Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə24/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

 
69
 
haqqı  var?...  Bəlkə  erməni  alimlərinin  gördükləri  yuxular  həqiqətdir  və 
elə bilirlər ki, həmin ölkələr həqiqətən də onlara məxsus olub. Biz yalnız 
fikirlərini  həyata  keçirmək  üçün  erməni  kitabsevərlərinin  necə  məharət 
və  biclik  yeritdiklərini  göstərmək  istəyirik.  Belə  hallarda  onlar  hər  şeyi 
özlərinə  aid  etməklə  və  özgəninkini  gizlədəndə  heç  nədən  iyrənmirlər. 
Əgər bütün bu Yeritsovları, Xudabaşovları, Eminiovları və onlar kimilə-
rini  təzədən  oxusanız  görərsiniz  ki,  onlar  öz  fikirlərini  və  tədqiqatlarını 
qızıl qiymətinə qiymətləndirirlər, başqalarınınkını isə onların xeyrinə de-
yilsə,  bir  quruşa  da  almırlar.  Həmin  erməni  dəstəsi  tarixi  faktları  təhrif 
etməklə  kifayətlənmir,  onlar  özgə  həqiqətini  gizlədir,  öz  yalanlarını  isə 
həqiqət kimi car çəkirlər" (43). 
Erməni  təbliğatının  bu  ənənəsi  bu  gün  erməni  millətçiləri  tərəfindən 
davam  etdirilir.  Bəlkə  onun  davam  etdirilməsi  üçün  daha  yeni  və  ciddi 
resurslar  cəlb  edilir.  XX  əsrin  əvvəllərindən  başlayaraq  bu  günə  kimi 
Azərbaycanın  və  Cənubi  Qafqazın  digər  bölgələrinə  olan  iddialar  kimi, 
Dağlıq Qarabağa da olan iddiaların əsaslandırılması, onun dünya ictimai 
fikrinə  yeridilməsi  üçün  saxtalaşdırılmış  təbliğatın  aparılması,  erməni 
millətçilərinin fəaliyyətində geniş yer tutur. Bu məsələdə akademik təd-
qiqatçılıqla informasiya təbliğatı bir-birini tamamlayır və elektron infor-
masiya  vasitələrinin  inkişaf  etdiyi  bir  vaxtda  bu  sahələrin  arasında  bir 
sərhəd  qoymaq  da  çətinləşir.  Bütünlükdə  isə bölgənin  tarixinin özünün-
küləşdirilməsi ilə erməni millətçiləri bir tərəfdən Dağlıq Qarabağın tarixi 
erməni  torpağı  olduğunu,  digər  tərəfdən  də  ermənilərin  xeyli  qədim  bir 
etnos olduğunu və ona görə də onların Dağlıq Qarabağa tarixi haqqı ol-
duğunu  car  çəkməyə  çalışırlar.  Son  illərin  kütləvi  informasiya  vasitələ-
rində bu mövzuda erməni təbliğatçılarının ictimai mühakiməyə çıxardıq-
ları materialların sayını da müəyyənləşdirmək xeyli çətindir. Həqiqət na-
minə  söyləmək  lazımdır  ki,  erməni  diasporu  və  ermənilərin  havadarları 
tərəfindən də əməli şəkildə dəstəklənən bu kampaniyada erməni təbliğat-
çıları xeyli fəaldırlar. 
Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin ermənilərə mən-
subluğu haqqında qaldırılan hay-küylər, habelə ermənilərin tarixinin qə-
dimləşdirilməsi bir sıra erməni mənbələrinə istinadən edilir. Ermənilərin 
avtoxtonluğunun əsaslandırılması üçün daha çox istinad edilən mənbələr 
Moisey Xorenskinin, Yeqişenin və digər kilsə salnaməçilərinin əsərləri-
dir. Əslində isə bu əsərlər hazırda bölgə tarixinin saxtalaşdırılması ətra-
fında aparılan hay-küyə əsas olacaq mənbələr deyildir. Bunu həmin müəl-
liflərin əsərlərini ciddi şəkildə araşdırmış olan erməni və Qərb tədqiqatçı-


 
70
 
ları da təsdiq edirlər. Məsələn, erməni əsilli doktor Robert Bedrosyan ya-
zır  ki,  ilkin  mənbələr  arasında  iki  kitabı  biz  kənara  atmalıyıq  –  bunlar 
Yeqişenin "Vardan və erməni müharibəsi haqqında" əsəri və Moisey Xo-
renskiyə aid olduğu ehtimal edilən "Ermənistan tarixi" əsəridir (44). Ta-
nınmış erməni tarixçisi Qrant Basdırmacyan özünün "Ermənistan tarixi" 
əsərində Moisey Xorenskiyə işarə edərək  yazır ki, erməni rəvayətçiləri 
ermənilərin  Ermənistana  gəlməsini  miladdan  2200  il  əvvələ  aid  edirlər 
və erməni padşahlarının silsiləsini də tərtib etmişlər. Müəllifə görə, belə 
bir  iddia  əfsanədən  başqa  bir  şey  deyildir  və  yeni  tarix  bunu  rədd  edir. 
Q.Basdırmacyan onu da əlavə edir ki, saxta rəvayətlər xalqların tarixin-
dən kənarlaşdırılmalıdır (45). 
Erməni  tarixçilərinin  əsas  mənbələrindən  biri  hesab  edilən  Moisey 
Xorenskinin  "Ermənistan  tarixi"  adlı  kitabı  və  digər  mənbələrin  etibar-
sızlığı haqqında xeyli ciddi fikirlər mövcuddur və bunların nəticəsi kimi 
Şərq  tarixinin  öyrənilməsində  erməni  mənbələri  etibarlı  mənbələr  kimi 
qəbul  edilmir.  Hətta  hazırkı  dövrdə  Amerika  universitetlərində  olan  er-
mənişünaslıq kafedralarının hazırladığı dərsliklərdə Ermənistan tarixi uy-
durulmuş erməni rəvayətləri əsasında deyil, etibarlı faktlar əsasında işlə-
nilmişdir ki, bu da erməni millətçilərinin ciddi narahatçılığına səbəb ol-
muşdur (46). 
Ermənilərin tarixi, onların Cənubi Qafqazda peyda olmasının mənzə-
rəsi, bölgədə avtoxtonluğa etdikləri iddiaların əsaslığı haqqında real tari-
xin formalaşmaqda olmasına baxmayaraq, erməni təbliğatçıları öz ənənə-
vi mövqelərini təbliğ etməkdə davam edirlər. Onlar bölgənin ermənilərə 
məxsusluğu  haqqında  ağızdolusu  təbliğat  aparmaqdan  usanmırlar.  Özü 
də  bunu  onlar  çox  asanlıqla  edirlər.  İnsafına  sərhəd  qoymayan  erməni 
təbliğatçıları  üçün  bugünkü  Azərbaycanın  istənilən  nöqtəsinin  tarixi  er-
məni torpağı adlandırılması heç bir məsuliyyət tələb etməyən adi bir iş-
dir. Öz torpaqlarını virtual şəkildə və millətçi fantaziyalar əsasında for-
malaşdıran erməni təbliğatçıları üçün onlara uyğun gələn faktların və sü-
butların ortaya qoyulması da adi bir təcrübədir.  
Akademik  tədqiqatlardan  fərqli  olaraq  kütləvi  informasiya  vasitələri 
ilə  yayılan  materialların  daha  geniş  auditoriyanı  əhatə  etməsi  bu  istiqa-
mətə diqqəti daha da gücləndirmişdir. Bu mövzunun müxtəlif məqamları 
ilə  bağlı  elektron  informasiya  vasitələrində  saysız-hesabsız  informasiya 
və  təbliğat  materialları  mövcuddur.  Həmin  materiallarda  ən  qədim  za-
manlardan  başlayaraq  bölgə  tarixinin  erməniləşdirilməsi  ifrat  dərəcəyə 
çatdırılmışdır. Kənar oxucu üçün belə bir təsəvvür yarana bilər ki, Cənu-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə