Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə35/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   31   32   33   34   35   36   37   38   ...   100

 
98
 
3. Siyasi sfera. Qeyd olunur ki, bu sfera üzrə erməni informasiya-təb-
liğat  fəaliyyətinin  xeyli  genişləndirilməsi  üçün  böyük  imkanlar  vardır. 
Erməni informasiya ideoloqlarının fikrincə, Azərbaycanda demokratiya-
nın  inkişafı,  demokratik  institutların  formalaşması,  insan  hüquqlarının 
qorunması, kütləvi informasiya vasitələrinin azadlığı, ictimai təşkilatların 
fəaliyyəti,  milli  azlıqların  problemləri,  siyasi  partiyaların  formalaşması, 
seçkilərin  şəffaflığı  və  ədalətli  olması  Ermənistan  Respublikasının  anti-
azərbaycan  informasiya-təbliğat  fəaliyyətinin  əsas  mövzularına  çevril-
məlidir.  O  da  əlavə  olunur  ki,  Azərbaycanda  baş  verən  istənilən  siyasi 
hadisə  Ermənistan  Respublikasının  antiazərbaycan  informasiya-təbliğat 
fəaliyyətinə  cəlb  olunmuş  bütün  təşkilatların  və  şəxslərin  diqqətindən 
qaçmamalı,  həmin  siyasi  hadisələr  ətrafında  müzakirələr  aparılmalı,  bu 
hadisələrə  erməni  qiyməti  verilməli  və  informasiya  vasitələrində  geniş 
işıqlandırılmalıdır. Təklif olunur ki, antiazərbaycan informasiya-təbliğat 
fəaliyyətində bu sfera üzrə, əsasən, aşağıdakı mövzular daha çox qabar-
dılsın: Azərbaycanda demokratiyanın vəziyyəti və demokratik institutla-
rın  formalaşması;  insan  hüquqları;  mətbuat  azadlığı;  siyasi  partiyaların 
formalaşması, korrupsiya, milli azlıqların hüquqları, ictimai təşkilatların 
rolu və diaspor. 
4. Təbiətin mühafizəsi sferası. Erməni informasiya ideoloqları heç bir 
fakta və sübuta əsaslanmadan  iddia edir ki, Azərbaycan tərəfi əsas eko-
loji  normativlərə  əməl  etmir.  Bu  da  onun  öz  üzərinə götürdüyü  beynəl-
xalq  öhdəliklərə  ziddir.  Bildirilir  ki,  Xəzər  dənizinin  çirkliliyi  mümkün 
normalardan  bir  neçə  dəfə  artıqdır.  Azərbaycan  ərazisindən  axan  çaylar 
isə  daha  ağır  durumdadır.  Burada  sözsüz  ki,  mənbəyini  Ermənistandan 
götürən  çayların  Ermənistan  ərazisində  çirkləndirilməsi,  Azərbaycanın 
təbii  sərvətlərinin  talan  edilməsi,  fauna  və  florasına  zərbələr  vurulması, 
meşələrin qırılması, işğal altında olan ərazilərdə vaxtaşırı yanğınlar törə-
dilməsi haqqında xatırlanmır. Əvəzində isə qeyd olunur ki, Azərbaycan-
da  havanın  çirkləndirilməsi  geniş  müzakirələrin  mövzusuna  çevrilmə-
lidir. Guya Azərbaycanda avtomobillərin sayının çoxalması, sənaye, kim-
ya  və neftayırma zavodlarının fəaliyyəti Azərbaycanın havasını daha da 
çirkləndirmişdir. Təklif olunur ki, bu sfera üzrə antiazərbaycan  informa-
siya-təbliğat    fəaliyyətində  ekoloji  vəziyyətə  qiymət  verilsin,  Azərbay-
canda  ekoloji  vəziyyətin  mürəkkəb  olması  və  bu  mürəkkəb  vəziyyətin 
qonşu  ölkələr,  habelə  bütün  dünya  üçün  təhlükəli  olması  qabardılsın. 
Məsləhət  bilinir  ki,  antiazərbaycan  informasiya-təbliğat  fəaliyyətini  qu-
rarkən  aşağıdakı  sahələrdə Azərbaycanın  çirklənməsi məsələsinə  xüsusi 


 
99
 
diqqət  yetirilsin:  Ermənistan  Respublikasının  və  Dağlıq  Qarabağ  Res-
publikasının (?) sərhədyanı rayonları, Azərbaycanın və İranın sərhədyanı 
rayonları, Azərbaycanın və Rusiyanın sərhədyanı rayonları, Gürcüstanın 
və Azərbaycanın sərhədyanı rayonları, Xəzər dənizi və sərhədyanı ölkə-
lər, su ehtiyatları. 
5. Mədəniyyət sferası. Erməni informasiya ideoloqları qeyd edirlər ki, 
bu sfera da Ermənistan Respublikasının antiazərbaycan  informasiya-təb-
liğat  fəaliyyətində  əsas  istiqamətlərdən  birini  təşkil  etməlidir.  Çünki 
Azərbaycan  dezinformasiyaları  guya  daha  çox  məhz  incəsənət,  musiqi, 
tarixi-mədəni  sahələri  əhatə  edir.  Bildirilir  ki,  azərbaycanlılar  özlərini 
dünya mədəni irsinin daşıyıcıları hesab edirlər və bu zaman indiki Azər-
baycan və İran ərazisində aparılan arxeoloji axtarışların nəticələrinə isti-
nad edirlər. Erməni informasiya ideoloqları Azərbaycan ərazisində tarixi 
erməni vəhşiliklərinin nəticələrinin sübutu üçün qazıntıların aparılmasını 
təəccüblə  qarşılayır,  Azərbaycan  muğamının  2003-cü  ildə  YUNESKO 
tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi sırasına daxil edilməsin-
dən  azərbaycanlıların  sui-istifadə  etdiklərini  yazırlar.  Daha  sonra  əlavə 
olunur  ki,  bir  sıra  mədəniyyət  hadisələri  də  Azərbaycanın  informasiya-
təbliğat fəaliyyətində geniş yer alır. Bunlar isə Ermənistan tərəfindən  in-
formasiya  təhlükəsi  kimi  qəbul  olunur  və  təklif  olunur  ki,    bu  sferada 
Azərbaycanın informasiya-təbliğat fəaliyyətinə qarşı durmaq üçün Ermə-
nistanın informasiya vasitələri erməni mədəni irsini dirçəltsin, bu sferaya 
aid  olan  bütün  məsələlər  geniş  ictimai  müzakirələrə  çıxarılsın,  erməni 
mədəniyyəti ilə bağlı olan mövzular, kütləvi informasiya vasitələri, xüsu-
silə elektron informasiya vasitələri tərəfindən daha geniş əhatə olunsun. 
6. Elmi sfera. Qeyd olunur ki, bu sahədə erməni informasiya-təbliğat 
maşınının  qarşısında  böyük  vəzifələr  dayanır.  Bildirilir  ki,  elmi  sahədə 
erməni tərəfi mütləq üstünlüyə malik olsa da, onun informasiya  təmina-
tında və ictimailəşdirilməsində erməni alimləri ordusunun dünya elmi fik-
rinin inkişafındakı rolu və əhəmiyyəti hələ geniş ictimaiyyətə açıqlanma-
mışdır. Ona görə də təklif olunur ki, erməni alimlərinin adları və nailiy-
yətləri  daha  geniş  şəkildə  dünya  ictimaiyyətinə  açıqlansın,  erməni  dövlə-
tinin himayəsi ilə dünyanın müxtəlif ölkələrində Ermənistan günləri ke-
çirilsin və bu tədbirlər informasiya kanalları vasitəsi ilə daha geniş audi-
toriyaya çatdırılsın. 
Bütünlükdə  bu  sferalarda  aparılan  antiazərbaycan  informasiya-təbli-
ğat  fəaliyyətində  üstünlüyün  əldə  edilməsi  üçün  erməni  mütəxəssisləri 
erməni məntiqinə və xislətinə uyğun olan əlavə təkliflər verməkdən də əl 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə