Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə37/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   33   34   35   36   37   38   39   40   ...   100

 
103
 
–  erməni  subyektlərinin  (Ermənistan  Respublikasının  və  qondarma 
Dağlıq Qarabağ Respublikasının) hərtərəfli şəkildə gözdən salınması; 
– öz ölkəsinin və xalqının daha yaxşı imicinin yaradılması, mübahi-
səli məsələlər üzrə Azərbaycanın baxışlarının yayılması və s. (36). 
Sözsüz  ki,  erməni  informasiya  ideoloqları  bununla  kifayətlənmirlər 
və  müxtəlif  materialları  nəzərdən  keçirməklə  Azərbaycanın informasiya 
siyasətinin  məqsədləri  haqqında  rəngarəng  erməni  baxışları  ilə  rastlaş-
maq mümkündür. Yuxarıda sadalanan tezislərin özündə də maraqlı mə-
qamlarla rastlaşmaq olar. Xüsusilə, sonuncu tezis bu baxımdan xarakte-
rikdir. Belə çıxır ki, Azərbaycan informasiya siyasətinin Azərbaycan xal-
qının  imicinin  formalaşdırmasını  və  Azərbaycan  dövlətinin  və  xalqının 
baxışlarının ifadə etməsini erməni informasiya ideoloqları təəccüblə qar-
şılayırlar. Bu da şərhə ehtiyacı olmayan bir erməni paradoksudur. Ermə-
ni informasiya ideoloqlarının fikrincə, problemli məsələlərə Azərbayca-
nın  baxışları  əsasında  Azərbaycanın  yaxşı  imicinin  formalaşdırılması 
cəhdləri  ilə  erməni  subyektlərinin  gözdən  salınması  cəhdləri  bir-biri  ilə 
sıx  qarşılıqlı  əlaqəyə  girərək  azərbaycanlıların  özünüdərk  elementinə 
çevrilmişdir (37). 
Erməni  informasiya-təhlil  mərkəzlərinin  materiallarında  Azərbayca-
nın  antierməni  informasiya  siyasətinin  xüsusiyyətləri  haqqında  da  ma-
raqlı  fikirlər  vardır.  Bəzi  erməni  informasiya  ideoloqlarına  görə,  Azər-
baycanın  informasiya  siyasətindəki  çatışmazlıqlar  üzündən  Azərbayca-
nın  bəzi  informasiyaları  bu  ölkənin  elə  özünə  qarşı  çevrilir.  Bu  məsələ 
aşağıdakı kimi izah olunur. Bildirilir ki, informasiya-təbliğat siyasətinin 
və  fəaliyyətinin  məqsədi  müəyyən  auditoriyaya  məqsədyönlü  şəkildə 
psixoloji təsir göstərilməsidir. İddia olunur ki, Azərbaycanın apardığı in-
formasiya-təbliğat siyasəti bu fəaliyyət sahəsinin klassik qanunlarına uy-
ğun deyildir. Yəni: 1) yayılan informasiya və təbliğatın məzmunu infor-
masiya-təbliğat aparan tərəf (yəni Azərbaycan) haqqında, onun həssas tə-
rəfləri haqqında müəyyən məlumatları faş etmiş olur. Başqa sözlə, guya, 
Azərbaycan  tərəfi  qeyri-peşəkarcasına  yaydığı  informasiya  ilə  ilk  növ-
bədə özünü ifşa edir; 2) Azərbaycanın apardığı informasiya-təbliğat fəa-
liyyəti qarşı tərəfə deyil, Azərbaycanın öz auditoriyasına mənfi təsir gös-
tərir, düşmən üçün nəzərdə tutulan psixoloji təsirlər Azərbaycan cəmiy-
yətində əks-təsir yaradır (38). 
Bu mülahizələri irəli sürən erməni müəllifləri heç də geniş və tərəfsiz 
araşdırma  aparandan  sonra  bu  nəticəyə  gəlmirlər.  Yalnız  ayrı-ayrı  ötəri 
məlumatları,  kontekstdən  çıxarılmış  faktları,  Azərbaycanın  informasiya 


 
104
 
məkanında əhəmiyyət kəsb etməyən xəbərləri şəxsi araşdırmaya cəlb edərək 
əvvəldən proqramlaşdırdıqları qənaətə gəlirlər. Qeyd edilir ki, Azərbay-
canın informasiya materiallarında ifrat emosional və impulsivlik mövcud-
dur,  düşmən  tərəfin  həssas  məqamları  informator-təbliğatçının  şəxsi  tə-
səvvürləri əsasında formalaşır. İnformasiya və təbliğat materiallarındakı 
yüksək  emosionallıq  isə  onu  istehsal  edənin  emosional  pozğunluğunun 
və  gərgin  vəziyyətinin  göstəricisidir.  Guya,  belə  insanlar  hazırladıqları 
informasiyalarda  yüksək  emosionallığa  yol  verməklə  özlərinin  psixi 
tarazlığını  təmin  etməyə  çalışırlar.  Sonra  da  əlavə  edirlir  ki,  emosional 
informasiya materiallarının təsir gücü də az olur və bu, Azərbaycanın in-
formasiya  siyasətinin  çatışmayan  cəhəti  kimi  xarakterizə  edilir.  İddia 
edilir  ki,  belə  hallarda  Azərbaycan  jurnalistlərinin  professionallığı  arxa 
plana keçir, haqqında informasiya verilən hadisə ilə onun ifadəsi arasın-
da  məntiqi  əlaqə  itir,  Azərbaycanın  informasiya-təbliğat  maşını  erməni 
obrazını  yaratmaq  istəyəndə  ona  azərbaycanlıların  mənfi  cəhətlərini  və 
xüsusiyyətlərini şamil edir. Sübut kimi Xocalı hadisələri zamanı erməni-
lərin  azərbaycanlılara  qarşı  vəhşilik  etməsinin  Azərbaycan  informasiya-
təbliğat maşını tərəfindən uydurulduğu nümunə gətirilir. İddia olunur ki, 
Xocalı  hadisələri  zamanı  ermənilərə  aid  edilən  qəddarlıq,  əslində,  azər-
baycanlıların  öz  keyfiyyətləridir,  lakin  bu  keyfiyyəti  onlar  informasiya 
axınları vasitəsi ilə ermənilərin üstünə atmağa çalışırlar (39). 
Erməni  mərkəzlərinin  təhlil  materiallarında  Azərbaycanın  informasi-
ya  fəaliyyəti  sosialist sisteminin  planlı  iqtisadiyyat  modeli  ilə  müqayisə 
olunur. Guya ki, bu fəaliyyət vaxtaşırı yuxarıdan göstərişlər alır və vaxta-
şırı da yuxarılar qarşısında hesabat verməli olur. Iddia edilir ki, yuxarıla-
rın sərt nəzarəti altında olması Azərbaycanın informasiya siyasətinin tə-
sir gücünü də sürətlə aşağı salır. Yuxarıların tələbi ilə ayaqlaşa bilmədiyi 
üçün Azərbaycan informasiya maşınında problemlər yaranır və tələb olu-
nan  informasiya  materialları  vaxtında  istehsal  olunmur.  Bu  fikirlərinin 
sübutu  üçün  də  yenə  Azərbaycan  informasiya  məkanına  və  xarakterinə 
aid olmayan misallar gətirilir və bununla da Azərbaycan mediasının qey-
ri-professionallığı haqqında təsəvvür yaradılmasına cəhd göstərilir (40). 
Erməni informasiya ideoloqları arasında belə bir fikir və baxış da var 
ki,  Azərbaycan  tərəfinin  informasiya  müharibəsi  yalnız  təbliğat  xatirinə 
aparılır.  İnformasiya  müharibəsi  təbliğat  məqsədlərinə  tabe  etdirildikdə 
isə informasiya təcavüzünün qurbanı daxili auditoriya olur. Erməni ideo-
loqları Azərbaycanın informasiya siyasəti haqqında da belə bir nəticəyə 
gəlirlər ki, bu ölkənin antierməni informasiya müharibəsinin qurbanı er-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə