Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə25/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   21   22   23   24   25   26   27   28   ...   100

 
71
 
bi Qafqazda yalnız elə ermənilər mövcud olmuşdur və bu bölgədə müx-
təlif  mədəniyyətlər  də  öz  başlanğıcını  ermənilərdən  götürüb.  Bu  ənənə-
nin özü də erməni kilsə salnaməçilərindən XIX əsrin sonu, XX əsrin əv-
vəllərində  formalaşan  erməni  təbliğat  məktəblərinin  ənənələrindən  irəli 
gəlir. 
Saxtalaşdırılmış tarixin təbliği ənənəsi hazırda ermənilərin həyatında 
elə  bir  əhəmiyyətə  malikdir  ki,  ondan  üz  döndərilməsi  erməniliyin  ma-
hiyyətini tamamilə  dəyişə bilər.  Əslində,  saxtalaşdırılmış  tarixin təbliği, 
o  cümlədən  həmin  saxta  təbliğatın  məhsulu  olan  "Böyük  Ermənistan", 
"soyqırımı",  türkçülüyə  qarşı  qan  düşmənçiliyi  erməniləri  birləşdirən 
əsas dəyərlər olaraq özünü göstərməkdədir. 
Ermənilər yalnız bölgənin saxtalaşdırılmış tarixinin təbliğatı ilə kifa-
yətlənirlər. Başqa xalqların  erməniləşdirilmiş ərazilərdəki tarixi, mədəni 
və ədəbi dəyərlərinə sahib çıxmaqla özününküləşdirilməsi və ictimai fik-
rə təqdim olunması da erməni təbliğatının sevimli ənənələrindən biridir. 
Bu  dəyərlərə  sahib  çıxılmasının  böyük  bir  tarixi  vardır.  Şifahi  yaradıcı-
lıqda bu ənənələrin başlanğıcının isə nə vaxt qoyulduğunu söyləmək çə-
tindir. Amma bunun ən qədim dövrlərdən başlandığını elə ermənilərin öz-
ləri də təsdiq edirlər. Erməni tədqiqatçısı Arşak Çobanyan hələ XIX əs-
rin sonlarında belə yazırdı: "Ermənilərin qədim ədəbiyyatından qalanlar 
bu  xalqın  mənəvi  həyatının  əks  etdirilməsinə  xidmət  etməyə  yaramır. 
Bu, kilsə ədəbiyyatıdır. O, yunan ədəbiyyatına məxsus olan rəngarəngli-
yə  və  bütövlüyə,  bəzi  Şərq  ədəbiyyatına  məxsus  hissi  zənginliyə  malik 
deyil. O, qaba və sönükdür. Bu bozluq və sönüklük çox səbəblərlə izah 
olunur" (47). 
Qonşu xalqların dəyərlərinin mənimsənilməsi və sonra da onun özü-
nünkü kimi təqdim edilməsi bir tərəfdən mənəvi boşluğun aradan qaldı-
rılması zərurəti ilə bağlıdırsa, digər tərəfdən ermənilərə etnik qədimliyi-
nin  sübutu  kimi  lazımdır.  Bu  istiqamətdə  hələ  XIX  əsrin  əvvəllərindən 
Azərbaycan yazılı ədəbiyyatı nümunələrinin erməni nümunələri kimi ça-
pı  və  yayılması  faktları  mövcuddur.  Məsələn,  XIX  əsrin  əvvəlində  İrə-
vanda yaşayıb-yaratmış Fazil İrəvanlı adlı azərbaycanlı şairin istedadı er-
mənilərin  diqqətini  cəlb  etmiş  və  onun  əsərlərini  öz  adlarına  çıxaraq 
müxtəlif şəhərlərdə çap etdirməyə başlamışdılar. Onun "Qızılgül və bül-
bül  haqqında  olan  əxlaqi  roman"  adlı  kitabı  1812-ci  ildə  Sankt-Peter-
burqda  İrəvan  ermənisi  Xocens  Markar  Geğamyanın  imzası  altında  çap 
olundu. Geğamyan bununla kifayətlənməyib həmin kitabın rusca varian-
tını da öz adına Sankt-Peterburqda çap etdirdi. Azərbaycanlı şairin iste-


 
72
 
dadına və yaradıcılığına sahib çıxan erməni Geğamyan adıçəkilən kitabı 
1826-cı  ildə  "Qızılgül  və  bülbül"  adı  altında  Parisdə  də  çap  etdirdi.  Bu 
kitab  fransız  dilinə  tərcümə  edilərək  1832  və  1833-cü  illərdə  Fransada 
təkrar çapdan çıxdı. Fransada yaşayan Arşak Çobanyan adlı birisi isə bu 
kitabı  Avropada  yaşayan  ermənilərin  ləhcəsinə  uyğunlaşdıraraq  "Ana-
hid" jurnalında çap etdirməyə başladı. Bu jurnalın 1900-cü ildə çap olu-
nan 12-ci nömrəsində isə oxuculara məlumat verildi ki, həmin əsərin müəllifi 
Geğamyan yox, Fazil İrəvanidir (48). 
Belə  nümunələr  ermənilərin  tarixində  saysız-hesabsızdır  və  bununla 
onlar gələcək nəsillər üçün heç də xoş olmayan bir ənənə qoyub getmiş-
lər. Erməni demokratik-maarifçi ədəbiyyatının banisi X.Abovyan özünün 
"Erməni  yaraları"  əsərinin  ilk  səhifələrində  Koroğlunu  erməni  aşığı  ad-
landırmış  və  bunun ardınca  da  Azərbaycan  milli  məişət  mədəniyyətinin 
çox  nümunələrini  erməniləşdirməyə  çalışmışdı.  Azərbaycan  xalqının 
milli-məişət mədəniyyəti nümunələrini mənimsəməklə bərabər, X.Abov-
yan bu mədəniyyət nümunələrini yaradan xalqa nankorcasına yanaşmağı 
da yaddan çıxarmırdı. Məsələn, adıçəkilən əsərində X.Abovyan yazırdı: 
"Bizim yeni dilimizdə sözlərin yarısı türk və fars sözləridir. Bax, elə bu 
türk  dili  –  türklərin  özləri  bu  dildə  yazmırlar,  ancaq  danışırlar.  Özü  də 
onlar bizdən nə qədər kobuddurlar. Bununla belə, bizim xalqımız bu dili 
elə bəyənmişdir ki, bizdə mahnılar, nağıllar atalar sözləri – hər şey bizim 
dildə  yox,  türkcədir...Türkləri  "busurman"  adlandırırlar,  dilini  isə  sevir-
lər. Bu qəribə deyilmi?" (49). 
X.Abovyan  özü  də  etiraf  edir  ki,  ermənilər  Azərbaycan  dilində  oxu-
nan  mahnılara  və  dastanlara  böyük  maraqla  qulaq  asırdılar.  Bu,  xalqın 
ehtiyacından irəli gəlirdi. Xalq kütlələri öz dillərində bədii dəyər yaradıl-
madığı üçün azərbaycanlıların bədii dəyərlərindən bəhrələnir və sonra da 
həmin  dəyərləri  özününkü  kimi  təqdim  edirdi.  Bununla,  ermənilər  eyni 
zamanda  özlərini  zəngin  bədii  dəyərlər  yetişdirmiş  bir  xalq  kimi  təbliğ 
etməyə  çalışırdılar.  Elə  haqqında  danışılan  və  Ermənistan ədəbiyyatı  və 
ictimai  fikir tarixində  səxavətlə təriflənən X.Abovyan  Azərbaycan  folk-
lor nümunələrini toplayaraq Azərbaycan ədəbiyyatı tarixində nankorluğu 
ilə  tanınan  F.Bodenştedtə  erməni  folklor  nümunələri  kimi  təqdim  etmiş 
və  o  da onları  erməni  folkloru  kimi  çap  etdirmişdi. X.Abovyanın  Azər-
baycan folklor nümunələri ilə yaxşı tanış olduğunu onun "Erməni yarala-
rı" əsərindən də görmək mümkündür. Bu əsərdə o, çoxlu sayda Azərbay-
can atalar sözlərini və zərb-məsəllərini elə Azərbaycan dilində işlətmiş-
dir. X.Abovyan bu xalq yaradıcılığı nümunələrinə elə valeh olmuşdu ki, 


 
73
 
sonradan onların böyük bir hissəsinin F.Bodenştedt tərəfindən 1850-ci il-
də Berlində çap etdirilən "Şərqdə min bir gecə" adlı üçcildlik kitaba er-
məni  folklor  nümunələri  adı  altında  daxil  edilməsinə  nail  olmuşdu. 
X.Abovyanın davamçılarından olan Gevorq Haqverdiyan isə "Aşıq Qə-
rib və Şahsənəm" adlı xalq dastanını tamamilə erməniləşdirmişdi. Digər 
Azərbaycan dastanlarının erməniləşdirilməsi də erməni müəlliflərinin ya-
radıcılığında mühüm mövzunu təşkil etmişdi (50). 
Azərbaycan xalqının aşıq və milli ruhda bəstələnmiş musiqi əsərləri-
nin ermənilər tərəfindən mənimsənilməsi və sonra da erməni yaradıcılığı 
kimi  təqdim  edilməsi  ənənəçiliyi  haqqında  saysız-hesabsız  faktlar  möv-
cuddur. Rus etnoqrafı İ.Şopen ermənilərin Azərbaycan musiqi mədəniy-
yətinə münasibətini belə xarakterizə edirdi: "Güman edirlər ki, ermənilə-
rin də milli mahnıları olmuşdur. Ancaq erməni vilayətinin əhalisi onu ta-
mamilə unudubdur. Və ya əgər oxuyurlarsa da, başlıca olaraq tatar və ya 
fars ahəngi üzərində oxuyurlar. Qəribədir ki, musiqi və mahnıları tatarlar-
dan əxz eləmiş ermənilər vilayətdəki musiqiçilərin hamısının 8/9 hissəsi-
ni təşkil edirlər... Əgər ermənilərin nə vaxtsa milli rəqsləri olmuşdusa da, 
indi onları, o cümlədən də milli musiqilərini itiriblər. Bu xalqın indiki rəqs-
ləri tatarlardan və dağlılardan alınmışdır" (51). 
XX əsrin əvvəllərində V.Jelixovskaya  adlı müəllif də ermənilər haq-
qında belə bir qənaətə gəlmişdi: "Bütün yer üzünə səpələnmiş olan ermə-
nilər birgə yaşadıqları xalqların adətlərini, paltarlarını,  ənənələrini asan-
lıqla qəbul edirlər. Türkiyədəki ermənini türkdən ayırmaq olmaz, Farsda 
isə  o,  eynilə farsdır,  bizim  tatar  vilayətlərində  isə  onlar  yalnız  dinlərinə 
görə tatarlardan fərqlənirlər" (52). Lakin bu reallığın bir tərəfi də var ki, 
ermənilər əhatəsində yaşadıqları xalqlardan əxz etdikləri mədəniyyəti son-
radan  öz  mədəniyyəti  kimi  təqdim  etməkdən  usanmırdılar.  Məhz  buna 
görədir  ki,  Azərbaycan  xalqının  böyük  sayda  məişət,  mətbəx,  musiqi, 
folklor mədəniyyəti ermənilər tərəfindən mənimsənilmişdir. 
Tarixi  arxitektura  abidələrinin  mənimsənilməsi  və  sonra  da  onların 
erməni arxitekturası kimi təbliğ olunması sahəsində də erməni ənənəçili-
yi artıq bütün dünyaya məlumdur. Dağlıq Qarabağ ərazisindəki alban di-
ni  abidələrinin  erməni  abidələri  kimi  tanıtdırılması  sahəsində  ermənilər 
uzun  illərdir  ki,  ciddi  cəhdlə  fəaliyyət  göstərirlər.  Tarixi  abidələrin  mə-
nimsənilməsi istiqamətində erməni məkrlərinin hansı nəticələrə səbəb ol-
duğunu gürcü ədibi İlya Çavçavadzenin "Erməni alimləri və fəryad edən 
daşlar" əsərində də açıq görmək mümkündür. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə