Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə39/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   35   36   37   38   39   40   41   42   ...   100

 
107
 
na görə, işğal olunmuş Azərbaycan  ərazilərində məscidlərin, qəbiristan-
lıqların,  islam  mədəniyyəti  abidələrinin  dağıdılması  barədə  Azərbaycan 
tərəfinin yaydığı informasiyalar da ermənilərə qarşı təxribatdır və doğru 
deyil. Buna sübut kimi, Şuşada və Füzulidə məscidlərin mövcudluğu mi-
sal göstərilir (44). 
Azərbaycan mediası bəzi hallarda etibarsız və saxta mənbələrə əsasla-
naraq antierməni informasiyaları yaymaqda günahlandırılır. Azərbaycan 
mediasını bütünlükdə yersiz və əsassız hücumlara məruz qoymaq erməni 
informasiya  ideoloqlarının  həmişə  gündəliyindədir.  Xüsusilə,  Azərbay-
can mediasının haqlı və obyektiv mövqeyi qarşısında cavab vermək qey-
ri-mümkün  olanda  erməni  mediasında  vulqarlıq  və  iftiraların  sayı  artır. 
Bəzənsə, bu, ifrata çatır və belə hallarda hətta çox yaxşı tanış olan mən-
bələrə  istinad  edilməsini  də  erməni  ideoloqları  anlaşılmaz  bir  məntiqlə 
qaralamağa  çalışırlar.  Məsələn,  erməni  mediasında  cərəyan  edən  anti-
azərbaycan  informasiya-təbliğat  fəaliyyətində  vulqarlığı,  qeyri-məntiq-
liyi, isterikliyi media düşüncə formasına çevirənlərdən biri olan Panduxt 
adlı müəllif Azərbaycan informasiya vasitələrində erməni vəhşiliklərinin 
şahidi olan polkovnik Tverdoxlebovun çap olunmuş xatirələri qarşısında 
səbrini itirərək bu müəllifin tarixi şəxsiyyət olmadığını sübut etməyə ça-
lışır. Qeyd etmək lazımdır ki, polkovnik Tverdoxlebov I Dünya mühari-
bəsi dövründə rus qoşunları tərkibində Osmanlı Türkiyəsi ərazisində xid-
mət keçmiş və burada olduğu müddətdə türk əhalisinə qarşı erməni qul-
durlarının  törətdiyi  vəhşilikləri  və  cinayətləri  müşahidə  etmişdir.  Onun 
sonradan yazdığı xatirələr Rusiya arxivlərində saxlanmaqdadır. Panduxt 
öz yazısında da polkovnik Tverdoxlebovun xatirələrinin hansı arxivdə və 
hansı şifr altında saxladığını göstərmişdir. Yəni bu xatirələrin harada və 
hansı şifr altında tapılması müəllifə bəlli olduğu və onun yoxlanmasının 
mümkün  olduğu  halda  erməni  müəllifi  polkovnik  Tverdoxlebovu  Azər-
baycan  mediasının  uydurduğu  ―ölü  can‖,  onun  xatirələrini  isə  ―virtual 
memuar‖ adlandırır. Yalnız ona görə ki, polkovnik Tverdoxlebovun təs-
vir etdiyi erməni vəhşilikləri Azərbaycan mediasında erməni vəhşilikləri 
haqqında yazılanları tamamlayır. Eləcə də, Dağlıq Qarabağ Muxtar Vila-
yəti üzrə Təşkilat Komitəsinin üzvü olan V.Kondratyev və onun Dağlıq 
Qarabağda  baş  verənlər  haqqında  yazdıqları  həmin  müəllif  tərəfindən 
Azərbaycan  mediasının  uydurması  kimi  təqdim  olunur  (45).  Bir  daha 
qeyd edilməlidir ki, həmin şəxslərin heç biri uydurma deyil və bunu elə 
erməni  müəllifləri  də  yoxlaya  bilərlər.  Belə  iddialarla  çıxış  etmək  özü 


 
108
 
Azərbaycanın  informasiya  təsirinin  qarşısının  aılınmasına  yönəldilmiş 
bir cəhddir. 
Erməni təhlil mərkəzləri və informasiya ideoloqları Azərbaycanın in-
formasiya məkanında istehsal olunan informasiyaların mənbələrinə xüsu-
si bir təlaşla yanaşırlar. Bu informasiyaların hansı mənbəyə dayaqlanma-
sı  erməni  ideoloqları  tərəfindən  birmənalı  qarşılanmır.  Cəmiyyətdə  və 
beynəlxalq aləmdə kifayət qədər nüfuz və etimad qazanmış müəlliflərin 
verdiyi informasiyalar erməni informasiya maşını tərəfindən dərhal şüb-
hə  altına  alınır  və  bununla  da  erməniliyin  mahiyyətinin  açılmasına  xid-
mət edən yazıların etibarlılığı şübhə altına alınır (46). 
Erməni  informasiya  ideoloqları  iddia  edirlər  ki,  Azərbaycan  mediası 
informasiya mənbələrinin seçilməsinə əvvəldən xüsusi hazırlıq görür və 
bununla bağlı bəzən informasiya mənbəyi ―tanınmış‖ politoloq və ya ya-
zar  kimi  təqdim  olunur.  Erix  Fayql,  Yuri  Pompeyev  kimi  müəlliflər  də 
Azərbaycanın yaratmaq istədiyi etibarlı mənbə illüziyası kimi qiymətlən-
dirilir  və  bununla  onların  ermənilərin  mahiyyəti  haqqında  yazdıqları  və 
Azərbaycandan  kənarda  çap  olunan araşdırmaları  da şübhə  altına alınır. 
Məlumdur ki, tarixən də, elə indi də ermənilərin daxilində erməni millət-
çiliyinin mahiyyətini və perspektivsizliyini anlayanlar vardır və onlar öz 
mövqelərini qələmə aldıqları  yazılarında  da işıqlandırmışlar. Azərbay-
canın  informasiya  məkanında  belə  müəlliflərə  istinadlar  da  mövcuddur. 
İnternet  resurslarında  bu  barədə  kifayət  qədər  materiallar  var  və  bunu 
bəzi erməni təhlilçiləri etiraf edirlər (47). Bəzi informasiya müəllifləri isə 
Azərbaycanın informasiya mənbələrinin erməni mənbələrinə müraciət et-
məsini öz fikirlərini legitimləşdirmək cəhdi kimi qiymətləndirirlər (48). 
Erməni  informasiya  ideoloqları  Azərbaycanın  güclənməkdə  olan  in-
formasiya siyasətinin uğurlarını da kənar təsirlərdə axtarmağa çalışırlar. 
Erməni mütəxəssislərinin düşüncəsinə görə, Azərbaycan informasiya si-
yasəti aşağıdakı dörd kənar təsir üzərində formalaşır: 
1.
 
Erməni-türk  informasiya  münasibətlərində  erməni  tərəfinin  infor-
masiya  uğurlarının  Azərbaycan  tərəfindən  eynilə  təkrarlanması.  Erməni 
müəlliflərinin  iddiasına  görə,  Azərbaycan  mediasında  işlədilən  ―Qərbi 
Azərbaycan‖  ifadəsi  ermənilərin  işlətdikləri  ―Qərbi  Ermənistan‖  ifadə-
sinin təkrarlanmasıdır və bu baxımdan Azərbaycan informasiya qüvvələ-
ri Ermənistanın informasiya uğurlarını təkrar edirlər. 
2.
 
Türkiyə və Azərbaycan üçün həssas olan məsələlərin eyni ilə tək-
rarı.  Burada  Azərbaycanın  informasiya  siyasətinin  Türkiyə  informasiya 
siyasətinin təsiri altında olması nəzərdə tutulur. Guya, Azərbaycanın in-


 
109
 
formasiya məkanı Türkiyənin informasiya axınlarının təsiri altında olma-
saydı, Azərbaycan tərəfi qondarma erməni soyqırımı məsələsində, ermə-
ni  kilsəsinin  radikallığı  məsələsində eynilə Türkiyə  ilə  bir  mövqedə  da-
yanmazdı. 
3.
 
Antierməni informasiya təbliğat fəaliyyətində antisemit üsullarının 
tətbiqi. Qeyd olunur ki, bir çox xalqlar yəhudi xalqını antisemitizmdə, öz 
niyyətinə  nail  olmaq  üçün  xolokostu  planlaşdırmaqda  günahlandırırlar. 
Guya, Azərbaycan-türk təbliğatçıları da ermənilərin üzərinə böhtan atır-
lar və onlar erməniləri yalançı soyqırımında ittihamlandırırlar. 
4.
 
―Antirasist rasizm‖ prinsipindən istifadə edilməsi. Erməni ideoloq-
ları iddia edirlər ki, guya, azərbaycanlılar və türklər özlərinin antierməni 
xislətini  gizlətmək  üçün  erməniləri  antitürkçülükdə  günahlandırırlar  və 
bu məsələ informasiya siyasətində də öz əksini tapır (49). 
Erməni  informasiya  ideoloqları  çoxsaylı  analitik  yazılarda  Azərbay-
can informasiya və təbliğatının mövzularının müxtəlif baxımlardan təsni-
fatını aparmışlar. Sözsüz ki, yalnız bu mövzuların təsnifatı aparılmamış, 
eyni  zamanda,  imkan  daxilində  həmin  mövzuların  antierməni  xarakteri 
üzə çıxarılmaqla onların dezinformasiyalardan ibarət olmasının sübutuna 
cəhd göstərilmişdir. Qeyd etmək lazımdır ki, bu mövzuların təsnifatında 
erməni müəllifləri arasında fikir yekdilliyi yoxdur. Bununla belə, erməni 
müəlliflərinin  bütün  yanaşmalarını  ümumiləşdirərək  Azərbaycan  infor-
masiya məkanında onların narahatlığına səbəb olan mövzuları aşağıdakı 
kimi qruplaşdırmaq olar (50): 
1.  Azərbaycan  xalqının  tarixi  ilə  bağlı  olan  mövzular.  Erməni  infor-
masiya ideoloqları Azərbaycan xalqının tarixi ilə bağlı verilən informasi-
yaları, aparılan tədqiqatları, sadəcə, təbliğat materialları kimi qiymətlən-
dirirlər. Onların iddiasına görə, Azərbaycanın informasiya-təbliğat mate-
riallarında Azərbaycan xalqının tarixi ilə bağlı özünə yer tapan aşağıdakı 
tezislər doğru deyil: 
 
Azərbaycan Respublikası Qafqaz Albaniyasının varisidir; 
 
Azərbaycanlılar bölgənin yerli əhalisidir
 
bugünkü Ermənistan Respublikası İrəvan xanlığının ərazisində ya-
radılıb və bu ərazilər Azərbaycanın qərb əraziləridir
 
Qərbi Azərbaycanın erməniləşdirilməsi Rusiya–İran müharibəsinin 
nəticələri əsasında baş vermişdir
 
indiki  İrəvanın  Ermənistanın  paytaxtı  olmasına  Azərbaycan  parla-
menti tərəfindən icazə verilmişdir. (Ermənilər İrəvanın qədim türk şəhəri 
olmasını və Ermənistan dövlətinin paytaxtı kimi onun Azərbaycan Xalq 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə