Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə33/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

 
92
 
– erməni dövlətçiliyinin və erməni xalqının tarixi, o cümlədən Arsa-
xın siyasi tarixi, ermənilərin orada avtoxton olub-olmaması; 
–  Azərbaycan  dövlətinin  yaranması,  Azərbaycan  xalqının  formalaş-
ması və avtoxtonluğu ilə bağlı məsələlərin Azərbaycan mövqeyindən və 
marağından şərh edilməsi
– ermənilərin soyqırımına məruz qalmasının inkar edilməsi
– XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı 
siyasətinin  təqdim  edilməsi,  o  cümlədən  1918-ci  ildə  Bakı  kommunası 
ilə  müsəlmanlar  arasında  baş  verən  toqquşmanın  ermənilər  tərəfindən 
Azərbaycan xalqına qarşı tətbiq edilən soyqırım kimi təqdim edilməsi; 
– 1990-cı ildə Bakıya sovet qoşunlarının yeridilməsi nəticəsində hə-
lak olanların erməni təxribatının qurbanları kimi təqdim edilməsi; 
–  1992-ci  ildə  Xocalıda  baş  verənlərin  erməni  hərbçiləri  tərəfindən 
həyata keçirildiyinin və bununla da soyqırım həyata keçirilməsinin iddia 
edilməsi; 
– erməniliyin başqa xalqlara qarşı cinayətkar əməllərin həyata keçiril-
məsində, antitürkçülükdə, antisemitizmdə, beynəlxalq erməni təhlükəsin-
də ittiham edilməsi; 
–  erməni  xalqının  əxlaqi-psixoloji  obrazının  və  dəyərlər  sisteminin 
təhrif edilməsi; 
– Ermənistan Respublikasının və Dağlıq Qarabağ Respublikasının (?) 
sosial-iqtisadi, siyasi və digər uydurulmuş problemlərinin olması ilə bağ-
lı spekulyasiya edilməsi; 
– erməni ordusunda problemlərin olması ilə bağlı şayiələr yayılması (20). 
Azərbaycan informasiyasının adına yazılan bu ittihamların neytrallaş-
dırılması  və  qarşısının  alınmasını  isə  müəllif  yuxarıda  qeyd  edildiyi  kimi, 
antierməni  informasiya  fəaliyyətinin  ətraflı  öyrənilməsində  və  antiazər-
baycan informasiya axınının gücləndirilməsində görür. 
Doğrudur, bəzi erməni informasiya ideoloqları Azərbaycan həqiqətlə-
rinin yayılması üzərində qurulan informasiya siyasətini qeyri-ciddi, diq-
qət  yetirməyə  layiq  olmayan  və  hətta  yumoristik  informasiya  kimi  qiy-
mətləndirirlər (21). Amma erməni informasiya siyasətinin təcavüzkar xa-
rakterinin günü-gündən genişlənməsi onu göstərir ki, bu heç də belə de-
yil.  Erməni  informasiya  maşını  Azərbaycana  qarşı  dezinformasiyaların 
və informasiya təxribatlarını nə qədər genişləndirsələr də, dünyada Azər-
baycan  həqiqətləri  də  başa  düşülür.  Bunu  elə  erməni  informasiya  ideo-
loqları da görürlər və dünya erməni diasporu da bu həqiqətlərin qarşısı-
nın alınmasına çağırılır (22). 


 
93
 
Ermənistan parlamentinin deputatları isə dünya miqyasında ermənilər 
üçün  arzuedilməyən  ciddi nəticələr  verəcək  Azərbaycan  informasiya  si-
yasətinin qarşısının alınması üçün Ermənistanın və Dağlıq Qarabağın se-
paratçı  qurumunun  parlamentlərinin  birgə  iclasının  keçirilməsini  və 
Azərbaycan  həqiqətlərinin  yayılmasının  qarşısını  almaq  üçün  müştərək 
konsepsiyanın hazırlanmasını təklif edirlər. Onlar güman edirlər ki, müş-
tərək  informasiya  təbliğatı  erməni  informasiya  təhlükəsizliyinin  təmin 
edilməsi üçün əhəmiyyətli rol oynaya bilər (23). 
Son  zamanlar  ermənilik  daxilində  belə çağırışların  sayı  artmaqdadır. 
Çünki vaxt ötdükcə erməni informasiya siyasəti öz resurslarını bitirmək-
də və ənənəvi auditoriyasını isə itirməkdədir. Bu isə erməni informasiya 
siyasətinin təcavüzkar mahiyyətinin genişlənməsi ilə müşayiət olunur. 
Erməni  informasiya  siyasətinin  ―kəsərliliyinin‖  artırılmasına  göstəri-
lən cəhdlərdən biri bu siyasətin konsepsiyasının formalaşdırılmasıdır. Bu 
məsələyə  xüsusi  diqqət  yetirilir  və  güman  edilir  ki,  erməni  informasiya 
qarşıdurmasının konsepsiyasının hazırlanması ilə hətta Ermənistana qarşı 
istiqamətlənmiş asimmetrik təhlükələrin də qarşısını almaq mümkün ola-
caqdır. Belə konsepsiyaların hazırlanması üçün müvafiq mütəxəssislərin 
Ermənistanda  olmamasını  da  erməni  informasiya  ideoloqları  problem 
saymırlar. Onlar təklif edirlər ki, Amerikanın, Almaniyanın informasiya 
siyasəti  konsepsiyaları  yerli  və  milli  xüsusiyyətlər  nəzərə  alınmaqla  Er-
mənistan  üçün  qəbul  edilsin.  Eyni  zamanda  təklif  olunur  ki,  erməniliyə 
qarşı istiqamətlənmiş informasiya axınlarının araşdırmaları aparılsın. Çün-
ki  belə  araşdırmaların  aparılması  və  onların  nəticələrinin  istifadə  edil-
məsi  Ermənistan  üçün  son  dərəcə  faydalıdır.  İnformasiya  qarşıdurma-
sının araşdırılmasının aparılması zəruriliyi aşağıdakı səbəblərlə əlaqələn-
dirilir: 
1. İnformasiya sahəsində Ermənistanın milli təhlükəsizliyinə qarşı is-
tiqamətlənmiş  xarici  təhdidlər  aydınlığı  ilə  seçilir  və  gələcək  üçün  də 
onun  proqnozlaşdırılması  mümkündür.  Nəzərdə  tutulur  ki,  Ermənistana 
qarşı  yönələcək  belə  təhlükənin  mənbəyi  Azərbaycandır.  Ona  görə  bir 
daha məsləhət görülür ki, Ermənistan tərəfindən araşdırmaların aparılma-
sı genişləndirilsin və bununla da təhlükə mənbəyi neytrallaşdırılsın. 
2.  Bildirilir  ki,  ermənilərin  qarşısında  dayanan  ümummilli  vəzifələr-
dən  biri  qondarma  erməni soyqırımının,  Dağlıq  Qarabağda  elan edilmiş 
separatçı-cinayətkar qurumun beynəlxalq aləmdə tanıdılmasıdır. Bununla 
bağlı bir daha informasiya araşdırmalarının aparılması, dünya birliyində 
müvafiq ictimai rəyin yaradılması üçün informasiya təsirinin gücləndiril-


 
94
 
məsi, aparıcı dünya dövlətlərinin, xüsusi səlahiyyətli şəxslərin, Ermənis-
tan üçün əhəmiyyət kəsb edən məsələlərin həlli ilə məşğul olan insanla-
rın erməni informasiya təsirləri ilə əhatə olunması təklif olunur. Burada 
müəllifin yazdıqlarından aydın olur ki, informasiya araşdırmaları dedik-
də, o, informasiya əməliyyatlarını nəzərdə tutur (24). 
Bu təklifi irəli sürən erməni informasiya ideoloqu M.Ağacanyan, əs-
lində, mövqeyini günü-gündən itirməkdə olan erməni informasiya maşı-
nının  təkmilləşdirilməsinin  zəruriliyini  qeyd  edir.  Yuxarıda  göründüyü 
kimi,  başqa  erməni  ideoloqları  da  erməni  informasiya  maşınının  (daha 
doğrusu, informasiya təcavüzkarlığının) fəaliyyətinin gücləndirilməsi üçün 
digər təklifləri də irəli sürürlər. Məsələn, ekspert komissiyasının yaradıl-
ması,  informasiya  siyasəti konsepsiyasının formalaşdırılması  və  s.  Bəzi 
erməni  informasiya  ideoloqları  elektron  informasiya  kimi.  vasitələrinin 
xidmətinin genişləndirilməsi üzərində də düşünməyi lazım bilirlər. Azər-
baycan həqiqətlərinin informasiya vasitəsi ilə dünyaya yayılmasının qar-
şısının alınması üçün erməni ideoloqları arasında hətta Azərbaycanla in-
formasiya müharibəsinin jurnalistlərə deyil, xüsusi hazırlıqlı erməni ana-
litiklərinə tapşırılmasını məsləhət bilirlər (25). 
Güman edilir ki, bu yollarla erməni informasiya maşınının Ermənista-
nın  işğalçılıq  siyasətinin  informasiya  təminatı  roluna  nail  olmaq  müm-
kün olacaqdır. 
Azərbaycan  həqiqətləri  qarşısında  erməni  informasiyasının  bir  çox 
hallarda  çarəsiz  qalmasını isə  erməni  ideoloqları  bir  sıra  səbəblərlə  əla-
qələndirirlər.  Bu  məsələdə  də  erməni  millətçiləri  erməni  xislətinə  sadiq 
qalaraq Azərbaycanın obyektiv informasiya siyasətinin təsirliliyini etiraf 
etmir  və  Azərbaycan  həqiqətləri  qarşısında  aciz  qalmalarını  Azərbayca-
nın informasiya siyasətinin türkiyəli mütəxəssislər tərəfindən idarə edil-
diyini iddia edirlər. Qeyd olunur ki, öz informasiya siyasətini qurmaqda 
Azərbaycan  Türkiyədən  və  digər  müttəfiq  dövlətlərdən  metodoloji  yar-
dım alır və guya, Azərbaycanın Dağlıq Qarabağın qondarma separatçı re-
jiminə qarşı yönəldilmiş informasiya mübarizəsində Azərbaycanda yerlə-
şən böyük enerji şirkətlərinin ekspertləri iştirak edirlər (26). 
Belə absurd  iddia ilə kifayətlənməyən erməni informasiya ideoloqları 
Azərbaycanın  informasiya  ekspertlərinin  Türkiyədə  hazırlıq  gördükləri-
ni, sonra da onların Azərbaycanda xüsusi analitik mərkəzlər açdığını, ha-
belə Azərbaycan mediasının Türkiyə mediası üçün vasitəçi rol oynadığı-
nı və Azərbaycan mediası ilə Ermənistana qarşı daha çox Türkiyə infor-
masiyasından istifadə edildiyini də qabartmağa çalışırlar (27). Başqa söz-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə