Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə32/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   28   29   30   31   32   33   34   35   ...   100

 
89
 
da  mənsub  olduğu  cəmiyyəti  Azərbaycan  xalqının  belə  ―qeyri-tolerant-
lığına‖  qarşı  mübarizəyə  səsləyir.  Erməni informasiya  ideoloqunun fik-
rincə,  Azərbaycanda  informasiya-təbliğat  işi  konveyer  səviyyəsinə  qal-
dırılıb, bu sahənin öz üsulları formalaşıb və bu sahənin ənənəvi metod-
larından istifadə olunur, Azərbaycanın informasiya-təbliğat fəaliyyəti döv-
lət tərəfindən maliyyələşdirilir. Bununla bağlı çoxlu sayda saytlar işə sa-
lınır, kitablar çap olunur, informasiya müəllifləri yetişdirilir. Bütün bun-
ların qarşısının alınmasını isə müəllif erməni informasiya maşınının güc-
ləndirilməsində,  Azərbaycanın  informasiya  siyasətinin  sistemli  şəkildə 
öyrənilməsində və ona müqavimət göstərilməsində görür. Bu istiqamətdə 
artıq    fəaliyyətə  başlamış  ―Noravank‖  fondunun,  ―Ararat‖  strateji  araş-
dırmalar mərkəzinin, ―voskanapat.info‖saytının, ―Qolos Armenii‖ qəzeti-
nin və digərlərinin antiazərbaycan təbliğatı nümunə göstərilir. Amma müəl-
lif bu saytların fəaliyyəti ilə də kifayətlənmir və bunların çox az olduğu-
nu qeyd edir (16). 
Erməni  informasiya  ideoloqu  erməniliyin  erməni-türk  qarşıdurması 
və Qarabağın erməniliyə bağlılığı haqqında daha geniş informasiyaya eh-
tiyac duyduğunu və bunun üçün də yeni-yeni erməni informasiya saytla-
rının açılmasını təqdir edir. Onun fikrincə, belə saytlar Azərbaycanın in-
formasiya axınlarının neytrallaşdırılması sahəsində xidmət göstərməlidir-
lər. Yazıda erməni informasiya məkanı üçün təhlükə hesab olunan Azər-
baycan informasiya axınlarının təsnifatı da aparılmışdır. İddia olunduğu-
na görə, bu informasiya axınları aşağıdakı istiqamətlər üzrə yönəldilir: 
Birinci  istiqamət  erməni  informasiya  məkanına  təsir  göstərilməsidir. 
Müəllifə görə, bu zaman Azərbaycan informasiya maşını erməni reallıq-
larını  əks  etdirməyən  ifadələrdən  və  tezislərdən  istifadə  edir.  Onun  fik-
rincə, aşağıdakı ifadələrin Azərbaycan informasiya məkanında yer alma-
sı  erməni  həqiqətlərinin  Azərbaycan  tərəfindən  təhrif  edilməsidir  –  Er-
mənistanda böhranlı iqtisadi vəziyyət, Ermənistanın blokadaya alınması, 
erməni əhalisinin Ermənistandan emiqrasiya etməsi, Ermənistanın regio-
nal layihələrdə iştirak etməməsi, ordudan fərarilik, əli qana batmış Qara-
bağ klanı və s. Erməni informasiya ideoloqunun bu ifadələrin bütünlüklə 
Azərbaycanın informasiya məkanının dezinformasiyaları olması haqqın-
da  söylədiklərinin  nə  dərəcədə  doğru  olduğunu  elə  erməni  informasiya 
vasitələrinin materialları ilə tanışlıqdan sonra yəqin etmək olar. Müəllifin 
sonrakı  fikrindən  aydın  olur  ki,  yuxarıda  sadalanan  ifadələr  bir  sıra  Er-
mənistan  siyasətşünasları,  təhlilçiləri    jurnalistləri  tərəfindən  də  istifadə 
olunur. Müəllif belələrini Ermənistanda yaşayan türk və azəritürk agent-


