Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə40/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   36   37   38   39   40   41   42   43   ...   100

 
110
 
Cümhuriyyəti tərəfindən güzəştə gedildiyini qəbul etmək istəmirlər. Bax-
mayaraq  ki,  bu  haqda  rəsmi  sənədlər  mövcuddur,  erməni  informasiya 
ideoloqları onu qəbul etmək istəmirlər. Çünki bu həqiqətin qəbul edilmə-
si də ermənilərin indiki Ermənistana gəlmə olmasının sübutu ola bilər.); 
 
sovet  dövründə  ermənilər  Azərbaycanda  azərbaycanlılardan  daha 
yaxşı yaşayırdılar; 
 
Azərbaycanın  sürətlə  inkişaf  etməsi  və  möhkəmlənməsi.  (Erməni 
təbliğatçıları  Azərbaycanın  inkişafı  haqqında  olan  informasiyaların  da 
doğruluğunu qəbul etmirlər.); 
 
Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək və 
bundan sonra Ermənistanla dinc qonşuluq şəraitində yaşamaq istəyir
 
Azərbaycanda  ictimai  sabitlik,  dini  tolerantlıq,  etnik  dözümlülük 
olması.  (Erməni  ideoloqları  bu  tezislə  də  razılaşmırlar  və  Azərbaycanın 
daxili  sabitliyinin  pozulması  üçün  bütün  imkanlarından  istifadə  etməyə 
çalışırlar.); 
 
dünya  miqyasında  böhran  davam  etsə  də,  Azərbaycanın  iqtisadiy-
yatı inkişaf etməkdədir; 
 
Azərbaycan  ordusu  ildən-ilə  möhkəmlənir,  ordunun  maliyyələşdi-
rilməsi artır, Azərbaycan ordusunun büdcəsi Ermənistanın dövlət büdcə-
sinə bərabərdir. Azərbaycanın hərbi-sənaye istehsalı artır, müasir hücum 
silahları alınır; 
 
Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan bu böl-
gənin bərpasına sərmayə yatırmağa hazırdır. 
Bu  sadalanan  tezislər  yalnız  bir  neçə  araşdırmadan  götürülmüşdür. 
Erməni  informasiya-təbliğat  maşını, əslində,  Azərbaycanın  bütün tarixi-
ni, mədəniyyətini, siyasətini, iqtisadiyyatını, məişətini və bütün həyatını 
hədəfə götürüb və Azərbaycanın bütün sahələrdə gözdən və nüfuzdan sa-
lınmasını qarşısına məqsəd qoyub. Antitürkçülük və antiazərbaycançılıq 
erməni informasiya mübarizəsinin ana xəttini təşkil etməkdədir. 
2.  Dağlıq  Qarabağın  tarixi ilə  bağlı  olan  mövzular.  Bu  sahədə  Azər-
baycan informasiya məkanında yer alan araşdırmalar, tədqiqatlar, faktlar 
və sənədlər ermənilər tərəfindən dezinformasiya və obyektivlikdən uzaq 
materiallar kimi qiymətləndirilir. Eyni zamanda həmin  materialların tək-
zib edilməsi və Dağlıq Qarabağın tarixinin erməni versiyasının yayılması 
erməni informasiya maşınının qarşısında əsas vəzifə kimi qoyulur. 
Erməni  təhlil  mərkəzlərinin  nümayəndələri  və  erməni  informasiya 
ideoloqları iddia edirlər ki, Dağlıq Qarabağın tarixi ilə bağlı Azərbaycan 
informasiya məkanında yer alan aşağıdakı tezislər doğru deyildir: 


 
111
 
 
Dağlıq Qarabağın siyasi tarixi, Qafqaz albanlarının Qarabağın yerli 
əhalisi olması; 
 
Qafqaz Albaniyası tayfalarının tərkibində türkdilli tayfaların olması; 
 
Arsaxın Qafqaz Albaniyasının vilayəti olması və onun əhalisinin də 
albanlardan ibarət olması. (Məlum olduğu kimi, erməni tarixçiləri müx-
təlif dəlillər quraşdırmaqla Arsaxı Böyük Ermənistanın vilayəti sayır və 
onun ilkin əhalisinin də ermənilərdən ibarət olmasını sübut etməyə çalı-
şırlar.); 
 
Dağlıq Qarabağda yaşayan ermənilər, əslində, erməniləşdirilmiş al-
banlardır; 
 
Dağlıq Qarabağ ərazisində rast gəlinən dini-tarixi abidələrin hamısı 
alban abidələridir; 
 
Qandzasar  kilsəsi  Alban  katalikosluğunun  rezidensiyası  olub.  Al-
ban katalikosluğu XIX əsrdə ermənilərin tələbi ilə ləğv olunub. (Qəribə 
də  olsa,  ermənilər  bu  həqiqəti  də  qəbul  etmirlər  və  Dağlıq  Qarabağda 
hətta alban katalikosluğunun mövcudluğunu da inkar edirlər) 
 
Dağlıq  Qarabağ  ətrafında  işğal  edilmiş  ərazilər  erməni  torpaqları 
deyil. (Başqa sözlə, ermənilərə görə Azərbaycanın informasiya məkanın-
da  Dağlıq  Qarabağ  ətrafında  işğal  olunmuş  ərazilər  erməni  torpaqları 
kimi təqdim olunmalıdır.); 
 
Dağlıq Qarabağ ərazisinin erməniləşdirilməsi Türkmənçay müqavi-
ləsinin şərtlərinə əsasən başlanıb. Dağlıq Qarabağa ermənilərin köçürül-
məsinə başlanmasının 150 illiyi münasibəti ilə Marağada abidə ucaldılıb; 
 
Azərbaycan  xalqı  qonaqpərvərlik  göstərərək  öz  ərazilərində  ermə-
nilərə yer verib. Ermənilər də əvəzində separatizmə yuvarlanıblar; 
 
Dağlıq Qarabağ erməniləri separatçı hərəkata başlayanda azərbay-
canlılar onlara müqavimət göstərməyə başladılar; 
 
erməni silahlı dəstələri vəhşiliklə minlərlə azərbaycanlını qətlə yeti-
riblər. 
Yuxarıda sadalanan tezislərə verilən şərhlərdə ermənilər bir daha qeyd 
edirlər ki, Arsaxın tarixinin Qafqaz Albaniyasının tarixi ilə əvəzlənməsi 
bu  bölgədəki  tarixi-mədəni  irsin  albanlaşdırılması,  o  cümlədən  yuxarı-
dakı tezislərin yayılması Azərbaycan informasiya maşınının işidir. Ermə-
ni ideoloqları heç bir tarixi məntiqə uyğun olmayaraq bu tezisləri uydu-
rulmuş tezislər hesab edir və onları Azərbaycan informasiya-təbliğat ma-
şınının məhsulu hesab edirlər. 
3. Ermənistanın tarixi və erməni vəhşilikləri ilə bağlı olan mövzular. 
Bu qrupa aid olan tarixi həqiqətlər də digərləri kimi, erməni ideoloqları 


 
112
 
tərəfindən qəbul olunmur və bu istiqamətdə obyektiv tezislərin yayılma-
sının  Azərbaycan  informasiya  siyasətinin  dezinformasiyaları  kimi  qələ-
mə verirlər. Bu tezislər aşağıdakılardır. 
– Azərbaycan tərəfindən Ermənistanın siyasi tarixi saxtalaşdırılır, Er-
mənistan  ərazisində  olan  tarixi  abidələrin  ermənilərə  məxsusluğu  inkar 
edilir; 
–  1915–1918-ci  illərdə  ermənilər  tərəfindən  azərbaycanlılara  qarşı 
qırğınlar törədilməsi iddia edilir. Bakıda, Qubada, Şamaxıda 1918-ci ildə 
erməni bandaları tərəfindən 50 min  azərbaycanlının öldürüldüyü söylə-
nilir. Bu tezislə bağlı erməni ideoloqları Sumqayıtda, Xocalıda ermənilər 
tərəfindən qırğınlar törədilməsini də Azərbaycan informasiya məkanının 
uydurması sayırlar. O cümlədən, Ermənistan ərazisində yerli azərbaycan-
lı əhaliyə qarşı vəhşiliklərin törədilməsi haqqında olan informasiyalar yal-
nız təkzib olunmur, eyni zamanda bu informasiyalar da Azərbaycan de-
zinformasiyaları kimi qələmə verilir; 
– ermənilərin Qubada yaşayan yəhudi əhalisinə qarşı terrorlar həyata 
keçirmələri qəbul olunmur; 
– Sumqayıt hadisələrinə ermənilərin rəhbərlik etməsi və onların daş-
nak  ideologiyasını  dəstəkləməyən  erməniləri  öldürmələri  Azərbaycanın 
dezinformasiyası kimi qiymətləndirilir; 
– erməni xalqının əxlaqi-psixoloji obrazının və dəyərlər sisteminin təh-
rif olunduğu bildirilir
– ermənilərin antitürk ideologiyası yayması, beynəlxalq erməni terror 
təhlükəsinin mövcudluğu Azərbaycan təbliğatının məhsulu kimi xarakte-
rizə olunur. 
Bu mövzuda olan tezislərin sayını artırmaq da olar. Ermənilər, əlbəttə 
ki, beynəlxalq erməni terrorizminin olmasını, erməni terror qurumlarının 
azərbaycanlılara  və  türkçülüyə  qarşı  cinayətlərini,  Dağlıq  Qarabağ  mü-
naqişəsi  ətrafında  həyata  keçirdikləri  vəhşilikləri  onlara  atılmış  böhtan 
kimi qəbul edir, Xocalıda, Sumqayıtda törədilən erməni cinayətləri haq-
qında faktlara və sübutlara əsaslanan informasiya materiallarının da an-
tierməni informasiya müharibəsinin məhsulu kimi qiymətləndirirlər. 
Yuxarıda sadalanan və sadalanmayan tezisləri Azərbaycanın təbliğat 
tezisləri  adlandıran  və  onları  özünəməxsus  erməni  məntiqi  ilə  araşdıran 
erməni informasiya ideoloqlarından biri sonda belə bir nəticəyə gəlmişdir: 
 
antierməni  təbliğatının  əsas  hissəsini  mifləşdirilmiş  iddialar  təşkil 
edir. Bu iddialar ya uydurulmadır, ya da həqiqətlə əlaqəsi çox azdır; 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə