Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə18/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   14   15   16   17   18   19   20   21   ...   100

 
53
 
rabağ bölgəsinin yer tapmasının mövcud münaqişənin informasiya-təbli-
ğat təminatı üçün hüquqi baza kimi qəbul etmək olar. Bu qanunvericilik 
sənədlərində  Ermənistan  Respublikası  Azərbaycan  Respublikasının  tər-
kib hissəsi olan Dağlıq Qarabağla bağlı üzərinə xeyli sayda qeyri-qanuni 
öhdəliklər  götürmüşdür.  Məsələn,  ―Ermənistan  Respublikasının  Milli 
Təhlükəsizlik Strategiyası‖nda qeyd olunur ki, Ermənistan Respublikası-
nın  milli  təhlükəsizliyinin  əsas  vəzifəsi  Qarabağ  konfliktinin  nizamlan-
masıdır  (20).  Erməni  təbirində  bu  vəzifə  –  Dağlıq  Qarabağın  Azərbay-
candan qoparılması deməkdir. Çünki ermənilər Dağlıq Qarabağ münaqi-
şəsinin  başqa  cür  nizamlanmasını  qəbul  etmirlər.  Deməli,  münaqişə  ilə 
bağlı informasiya-təbliğat siyasətinin də bu zəmində aparılması informa-
siya-təbliğat maşınının qarşısında dayanan başlıca vəzifədir. 
―Ermənistanın Milli Təhlükəsizlik Strategiyası‖nda daha sonra deyilir 
ki,  Azərbaycan  Respublikası  tərəfindən  Ermənistan  Respublikasına  və  
Dağlıq  Qarabağ  Respublikasına  qarşı  silahlı  qüvvələrin  tətbiqi  ilə  bağlı 
açıq hədələr səslənir. Erməni strateqlərinin fikrincə, Ermənistan belə hə-
dələrin cavabını verməyə hazır olsa da, ən yüksək səviyyədə səslənən hə-
min hədələr Ermənistana qarşı birbaşa təhdid olaraq qalmaqdadır. Daha 
sonra bildirilir ki,  Türkiyə Respublikası Azərbaycanın müttəfiqi olduğu 
üçün o da Ermənistana qarşı təhlükə kimi qiymətləndirilməlidir. 
Ermənistan  Respublikasının  Milli  Təhlükəsizlik  Strategiyasında  Azər-
baycan  Respublikasının  tərkib  hissəsi  olan  Dağlıq  Qarabağ  haqqında 
ayrıca bir bölmə mövcuddur. Həmin sənəddə Ermənistan silahlı qüvvələ-
ri tərəfindən işğal olunmuş və yuxarıda adıçəkilən beynəlxalq təşkilatla-
rın da qərarlarında işğal edildiyi təsdiq olunan Dağlıq Qarabağ müstəqil 
bir qurum kimi təsbit olunmuşdur. Bu bölmədə aşağıdakı tezislər öz ək-
sini tapmışdır: 
 
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli şəkildə həl-
li  Dağlıq  Qarabağ  əhalisinin  təhlükəsizliyinin  qarantı  olan  Ermənistan 
Respublikasının  milli  təhlükəsizlik  strategiyasında  aparıcı  əhəmiyyətə 
malikdir; 
 
Qarşılıqlı razılıq əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlan-
masına kömək göstərilməsi ATƏT-in Minsk Qrupuna etibar edilmişdir; 
 
Ermənistan Respublikası münaqişənin nizamlanması ilə bağlı digər 
strukturların  bəyanatlar  vermələrini,  habelə  müxtəlif  beynəlxalq  təşkilat-
ların nizamlanma prosesinə  cəlb olunmasını məqsədəuyğun saymır; 
 
Dağlıq  Qarabağ  Respublikasının  elan  edilməsinin  hüquqi  əsasları 
dəyişməzdir; 


 
54
 
 
Münaqişənin  həlli  ilə  bağlı  istənilən  son  sənəd  Dağlıq  Qarabağın 
əhalisi ilə razılaşdırılmalıdır; 
 
Ermənistan  münaqişənin  nizamlanmasının  o  variantını  qəbul  edir 
ki, həmin variantda Dağlıq Qarabağ Respublikasının faktiki mövcudluğu 
təsbit olunsun; 
 
Dağlıq Qarabağın Ermənistanla quru əlaqəsi olmalıdır; 
 
Dağlıq  Qarabağla  bağlı  Azərbaycanın  hərbi  siyasəti,  konkret  ola-
raq  Ermənistan  üzərində  hərbi  üstünlük  əldə  etmək  cəhdi  Ermənistana 
qarşı müstəqim hərbi təhdiddir; 
 
Ermənistan silahlı qüvvələrinin əsas vəzifəsi Ermənistan Respubli-
kasının və Dağlıq Qarabağ Respublikasının əhalisinin fiziki təhlükəsizli-
yini təmin etməkdir (21). 
Ermənistan  Respublikasının  Hərbi  doktrinasında  da  Dağlıq  Qarabağ 
münaqişəsi  ilə  bağlı  oxşar  tezislər  öz  əksini  tapmışdır.  Bu  sənəddə  də 
Azərbaycan  Respublikasına  qarşı  aparılan  işğalçılıq  siyasətinə  qanuni 
don  geyindirilməsinə  cəhd  göstərilmiş,  Dağlıq  Qarabağ  münaqişəsinin 
mahiyyəti  təhrif  edilmiş  və  bununla  erməni  informasiya-təbliğat  fəaliy-
yəti üçün də təhrif edilmiş hüquqi baza yaradılmışdır. Hərbi Doktrinada 
qeyd  olunur  ki,  Ermənistan  Respublikası  Dağlıq  Qarabağ  Respublikası 
xalqının təhlükəsizliyinin və seçdiyi yolun qarantıdır. Sonra bildirilir ki, 
Ermənistan  Respublikasının  bu  vəzifəni  öz  üzərinə  götürməsi  aşağıdakı 
səbəblərdən irəli gəlir: 
 
Azərbaycan Respublikasının ərazisində ermənilərə qarşı yeni etnik 
təmizləmələrin həyata keçirilməsinə görə (Sumqayıt, Bakı və digər yer-
lərdə); 
 
Azərbaycan Respublikası Dağlıq Qarabağ xalqının qanuni və dinc 
yolla öz müqəddəratını təyin etməsinə qarşı hərbi qüvvə tətbiq etməsi və 
onu 1988–1989-cu illərdə zorla müharibəyə cəlb etməsinə görə; 
 
Dağlıq Qarabağ münaqişəsinin zor vasitəsi ilə həll edilməsinə cəhd 
göstərilməsinə görə; 
 
Daim fiziki məhvolma təhlükəsi ilə üzləşən Dağlıq Qarabağ əhali-
sinin təhlükəsizliyinin təmin edilməsi zərurətinə görə
 
Ermənistan Respublikası ilə Dağlıq Qarabağ Respublikası və onun 
əhalisinin tarixi-ərazi, mənəvi-dini və mədəni eyniliyinə görə; 
 
Dağlıq Qarabağ əhalisinin öz tarixi ərazisində öz müqəddəratını tə-
yin etməsinin siyasi, hüquqi əsaslarının danılmazlığına görə; 
 
Dağlıq Qarabağ Respublikasının demokratik, sosial, hüquqi dövlət 
kimi formalaşmasının dönməzliyinə görə


 
55
 
 
Ermənistan  Respublikası  ilə  Dağlıq  Qarabağ  Respublikasının  təh-
lükəsizliyinin təmin edilməsinin qarşılıqlı bağlılığına görə (22). 
Ermənistan  Respublikasının  Hərbi  Doktrinasında  ermənifobiya,  Er-
mənistan Respublikasına qarşı dezinformasiya yolu ilə informasiya  mü-
haribəsi  aparılmasının  xarici  təhdid  kimi  qiymətləndirilməsi  də  erməni 
informasiya-təbliğat fəaliyyətinin hüquqi bazası saymaq olar. Erməni dai-
rələrinə  görə,  erməniliyin  niyyətləri,  erməni  saxtakarlığı  ilə  ermənilərin 
işğalçılıq  siyasətinin  mahiyyətinin  saxtalaşdırılması  ilə  üst-üstə  düşmə-
yən məlumatlar ermənifobiya, Ermənistan Respublikasına qarşı düşmən-
çilik kimi qiymətləndirilir. Erməni informasiya-təbliğat maşını bu məsə-
ləyə kifayət qədər geniş diqqət ayırır. 
Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya-təbliğat siyasətinin 
istər siyasi (ictimai-siyasi), istərsə də tarixi bazasının formalaşdırılmasın-
da Ermənistan rəhbərliyinin rolu kifayət qədər böyükdür. Əvvəla, Ermə-
nistan rəhbərliyinin xarici nümayəndə heyətləri ilə elə bir görüşü yoxdur 
ki, orada Dağlıq Qarabağ münaqişəsinə toxunulmasın. İkincisi isə, Ermə-
nistan rəhbərliyinin belə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin 
mahiyyətinə prinsipial mövqedən yanaşdığını görmək çətindir. Bu məsə-
lənin  detallarına  varmadan  yalnız  onu  qeyd  etmək  olar  ki,  beynəlxalq 
təşkilatlar tərəfindən qəbul edilmiş qərarların heç birinin müddəaları Er-
mənistan  rəhbərliyi  tərəfindən  qəbul  olunmur.  Bunun  özünəməxsus  şə-
kildə  əsaslandırılması  üçün  isə  mahiyyəti  dəyişdirilmiş  faktlar  və  infor-
masiyalar  dövriyyəyə  çıxarılır.  Eyni  zamanda  Ermənistan  rəhbərliyinin 
çıxışlarında Dağlıq Qarabağ münaqişəsinə nümayiş etdirdiyi yanaşma ilə 
dövlətin informasiya siyasəti üçün müəyyən koridorlar müəyyən edir ki, 
erməni informasiya-təbliğat maşını da öz fəaliyyətini həmin koridorlar çər-
çivəsində qurmalı olur. 
Dağlıq Qarabağ münaqişəsi kontekstində informasiya-təbliğat siyasə-
tinin formalaşdırılması üçün Ermənistan rəhbərliyinin çıxışlarında, ermə-
ni siyasətşünaslarının araşdırmalarında ümumiləşdirilmiş siyasi (ictimai-
siyasi) və tarixi bazanı aşağıdakı kimi qruplaşdırmaq olar: 
1.  Dağlıq  Qarabağla,  Dağlıq  Qarabağ  ermənilərinin  separatizminin 
əsaslandırılması  ilə  bağlı  olan  ictimai-siyasi  və  tarixi  əsaslar.  Dövlətin 
informasiya siyasətini müəyyənləşdirən erməni rəhbərliyi müxtəlif çıxış-
larında Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilmədiyini, Dağ-
lıq  Qarabağın heç vaxt Azərbaycana məxsus olmadığını, Dağlıq Qara-
bağ ermənilərinin milli müqəddəratlarını təyin etdiklərini, Dağlıq Qara-
bağda  silahlı  münaqişənin  Azərbaycan  tərəfindən  başlandığını,  Dağlıq 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə