Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə20/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

 
58
 
və  istisnalığı  həmin  təcrübənin  əsasını  təşkil  edir  və  erməni  millətçiləri 
həmin  ifrat  niyyətlərindən  əl  çəkməyincə  bu  tarixi  təcrübənin  inkişaf 
edəcəyi və tarixi ənənənin davam etdiriləcəyi də gözləniləndir.  
İlkin təhlillər əsasında həmin tarixi ənənəçiliyin üç istiqamət üzərində 
qurulması  qənaətinə  gəlmək  olar:  1)  erməni  ifrat  millətçiliyi;  2)  erməni 
terroru və 3) erməni təbliğatı. Ola bilsin ki, tarixin qeyd olunan kəsiyində 
baş verən erməni təcavüzkarlığı zamanı bu məsələlərin qoyuluşunun əha-
tə  dairəsi,  istifadə  olunan  vasitələrin  miqyası  və  ümumən  icrası  zamanı 
müəyyən  fərqlər  özünü  göstərsin.  Lakin  Dağlıq  Qarabağ  münaqişəsinin 
təcrübəsi  bir  daha  göstərdi  ki,  erməni  təcavüzkarlığı  tarixi  ənənəçiliyini 
qoruyub saxlamaqdadır.   
Erməni təcavüzkarlığının aparıcı xətlərini təşkil edən ənənəvi məsələ-
lərin öyrənilməsi ilə həm erməni təcavüzkarlığının əhatə dairəsini proq-
nozlaşdırmaq,  həm  də  bu  təcavüzün  qarşısının  alınması  üçün  müvafiq 
siyasət formalaşdırmaq olar. 
Dağlıq  Qarabağ  münaqişəsi  ətrafında  aparılan  informasiya-təbliğat 
fəaliyyətində də erməni ənənəçiliyi özünü qabarıq şəkildə nümayiş etdi-
rir. Əslində, erməni təbliğatı erməni millətçiliyinin ifadəsinin əsas vasitə-
lərindən biridir və ona görə də erməni millətçi-təcavüzkarlığının təşəkkül 
tapdığı  ilk  gündən  uyğun  informasiya-təbliğat işlərinin  qurulmasına  xü-
susi  diqqət  yetirilir.  Bunu  XIX  əsrin  ikinci  yarısında  Avropada  erməni 
məsələsinin  gündəliyə  gətirildiyi  dövrdən  də  görmək  mümkündür.  Bu 
prosesdə  erməni  təbliğatının  genişləndirilməsi  erməni  millətçi-təcavüzü-
nün fəallaşmasının ilkin mərhələsi kimi özünü göstərir. Tarixdən məlum-
dur ki, hələ 1885-ci ildə, yəni Osmanlı Türkiyəsi ərazisində erməni mil-
lətçi  təcavüzkarlığının  qanlı  səhifəsi  açılmamışdan  əvvəl  Avropada  və 
Amerikada erməni millətçi təbliğatının genişlənməsi baş verdi. Yerli er-
mənilər və eləcə də bura axışmaqda olan ermənilər Avropanın və Ameri-
kanın diqqətini özlərinə cəlb etmək üçün orada təşkilatlar yaratdılar, qə-
zet və jurnallar təsis etdilər, müxtəlif tədbirlər keçirdilər. Təsis olunmuş 
mətbuat orqanları bir tərəfdən ermənilərin saxta tarixi haqqında, digər tə-
rəfdən də Osmanlı Türkiyəsinin ermənilərə qarşı "dözülməz" siyasəti haq-
qında yazılarla dolduruldu, Avropa və Amerikanın siyasi dairələrində, ic-
timai  fikrində  erməni  məsələsinin  şişirdilməsinə  təkan  verildi  (24).  Bu 
təbliğatın genişləndirilməsi ilə fəaliyyətin sonrakı mərhələsi üçün Avro-
pada  zəmin  yaradıldı  və  həm  də  Avropanın  dəstəyinin  qazanılmasına 
cəhd göstərildi. 


 
59
 
Dağlıq  Qarabağ  münaqişəsinin  başlanğıcında  da  oxşar  mərhələnin 
təkrarlandığı göz qarşısındadır. Məhz millətçi təbliğatın genişləndirilmə-
si  Dağlıq  Qarabağ  ətrafında  daha  ciddi  proseslərin  alovlanmasının  baş-
lanğıcı  oldu.  Bunun  nəticəsində  problem  kifayət  qədər  aktuallaşdırıldı, 
millətçi ruh ümumerməni psixozuna çevrildi, dünya erməni birliyi və bu 
birliyin havadarları hərəkətə  gətirildi.  Problem  dərinləşdikcə təbliğat iş-
lərinə  diqqət  xüsusilə  artırıldı.  Bu  problem  fonunda  yaranmaqda  olan 
millətçi erməni təşkilatlarının erməniliyi də səfərbər etmək üçün əl atdıq-
ları  əsas  vasitə  də  məhz  təbliğatın  erməni  maraqları üzərində  qurulması 
oldu.  Çünki  erməni  millətçi  dairələri  yaxşı  bilirdilər  ki,  erməni  millətçi 
ideologiyasının əsas təmsilçisi olan Daşnaksutyun partiyasının formalaş-
ması  və  fəaliyyəti  də  erməni  təbliğatının  genişləndirilməsi  ilə  sıx  bağlı 
idi. Bu partiyanın 1892-ci ildə Cenevrədə keçirilmiş ilk qurultayında müəy-
yən  edilmiş  siyasi  platformada  bildirilirdi  ki,  silahlı  üsyan  yolu  ilə  de-
mokratik respublikanın yaradılması qarşıda dayanan başlıca vəzifədir. Er-
mənilərin  silahlı  üsyan  qaldırması  üçün  isə  onlar  inqilablaşdırılmalıdır 
(25). Başqa sözlə, ermənilər millətçi təbliğatla əhatə olunmalı və onlarda 
millətçi  təfəkkür  formalaşdırılmalı  idi  ki,  təcavüzkarlıq  yolunu  tutmaq-
dan çəkinməsinlər. 
Daşnaksutyun  partiyasının  millətçi  ideyalarının  ermənilərə  sırınması 
üçün  haqqında  danışılan  qərardan  sonra  onların  fəaliyyəti  bir  qədər  də 
genişləndi. Çünki partiyanın gələcək fəaliyyətinin miqyası məhz öz ətra-
fında toplaya biləcəyi qüvvələrin həcmindən asılı idi. Bir tərəfdən xarici 
havadarlarının  təhrikedici  vədləri,  digər  tərəfdən  isə  millətçi  təbliğatla 
erməni  əhalisinin  inqilablaşdırılması  Osmanlı  Türkiyəsində  erməni  mə-
sələsinin silahlı partlayışa çevrilməsinə səbəb oldu.  
XX əsrin əvvəllərindən etibarən Daşnaksutyun partiyası öz fəaliyyəti-
ni Cənubi Qafqaza istiqamətləndirdi və qısa müddət ərzində bu bölgədə 
də  millətçi  təcavüzkarlığın  qabarıqlaşmasına  təkan  verdi.  1904-cü  ildə 
Vyanada  keçirilən  III  qurultayının  qərarlarına  uyğun  olaraq  Daşnaksut-
yun partiyası Cənubi Qafqazda və Cənubi Qafqaz üçün Rusiyada və xa-
ricdə çap olunan təbliğat materiallarının sayı çoxaldıldı, milli ədavət qı-
zışdırıldı, Cənubi Qafqazda yaşayan ermənilər millətçi psixoz halına gə-
tirildi və bölgədə yaşayan ermənilər 1905–1907-ci illərin milli qırğınları-
na  səfərbər  olundular.  Bu  qırğınlar  o  vaxt  başlandı  ki,  bölgənin  erməni 
əhalisi  siyasi  elitanın  rəhbərliyi  altında  bu  qırğınlara  hazırlanmışdı.  Bu 
məqsədlə bölgədə çap olunan millətçi qəzet və jurnallardan da geniş istifadə 
olundu. 


 
60
 
Birinci Dünya müharibəsi illərində və Rusiyanın dağılması dövründə 
bölgədə və ətrafında yenidən alovlanan erməni millətçi qırğınları da kifa-
yət qədər informasiya-təbliğat təminatına malik idi. Bunun üçün erməni 
millətçiləri və konkret olaraq erməni millətçilərinin əsas  təmsilçisi olan 
Daşnaksutyun partiyası tərəfindən konkret işlər görülürdü. Daşnaksutyun 
partiyasının 1907-ci ildə keçirilmiş 4-cü qurultayından sonra yerlərdə xü-
susi təbliğatçılar şəbəkəsi təşkil edildi, böyük şəhərlərdə mədəni-təşviqat 
cəmiyyətləri, mətbuat təşkilatları yaradıldı. Adları çəkilən qurumlar icti-
mai-mədəni qurumlar adı altında hakimiyyət orqanlarının razılığı ilə açıl-
sa da əsas məqsədləri məhz erməniləri türklərə və azərbaycanlılara qarşı 
milli qırğınlara hazırlamaq idi. Adları çəkilən qurumların nəzdində ermə-
ni  məktəbləri  təşkil  edilir,  əhali  üçün  mühazirələr  oxunur,  müxtəlif  gö-
rüşlər və tədbirlər keçirilir və bu tədbirlər zamanı millətçi-şovinist əhval-
ruhiyyəli  mövzulara  üstünlük  verilirdi.  Cənubi  Qafqazda  mövcud  olan 
çoxlu sayda qəzet və jurnallar, tipoqrafiyalar, redaksiyalar, kitab mağaza-
ları,  kitabxanalar,  nəşriyyatlar  Daşnaksutyun  partiyasının  Tiflis  Bürosu-
nun birbaşa nəzarəti altında idi. Daşnaksutyun partiyasının hətta öz sen-
zurası da var idi. Bu senzura erməni millətçiliyi əleyhinə çıxan digər er-
məni mətbuat orqanlarına qarşı özünəməxsus şəkildə mübarizə aparırdı (26). 
Partiyanın  1907-ci  ildə  təsdiq  olunmuş  nizamnaməsində  "İnqilabi 
mətbuat" adlı ayrıca bir bölmə də mövcud idi. Həmin bölmədə deyilirdi 
ki,  daşnakların  mətbuatı təşkilatın proqramına  ciddi  əməl  etməli  və  hə-
min proqrama xidmət edən ideyaları yaymalıdır. Bu ideyaların mərkəzin-
də isə ermənilər üçün dövlət yaradılması və belə bir dövlətə nail olunma-
sı üçün hər cür vasitələrdən, o cümlədən terrordan, silahlı qiyamlardan, 
milli  qırğınlardan  istifadə  edilməsi  vəzifəsi  dayanırdı.  Partiyanın  nizam-
naməsinə  görə  mərkəzi  mətbuat  orqanları  və  rayon  iclaslarının  mətbuat 
orqanları yaradıla bilərdi (27). 
Məhz bunların nəticəsi idi ki, ermənilər kifayət qədər geniş və əhatəli 
təbliğat işləri aparırdılar. Onların bu istedadı və qabiliyyəti müşahidəçi-
lərin də diqqətindən qaçmırdı. 1905-ci ildə Qarabağda və Azərbaycanın 
digər ərazilərində başlamış erməni-müsəlman qırğınlarını araşdıran  
V.F.Mayevski yazırdı ki, erməni millətçi təcavüzkarlığının qızışdırılma-
sında erməni mətbuatının xüsusi rolu vardır. Bu mətbuatın qeyri-vicdani 
fəaliyyəti nəticəsində erməni xalqı erməni təbliğatçılarının oyunlarından 
baş aça bilmədilər. Məhz mətbuatın fəaliyyətinin nəticəsində ermənilərin 
əməlləri haqqında həqiqətlər qalın yalan qatı ilə örtüldü, mətbuat xalqın 
iradəsinin ifadəçisinə çevrilmədi.  Müəllifə  görə,  bu  və  ya  digər  fikir  və 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə