Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə29/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

 
81
 
rən kitab və məqalələrə dil çətinliyi üzündən münasibət bildirilməsə də, 
onların  elə  adları  erməni  müəlliflərinin  maraq  sahəsini  müəyyənləşdir-
məyə imkan verir (1). 
Bu araşdırmaların adlarından göründüyü kimi, onların bir hissəsi Er-
mənistanın  informasiya  təhlükəsizliyi  məsələlərinə  həsr  edilmişdir.  Mə-
lumdur ki, Ermənistan rəhbərliyi, erməni millətçi qüvvələri bu ölkəyə in-
formasiya təhdidlərinin mənbəyi kimi ilk növbədə Azərbaycan və Türki-
yəni görürlər. Ona görə  həmin əsərlərdə Azərbaycana və Türkiyəyə qarşı 
informasiya  qarşıdurmasının  əsaslarına  toxunulduğunu  ehtimal  etmək 
olar. Bir sıra əsərlər isə Azərbaycanın erməni millətçiliyinə və işğalçılı-
ğına qarşı yönəldilmiş informasiya fəaliyyətinin təhlilinə və ümumiləşdi-
rilməsinə həsr edilmişdir. 
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasının er-
məni nəzəriyyəçiliyini və təhlilçiliyini əhatə etdiyi mövzulara görə aşağı-
dakı kimi qruplaşdırmaq olar: 1) Erməni informasiya nəzəriyyəçiliyi; 2) Er-
məni informasiya siyasətinin təcavüzkar mahiyyətinə haqq qazandırılma-
sı; 3) Azərbaycanın informasiya fəaliyyətinə erməni baxışı. 
 
1. Erməni informasiya nəzəriyyəçiliyi 
 
İnformasiya nəzəriyyəçiliyi istiqamətində erməni müəlliflərinin elə də 
geniş təcrübəsi yoxdur. Sırf informasiya nəzəriyyəçiliyinə həsr olunmuş 
yazıların və araşdırmaların sayı o qədər də çox deyil. Erməni müəllifləri 
daha  çox  Dağlıq  Qarabağ  münaqişəsinin  informasiya  qarşıdurmasının 
konkret  məsələlərini  təhlil  edərək  ümumiləşdirmələr  aparmış  və  öz  qə-
naətlərini irəli sürmüşlər. Bir sıra yazılarda isə informasiya nəzəriyyəçili-
yinin müəyyən aktual problemlərinə toxunulmuşdur. Hətta bu zaman da 
erməni  müəlliflərinin  məqsədi  informasiya  nəzəriyyəçiliyinin  davam  et-
dirilməsi  deyil,  Dağlıq  Qarabağ  ətrafında  qurulan  informasiya  qarşıdur-
masının gücləndirilməsi üçün məsləhət və təkliflər vermək olmuşdur. Bu 
baxımdan informasiya nəzəriyyəçiliyinə həsr olunmuş yazıları və söylə-
nilən fikirləri də Dağlıq Qarabağ ətrafında qurulan informasiya qarşıdur-
masının təşkilinin tərkib hissəsi saymaq olar.  
Erməni  müəllifləri  informasiya  fəaliyyətini,  bütünlükdə  isə  infor-
masiya təhlükəsizliyini milli təhlükəsizliyin tərkib hissəsi saymaqla onun 
təmin  edilməsini  dövlət  və  cəmiyyət  qarşısında  dayanan  başlıca  vəzifə-
lərdən  biri  hesab  edirlər.  Doğrudur,  bu  müəlliflərin  milli  təhlükəsizlik 
haqqında  olan  təsəvvürləri  erməni  millətçi  təfəkküründən  heç  də  irəli 


 
82
 
getmir.  Ermənistanın  milli  təhlükəsizliyi  deyəndə  erməni  müəllifləri  Azər-
baycanın işğal olunmuş ərazilərinin qorunub saxlanması və eyni zaman-
da Gürcüstan Respublikasının Cavak bölgəsində erməni təsirinin güclən-
dirilməsi kimi qəbul edirlər. Ona görə onların informasiya nəzəriyyəçili-
yi  də  bu  çərçivə  üzərində  qurulmaqdadır.  İnformasiya  qarşıdurmasının 
fəal erməni araşdırmaçısı Qaqik Ter-Arutyunyanın fikrincə, informasiya 
təhlükəsizliyi  sosial-iqtisadi,  hərbi-siyasi,  mənəvi-psixoloji  və  digər  sa-
hələri  əhatə  edir.  Onun  qənaətinə  görə,  informasiya  təhlükəsizliyi  milli 
təhlükəsizliyin daha dinamik və tez dəyişən tərkib hissəsidir və milli təh-
lükəsizliyin əsas məqsədi və problemləri də informasiya sisteminin çevik 
fəaliyyəti ilə ictimaiyyətə çatdırılır (2). Başqa bir yazısında informasiya-
nın müasir insan həyatında artan roluna toxunan müəllif qeyd edir ki, ha-
zırda fərdin, dövlətin, cəmiyyətin və millətin həyatının bütün sahələrində 
informasiyanın  aktuallığı  artmaqdadır.  Onun  fikrincə,  informasiya  geo-
politikanın mühüm alətlərindən olmaqla siyasi sahəyə daha çox nüfuz et-
məkdədir (3). Başqa sözlə, o təmsil etdiyi dövlətin siyasi və geopolitika 
sahəsində  uğur  qazanmasının  yollarından  birini  məhz  informasiya  siya-
sətinə diqqətin artırılmasında görür. 
Müəllif tərəfindən informasiyanın ideoloji-təbliğat işinin qurulmasın-
dakı roluna xüsusi olaraq toxunulmuşdur. Məlumdur ki, Ermənistan ha-
zırda  ideoloji  bir  cəmiyyətə  çevrilmişdir.  Millətçilik  və  bunun  nəticəsi 
kimi monoetnik respublikanın yaranması, təcavüzkarlığın və bunun nəti-
cəsi kimi Azərbaycan ərazilərinin işğalçı, antoqonist, antitürkçülük və di-
gər ideyalar erməniləri birləşdirən başlıca ideoloji bazalardır. Həmin ba-
zaların çökməsi erməniliyin ideoloji-mənəvi iflasına gətirəcəyi şübhəsiz-
dir. Ona görə də müəllif ideologiyanın ictimai şüura çevrilməsinə və bu 
sahədə informasiya siyasətinin roluna xüsusi önəm verir. Qeyd olunur ki, 
yalnız  informasiya  texnologiyaları  vasitəsi ilə  milli ideologiyanı ictimai 
şüurda  möhkəmlətmək  olar.  Ona  görə  də  milli  ideologiya  informasiya 
məkanının əsas elementi olmalıdır. Bununla əlaqədar belə bir qənaətə gə-
linir  ki,  informasiya-psixoloji  təhlükəsizliyin  (başqa  sözlə,  informasiya-
psixoloji qarşıdurmanın) əsas vəzifələri aşağıdakılardır: 
–  milli  konservativ  ideologiyanın  daxili  informasiya  məkanına  ye-
ridilməsi; 
– ideoloji konsepsiyaların daxili və xarici təhriflərdən qorunması; 
– milli maraqlar baxımından milli-ideoloji konsepsiyaların xarici in-
formasiya məkanında yayılması (4). 


 
83
 
Ermənistan dövlətinin informasiya siyasətinin mahiyyətinə diqqət ye-
tirməklə müəllifin belə bir qənaəti ilə razılaşmaq olar ki, informasiya təh-
lükəsizliyinin  formalaşdırılması  müvafiq  ideoloji  postulatlar  olmadan 
mümkün deyil. Daha doğrusu, ölkənin informasiya siyasətini də dövlətin 
ideoloji siyasəti  müəyyənləşdirir və konkret olaraq Ermənistana gəlincə 
isə  bu  ölkənin  informasiya  siyasətinin  mərkəzində  də  erməni  millətçi 
ideologiyası dayanır. 
Qeyd etmək lazımdır ki, erməni informasiya nəzəriyyəçiliyi sahəsin-
də Qaqik Ter-Arutyunyan kifayət qədər fəallıq göstərməyə çalışan müəl-
liflərdən  biridir.  Onun  rəhbərlik  etdiyi  ―Noravank‖  informasiya-təhlil  mər-
kəzini  elə  erməni  informasiya  nəzəriyyəçiliyi  mərkəzlərindən  biri  say-
maq olar. Mərkəzin malik olduğu saytda çoxlu sayda nəzəri-praktiki mə-
qalələr çap olunmaqla bərabər, mərkəz tərəfindən informasiya nəzəriyyə-
çiliyi, Azərbaycan və türkçülüyə qarşı informasiya müharibəsinin prakti-
ki məsələlərinə dair çoxsaylı kitabların nəşri də təşkil edilir.  Belə nəşrlə-
rin birində müəllif bildirir ki, müasir dövrdə informasiyaya malik olmaq, 
ondan səmərəli və məqsədyönlü şəkildə istifadə etmək millətin mövcud-
luğunun və yaşayış uğrunda mübarizəsinin mühüm meyarlarından birinə 
çevrilmişdir.  Bu  meyarlar  Ermənistana  da  şamil  edilir.  Amma  müəllif 
onu da unutmur ki, qlobal informasiya məkanına çıxarılan informasiyala-
rın heç də hamısı dövlətin maraqlarına cavab verə bilməz. Ona görə də 
təklif olunur ki, informasiya təhdidlərinin qarşısının alınması üçün milli 
ehtiyatlar  hərəkətə  gətirilməli,  milli-informasiya  təhlükəsizliyi  qurulma-
lıdır (5). 
Başqa bir yazısında Qaqik Ter-Arutyunyan informasiya təhlükəsizli-
yinin  nəzəri  əsaslarının  işlənilib  hazırlanmasını  mühüm  sayır.  Müəllif 
qeyd  edir  ki,  elmi  ədəbiyyatda  bu  günə  kimi  informasiya  əməliyyatları-
nın və informasiya müharibələrinin kamil şərhi yoxdur. Ona görə müəllif 
yazır  ki,  idarəetmə  orqanlarında  bu anlayışlara  müxtəlif yanaşma nüma-
yiş etdirə bilərlər. Güman edilir ki, belə yanaşma ümumi işin ahəngdarlı-
ğına uyğun gəlməyə bilər. İnformasiya nəzəriyyəçiliyinin aparılmasında 
ayrı-ayrı  müəlliflərin roluna  toxunulsa da,  müəllif  cəmiyyət  miqyasında 
təhlil  mərkəzlərinin  və  ekspert  komissiyalarının  yaradılmasını  məsləhət 
görür.  Onun  fikrincə,  ilkin  mərhələdə  yaradılmış  ekspert  komissiyaları 
sonradan informasiya təhlükəsizliyi strukturlarına da çevrilə bilər (6). 
Q.Ter-Arutyunyan  yazılarında  Dağlıq  Qarabağın  separatçı  və  qeyri-
qanuni orqanlarının informasiya fəaliyyətinin nəzəriyyələşdirilməsinə də 
cəhd  göstərmişdir.  Onun  nəzərincə,  hərbi-siyasi  konfliktdə  olan  qurum 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə