78
nəlxalq təşkilatları da birmənalı şəkildə Azərbaycan Respublikasının əra-
zi bütövlüyünü tanıdığı halda, Dağlıq Qarabağ kimi oyuncaq qurumun
tanınmasına bu bölgənin işğalını həyata keçirən və bir sıra böyük döv-
lətlərin siyasətinin oyuncağına çevrilən Ermənistan özü də cəsarət etmir.
Vaxt ötdükcə Ermənistan
nəinki bölgədə, hətta dünya miqyasında təklən-
məkdə davam edir. Bu isə o deməkdir ki, erməni separatçı-millətçiliyinin
Azərbaycan xalqının haqlı iradəsi qarşısında işğalçılığından və millətçi-
separatizmindən geri çəkilməli olduğu zaman yaxınlaşmaqdadır. Lakin
erməni millətçiliyinin tarixi göstərir ki, bu qüvvələr başlarına gələnlər-
dən düzgün nəticə çıxarmırlar. Ona görə, Dağlıq Qarabağ münaqişəsi
ədalətli şəkildə həll olunandan sonra da bu məsələ ətrafında erməni təbli-
ğatçılıq ənənələrinin yeni çalarlarının təzahür edəcəyi istisna edilməməlidir.