Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə38/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   34   35   36   37   38   39   40   41   ...   100

 
105
 
məni cəmiyyəti yox,  Azərbaycan cəmiyyətidir (41). Lakin bununla belə, 
erməni informasiya ideoloqları və informasiya-təhlil mərkəzləri Azərbay-
canın informasiya siyasətinin uğurlarının qarşısını almaq üçün təxribatlar 
aparmaqdan, proqnozlar verməkdən də yorulmurlar. 
Erməni  mediasında  və  təhlil  materiallarında  bildirilir  ki,  Azərbay-
canın  informasiya  siyasətinin  əsas  hədəfi  olan  antiermənilik  psixologi-
yası hələ 1918-ci ildə Azərbaycan dövlətçiliyinin yarandığı ilk günlərdən 
Türkiyənin  radikal-millətçi  siyasətinin  təsiri  altında  formalaşmışdı.  Er-
mənilik arasında antitürk ideologiyasının nə vaxt yaranmasına toxunma-
yan  erməni  təhlilçiləri  iddia  edirlər  ki,  hətta  sovet  hakimiyyəti  illərində 
də azərbaycanlılar arasında antierməni psixologiyası aktual olaraq qalırdı 
və 1930-cu illərdə antierməni psixologiyasından ―Azərbaycan xalqı‖ an-
layışının yaradılması üçün istifadə olunurdu. Yenə də heç bir fakta əsas-
lanmadan əlavə olunur ki, XX  əsrin 60-cı illərində antierməni əhval-ru-
hiyyəsi Azərbaycan cəmiyyətində daha intensiv mərhələyə qədəm qoydu 
və həmin vaxtdan da indiyə kimi öz əhatə dairəsini genişləndirməkdədir. 
Sovet dövründə antierməniliyin Azərbaycanda yer tapması iddiası yalnız 
onunla  əsaslandırılır  ki,  Azərbaycan tarixçiləri  Qarabağdakı  ermənilərin 
albanlardan çevrilmə olmaları, azərbaycanlıların isə Qafqaz albanlarının 
varisləri olması tezislərini əsaslandırmağa çalışmışlar. Bu məktəbin özü-
lünün isə Ziya Bünyadov məktəbi tərəfindən qoyulduğu və həmin məktə-
bin indi də davam etdirildiyi qeyd olunur. SSRİ-nin dağılması ərəfəsində 
bölgədə cərəyan edən hadisələri də ermənilər öz bildikləri kimi şərh edir-
lər. Onların fikrincə, Dağlıq Qarabağ ətrafında baş verən hadisələr Azər-
baycan  tərəfindən  düzgün  qiymətləndirilmədi  və  bundan  sonra  antier-
məni informasiya təbliğatına təkan verildi. Erməni informasiya ideoloq-
larına  görə,  Sumqayıt  və  Bakı  hadisələrinin  baş  verməsi  də  ermənilərə 
qarşı  aparılan  dezinformasiyaların  nəticəsidir.  Guya,  Azərbaycan  tərəfi 
Ermənistan və Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı erməni 
qəddarlığının artması haqqında dezinformasiyaları genişləndirdi və nəti-
cədə Azərbaycanda ermənilərə qarşı dözümsüzlik halları artdı (42). 
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  və  sonra  da 
cənab  İlham  Əliyevin  prezidentlik  dövründə  səmərəliliyi  ilə  seçilən 
Azərbaycan informasiya-təbliğat siyasəti erməni informasiya ideoloqları 
tərəfindən xüsusilə araşdırılır. XX əsrin 90-cı illərinin sonlarından etiba-
rən  Azərbaycanın  sürətli  inkişaf  yoluna  qədəm  qoyması,  Azərbaycanın 
dünyaya  açılması  və  Azərbaycan  həqiqətlərinin  yayılması,  1998-ci  ildə 
―Azərbaycanlıların  soyqırımı  haqqında‖  Prezident  fərmanının  imzalan-


 
106
 
ması  Azərbaycanın  antierməni  informasiya-təbliğat  fəaliyyətinin  xeyli 
fəallaşması kimi xarakterizə olunur. XXI əsrin əvvəllərində isə neft gəlir-
lərindən  Azərbaycanın  informasiya  siyasətinin  həyata  keçməsinə  xeyli 
vəsait  ayrılması,  Azərbaycanda  informasiya  texnologiyalarının  inkişaf 
etdirilməsi,  Azərbaycan  informasiyasının  təsir  auditoriyasının  genişlən-
məsi ermənilər tərəfindən böyük təəssüflə qarşılanır. Cənab İlham Əliye-
vin  prezidentliyi dövrü isə erməni mütəxəssisləri tərəfindən Azərbayca-
nın  informasiya  fəallığının  yeni  bir  mərhələsi  kimi    xarakterizə  olunur. 
Belə mülahizələr irəli sürülür ki, cənab İlham Əliyevin Azərbaycana rəh-
bərliyi dövründə Ermənistan Respublikası, Dağlıq Qarabağ Respublikası 
(?)  və  ermənilik  Azərbaycanın  informasiya  fəaliyyətinin  müstəqim  ob-
yektinə çevrildi, Ermənistanla müharibəyə hazırlıq, Türkiyə ilə hərbi-si-
yasi  əməkdaşlığın  dərinləşdirilməsi,  hərbi  büdcənin  artırılması  əvvəlcə 
Azərbaycan daxilində, sonra da xaricdə antierməni təbliğatının genişlən-
dirilməsi ilə müşayiət olundu. Erməni mütəxəssislərinin qənaətinə görə, 
2003-cü  ildən  başlayaraq  antierməni  siyasətinin  bütün  sahələrində  hü-
cum  funksiyasını  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
öz  üzərinə  götürdü  və  onun  iştirakı  ilə  antierməni  informasiya-təbliğat 
sistemi yaradıldı. Həmin sistemin yaradılmasında məqsəd o idi ki, Ermə-
nistan  Respublikası  və  erməni  diasporu  gözdən  salınsın,  Ermənistanla 
diaspora arasında nifaq yaradılsın, Ermənistan soyqırımı törədən bir döv-
lət kimi tanınsın (43). 
Bəzi  erməni  müəllifləri  Azərbaycan  tərəfindən  Ermənistanın  işğalçı-
lıq siyasətinin ifşası üçün həyata keçirilən informasiya siyasətində hətta 
islam  aspektlərini  də  axtarmağa  çalışırlar.  Bu  da  Azərbaycanın  beynəl-
xalq aləmdə, o cümlədən də islam ölkələri arasında nüfuzunun artmasın-
dan və islam ölkələrində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənmə-
sindən irəli gəlir. Azərbaycan İslam Konfransı Təşkilatının üzvü kimi is-
lam ölkələri ilə geniş əməkdaşlıq yolunu tutub və İslam Konfransı Təşki-
latının  iclaslarında  vaxtaşırı  Ermənistanın  Azərbaycana  qarşı  işğalçılıq 
siyasəti  müzakirələrə  çıxarılır.  Azərbaycanın  ərazilərinin  işğala  məruz 
qalması  məsələsinə  erməni  informasiya  ideoloqları  özünəməxsus  qeyri-
ciddiliklə yanaşır və bu məlumatı Azərbaycan tərəfinin dezinformasiyası 
kimi  qələmə  verməyə  çalışırlar.  İslam  Konfransı  Təşkilatının  müxtəlif 
səviyyəli  tədbirlərində  Azərbaycanın  ərazi  bütövlüyünü  dəstəkləyən  qə-
rarların qəbul edilməsi, 2009-cu ildə Bakının islam mədəniyyətinin mər-
kəzi  elan  edilməsi,  2018-ci  ildə  isə  Naxçıvanın islam  mədəniyyəti  mər-
kəzi elan ediləcəyi erməniləri ciddi təşvişə salmışdır. Erməni ideoloqları-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə