NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

məmurları  göndərirdilər.  Hətta  Sovet  İttifaqı  1939-cu  ilin  yazında  Almaniyanın 
ticarət  müqaviləsi  bağlamaq  təklifinə  də  reaksiya  verməmiş,  ingilis-fransız 
müqaviləsinə  ümid  bəsləmişdi.  Lakin,  bu  alınmadıqda,  SSRİ-nin  təcrid  olunmaq 
təhlükəsi  reallaşdıqda  Stalin  Almaniya  ilə  müqaviləni  imzalayıb  Hitlerdən 
məharətlə istifadə etdi. (319, s.170) 
SSRİ  ilə  Almaniya  arasında  imzalanmış  müqaviləyə  mühacirətdə  yaşayan 
keçmiş sovet liderləri də birmənalı münasibətlə yanaşmadılar. 1929-cu ildən Sovet 
İttifaqını  tərk  etmək  məcburiyyətində  qalmış  Lev  Trotski  (252,  s.3)  qəzetdə  nəşr 
etdirdiyi  məqaləsinə  belə  başlıq  qoymuşdu:  “Stalin  Hitlerin  intendantıdır” 
(təsərrüfat işlərinə baxanıdır – N.Y). Həmin məqaləsində Trotski Stalinin rəhbərlik 
etdiyi  ölkənin  fəlakətə  uğrayacağını  əvvəlcədən  bildirir  və  sovet  fəhlələrini  onu 
devirməyə çağırırdı. (208, s.285) 
Stalin, şübhəsiz ki, Trotskinin mövqeyini qəbul etmirdi və onun belə kəskin 
çıxışlarından  sonra  Beriyaya  onu  aradan  götürmək  haqqında  müvafiq  tapşırıq 
verdi.  XDİK  agenti  Naum  Eytinqonun  Meksikada  keçirdiyi  əməliyyatda  ağır 
yaralanıb  sağ  qalan  Trotskini  digər  agent  –  İspaniya  inqilab  ordusunun  keçmiş 
leytenantı Ramon Merkader alpinist baltası ilə vurub öldürdü. (208, s.285) 
Qeyd  edək  ki,  müqavilənin  imzalanmasından  çox  illər  sonra  bu  sənədə 
hüquqi-siyasi  qiymət  verildi.  1989-cu  ildə  SSRİ  Xalq  Deputatları  Qurultayı  26 
nəfərdən  ibarət  komissiya  yaratdı.  Komissiyaya  Siyasi  Büronun  üzvü,  Sov.  İKP 
MK  katibi  A.  N.  Yakovlev  başçılıq  etdi.  (219)  Komissiya  aydınlaşdırdı  ki,  SSRİ 
Ali  Soveti  1939-cu  ilin  avqustun  31-də  hücum  etməmək  haqqında  müqaviləni 
müzakirə  etmədən  ratifikasiya  etmişdir.  İstər  hücum  etməmək  haqqında  1939-cu 
ilin 23 avqust müqaviləsi, istərsə də dostluq və sərhədlər haqqında 28 sentyabr və 
digər  müqavilələr  1941-ci  ildə  Almaniyanın  SSRİ  üzərinə  hücum  etməsi  ilə 
qüvvədən düşmüşdür. Bununla bağlı SSRİ xalqlarının 1989-cu ilin dekabrın 24-də 
keçirilən qurultayı qərara aldı. 
Qərarda  göstərilirdi:  “7.  SSRİ  Xalq  Deputatları  Qurultayı  1939-cu  ilin  23 
avqustunda  və  sonradan  Almaniya  ilə  imzalanmış  müqavilələri  müzakirə  edir. 
Qurultay  gizli  protokolları  imzalandığı  gündən  hüquqi  əsası  olmayan  sənədlər 
hesab edir”. (329) 
Protokollar  Sovet  hökümətinə  üçüncü  ölkələrlə  anlaşmaqda  hüquqi  baza 
yaratmadı, əksinə, Stalinin və onun ətrafının başqa dövlətlərə güc göstərməsinə və 
üzərinə götürdüyü öhdəlikləri pozmasına şərait yaratdı”. (351) 
Beləliklə,  sovet-alman  müqaviləsindən  az  sonra  1939-cu  ilin  sentyabrın  1-
də Almaniya müharibə elan etmədən Polşaya hücum etdi. (303, s.77) Almaniyanın 
Polşaya  hücumu  İkinci  Dünya  müharibəsinin  başlandığı  gün  olaraq  tarixə  daxil 
oldu.  Belə  vəziyyətdə,  sentyabrın  3-də  İngiltərə  və  Fransa  höküməti  Polşa  ilə 
müqavilələrinə  əsaslanıb  ciddi  tərəddüdlərdən  sonra  Almaniyaya  müharibə  elan 
etdilər. Beləliklə, İkinci Dünya müharibəsi başlandı. 


1939-cu  ilin  sentyabrın  17-də  Varşava  şəhəri  hələ  almanlardan  müdafiə 
olunarkən, Lvov altında, Xel yarımadasında döyüşlər davam edərkən, gizli avqust 
müqaviləsi  əsasında  sovet  qoşunları  şərqdən  Polşa  ərazisinə  daxil  oldular.  (253, 
s.271) 
Polşa  höküməti  başda  prezident  Mosçiçski  və  Ali  Baş  Komandan  Rıdz-
Smiqli  olmaqla  Rumıniyaya  keçdilər.  Rumıniyadan  sonra  Fransa  və  Londonda 
yerləşən  Polşa  hökuməti  işğalçılara  qarşı  mübarizəsini  davam  etdirirdi.  Bu 
müddətdə  Vladislav  Raçkeviç  prezident,  Vladislav  Sinorski  isə  yeni  hökumətin 
başçısı idilər. Qızıl Ordunun Polşaya daxil olması günündən ərazidə qanlı hadisələr 
başladı.  Sovet  əsgərləri  qarşılarında  olanları  dağıdır,  oğurlayır,  məhv  edirdilər. 
Nizami  ordu  hissələrini  ardınca  XDİK  hissələri,  sonra  isə  əhalini  kommunist 
qaydalarına  dəvət  edən  komissarlar  gedirdi.  Sovet  əsgərləri  Polşanın  şərq 
əyalətlərində  daha  amansız  cəza  tətbiq  edir,  mülkədarları,  keşişləri,  dövlət 
məmurlarını, siyasi xadimləri aradan götürürdülər. Minlərlə polyak əsgər və zabiti 
“Kozelsk”,  “Starobels”  və  “Ostatkov”  həbsxanalarına  dolduruldu.  Həbs  edilən 
polyakların çoxunu ağır işgəncələrdən sonra sovet ərazisindəki həbs düşərgələrinə 
gətirdilər. 130-dan çox həbs düşərgəsi olan bu ölkədə dustaqların ucuz fəhlə əməyi 
istismar  edilirdi.  Polyakları  əsasən  Kol  yarımadasına,  Kolmaya  və  cənubi 
Ukraynaya  yerləşdirdilər.  Polşada  qalanları  isə  Sovet  dövlətinin  ideoloji  “qul”una 
çevirdilər. Qorxu və işgəncələrlə yaşayan bir polyak şairi yazırdı: “Mən istəmirəm 
ki,  Lvov  sovetlərin  olsun,  lakin  gündə  yüz  dəfə  düşündüyümün  əksini  deyirəm”. 
(253, s.279) 
SSRİ-nin  nəzarəti  altında  olan  Polşa  torpaqlarında  sovet  işğalçıları  katolik 
kilsəsinə qarşı dağıdıcı mübarizə aparırdılar. Almanların nəzarətində olan Polşanın 
qərb hissəsində isə rəsmi şəkildə general qubernatorluq yaradıldı. (328, s.28) 
Bu  müddətdə  Almaniya  və  SSRİ  müvafiq  qaydada  işğallarını  davam 
etdirirdilər.  Sovet  İttifaqı  artıq  Estoniya,  Latviya  və  Litvanı  işğal  etmiş, 
Rumıniyanı da Bessarabiyanı verməyə məcbur etmişdi. 
Sovet qoşunları artıq Bukovina və ona yazın olan Dunaydakı Bessarabiyanı 
işğaldan  sonra  əhalisi  əsasən  almanlardan  ibarət  olan  Şimali  Bukovinanın 
(Avstriya  koronunun  tarixi  torpaqları)  da  alınması  Hitleri  xüsusilə  sarsıtdı.  O, 
Stalinin bu addımını rusların qərbə basqını kimi qəbul etdi. 
1940-cı  ilin  yazında  Şərqi  Prussiya,  Polşa  və  Bessarabiya  sərhədlərində 
sovet-rus  qoşunlarının  cəmləşməsi  xəbəri  Hitlerə  çatdırıldı.  Yalnız  Şərqi  Prussiya 
qarşısında    22  sovet  diviziyası  toplaşmışdı.  Hitler  bu  hadisədən  bərk  narahat 
olmağa başladı. 
1940-cı ilin avqustunda artıq Hitler general-feldmarşal Keytellə söhbətində 
sovet  təhlükəsinin  artmasını  qeyd  etmişdi.  Münhendəki  “Qəhvəyi  ev”də,  Hitler 
onun  üçün  tikilmiş  xüsusi  korpusda  Ribbentropla  söhbətində  Sovet  dövlətinin 
mövqeyindən  narazı  qaldığını  bildirmişdi.  Rus  qoşunlarının  yeni  hərəkətləri 
haqqında  daxil  olan  məlumatlar  Hitleri  coşdururdu.  Eyni  zamanda,  alman 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə