Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə26/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   22   23   24   25   26   27   28   29   ...   100

 
74
 
Erməni  informasiya-təbliğat  materiallarının  əksəriyyətinin  sonunda, 
bir qayda olaraq, Dağlıq Qarabağ münaqişəsinin azərbaycanlılar tərəfin-
dən başlandığı və ermənilərin də məcburiyyət qarşısında Dağlıq Qaraba-
ğı və onun ətrafındakı rayonları ələ keçirməli olduqlarını bəyan edirlər. 
Belə  iddialar  Ermənistan  hakimiyyətində  təmsil  olunan  yüksək  vəzifəli 
şəxslər tərəfindən irəli sürülür. Baxmayaraq ki, Qarabağ dalğası üzərində 
hakimiyyətə gələnlərin hamısı Dağlıq Qarabağın Azərbaycandan qoparıl-
ması  iddiasının  ortaya  atılmasının  və  həmin  iddiaların  zor  gücünə  real-
laşdırılmasının fəal iştirakçılarındandır. Əslində isə, bu üsulun özü də er-
məni təbliğatının sınanmış ənənələrindən biridir və bu ənənənin aktuallı-
ğı indiyə qədər qorunmaqdadır. Yaradıcılıqla davam etdirilən bu ənənə-
nin şişirdilməsi ilə erməni əzabkeşliyi, "sülhsevər" ermənilərin etnik təz-
yiqlərə  məruz  qalması  haqqında  aldadıcı  təsəvvürlər  yaradılır.  Osmanlı 
Türkiyəsi ilə bağlı hadisələrin təsvirinin bu üsulla aparılması həmin ənə-
nənin bariz nümunəsidir. Sanki Osmanlı Türkiyəsi ərazisində qiyamçı və 
terrorçu bir erməni nəsli yaradılmamışdı, bu nəsil ən müxtəlif yollarla si-
lahlanaraq  Qərbin  iyrənc  alətinə  çevrilməmişdi,  dövlət  orqanlarına  və 
dinc  Osmanlı  əhalisinə  qarşı  terror  və  etnik  qırğınlara  başlamamışdı  və 
hətta xarici müşahidəçiləri də dəhşətə gətirən qırğınlar da ermənilər tərə-
findən  törədilməmişdi.  Əksinə,  bütün  bunlar  çox  asanlıqla  unudulur  və 
əvəzində Osmanlı Türkiyəsinin həyata keçirməyə məcbur olduğu cavab 
tədbirləri  erməni  fantaziyası  ilə  şişirdilərək  tamam  başqa  mahiyyətdə 
təqdim olunur. 
Elə  Qarabağın  özündə  1905  və  1920-ci  illərdə  baş  verən  hadisələrin 
azərbaycanlıların adına yazılması da haqqında danışılan ənənənin ifadə-
sidir.  Bununla  hələ  XX  əsrin  əvvəllərindən  Daşnaksutyun  partiyasının 
Cənubi Qafqazda, o cümlədən Qarabağda həyata keçirdiyi siyasət, bu par-
tiyanın  rəhbər  sənədləri  əsasında  Qarabağda  erməni  silahlı  və  terrorçu 
qurumlarının yaradılması, həmin qurumlar tərəfindən terror əməliyyatla-
rının həyata keçirilməsi, millətçi erməni ruhunda gənc ermənilərin yetiş-
dirilməsi və s. əməllər heç də xatırlanmır. Erməni hay-küylərinə baxma-
yaraq 1905–07-ci il hadisələrinin məhz ermənilər tərəfindən başlanması 
elə erməni və ermənipərəst mənbələrin özündə də təsdiq olunur. Konkret 
olaraq Bakıda erməni millətçi qüvvələrinin qeyri-qanuni fəaliyyətinin bu 
şəhərdə  milli  qırğınlara  gətirib  çıxarması,  Naxçıvanda  və  Şuşada  milli 
qırğınların ermənilər tərəfindən başlanması haqqında tutarlı faktlar möv-
cuddur (53). 


 
75
 
1920-ci  ildə  Azərbaycan  hökuməti  tərəfindən  Şuşada  qırğınlar  törə-
dilməsinin iddia edilməsi də erməni təbliğatının millətçi mahiyyətini aç-
mağa  xidmət  edən  örnəkdir.  Belə  iddiaların  "sübutuna"  istiqamətlənmiş 
faktlara  ötəri  nəzər  yetirilməsi  erməni  təbliğatçılarının  tarixi  hadisələrə 
hansı  saxtakarlıqla  yanaşdığını  sübut  edir.  1920-ci  ilin  may  ayının  22–
23-də Novruz bayramı günü Şuşa şəhərində erməni millətçilərinin təşəb-
büsü  ilə  baş  verən  hadisələri  erməni  təbliğatçıları  belə  təqdim  edirlər: 
―Novruz  bayramı  ərəfəsində  bir  sıra  erməni  ailələri  dəhşətli  təhlükəni 
hiss edərək Şuşanı tərk etdilər... Şuşa erməniləri Sultanovun girovuna çev-
rildilər...  Sultanovun  əmri  ilə  erməni  evlərinin  yandırılması  üçün  əvvəl-
dən azərbaycanlılara kibrit paylandı... Fanatik müsəlman dəstələri zabit-
lərin  və  əsgərlərin  rəhbərliyi    altında  şəhərin  erməni  kvartallarına  daxil 
oldular...  müdafiəsiz  insanları  qəddarcasına  öldürür,  qadınları  və  qızları 
zorlayırdılar‖ (54). Başqa bir yazıda isə iddia olunur ki, 23 mart 1920-ci 
ildə Xosrov bəy Sultanovun rəhbərliyi altında olan müsavatçılar erməni-
lərin  Şuşadan  qovulması  haqqında  qədim  planlarını  həyata  keçirdilər. 
Onlar  yerli  ermənilərin  qırılmasını,  erməni  kvartallarının  yandırılmasını 
və talan edilməsini həyata keçirdilər (55). 
Belə insafsız yalanlar və cəfəng uydurmalar haqqında çoxlu nümunə 
gətirmək olar. Əslində isə, 1920-ci ilin Novruz bayramı günlərində Şuşa-
da  və  Qarabağda  hadisələr  tamamilə  başqa  bir  ssenari  üzrə  başlamışdı. 
Bir tərəfdən Qarabağı özününküləşdirmək, digər tərəfdən də Azərbaycan 
Xalq  Cümhuriyyətinin  hərbi  qüvvələrinin  diqqətini  Qarabağa  cəlb  et-
məklə bolşevik qoşunlarının şimaldan Azərbaycanın işğalına başlanması-
na  yaxşı  şərait  yaradılması  üçün  erməni  millətçiləri  Qarabağda  dinc 
Azərbaycan əhalisinə qarşı qiyam qaldırdılar. Qiyamın başlanması üçün 
Novruz bayramının seçilməsi də təsadüfi deyildi. Erməni məkri buna he-
sablanmışdı  ki,  azərbaycanlılar  ən  əziz  bayramlarını  qeyd  etməklə  məş-
ğul  olduqları  zaman  onlara  daha  çox  itki  yetirmək  mümkün  olacaqdır. 
Hadisələrin mahiyyətini tamamilə təhrif edən erməni təbliğatçıları etiraf 
etməsələr də, silahlı erməni qiyamı tək Şuşada deyil, gözlənilmədən həm 
də  Xankəndində,  Əsgəranda,  Xocalı  və  Tərtərdə  baş  verdi.  Əsgəranda 
postda dayanan Azərbaycan Ordusunun 50 nəfərlik bölməsi ermənilər tə-
rəfindən vəhşicəsinə qətlə yetirildi. Tərtər istiqamətində də qəfil hücuma 
məruz qalan Azərbaycan hərbçiləri itki ilə üzləşməli oldular (56). 
Hadisələrin  məhz  bu  ssenari  ilə  başladığını  Ermənistanın  Müdafiə 
Nazirliyinin  27  aprel  1920-ci  il  tarixli  məlumatı  da  təsdiq  edir.  Həmin 
məlumatda deyilir ki,  1920-ci il mart ayının 22-də ermənilər qiyam qal-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə