Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə30/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

 
84
 
(Dağlıq Qarabağın qondarma strukturları nəzərdə tutulur) öz informasiya 
məkanını ekspertlərin nəzarəti altında saxlamalı və zərurət yarandıqca bu 
məkana düzəlişlər edilməlidir. Bütünlükdə cəmiyyətlərə qarşı və o cüm-
lədən də Dağlıq Qarabağın separatçı-cinayətkar qurumlarına qarşı aşağı-
dakı iki növ informasiya axınının ola biləcəyi vurğulanır: 
1.  Bəşər  həyatının  bu  və  ya  digər  sferalarını  işıqlandıran  və  qlobal 
informasiya sahəsini təşkil edən informasiya axını; 
2.  Konkret  toplum  və  ya  cəmiyyətin  hərbi-siyasi,  sosial-iqtisadi  və 
mənəvi-psixoloji vəziyyətinə təsir göstərmək üçün olan məqsədyönlü in-
formasiya axını (7). 
Azərbaycanın Dağlıq Qarabağdakı erməni separatizminə qarşı istiqa-
mətlənmiş informasiya siyasətini birinci nəsil informasiya müharibələri-
nə şamil edən müəllif Ermənistanı və Dağlıq Qarabağdakı işğalçı-separatçı 
qurumların    informasiya  məkanlarının  inteqrasiya  edilməsi  haqqında  da 
öz düşüncələrini ümumiləşdirməyə çalışmışdır. Müəllif belə bir qənaətə 
gəlir ki, Ermənistanla Dağlıq Qarabağdakı cinayətkar qurumlar hərbi-si-
yasi, iqtisadi sahələrdə inteqrasiya olsalar da, informasiya sahəsində hələ 
də inteqrasiya ola bilməmişlər. Bu məqsədlə də müəllif ekspert qrupları-
nın  yaradılmasını  təklif  edir.  Onun  fikrincə,  həmin  ekspert  qrupları  Er-
mənistanda olan mütəxəssislərlə birlikdə aşağıdakı istiqamətlərdə iş apar-
malıdırlar: 
1.
 
İnfogen  təhdidləri    təsnif  etmək,  Dağlıq  Qarabağın  separatçı  qu-
rumlarına  qarşı  informasiya  əməliyyatlarını  hazırlayan  mərkəzləri  tap-
maq və onların neytrallaşdırılması üçün səmərəli və asimmetrik metodlar 
işləyib hazırlamaq; 
2.
 
Hücum xarakterli qabaqlayıcı informasiya əməliyyatlarının aparıl-
ması metodlarını işləyib hazırlamaq. 
İnformasiya  təhlükəsizliyi  sahəsində  ekspert  kimi  tanınan  başqa  bir 
erməni  müəllifi  Samvel  Martirosyan  informasiya  təhlükəsizliyinin  rolu-
nun artmasını hər bir ölkənin mövcudluğunun əsas kateqoriyalarından bi-
ri kimi təqdim edir. Müəllif əlavə edir ki, ölkələrin informasiya təhlükə-
sizliyindən asılılığı ildən-ilə artır və bu məsələ Ermənistan üçün də vacib 
siyasi  əhəmiyyət  kəsb  edir.  İnformasiya  təhlükəsizliyinin  mahiyyətinin 
daha yaxşı anlaşılması üçün müəllif onu iki tərkib hissəsinə ayırır – tex-
niki-iqtisadi və siyasi-psixoloji istiqamətlər. Bu iki istiqamətin mahiyyəti 
açıqlanmaqla onların Ermənistan üçün zəruri əhəmiyyətini də diqqətdən 
qaçırmır.  Texniki  istiqamət  dedikdə,  müəllif  informasiya  təhlükəsizliyi-
nin texniki bazasını nəzərdə tutur. Siyasi-psixoloji istiqamət dedikdə isə 


 
85
 
informasiya-psixoloji qarşıdurma nəzərdə tutulur. Bu istiqamətlərin, elə-
cə  də  informasiya  təhlükəsizliyinin  digər  sahələrinin  uğurunu  müəllif  
onların daim təftiş edilməsində və təkmilləşdirilməsində görür (8). 
Erməni kütləvi informasiya vasitələrində informasiya nəzəriyyəçiliyi-
nin  eksperti  kimi  təqdim  olunan  müəlliflərdən  biri  də  Qaregin  Xumar-
yandır və elektron informasiya vasitələrində onun bir neçə yazısı təqdim 
olunmuşdur (9). Həmin yazılarında müəllif informasiya qarşıdurmasının 
tarixi, informasiyanın qloballaşan cəmiyyətdəki rolu, informasiya siyasə-
tinin  bəzi  aktual  məsələləri  haqqında  müəyyən  fikirlər  söylənilmişdir. 
Həmin yazılarda xüsusilə informasiya-psixoloji əməliyyatların mahiyyəti-
nin, informasiya qarşıdurmasının təbiətinin kütləvi informasiya vasitələ-
rinin cəmiyyətdəki yerinin aydınlaşdırılmasına cəhd göstərilmişdir. 
Ermənistanın  informasiya  təhlükəsizliyinin  təmin  edilməsi  baxımın-
dan informasiya nəzəriyyəçiliyinin genişləndirilməsini də müəllif mühüm 
fəaliyyət sahəsi sayır. Onun fikrincə, informasiya təhlükəsizlyi sahəsində 
aparılan  araşdırmalar,  adətən,  milli  təhlükəsizlik  məsələləri  ilə  bağlı  ol-
duğu üçün bu sahədə beynəlxalq əməkdaşlıq elə də geniş inkişaf etmə-
mişdir. Müəllif ölkə daxilində informasiya nəzəriyyəçiliyinin genişləndi-
rilməsini vacib sayır. O qeyd edir ki, informasiya prosesləri, xarici təsir-
lərin metodologiyası, bu metodologiyanın həyata keçirildiyi şərait dərin-
dən  öyrənilməlidir.  Bu  qənaətlərini  müəllif,  əlbəttə  ki,  Ermənistanın  in-
formasiya təhlükəsizliyi ilə bağlayırdı. Xüsusi olaraq qeyd edir ki, infor-
masiya  siyasətində  səhlənkarlığa  yol  vermək  son  nəhayətdə  Ermənistan 
dövlətinin itirilməsi ilə nəticələnə bilər. 
Bir sıra yazılar da mövcuddur ki, onlar daha çox erməni informasiya si-
yasətinin  təcrübəsinin  ümumiləşdirilməsinə,  bu  sahədə  qarşıya  çıxan 
problemlərin həllinə, informasiyanın təsir sahəsinin gücləndirilməsi mə-
sələlərinə həsr edilmişdir (10). Yazı müəllifləri erməni millətçiliyinin və 
separatizminin  başlıca  uğurlarından  birini  məhz  millətçi  ideologiyaya 
xidmət  edən  informasiya-təbliğat  işinin  genişləndirilməsində  və  erməni 
informasiya maşınının gücləndirilməsində görürlər. 
Maraqlıdır  ki,  erməni  millətçiləri  informasiya  məkanında  özlərinin 
virtual aləmini yaratmağa cəhd göstərirlər. Onların bu virtual aləmində bütün 
meyarlar erməni millətçiliyinin, separatizminin, terrorçuluğunun, işğalçı-
lığının,  milli  istisnalığın  sübutuna  yönəldilmişdir  və  bu  meyarlarla  səs-
ləşməyən  mövqelər  qətiyyətlə  yaxına  buraxılmır.  Nəzərə  alınsa  ki,  bu 
meyarlar perspektivsizdir və bəşər zəkası onu qəbul etmir və bu meyarlar 
bölgədə də dinc yaşayışın təminatına zəmin ola bilməz, onda güman et-


 
86
 
mək olar ki, informasiya nəzəriyyəçiliyi sahəsində erməni araşdırmaçılı-
ğı  gələcəkdə  daha  da  genişlənəcəkdir.  Çünki  qeyri-obyektiv  erməni  in-
formasiyaları sözsüz ki, uzun müddət təsirli ola bilməz və belə informa-
siyaların gündəmdə saxlanması üçün erməni informasiya ideoloqları yə-
qin ki, yeni-yeni yollar axtarmalı olacaqlar. 
 
2. Təcavüzkar erməni informasiya siyasəti aparılmasının əsaslan-
dırılması 
 
Erməni informasiya nəzəriyyəçilərinin və ekspertlərinin daha çox mü-
raciət etdiyi mövzulardan biri heç şübhəsiz ki, erməni informasiya təca-
vüzkarlığının əsaslandırılmasıdır. Çünki bu məsələdə erməni informasiya 
qüvvələri  vaxt  ötdükcə  daha  obyektiv  maneələrlə  qarşılaşmalı  olurlar. 
Dağlıq  Qarabağ  münaqişəsi  ətrafında  və  bütünlükdə  Azərbaycana  qarşı 
aparılan erməni informasiya fəaliyyəti mahiyyəti etibarilə təcavüzkar bir 
fəaliyyətdir.  Bu  da,  əlbəttə  ki,  Ermənistanın  dövlət  səviyyəsində  Azər-
baycana  qarşı  apardığı  işğalçılıq  və  millətçilik  siyasəti  ilə  şərtlənir.  Er-
məni  təcavüzkar  informasiya  siyasəti  də  təcavüzkar  dövlət  siyasətindən 
qaynaq  alır  və  bu  istiqamətdə  Ermənistanın  və  bütün  ermənilərin  təca-
vüzkar mahiyyətinin gizlədilməsi üçün ən müxtəlif vasitələrə əl atılır. 
Məsələnin belə olduğunu, əslində, heç erməni informasiya ideoloqları 
da gizlətmirlər. Məsələn, erməni müəlliflərindən biri qeyd edir ki, fiziki 
mövcudluq uğrunda mübarizə erməni etnosunun həyat fəaliyyətinin əsas 
funksiyalarından biridir. Məhz bu funksiya erməni milli niyyətlərinin hə-
yata keçirilməsinə yol açır. Müəllifin fikrincə, Ermənistanın təhlükəsizli-
yinin təmin edilməsi üçün nəyin bahasına olursa-olsun indiki Ermənistan 
ərazisi, Dağlıq Qarabağın ərazisi və Dağlıq Qarabağ ətrafında işğal olun-
muş ərazilər qorunub saxlanmalıdır (11). Sonra da əlavə edilir ki, erməni 
silahlı qüvvələrinin nəzarəti altında olan ərazilər bütün ermənilərin birlə-
şə biləcəyi məkana çevrilməlidir. 
İşğal  olunmuş  ərazilərin  işğal  altında  saxlanması  üçün  Ermənistan 
dövləti çox vasitələrə əl atmaqdadır. Həmin vasitələrdən biri də məhz iş-
ğalın  qorunmasına  hesablanmış  olan  informasiya  müharibəsinin  aparıl-
masıdır. Ermənistan dövləti və bütünlükdə ermənilik belə bir müharibə-
nin aparılmasına çoxdan başlayıb və işğalın qorunub saxlanması üçün in-
formasiya müharibəsinin genişləndirilməsini daim diqqət mərkəzində sax-
layır. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə