Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə46/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   42   43   44   45   46   47   48   49   ...   100

 
126
 
Y.Pompeyev öz kitabında ―Komsomolskaya Pravda‖ qəzetinə müsa-
hibə vermiş başqa bir erməninin dediklərini də nümunə gətirir. Rele za-
vodunda tokar işləyən Ovanes adlı erməni bildirirdi ki, nə üçün erməni-
lərə görə əzab çəkməlidir? Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqi-
şəsini  qızışdıranlar  vilayətdə  onun  kimi  sadə  ermənilər  üçün  heç nə et-
məmişdilər  və  heç  Qarabağ  ermənilərinin  problemlərindən  də  xəbərləri 
yox idi (33). 
Hadisələrin faciəli tarixindən məlumdur ki, erməni millətçiləri öz se-
paratçı-təcavüzkar  fəaliyyətindən  əl  çəkmədilər.  İrəvanda  təşkil  olunan 
dəstə-dəstə silahlı saqqallılar, sonra isə formalaşdırılan Ermənistan silah-
lı  qüvvələrinin  hissələri  Dağlıq  Qarabağ  ərazisinə  göndərildilər.  Dağlıq 
Qarabağ məsələsini Dağlıq Qarabağda yaşayan ermənilər deyil, Ermənis-
tan dövləti günü-gündən mürəkkəbləşdirdi və sonra da yaranmış konkret 
tarixi şəraitdə Azərbaycan ərazilərinin 20 faizini işğal etdilər. Münaqişə-
nin  atəşkəs dövründə ən  nüfuzlu  beynəlxalq  təşkilatlar  tərəfindən  Azər-
baycan ərazilərinin işğalını təsdiqləyən sənədlərin qəbulu da onu göstərir 
ki,  Dağlıq  Qarabağ  münaqişəsi  erməni  informasiyasının təqdim  etməyə 
çalışdığı kimi heç də Dağlıq Qarabağın erməni əhalisinin öz iradəsini ifa-
də  etməsi  deyildi.  Dağlıq Qarabağ  münaqişəsi  dünya  erməniliyinin  mü-
daxiləsi, maraqlı dövlətlərin dəstəyi ilə Ermənistan Respublikası tərəfin-
dən Azərbaycan ərazilərinin işğalı üçün ortaya atılmış hərbi-siyasi təxri-
bat idi. Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin həlli danışıqlarının 
Azərbaycanla Ermənistan arasında aparılması da Dağlıq Qarabağ müna-
qişəsinin subyektlərinin məhz bu iki dövlət olduğunu nümayiş etdirir. 
b)  Dağlıq  Qarabağ  münaqiĢəsinin  Azərbaycan  “millətçiliyinin” 
nəticəsi kimi təqdim olunması. Dağlıq Qarabağda millətçi-separatçı hə-
rəkatın  başlaması  üçün  erməni  ideoloqlarının  əl  atdıqları  bəhanələrdən 
biri  də  bölgə  erməniliyinin    Azərbaycanın  milli  istismarına  dözməməsi 
və bunun üçün də milli diskriminasiyaya qarşı azadlıq mübarizəsinə baş-
laması  iddiasıdır.  Bu  çeynənmiş  tezis istər  münaqişənin ilkin  dövründə, 
istərsə də elə indinin özündə yeri gəldi-gəlmədi təkrar olunmaqdadır. Bu-
nunla  da  Dağlıq  Qarabağda  cərəyan  edən  separatçılığa  və  onun  davamı 
olan  erməni  işğalının  mahiyyətinin  saxtalaşdırılmasına  cəhd  göstərilir. 
Qeyd  etmək  lazımdır  ki,  erməni  millətçilərinin  və  İrəvan  emissarlarının 
təhriki  və  təzyiqi  ilə  DQMV  Xalq  Deputatları  Sovetinin  münaqişə  ilə 
bağlı qəbul etdiyi ilk sənədlərdə Dağlıq Qarabağ ermənilərinin azərbay-
canlılar tərəfindən milli istismara və təzyiqlərə məruz qalması haqqında 
heç bir iddia yoxdur. Bu sənədlərdə ermənilər daha çox xalqların öz mü-


 
127
 
qəddəratını  təyinetmə  hüququndan,  tarixi  səhvin  aradan  qaldırılmasın-
dan, Dağlıq Qarabağ ermənilərinin öz iradələrini ifadə etmələrindən da-
nışılır. Lakin erməni millətçiləri Azərbaycan xalqının müqaviməti ilə rastlaş-
dığından və SSRİ rəhbərliyinin qəbul etdiyi ilk sənədlərdə Dağlıq Qara-
bağın Azərbaycandan qoparılması müstəqim şəkildə müdafiə edilmədik-
dən sonra qəbul olunan erməni sənədlərində ermənilərin milli təzyiqlərə 
məruz qalması, milli ayrı-seçkilik və s. məqamlar yer almağa başladı. Mə-
sələn, DQMV Xalq Deputatları Sovetinin 12 iyul 1988-ci il tarixli qəra-
rında ―milli ədalətsizlik‖ ifadəsi vardır. Həmin qərarda daha sonra bildirilir 
ki, Azərbaycan rəhbərliyi erməni təhsil müəssisələrini, mədəniyyət ocaq-
larını bağlayır, tarixi abidələri dağıdır, erməni xalqının tarixini saxtalaş-
dırır. DQR(?)-in elan edilməsi haqqında bəyannamədə bildirilir ki, Azər-
baycanda aparteid və diskriminasiya siyasətinin yeridilməsi Respublika-
da  erməni  xalqına  qarşı  nifrət  və  dözümsüzlük  atmosferi  yaratmışdır 
(34).  1988-ci  il  mayın  24-də  ―Novoye  russkoye  slovo‖  qəzetində  çap 
olunan məktubunda erməni millətçiliyinin klassik təmsilçisi Silva Kapu-
tikyan  Qarabağ  ermənilərinin  milli  və  mənəvi  zülmə  məruz  qalmasını 
xüsusilə qabardırdı (35). 
Hadisələrin  başlanmasına Ermənistanın  indiki rəhbəri    S.Sarkisyanın 
münasibətində  də  Dağlıq  Qarabağ  ermənilərinin  milli  təzyiqlərə  məruz 
qalması ilə bağlı fikirlər mövcuddur. O bildirirdi ki, böyük bir xalq məhv 
olmaq qarşısında qaldı. Ona görə ki, onlar erməni idilər və azad yaşamaq 
istəyirdilər  (36).  Erməni  millətçilərinin  mahiyyətini  əksetdirən  yazılar-
dan  birində  deyilir  ki,  1987-ci  ildə  Azərbaycanda  antierməni  əhval-ru-
hiyyəsi gücləndi və bu da Dağlıq Qarabağın erməni əhalisinin narahatçı-
lığına səbəb oldu. Azərbaycan SSR-də ermənilərə qarşı kütləvi zorakılıq-
ların başlaması Dağlıq Qarabağın Azərbaycan tərkibindən çıxmasını zə-
ruri etdi. Başqa bir yazıda isə deyilir ki, Qarabağ ermənilərinin öz iradə-
sini  demokratik  şəkildə  ifadə  etməsindən  və  mübahisələrin  həllini  sivil 
yola çəkməyə cəhd göstərməsindən sonra erməni əhalisinin hüquqlarının 
kütləvi şəkildə tapdanması, zorakılıqların artması başladı (37). 
Bu  tipli  istinadların  sayını  çoxaltmaq  da  olar.  Erməni  siyasətçiləri, 
rəsmiləri  və  ideoloqları  Azərbaycanda  ermənilərin  işğalçılıq  siyasətinə 
qarşı  tutulan  mövqeni  ―antierməni  ideologiyası‖,  ―Bakı  rejiminin  faşist 
ideologiyası‖, ―Azərbaycanın nasist təbliğatı‖ və s. kimi məntiqsiz və is-
terik  ifadələrlə  qiymətləndirirlər.  Erməni  ideoloqları  Dağlıq  Qarabağda 
törədilən cinayətlərin və işğalın üstünün pərdələnməsi üçün Azərbaycana 
qarşı  mütəmadi  olaraq  heç  bir  məntiqə  sığmayan  iddialar  irəli  sürürlər. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə