Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə31/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

 
87
 
Digər  erməni  müəllifləri  də  Dağlıq  Qarabağda  yaradılmış  separatçı 
qurumu  və  Azərbaycanın  işğal  olunmuş  ərazilərini  Ermənistandan  ayrı 
təsəvvür  etmirlər  və  Ermənistanın  informasiya  təhlükəsizliyini  Dağlıq 
Qarabağ və onun ətrafında işğal olunmuş ərazilərin, habelə Gürcüstanın 
Cavak bölgəsinin və dünya erməniliyinin informasiya təhlükəsizliyi kimi 
qəbul edirlər. Ona görə də erməni informasiya ideoloqları bu informasiya 
məkanlarının təhlükəsizliyinin qorunması, yəni erməni millətçi-separatçı 
ideologiyasının  qorunub  saxlanması  üçün  də  müvafiq  informasiya  siya-
sətinin həyata keçirilməsini vacib sayırlar (12). 
Erməni müəllifləri qeyd edirlər ki, Dağlıq Qarabağdakı separatçı qu-
rum cəbhənin ön xəttində yerləşməklə bərabər, həm də erməniliyə qarşı 
aparılan  informasiya  müharibəsinin  ön  xəttində  yerləşir.  Bu  baxımdan 
Dağlıq Qarabağdakı erməni separatizmi əks-informasiya axarlarının təsi-
ri  ilə  daha  ciddi  şəkildə  üzləşirlər.  Dağlıq  Qarabağ  separatizminə  qarşı 
istiqamətlənmiş  informasiya  axını  eyni  zamanda  Ermənistana  qarşı  isti-
qamətlənmiş informasiya axını hesab edilir. Bu informasiya axınının qar-
şısının alınmasının isə əks tərəfə qarşı istiqamətlənmiş informasiya fəa-
liyyəti ilə mümkün olduğu bildirilir. Erməni informasiya ideologiyasına 
görə, Qarabağın separatçı qurumunun informasiya təhlükəsizliyinin Ermə-
nistanın informasiya təhlükəsizliyindən ayrılması düzgün deyil və bu iki 
subyektin informasiya təhlükəsizliyi bir yerdə təmin olunmalıdır (13). 
Erməni araşdırmalarında  qabardılan qənaətlərdən biri də budur ki, er-
məni cəmiyyətinə qarşı istiqamətlənmiş informasiya axınının gücləndiril-
məsində  məqsəd  erməniliyi  gözdən  salmaq,  qondarma  Dağlıq  Qarabağ 
Respublikasına (?) və Ermənistan Respublikasına qarşı ərazi iddiaları irə-
li sürməkdir. Beynəlxalq auditoriyaya istiqamətlənmiş informasiya axını isə 
beynəlxalq aləmdə Ermənistanı və erməniliyi gözdən salmaqdır (14). 
Qəribə də olsa, bu mülahizələri bütün qonşularına ərazi iddiaları irəli 
sürən,  müstəqil  Azərbaycan  Respublikasının  isə  20  faiz  ərazisini  işğal 
edən təcavüzkar dövlətin informasiya ideoloqu irəli sürür. Özü də mülahizələ-
rində  qeyri-obyektivliklə  kifayətlənməyərək  işğal  olunmuş  ərazilərin  geri 
qaytarıla biləcəyinin qarşısının alınması üçün informasiya müharibəsinin 
gücləndirilməsini qarşıda duran vəzifələrdən biri kimi xarakterizə edir. 
Erməni  informasiya  ideoloqları  da  Ermənistanın  rəsmi  şəxsləri  kimi 
Azərbaycanın işğal olunmuş ərazilərində elan edilmiş Dağlıq Qarabağın 
qondarma və separatçı qurumunu öz ―araşdırmalarında‖ Azərbaycan Res-
publikasının  statusu  ilə  eyni  səviyyədə  tutur  və  beynəlxalq  qurumların 
qərarlarında işğal  edildiyi kimi tanınan ərazilərin geri qaytarılması cəhd-


 
88
 
lərini  də  Dağlıq  Qarabağın  qondarma  qurumunun  daxili  işlərinə  qarış-
maq kimi qiymətləndirirlər. Erməni informasiya nəzəriyyəçilərində də iş-
ğal olunmuş ərazilər erməni torpaqları adlandırılır və erməni informasiya 
siyasəti məhz bu təsəvvür üzərində qurulur. Azərbaycan Respublikasının 
beynəlxalq aləmdə tanınmış sərhədlərinin bərpası istiqamətində apardığı 
daxili və xarici siyasət erməniliyə qarşı istiqamətlənmiş siyasət kimi qə-
bul  edilərək  bu  siyasətin  gözdən  salınması üçün  təhrif  və  dezinformasi-
yalar üzərində qurulan informasiya fəallığını daha da artırırlar. Azərbay-
canla  bağlı  olan  hər  şey  hədəfə  götürülür,  Azərbaycana  qarşı  mümkün 
olan və olmayan dezinformasiyalar dövriyyəyə buraxılır və sonra da bun-
ların  Azərbaycanın  informasiya  təhdidləri  qarşısında  cavab  və  müdafiə 
tədbirləri olduğu iddia olunur. 
Ermənistan dövlətinin  və  erməniliyin informasiya  ideoloqlarının  fik-
rincə, erməniliyin qarşılaşdığı ən başlıca informasiya təhdidi Azərbayca-
nın  informasiya  siyasətidir  və  bu  siyasətin  neytrallaşdırılması  ermənili-
yin  qarşısında  dayanan  başlıca  vəzifədir.  Müstəqil  dövlət  kimi  suveren 
hüquqlarının  və  işğal  olunmuş  ərazilərinin  azad  edilməsi  istiqamətində 
Azərbaycan hökumətinin və xalqının apardığı haqlı mübarizə və onun in-
formasiya təminatı Ermənistan və Dağlıq Qarabağın separatçı qurumuna 
qarşı  informasiya  təxribatı,  Ermənistana  qarşı  təcavüz,  revanşist  xarak-
terli təcavüzkar Azərbaycan milli  ideologiyasının dirçəlişi, siyasi və el-
mi  reallıqlardan  uzaq  olan  Azərbaycan  informasiya  əməliyyatları  və  s. 
kimi dəyərləndirilir (15). 
Azərbaycanın öz haqları uğrunda mübariz mövqe tutması erməni ideo-
loqları tərəfindən hazırda Ermənistana, Dağlıq Qarabağın cinayətkar reji-
minə və bütün Ermənistana qarşı istiqamətlənmiş ən qorxulu təhlükə he-
sab  olunur.  Erməni  millətçi  informasiya  məkanında  özünə  yer  tapmış 
müəlliflərdən  biri  erməni  auditoriyasının  şüurunun  zəhərlənməsinə  isti-
qamətlənmiş  yazısında  Azərbaycanın  informasiya  fəallığını  təcavüzkar 
təbliğat sənayesi adlandırır və onu erməni informasiya məkanına yönəl-
miş  risk  və  təhlükə  kimi  xarakterizə  edir.  Eyni  zamanda  Azərbaycanın 
informasiya fəallığı erməni milli təhlükəsizliyinin təminatçısı olan struk-
turlar üçün də risk və təhdid adlandırılır.  Müəllif, əraziləri işğala məruz 
qalmış  Azərbaycan  xalqının  ərazi  bütövlüyünü  qorumaq  cəhdini  Azər-
baycanın  milli-mədəni  sərvətlərini,  yüzlərlə  kəndi  və  şəhəri  talan  etmiş 
terroru və millətçiliyi dövlət siyasəti səviyyəsinə qaldırır, erməni faşizmi-
nin cəzalandırılması istəyini Azərbaycan cəmiyyətində ermənifobiyanın, 
ermənilərə nifrətin aşılanması və qızışdırılması kimi təsvir edir və sonra 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə