Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə36/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   32   33   34   35   36   37   38   39   ...   100

 
100
 
çəkmirlər.  Məsələn,  onlar  bildirirlər  ki,  Ermənistan  Respublikasının  in-
formasiya fəaliyyəti təkcə real faktları deyil (!), həmçinin hücum xarak-
terli əlavə addımları da əhatə etməli, tarixi faktlarda qarışıqlıq yaradılma-
lı, dövlətin himayəsi ilə Rusiyada, İranda, ABŞ-da və Avropa ölkələrində 
Azərbaycan  dilində  qəzetlər  çap  edilməli  və  həmin  qəzetlər  vasitəsi  ilə 
yeni formalaşmaqda olan Azərbaycan diasporuna dezinformasiyalar çat-
dırılmalıdır (31). 
Bəzi erməni müəllifləri və informasiya ideoloqları Azərbaycan həqi-
qətləri  qarşısında  nəinki  erməni  informasiya-təbliğat  maşınının  güclən-
dirməyi, hətta dövlətin də bu məsələyə son dərəcə ciddi yanaşmasını la-
zım bilirlər. Artıq çoxları üçün yaxşı məlumdur  ki, erməni ictimaiyyəti 
heç də bütünlükdə əvvəllər olduğu kimi erməni millətçilərinin təbliğatına 
köklənmirlər və cərəyan edən proseslərə daha reallıqla münasibət bəslə-
yirlər. Erməni əhalisinin kütləvi millətçi psixozdan uzaqlaşmağa meylli-
lik göstərməsinin erməni dövlətçiliyinin dağılmasına yol açacağı güman 
edilir.  Erməni  informasiya  ideoloqları  qeyd  edirlər  ki,  erməni  dövləti 
sonsuz olaraq ilkin erməni vətənpərvərliyinə (yəni erməni millətçiliyinə) 
arxayın  ola  bilməz.  Bu  vətənpərvərlik  ehtiyatı  da    tükənməkdədir.  Ona 
görə də təklif olunur ki, erməni dövləti erməni ictimaiyyətində möhkəm 
vətənpərvər erməni ictimai fikri formalaşdırılmalı, onun parçalanmasına 
istiqamətlənmiş kənar təsirlərin qarşısını almalı və bunun üçün müvafiq 
informasiya və ideoloji siyasət qurulmalıdır (32). 
 
3. Azərbaycanın informasiya fəaliyyətinə erməni baxıĢı 
 
Ermənistan dövlətinin və bütün erməniliyin informasiya fəaliyyətinin 
əsas məqsədlərindən biri də qeyd edildiyi kimi, Azərbaycanın informasi-
ya təsirlərinin əhatə dairəsini kiçiltmək, getdikcə daha geniş auditoriyaya 
yol  tapan  Azərbaycan  həqiqətlərinin  təsir  gücünü  azaltmaq,  Azərbayca-
nın informasiya fəallığının qarşısını almaqdır. Buna nail olunması üçün 
erməni  informasiya  ideoloqları  müxtəlif  vasitələrə  və  yollara  əl  atırlar. 
Azərbaycanın  informasiya  siyasətinin  öyrənilməsi  və  araşdırılması  da 
belə vasitələrdən biridir. Bu araşdırmaların və təhlükələrin aparılması ha-
zırda erməni informasiya ideoloqlarının, erməni informasiya təhlil mər-
kəzlərinin  qarşısında  dayanan  vəzifələrdən  biridir.  Həmin  mövzuda  işıq 
üzü görən yazılarla ilkin tanışlıq onu göstərir ki, bu istiqamətdə görülən 
işlər heç də az deyil və Azərbaycanın informasiya siyasətinin və fəaliy-


 
101
 
yətinin araşdırılması erməni informasiya ideoloqları üçün ayrıca bir fəa-
liyyət sahəsinə çevrilmişdir. 
Azərbaycanın informasiya siyasətinin və fəaliyyətinin öyrənilməsi ilə 
konkret olaraq hansı hədəflərin izlənildiyini erməni informasiya ideoloq-
larının  yazdıqlarından  və  mühakimələrindən  də  görmək  mümkündür. 
Məsələn,  erməni  informasiya  ideoloqlarından  biri  iddia  edir  ki,  erməni 
cəmiyyətinin  informasiya  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  antier-
məni  informasiya  hücumlarının  növləri  öyrənilməli  və  onun  nəticələri 
cəmiyyətə çatdırılmalıdır. Bu istiqamətdə Azərbaycanın informasiya hü-
cumlarının  öyrənilməsinə  xüsusi  diqqət  yetirilir  və  bildirilir  ki,  son  za-
manlar genişlənməkdə olan Azərbaycan informasiya hücumları haqqında 
lazımi təsəvvürlər formalaşdırılmalıdır (33). 
Başqa erməni informasiya ideoloqları və mütəxəssisləri də bu mövqe-
ni dəstəkləyir və qeyd edirlər ki, Azərbaycanın informasiya fəaliyyətinin 
öyrənilməsinə  çox  gec  başlanmışdır.  Nəhayət  ki,  erməni  mütəxəssisləri 
tərəfindən Azərbaycanın informasiya fəaliyyətinin ciddi şəkildə öyrənil-
məsinə  başlanması  erməni  informasiya  ideoloqları  tərəfindən  təqdirlə 
qarşılanır.  Erməni təhlil  materiallarında bildirilir  ki,  erməni  mütəxəssis-
ləri  artıq  Azərbaycanın  informasiya  siyasətini  ətraflı  öyrənmiş  və  onun 
qarşısının alınması mexanizmlərini hazırlamışdır. Yəni Azərbaycanın an-
tierməni informasiya  sisteminin əsas komponentləri, tezisləri, istiqamət-
ləri,  vasitələri,  Azərbaycan  informasiya-təbliğat  fəaliyyətinin  diapazonu 
və  onlara  qarşı  mübarizə  yolları  araşdırılmış  və  müəyyənləşdirilmişdir. 
Bu  araşdırmalar  və  təhlillərdən  sonra  erməni  mütəxəssislərinin  gəldiyi 
qənaət  belədir  ki,  Azərbaycanın  informasiya-təbliğat  fəaliyyətinin  ma-
hiyyəti  qavranılmalıdır  və  buna  görə  Azərbaycanın informasiya-təbliğat 
fəaliyyətini öncədən proqnozlaşdırmaq olar (34). 
Erməni informasiya ideoloqları və mütəxəssisləri öz araşdırmaları za-
manı Azərbaycanın informasiya fəaliyyətini mövzulara görə təsnifatlan-
dırır, tezislərə ayırır və onların özünəməxsus şərhini verir və sonra da bu 
istiqamətlər üzrə Azərbaycanın informasiya hücumlarının qarşısının necə 
alınması üçün məsləhətlər və təkliflər verirlər. İşıq üzü  görən yazılarda 
və  materiallarda  Azərbaycanın  informasiya  fəaliyyətinin  xüsusiyyətləri, 
xarakteristikası haqqında ümumi erməni baxışı ilə də rastlaşmaq mümkün-
dür. Həmin baxışlarla və yanaşmalarla ilkin tanışlıq onu deməyə əsas ve-
rir ki, erməni informasiya siyasətində və fəaliyyətində rast gəlinən qəribə-
likləri və paradoksları Azərbaycanın informasiya fəaliyyəti ilə bağlı apa-
rılan erməni qiymətləndirilməsində də tapmaq mümkündür. 


 
102
 
Yeri gəlmişkən qeyd edilməlidir ki, Azərbaycanın informasiya fəaliy-
yətinə erməni baxışlarında və yanaşmalarında ciddi bir elmi qənaətə, ob-
yektiv təhlilə rast gəlinməsi mümkün deyil. Burada da erməni informasi-
ya  ideoloqları  qarayaxmalardan,  qeyri-doğru  mülahizələrdən,  təxribat 
cəhdlərindən o yana gedə bilməmişlər. Əslində, erməni informasiya ideo-
loqlarından başqa bir qiymətləndirmə gözləmək də düzgün deyil. Bunun-
la belə, həmin yanaşma nəticəsində Azərbaycanın informasiya fəaliyyəti 
haqqında erməni cəmiyyətinə yanlış təsəvvürlər buraxılmaqdadır. 
Erməni  informasiya  ideoloqlarına  görə,  Azərbaycanın  informasiya-
təbliğat  maşını  Ermənistana  və  erməniliyə  qarşı  çeynənmiş  tezislərdən 
istifadə edir, Azərbaycan mediası tamamilə idarəolunan mediadır, Azər-
baycanda müxtəlif informasiya vasitələri yox, yalnız bir idarəolunan in-
formasiya  vasitəsi  vardır,  Azərbaycanın  informasiya-təbliğat  fəaliyyəti 
ermənilərə qarşı uydurulmuş miflərə əsaslanır, Azərbaycanın antierməni 
informasiya  siyasəti  Azərbaycanın  dövlət  siyasətinin  tərkib  hissəsidir, 
Azərbaycan mediası və informasiyası üçün əsas tezislər, rəhbəredici təli-
matlar  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  hər  çıxı-
şından sonra planlaşdırılır (35). 
Bu ümumi qiymətləndirməni verəndən sonra erməni informasiya ideo-
loqları Azərbaycanın informasiya-təbliğat siyasətinin məqsədlərini də öz-
lərinəməxsus  şəkildə  müəyyənləşdirirlər.  Tədqiqata  cəlb  edilmiş  ma-
teriallardan  bir  neçəsində  Azərbaycanın  antierməni  informasiya-təbliğat 
fəaliyyəti aparmasının məqsədi aşağıdakı kimi açıqlanır: 
– ermənilərin şəxsində düşmən obrazının yaradılması; 
–  Azərbaycan  cəmiyyətinə  ermənifobiya  (ermənilərə  nifrət)  hissləri-
nin aşılanması (erməni informasiya ideoloqlarına görə, hazırda ermənifo-
biya Azərbaycan cəmiyyətini birləşdirən yeganə ümummilli ideyaya çev-
rilmişdir); 
– Azərbaycan-Ermənistan cəbhəsinə informasiya, psixoloji və ideolo-
ji təsir göstərilməsi; 
– Azərbaycanın fəaliyyətinə haqq qazandırılması və düşmənə qarşı is-
tiqamətlənmiş gələcək fəaliyyətin təşviq edilməsi
– qarşi tərəfin müqavimət gücünün sındırılması; 
–  öz  auditoriyasının  və  neytral  qüvvələrin  gözündə  düşmənin  qeyri-
humanistləşdirilməsi; 
–  erməni  cəmiyyətinin  müxtəlif  dəstələrinə  destruktiv  informasiya-
psixoloji təsir göstərilməsi; 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə