Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə28/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   24   25   26   27   28   29   30   31   ...   100

 
78
 
nəlxalq təşkilatları da birmənalı şəkildə Azərbaycan Respublikasının əra-
zi  bütövlüyünü  tanıdığı  halda,  Dağlıq  Qarabağ  kimi  oyuncaq  qurumun 
tanınmasına  bu  bölgənin  işğalını  həyata  keçirən  və  bir  sıra  böyük  döv-
lətlərin siyasətinin oyuncağına çevrilən Ermənistan özü də cəsarət etmir. 
Vaxt ötdükcə Ermənistan nəinki bölgədə, hətta dünya miqyasında təklən-
məkdə davam edir. Bu isə o deməkdir ki, erməni separatçı-millətçiliyinin 
Azərbaycan xalqının haqlı iradəsi qarşısında işğalçılığından və  millətçi-
separatizmindən  geri  çəkilməli  olduğu  zaman  yaxınlaşmaqdadır.  Lakin 
erməni  millətçiliyinin  tarixi  göstərir  ki,  bu  qüvvələr  başlarına  gələnlər-
dən  düzgün  nəticə  çıxarmırlar.  Ona  görə,  Dağlıq  Qarabağ  münaqişəsi 
ədalətli şəkildə həll olunandan sonra da bu məsələ ətrafında erməni təbli-
ğatçılıq ənənələrinin yeni çalarlarının təzahür edəcəyi istisna edilməməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
79
 
III FƏSĠL 
 
ETNĠK MÜNAQĠġƏNĠN ĠNFORMASĠYA QARġIDURMASININ 
ERMƏNĠ NƏZƏRĠYYƏÇĠLĠYĠ 
 
Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr dinamik inkişaf yolu 
keçdiyi kimi, bu münaqişənin informasiya qarşıdurması da özünəməxsus 
fərqli inkişaf mərhələlərini arxada qoymuşdur. XX əsrin 80–90-cı  illəri-
nə erməni informasiya maşını hazır vəziyyətdə daxil olmuşdu və bu ma-
şının aktivliyi informasiya məkanında müəyyən üstün mövqelər əldə et-
məyə imkan verdi. Yuxarıda qeyd edildiyi kimi, hadisələrin ilk illərində 
Azərbaycanın  informasiya  blokadasında  olması  da  erməni  informasiya 
maşınının  fəallığından  irəli  gəlirdi.  Xüsusilə,  beynəlxalq  informasiya 
məkanında erməni informasiya manevrlərinin artması Azərbaycanda baş 
verən  qanlı  və  faciəli  hadisələrin  dünya  ictimaiyyətinin  diqqətindən  kə-
narda qalması ilə nəticələnirdi. Bu istiqamətdə erməni təbliğat maşınının 
beynəlxalq aləmə çıxış yolu olan keçmiş SSRİ kütləvi-informasiya vasi-
tələrində də dominantlıq etməsi Azərbaycanın informasiya müqavimətini 
daha da zəiflədirdi. 
XX əsrin sonu və XXI əsrin ilk illərində Azərbaycan Respublikasının 
siyasi, iqtisadi sahələrdə dünya birliyinə inteqrasiyası sahəsində əldə et-
diyi  ciddi  nailiyyətlər  Dağlıq  Qarabağ  ətrafında  cərəyan  edən  infor-
masiya  qarşıdurmasının  qüvvələr  nisbətinə  xeyli  təsir  etdi.  Azərbaycan 
həqiqətlərinin  dünyaya  açılması  Dağlıq  Qarabağla  bağlı  erməni  infor-
masiyasının  dominantlığına  da  son  qoydu.  Bunun  əsas  səbəbi  Azərbay-
canın informasiya fəaliyyətinin genişlənməsi və Azərbaycan həqiqətləri-
nin yayılması  idi. 
Bununla da XXI əsrin əvvəllərindən erməni millətçi qüvvələri Dağlıq 
Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında hücum möv-
qelərini itirməyə başladılar. Beynəlxalq aləmdə erməni informasiya siya-
sətinin obyektlərinə münasibət dəyişməyə başladı. Vaxt ötdükcə hətta er-
məni informasiya maşını müdafiəyə keçməyə  məcbur oldu. Azərbaycan 
həqiqətlərinin informasiya ifadəsi erməni millətçilərinin, təcavüzkarlığı-
nın, dezinformasiyalarının mahiyyətini işıqlandırdıqca erməni millətçilə-
rinin informasiya manevrliyi xeyli məhdudlaşdı. Əvvəllər əlverişli infor-
masiya mühitində sərbəst fəaliyyətə malik olan erməni informasiya maşını 
yeni şəraitdə öz potensialının böyük bir hissəsini Azərbaycanın informa-
siya həqiqətlərinin təsirinin neytrallaşdırılmasına istiqamətləndirməli ol-


 
80
 
du. Bunun üçün bütün erməniləri dəstəkləyən qüvvələr də hərəkətə gəti-
rildi,  yeni-yeni  informasiya  vasitələri  yaradıldı,  informasiya  məkanında 
Azərbaycana  qarşı  dezinformasiyalar  kütləvi  şəkil  aldı,  dövlət  sənədlə-
rində  erməni  informasiya  siyasətinin  hüquqi  əsasları  müəyyənləşdirildi, 
erməni  informasiya  siyasəti  konsepsiyasının  konturları  dəqiqləşdirildi. 
Erməni  millətçilərinin  xüsusi  diqqət  yetirdikləri  məsələlərdən  biri  də 
Azərbaycana  qarşı  informasiya  qarşıdurmasının  nəzəriyyələşdirilməsi, 
ciddi  nəzəri-praktiki  təhlillərin  aparılması  və  ümumiləşdirilməsi  oldu. 
Bununla, əslində, Azərbaycana qarşı aparılan informasiya qarşıdurması-
nın yeni istiqamətinin əsası qoyuldu. Özlərini erməni informasiya maşı-
nının  elementləri  və  subyektləri  sayan  müəlliflər  Azərbaycan  informa-
siya  həqiqətlərinin  ermənilərə  yaratdığı  çətinliklərin  qarşısının  alınması 
üçün informasiya qarşıdurmasının nəzəri aspektlərinə münasibət bildirir 
və Azərbaycan həqiqətləri qarşısında erməni millətçi təbliğatının və de-
zinformasiyalarının təsirinin artırılması üçün öz qənaətlərini açıqlayırlar. 
Qeyd etmək lazımdır ki, erməni informasiya qarşıdurmasının nəzəri və 
praktiki məsələlərinin və problemlərinin araşdırılması və əldə edilən qə-
naətlərin  erməni  informasiya  fəaliyyətində  tətbiqinə  cəhd  göstərilməsi 
üçün xeyli işlər görülmüşdür. Azərbaycanda bu məsələyə diqqət yetiril-
mədiyi halda, Ermənistanda bu sahənin artıq öz məktəbi yaranmışdır və 
erməni  informasiya  nəzəriyyəçilərinin  və  təhlilçilərinin  bu  mövzuda  ki-
fayət qədər çoxlu yazıları və araşdırmaları mövcuddur. Bu isə onu göstə-
rir ki, erməni millətçiləri Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbay-
cana qarşı aparılan informasiya qarşıdurmasına yeni nəfəs vermək üçün 
bu prosesin elmi və ümumiləşdirilmiş qənaətlər üzərində qurulmasını da 
diqqət mərkəzində saxlayırlar. 
Doğrudur,  erməni  informasiya  nəzəriyyəçiliyi  və  informasiya  qarşı-
durmasının geniş təhlillərinin aparılması neçə illərdir ki, davam edir. La-
kin  bu  illər  ərzində ermənilərin informasiya  cəbhəsində  erməni fəallığı-
nın üstünlük əldə etdiyini yəqin ki, heç erməni ideoloqları özləri də təs-
diq edə bilməzlər. Bu, bir tərəfdən təbiidir. Çünki işğalçılığın, millətçili-
yin,  milli  istisnalığın  əsaslandırılmasına  istiqamətləndirilmiş  olan  qəlp 
informasiya fəaliyyəti hansı nəzəri və praktiki qənaətlər üzərində qurul-
masından asılı olmayaraq  uzunömürlü ola bilməz. İnformasiya qarşıdur-
masının nəzəri və praktiki məsələlərini təhlil edən erməni müəlliflərinin 
çap etdirdikləri və səsləndirdikləri yazılar içərisində həm ermənicə, həm 
də rusca olanları xeyli çoxdur. Burada yalnız rus dilində işıq üzü görən 
yazılar və təhlillərə münasibət bildirilmişdir. Erməni dilində işıq üzü gö-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə