Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə21/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

 
61
 
ideyanın  mətbuata  çıxarılması  və  oxuculara  çatdırılması  elə  də  qorxulu 
deyildi. Lakin mətbuata həqiqətlə əlaqəsi olmayan faktlar, məqalələr və 
fikirlər çıxarılırsa və oxucuların da bu qondarma faktları qəbul etməkdən 
başqa  bir  seçimi  qalmırsa,  bu,  təbliğat  üçün  qorxulu  haldır.  Cəmiyyət 
mütəmadi  olaraq  eyni  fikir  və  ideyalarla  qarşılaşırsa  və  cəmiyyətin  əh-
val-ruhiyyəsi də bu ruhda köklənirsə, onda yalan da həqiqət kimi qəbul 
olunardı. Erməni xalqı da məhz belə bir seçimlə üz-üzə qalaraq dezinfor-
masiyaların  ağırlığına  dözmüşdü.  V.F.Mayevski  daha  sonra  əlavə  edirdi 
ki, son illər ərzində erməni mətbuatında erməni millətçilərinin proqramı 
ilə səsləşməyən yazılara rast gəlmək  mümkün deyildir. Başqa sözlə, er-
məni mətbuatı elə bir nəzarət altına alınmışdı ki, orada erməni təcavüz-
kar-millətçi  ideyaları  ilə  səsləşməyən  yazılar  özünə  yer  tapa  bilməzdi. 
Müəllifin  fikrincə,  erməni  məsələsi  haqqında  erməni mətbuatında  yalan 
və  qızışdırıcı  ideyaların  geniş  təbliğ  edilməsi,  bütünlükdə  erməni  xalqı-
nın  düşüncəsini  zəhərləmiş  və  erməniləri  doğru  yoldan  azdırmışdı.  Bu 
isə ermənilər arasında anarxiyaya, sonsuz bədbəxtliklərə yol açmışdı (28). 
V.F.Mayevskinin sonrakı müxtəsər təsvirləri də Dağlıq Qarabağ ətra-
fında aparılan erməni millətçi təbliğatını çox xatırladır. Onun yazdığına 
görə, XIX əsrin sonlarında erməni təbliğatçılarının öz yurddaşlarının Os-
manlı Türkiyəsində dözülməz şəraitdə olmaları barədə təbliğat aparmala-
rının nə dərəcədə  doğru olmasından çoxlarının xəbəri yox idi. Bu halda 
ermənilərin  milli  təəssübkeşlik  hissləri  aparılan  ermənipərəst  təbliğata 
inanmağa sövq edirdi. Mövcud həqiqətlər haqqında məlumatların mətbua-
ta çıxarılması imkanı isə yox idi. Gizli erməni təşkilatları onların niyyət-
lərinə  uyğun  gəlməyən  yazıların  və  məlumatların  açıqlanmasının  qar-
şısını  qətiyyətlə  alırdılar.  Bunun  üçün  onlar  qətiyyətli  addımlara  da  əl 
atırdılar. Erməni  millətçilərinin siyasəti və təbliğatı ilə razılaşmayanları 
və buna qarşı açıq etiraz edənlər ciddi cəzalar gözləyə bilərdi. Başqa söz-
lə, sadə ermənilərin millətçi ideyalara qarşı çıxmaq hüququ yox idi. Ona 
görə, müəllif bu qənaətə gəlirdi ki, sadə erməni camaatı erməni millətçi 
təbliğat  maşınının  terroruna  məruz  qalmışdır.  O  da  bildirilir  ki,  erməni 
təbliğat  maşını  çox  böyük  fəaliyyət  səlahiyyətlərinə  malikdir.  Erməni 
gizli  millətçi  təşkilatlarının,  habelə  erməni  təbliğat  maşınının  qərarları 
xalq  tərəfindən  mübahisəsiz  olaraq  qəbul  edilməli  idi.  Erməni  millətçi 
təbliğatına qarşı ermənilər öz mətbuatında açıq fikir söyləmək imkanında 
deyildilər (29). 
1918-ci  ildə  Qarabağda  baş  verən  erməni  təcavüzkarlıqlarını  yaxın-
dan  izləyən  ingilis  jurnalisti  Skotland  Liddel  də  bildirirdi  ki,  ermənilər 


 
62
 
dünyada  ən  yaxşı  təbliğatçıdırlar.  Bu  səviyyəyə  onlar  birdən-birə  deyil, 
bir neçə il ərzində əldə etdikləri təcrübə ilə çata bilmişdilər. Düzdür, mü-
əllif ermənilərin mənəvi keyfiyyətlərinin qonşu xalqların nifrətinə səbəb 
olduğunu da qeyd edirdi. O, əlavə edirdi ki, Avropa və bütün dünya on-
ların təbliğatına inanır. İngilis jurnalisti Qarabağda baş verən bütün bə-
laların kökünün məhz erməni millətçi təbliğatının nəticələri ilə əlaqələn-
dirirdi.  Müəllifin  fikrincə,  ermənilər  və  azərbaycanlılar  dinc  həyatlarını 
davam etdirməyə hazırdırlar. Lakin erməni təbliğatçıları buna imkan ver-
mirlər. Erməni təbliğatçılarının təxribatçı fəaliyyəti bu iki xalqın arasına 
qırğınlar  salmışdır.  Bu  təxribatçı  və  qızışdırıcı  təbliğatın  genişləndiril-
məsində  isə  Liddel erməni  qəzetlərinin saxta  məlumatlarla  qızışdırıcılıq 
fəaliyyəti aparmasının əsas rol oynadığını və belə təxribatların elə ermə-
nilərin özlərinə də fayda gətirmədiyini yazırdı (30). 
İstər XIX əsrin sonlarında, istərsə 1905–07-ci illərdə Qarabağda milli 
qırğınların başlanmasında, istərsə də Dağlıq Qarabağ münaqişəsinin baş-
lanmasında  və  onun təbliğatının qurulmasında  da  oxşar  ssenarini  müşa-
hidə etmək mümkündür. İlk növbədə antiazərbaycan və antitürk təbliğa-
tının  başlanmasının  erməni  klassik  dəst-xətti  bu  hadisələrdə  də  özünü 
göstərməkdədir.  Bunu  erməni  təcavüzkarlığının  mahiyyətini  araşdıran 
tədqiqatçılar da təsdiq edirlər. Həmin klassik dəst-xətt ondan ibarətdir ki, 
erməni millətçiləri geniş təbliğat hay-küyünün yaradılması üçün ilk növ-
bədə  öz  soydaşlarını  müəyyən  şəraitdə  qurban  verirlər    və  bununla  da 
əməli fəaliyyətə keçmək üçün bu erməni əzabkeş "qurbanlardan" təbliğat 
materialı kimi istifadə etməyə başlayırlar. 
Amerikalı  alimlər  Castin  Makkarti  və  Karolin  Makkarti  XIX  əsrin 
sonlarında  Osmanlı  Türkiyəsi  ərazisində  baş  verən  erməni  qırğınlarının 
tarixini  araşdıraraq  ermənilərin  belə  bir  ssenariyə  tez-tez  əl  atdıqlarını 
müəyyənləşdirmişdilər. Ermənilər anlayırdılar ki, avropalıların diqqətini 
özlərinə cəlb etmədən hər hansı bir nəticəyə nail ola bilməyəcəklər. Bu-
nun üçün isə erməni millətçiləri ilkin olaraq erməni əhalisinin azlıq təşkil 
etdiyi məntəqələri seçir və həmin məntəqələrdə müsəlman əhalinin üzəri-
nə hücum çəkir və çoxlu fəlakətlər törədirdilər. Bu zaman erməni millət-
çiləri  bilirdilər  ki,  qəzəblənən  yerli  əhali  qonşuluğunda  olan  ermənilər-
dən qisas almağa çalışacaq və azlıqda olan erməni əhali bu qisasın qarşı-
sını  almağa  gücü  çatmayacaqdı.  Nəticədə  yerli  ermənilər  itki  verməli 
olacaqdı ki, erməni millətçilərinə də elə bu lazım idi. Bununla da erməni 
əhalisinə  qarşı  milli  qırğınlar  törədilməsi,  ermənilərin  təcavüzə  məruz 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə