Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə34/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   30   31   32   33   34   35   36   37   ...   100

 
95
 
lə,  erməni  ideoloqları  belə  bir  görüntü  yaratmaq  istəyirlər  ki,  onlar 
Azərbaycan media vasitələri ilə ötürülən Türkiyə informasiya məhsulları 
ilə mübarizə aparırlar və bu da onlara müəyyən çətinlik yaradır. 
Erməni ideoloqları tərəfindən erməni informasiya məkanının erməni-
lərin istəyincə fəaliyyət göstərə bilməməsinin bir sıra digər səbəbləri də 
göstərilir və erməni informasiya təcavüzkarlığının genişləndirilməsi üçün 
həmin səbəblərə diqqət yetirilməsi tövsiyə olunur: 
– Ermənistanın radio və televiziya qurumlarının fəaliyyətinin erməni-
lərin tələbləri səviyyəsində qurula bilməməsi və Ermənistan efirində er-
məniliyin anlamında olan vətənpərvərlik yerinə kosmopolotiklik, kollek-
tivçilik yerinə fərdilik təbliğ etməsi; 
– Ermənistanın rabitə və informasiya sistemlərinin başqa dövlətlərin 
nəzarəti  altına  verilməsi,  Ermənistanın  internet  əlaqələrini  təmin  edən 
xətlərin başqa ölkənin ərazisindən keçməsi, bu xətlərin zədələnmək ehti-
malının böyük olması, internet informasiya təbliğatının genişləndirilməsi 
üçün Ermənistanda kifayət qədər maliyyə ehtiyatının olmaması; 
– Ermənistan Respublikasının və qondarma Dağlıq Qarabağ Respub-
likasının informasiya məkanlarının inteqrasiya edilməsində çətinliklər ol-
ması; 
–  Ermənistan  daxilində  müəyyən  siyasi  qüvvələrin  Ermənistanın  iş-
ğalçı  siyasətini  dəstəkləməyən  şüarları  səsləndirməsi.  Məsələn,  2008-ci 
ildə Ermənistanda prezident seçkiləri zamanı ―Rədd olsun Qarabağ kla-
nı‖, ―Qarabağ münaqişəsinin nizamlanmaması bizim bütün bəlalarımızın 
köküdür‖ kimi şüarların səsləndirilməsi ilə erməni ictimai fikrinin mani-
pulyasiya edilməsi
– Ermənistanın internet istifadəçilərinin böyük hissəsinin rusdilli ol-
ması  və  xarici  dilləri  bilməməsi.  Erməni  ideoloqlarının  fikrincə,  Azər-
baycan mediası bu məqamdan öz xeyrinə istifadə edir. Yəni Azərbaycan 
mediası Türkiyə mətbuatından lazım olan materialları ingilis dilindən rus 
dilinə tərcümə edərək çap edir və bununla da erməni cəmiyyətinə infor-
masiya təzyiqi göstərilir (28). 
Bundan  başqa,  erməni  informasiya  məkanında  erməni  diasporu  ilə 
bağlı olan çətinliklərin mövcudluğu da qeyd edilir. Bildirilir ki, erməni-
lərin  mütləq  hissəsinin  Ermənistandan  kənarda  yaşaması,  onların  geosi-
yasi mövqeyi  və inkişaf səviyyəsi fərqli olan müxtəlif ölkələrə səpələn-
məsi  müasir  ermənilərin  arasında  dil  probleminin  ortaya  çıxması  da  er-
mənilərin informasiya təhlükəsizliyinə problem yaradır. 


 
96
 
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycana qarşı informasiya mühari-
bəsində mütləq üstünlüyü qoruyub saxlamaq üçün bu sadalananların ara-
dan  qaldırılmasında  təkid  edirlər.  Bəzi  erməni  müəllifləri  hətta  erməni 
informasiya  axınlarının  hücum  xarakterinin qorunub saxlanmasından da 
danışırlar.  Erməni  ideoloqlarının  yazılarında  və  təhlillərində  fəaliyyəti 
daha da gücləndirəcək erməni informasiya maşını qarşısında dayanan ak-
tual vəzifələri də sadalayırlar. Bu vəzifələrin bəziləri ümumi, bəziləri isə 
konkret xarakter daşıyır. Erməni ideoloqlarının fikrincə, erməni informa-
siya maşını aşağıdakı vəzifələri həll etməlidir: 
1. Potensial düşmənə və ya ehtimal olunan düşmən tərəfə informasiya 
təsiri  göstərilməsi  və  bununla  da  qarşı  tərəfin  auditoriyasında  Qarabağ 
münaqişəsinin silahlı yolla həllinin mümkün olmaması barədə fikir yara-
dılması; 
2. Erməni soyqırımını inkar edən və ya onun tanınmasından yayınan 
ölkələrin siyasi rəhbərliyinə və ictimai rəyinə təsir göstərilməsi; 
3. Cənubi Qafqazda və ona qonşu bölgədə iki erməni dövlətinin hər-
bi-siyasi  gücünə  dayaqlanmadan  və  bu  erməni  dövlətlərini  (?)  regionun 
iqtisadi  layihələrinə  cəlb  etmədən  uzunmüddətli  sabitlik  əldə  edilməyə-
cəyi barədə informasiya təsirlərinin göstərilməsi
– Ermənistan və ermənilik haqqında mükəmməl informasiya verilməsi; 
– erməniliyin müvafiq imicinin formalaşdırılması və onun informasi-
ya vasitəsi ilə yayılması; 
–  Azərbaycanın  tarixi  şəxsiyyətlərinin  kökləri  haqqında  şayiələr  ya-
yılması və bununla Azərbaycan cəmiyyətinin parçalanmasının başlanğı-
cının qoyulması; 
– Azərbaycan toponimlərinin erməni əsilli olması barədə yalan təbli-
ğat aparılması; 
– Azərbaycanda neft ehtiyatlarının inkar edilməsi; 
– ermənilərin hərbi və strateji üstünlüyünün olması (29). 
Burada  sadalananlar  konkret  yazılardan  və  araşdırmalardan  götürül-
müş istinadlardır. Amma, əslində, erməni informasiya mübarizəsi daha ge-
niş cəbhədə aparılır, qarşıya qoyulan vəzifələr daha əhatəlidir və onların 
həll edilməsi üçün də bütün ermənilik və erməniliyi dəstəkləyənlər səfər-
bər olunmuşlar. 
Bəzi  erməni  informasiya  ideoloqları  Azərbaycanın informasiya  siya-
sətinə  müqavimət  göstərilməsi  üçün  erməni  informasiya-təbliğat  fəaliy-
yətinin aşağıdakı  konkret sferalar üzrə daha da gücləndirilməsini və hə-


 
97
 
min  sferalar  üzrə  erməni  uğurlarını  və  yanaşmalarını  xüsusi  olaraq  qa-
bartmağı təklif edirlər (30): 
1.  Hərbi  və  sənaye  sferası.  Bildirilir  ki,  Azərbaycan  tərəfi  vaxtaşırı 
hərbi  və  hərbi-sənaye  sahəsində  qazandığı  uğurlar  barəsində  bəyanatlar 
açıqlayır. Belə bəyanatlar bir tərəfdən Azərbaycanın daxili auditoriyasını 
ilhamlandırır, digər tərəfdən də bölgədə qüvvələr balansına təsir edir. Be-
lə ki, bu bəyanatlardan sonra Azərbaycanın digər ölkələrlə hərbi əməkdaş-
lığının  genişləndirilməsi  üçün  yeni  imkanlar  açılır. Təklif  olunur  ki,  bu 
məsələ ilə bağlı erməni baxışlarının yayılmasına diqqət artırılsın. Bunun 
üçün müxtəlif ölkələrdə ictimai dinləmələr və müzakirələr təşkil edilməli 
və bu müzakirələrə Ermənistandan və digər ölkələrdən mütəxəssislər cəlb 
edilməlidir.  Məqsəd  də  Azərbaycan  cəmiyyəti  daxilində  ölkənin  yüksək 
hərbi  potensialına  dair  ictimai  rəyin  dəyişdirilməsi  olmalıdır.  Eyni  za-
manda, Ermənistan Respublikasının hərbi və hərbi sənaye uğurları, yeni 
müqavilələr haqqında geniş informasiyalar yayılmasının vacibliyi bildiri-
lir. Təklif olunur ki, bu sferada informasiya-təbliğat fəaliyyəti qurularkən 
aşağıdakı məqamlara xüsusi diqqət yetirilsin: hərbi və hərbi-siyasi xərc-
lər;  Azərbaycan  ordusunda  hakim  olan  mürəkkəb  psixoloji  durum;  sər-
hədyanı zonada baş verən hadisələr; Azərbaycanın hərbi-siyasi və digər 
təşkilatların  (  NATO,  GUAM,  Qara  dəniz  İqtisadi  Əməkdaşlığı)  işində 
iştirakı. 
2. İqtisadi sfera. Qeyd olunur ki, bu sferaya Azərbaycanın ümumdaxi-
li məhsulu, iqtisadi inkişafı, sənayesi, bank sferası, Azərbaycanda inflya-
siyanın  səviyyəsi  və  digər  məsələlər  daxildir.  Bu  sferada  informasiya-
təbliğat fəaliyyətinin gücləndirilməsində əsas məqsəd o hesab olunur ki, 
Azərbaycan cəmiyyətinə və ictimaiyyətinə Ermənistanın maraqları baxı-
mından Azərbaycan daxilində olan iqtisadi problemlər açılıb göstərilsin. 
İddia olunur ki, Azərbaycanın iqtisadi inkişafı neftin hesabına təmin olu-
nur,  ölkənin  digər iqtisadi sahələrində  isə  durğunluq mövcuddur. Təklif 
olunur ki, erməni informasiya-təbliğat fəaliyyətində vaxtaşırı olaraq Azər-
baycanın iqtisadi problemlərinə toxunulsun, bu ölkənin regional proqram-
larından danışılsın, yalnız Ermənistan üçün deyil, region ölkələri üçün də 
həmin  proqramların  nəticələri  açıqlansın.  Konkret  olaraq  isə  bu  sfera 
üzrə aşağıdakı məqamların erməni informasiya-təbliğat fəaliyyətində qa-
bardılması  məsləhət  bilinir:  Azərbaycanın  ümumdaxili  məhsulunun  tər-
kib hissələri; ümumdaxili məhsulda neft sektoru ilə digər sektorların mü-
qayisəsi; iqtisadi inkişaf; inflyasiya və onun nəticələri; bank sistemi. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə