Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə19/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   15   16   17   18   19   20   21   22   ...   100

 
56
 
Qarabağın  Ermənistanın  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  mühüm 
əhəmiyyətə malik olduğunu ictimai rəyə yeritməyə çalışır. 
2.  Dağlıq  Qarabağ  ümumerməni  məsələsinin tərkib  hissəsi  kimi.  Bu 
mövzuda formalaşdırılan ictimai-siyasi və tarixi aspektin əsas tezislərini 
ümumerməni məsələsinin həllinin Dağlıq Qarabağla birbaşa bağlı olma-
sı,  Ermənistanın  Gürcüstanda  yaşayan  Cavak  ermənilərinin  və  bütün 
dünyadakı  erməniliyin  təhlükəsizliyinin  Dağlıq  Qarabağ    problemi  ilə 
bağlılığı, ―məhrumiyyətlərə‖ məruz qalmış erməniliyin Dağlıq Qarabağa 
haqqı  olması,  Dağlıq  Qarabağ  və  erməni  diasporu  və  s.  mövzular  təşkil 
edir. Erməni müstəsnalığı haqqında rəsmi çıxışlarda səslənən fikirləri də 
bu  bölməyə  aid  etmək  olar.  Ermənistanın  dövlət rəhbərliyi  və  o  cümlə-
dən erməni diasporu rəhbərliyi tərəfindən müəyyənləşdirilən erməni mil-
lətçi  ideologiyasına  əsasən,  erməni  millətçiləri  qədim,  mədəni,  istisna 
keyfiyyətlərə malik bir xalq kimi təqdim etməklə azərbaycanlıların mənfi 
obrazı yaradılır, xüsusilə Dağlıq Qarabağ probleminin də azərbaycanlıla-
rın mənfi keyfiyyət və hərəkətləri ilə əlaqələndirilməsinə cəhd göstərilir.  
3.  Antiazərbaycan  təbliğatı.  Azərbaycana  qarşı  işğalçılıq  siyasətinin 
və təcavüzkar millətçiliyin informasiya-təbliğat təminatının hüquqi, siya-
si və tarixi əsaslarının istiqamətlərini yalnız yuxarıda göstərilən mövzu-
larla məhdudlaşdırmaq olmaz. Antiazərbaycan çıxışları etməklə millətçi 
erməni ideologiyasının pərdələnməsinə çalışan erməni rəsmiləri erməni-
liyin  şovinist  ruhda  tərbiyəsinə  istiqamət  verirlər.  Bu  istiqamətdə  onlar 
daha çox iddialar irəli sürür və onların əsaslandırılması üçün hadisələrin 
mahiyyətini  özünəməxsus şəkildə dəyişdirirlər.  Lakin  Azərbaycan  həqi-
qətləri qarşısında irəli sürülən tezislərin gücsüzlüyünü erməni təbliğatçı-
ları özləri də yaxşı başa düşürlər. Ona görə də onların informasiya-təbli-
ğat siyasətinin başlıca hissəsi Azərbaycan həqiqətlərinin, Azərbaycan ta-
rixinin, azərbaycanlıların dinc yaşama təfəkkürünün saxtalaşdırılmasına, 
onların neytrallaşdırılmasına və təsir gücünün aradan qaldırılmasına isti-
qamətlənmişdir.  Dağlıq  Qarabağla  bağlı  erməni  informasiya-təbliğat  si-
yasətinin  antiazərbaycan  mövzusunun  ictimai-siyasi  və  tarixi  aspektləri 
çox zəngindir. Bura Azərbaycan tarixinin saxtalaşdırılması, Dağlıq Qara-
bağ  münaqişəsinin  mahiyyətinin  saxtalaşdırılması,  Azərbaycanın  daxili 
və  xarici  siyasətinin  mahiyyətinin  təhrif  edilməsi,  Azərbaycanın  tarixi-
mədəni  dəyərlərinin  mənimsənilməsi,  Dağlıq  Qarabağla  bağlı  Azərbay-
can informasiyalarının mahiyyətinin saxtalaşdırılması və s. daxildir.  
4.  Dağlıq  Qarabağ  ilə  bağlı  beynəlxalq  hüquq  normalarının,  beynəl-
xalq  təşkilatların  qəbul  etdikləri  qərarların  mahiyyətinin  saxtalaşdırıl-


 
57
 
ması, Dağlıq Qarabağ münaqişəsinin və Ermənistanın Azərbaycana qarşı 
işğalçılıq siyasətinin beynəlxalq hüquq normaları çərçivəsində deyil, er-
məni maraqları çərçivəsində yozumlanması. Ermənistanın dövlət rəhbərlə-
ri  ən  müxtəlif  beynəlxalq  təşkilatlarda,  beynəlxalq  auditoriya  qarşısında 
Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, beynəlxalıq təşkilatların qə-
bul etdikləri qərarları tamamilə fərqli şəkildə izah və şərh edir və bunun-
la Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə haqq qazandırma-
ğa çalışırlar. Bununla onlar erməni informasiya-təbliğat maşını üçün də 
həm mövzu verir, həm də bu mövzuların hansı çərçivədə işıqlandırılma-
sını müəyyənləşdirirlər (23). 
Bu mövzuların əhatəsini genişləndirmək də mümkündür. Həmin möv-
zuların zənginliyi, əslində, erməni informasiya-təbliğatının mahiyyəti ilə 
şərtlənir. Erməni informasiya-təbliğatı hazırda belə bir prinsipi əsas tutur 
ki, erməni işğalçılığına və millətçiliyinə meydan verən təbliğat ermənilik 
tərəfindən təqdir olunmalıdır. Əks informasiya və təbliğat isə düşmən təb-
liğatı kimi dəyərləndirilir. Bu prinsipin nə dərəcədə doğru olduğunu bey-
nəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasəti ilə bağlı  mövqeləri 
və Ermənistanın daxilində yaranmış böhranlı vəziyyətlə bağlı elə erməni 
ekspertlərinin  dedikləri  də  nümayiş  etdirir.  Doğrudur,  erməni  informa-
siya-təbliğat maşını və onun havadarları malik olduğu geniş şəbəkələrlə 
dünya arenasında təhrif edilmiş bir mənzərə yaratmağa cəhd göstərir və 
məlumatsız  publikada  müəyyən  təsəvvürlər  də  yarada  bilirlər.  Bu  is-
tiqamətdə erməni millətçiliyinin hətta tarixi təcrübəsi də vardır. Bununla 
belə  Dağlıq  Qarabağ  münaqişəsinin  mahiyyəti  ilə  bağlı  obyektiv  infor-
masiyanın ortaya qoyulması erməni informasiya-təbliğat axınlarının qar-
şısını almaqda səmərəli təsirə malikdir. 
 
2. Erməni antiazərbaycan təbliğatında ənənəçilik 
 
 
Təxminən XX əsrin ortalarından başlayaraq dövrümüzə qədər müxtə-
lif vaxtlarda Cənubi Qafqazda və onun ətrafında baş verən erməni millət-
çi təcavüzkarlıq faktlarını nəzərdən keçirərkən onların arasında bir meto-
doloji oxşarlıq olduğunu görmək mümkündür. Başqa sözlə, uzun illər ər-
zində ermənilər tərəfindən həyata keçirilən təcavüzkarlıq aktlarının hansı 
niyyətlə başlanmasında, necə başlamasında və hansı vasitələrdən istifadə 
edilməsində açıq erməni dəsti-xətti vardır. Bir tərəfdən bu, təbiidir. Çün-
ki erməni millətçi təcavüzkarlığının mahiyyətində dayanan niyyətlər tari-
xən ifratlığı və qeyri-qanuniliyi ilə seçilib və onların reallaşdırılmasında 
da bir tarixi təcrübə formalaşmışdır. Qarşıya qoyulan niyyətlərin ifratlığı 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə