1935-ci ildə bu rəqəm 1 milyon 300 minə çatdı. Quru
qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin büdcəsi 1933-cü ildə 1 milyard 420
milyon rubl olduğu halda, 1938-ci ildəb u rəqəm 23 milyard 200 milyon rubla
qədər artırıldı. 1940-cı ildə isə hərbi məsrəflərə ayrılan vəsait ikiqat olaraq çoxaldı.
Müdafiə sənayesinin xammalla özünütəmini artırıldı: Uralda yeni hərbi zavodlar
tikildi. Hərbçilərin maaşının artırılması, müxtəlif güzəştlərin ayrılması çoxlarının
hərbi tədris müəssisələrinə marağını artırdı. (207, s. 568) İkinci Dünya müharibəsi
təhlükəısini yaratmaqda günahkar sayılan Stalinin və Hitlerin istər xarakter
baxımından, istərsə diktatorluq xüsusiyyətləri ölçüsündən oxşar cəhətləri çox idi.
Məsələn, 1934-cü ildə hər iki diktator millətin birliyinə nail olunması haqqında
müraciətlə çıxış etdilər. Çünki, hər iki cəmiyyətdə müxalifət, demək olar ki, məhv
edilmişdi və yox idi. Hər iki rejim baş verən istənilən hadisəyə şübhə ilə yanaşırdı.
İstər Sovet İttifaqında, istərsə də Almaniyada təhlükəsizlik xidmətinin güclü
aparatı fəaliyyət göstərirdi. Stalin daha çox terrora, Hitler isə təbliğata üstünlük
verirdi. Hər iki ölkədə dövlətin sükanı arxasında partiya əsas güc olaraq dayanırdı.
Eyni zamanda, hər iki ölkədə partiya həmkarları, gənclər təşkilatını (Komsomol,
“Hitler Yuqend”) birləşdirirdi. (207, s. 574)
Almaniyada “Hitler Yuqend” (Hitler Gənclər İttifaqı) nasist partiyası
tərəfindən 1926-cı ildə Baldur fon Şirakın rəhbərliyi ilə yaradıldı. 1936-cı ildə 10
yaşından 18 yaşına qədər olan bütün gənclər (qızlar və oğlanlar) məcburi şəkildə
Dostları ilə paylaş: |