 
90
 
ləri adlandırır və Ermənistan reallıqları haqqında hətta ermənilər tərəfin-
dən söylənilən obyektiv fikirləri də Azərbaycan informsaiya-təbliğat ma-
şınının təxribatı kimi xarakterizə edir. 
İkinci istiqamət Qərbin ictimai fikrinə təsir göstərilməsi üçün aparılan 
informasiya fəaliyyətidir. Müəllif etiraf edir ki, Azərbaycanın beynəlxalq 
aləmdə  apardığı  informasiya  fəaliyyətinin  nəticələri  artır.  Yəni,  dünya 
birliyi Azərbaycanın obyektiv informasiya fəaliyyəti nəticəsində bölgədə 
baş verən proseslərin mahiyyətini dərk etməyə başlamışdır. Məhz bunun 
nəticəsidir  ki,  dünyanın  aparıcı  beynəlxalq  təşkilatları  Azərbaycanın  er-
məni işğalına məruz qalmasını tədqiq etmiş və Azərbaycan Respublikasının 
ərazi  bütövlüyünü  dəstəkləmişdir.  Müəllif  bunu  təəssüflə  qeyd  edir  və 
beynəlxalq  təşkilatların  da  Azərbaycan  yalanlarına  inandığını  söyləyir. 
Nəticə etibarilə belə ―yalanlara‖ qarşı informasiya müharibəsinin güclən-
dirilməsi də erməni informasiya maşınının qarşısında dayanan vəzifələr-
dən hesab edilir. 
Üçüncü istiqamət Azərbaycanın daxili auditoriyasıdır. Erməni millət-
çiliyi,  erməni  terrorizmi,  erməni  vəhşilikləri  və  erməni  işğalı  haqqında 
Azərbaycan daxilində informasiya-təbliğat siyasətinin qurulması müəllif 
tərəfindən yenə də təəccüblə qarşılanır. Bu məsələ də erməni informasiya 
ideoloqunun ciddi narahatçılığına səbəb olur və ona cavab verilməsi zə-
ruri sayılır (17). 
Bütünlükdə isə Azərbaycanın informasiya fəaliyyəti təcavüzkar infor-
masiya  siyasəti  kimi  xarakterizə  olunur  və  bu  ―təcavüzkar  informasiya 
siyasətinin‖  qarşısının  alınmasının  Ermənistan  dövlətinin  diqqətindən 
kənarda  qaldığını  qeyd  edir.  Sonra  müəllif  bir  neçə  erməni  informasiya 
ideoloqunun adını çəkir və onların təklikdə apardıqları işi də külək dəyir-
manı ilə mübarizəyə bənzədir. Fikirlərini yekunlaşdıraraq müəllif erməni 
dövlətini və erməniliyi Azərbaycanın informasiya fəallığına qarşı müba-
rizəyə səfərbər olmağa çağırır. 
Erməni informasiya ideoloqları erməniliyin informasiya təhlükəsizli-
yinin necə təmin edilməsini Azərbaycanın hansi istiqamətlərdə antiermə-
ni təbliğatı aparması ilə bağlayırlar. Təklif olunur ki, Azərbaycan tərəfi-
nin  apardığı  antierməni  informasiya  təbliğat  fəaliyyətinin  istiqamətləri 
erməni mütəxəssisləri və mərkəzləri tərəfindən öyrənilməli və onun nəti-
cələri ümumiləşdirilərək erməni cəmiyyətinə çatdırılmalıdır. Erməni mü-
təxəssislərinin qənaətinə görə, ümumi informasiya siyasəti səviyyəsində 
və  konkret  informasiya  əməlləri  səviyyəsində  erməni  cəmiyyətinə  qarşı 
informasiya müharibəsi aparılır. Buradan da belə bir nəticəyə gəlinir ki, 


 
91
 
antierməni  informasiya  siyasəti  Azərbaycanın  dövlət  siyasətinin  tərkib 
hissəsidir  və  bu  siyasətin  aparılmasında  qarşıya  qoyulan  məqsəd  də  Er-
mənistan  Respublikasını,  Dağlıq  Qarabağın  qondarma  qurumunu  və  er-
məniliyi gözdən salmaqdır (18). 
Erməni təhlil mərkəzlərinin nümayəndələri iddia edirlər ki, Azərbay-
can özünün antierməni informasiya siyasətini aşağıdakı istiqamətlər üzrə 
davam etdirir: 
– Ermənistan və ermənilik haqqında mükəmməl məlumatlar toplanma-
sı  və  həmin  məlumatlar  vasitəsi  ilə  ermənilərin  sosial-psixoloji  və  mə-
dəni obrazının öyrənilməsi
– digər ölkələrin, o cümlədən Türkiyənin təcrübəsi əsasında antiermə-
ni informasiya siyasətinin işlənib hazırlanması; 
–  antierməni  siyasətinin  öz  ölkəsinin  imicinin  formalaşdırılması  və 
Azərbaycan mövqelərinin yayılması cəhdləri ilə müşayiət olunması; 
–  strateji  və  operativ-strateji  səviyyədə  ermənipərəst  informasiya 
axınlarına müqavimət göstərilməsi, antierməni siyasətində isə çoxvektor-
lu hücum aparılması; 
– daxili auditoriya içərisində, erməni cəmiyyəti daxilində, islam dün-
yasında, keçmiş sovet respublikalarında və Qərbdə antierməni informasi-
yanın yayılması və bu fəaliyyət zamanı hədəf kimi gənclərin və uşaqla-
rın, habelə ölkələr daxilində və beynəlxalq strukturlarda mühüm qərarlar 
qəbul edən şəxslərin seçilməsi
– müxtəlif auditoriyalarda həmin auditoriyalara uyğun olan metodla-
rın tətbiq edilməsi; 
– antierməni informasiya siyasətinin dövlət siyasətinin bütün sferala-
rına inteqrasiya edilməsi və bu siyasətin sistemli şəkildə həyata keçiril-
məsi (19). 
A.Jamokaçyan adlı bir erməni müəllifi qeyd edir ki, Azərbaycan in-
formasiyalarında  ermənilik  üçün  qiymət  kəsb  edən  hər  bir  adam,  tarixi 
qəhrəmanlar,  Ermənistanın  siyasi  tarixi,  ermənilərin  dövlət,  ictimai  və 
din  xadimləri  hədəf  götürülür  və  bunu  Azərbaycan  üçün  qəbahət  sayır. 
Azərbaycan ərazilərini işğal edən Ermənistanın qələm sahibi, antitürkçü-
lüyü  kütləvi milli ideologiyaya çevirmiş bir cəmiyyətin üzvü, adi insan-
ların  deyil,  millətçi,  terrorçu,  işğalçı  ermənilərin  Azərbaycan  informasi-
yasında  hədəfə  çevrilməsini  belə  təəccüblə  qarşılayır.  Müəllifə  görə, 
Azərbaycanın  antierməni  informasiyalarında  aşağıdakı  məsələlər  xüsusi 
olaraq hədəf götürülür: 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə