108
Azərbaycanın informasiya təsirinin qarşısının aılınmasına yönəldilmiş
bir cəhddir.
Erməni təhlil mərkəzləri və informasiya ideoloqları Azərbaycanın in-
formasiya məkanında istehsal olunan informasiyaların mənbələrinə xüsu-
si bir təlaşla yanaşırlar. Bu informasiyaların hansı mənbəyə dayaqlanma-
sı erməni ideoloqları tərəfindən birmənalı qarşılanmır. Cəmiyyətdə və
beynəlxalq aləmdə kifayət qədər nüfuz və etimad qazanmış müəlliflərin
verdiyi informasiyalar erməni informasiya maşını tərəfindən dərhal şüb-
hə altına alınır və bununla da erməniliyin mahiyyətinin açılmasına xid-
mət edən yazıların etibarlılığı şübhə altına alınır (46).
Erməni informasiya ideoloqları iddia edirlər ki, Azərbaycan mediası
informasiya mənbələrinin seçilməsinə əvvəldən xüsusi hazırlıq görür və
bununla bağlı bəzən informasiya mənbəyi ―tanınmış‖ politoloq və ya ya-
zar kimi təqdim olunur. Erix Fayql, Yuri Pompeyev kimi müəlliflər də
Azərbaycanın yaratmaq istədiyi etibarlı mənbə illüziyası kimi qiymətlən-
dirilir və bununla onların ermənilərin mahiyyəti haqqında yazdıqları və
Azərbaycandan kənarda çap olunan araşdırmaları da şübhə altına alınır.
Məlumdur ki, tarixən də, elə indi də ermənilərin daxilində erməni millət-
çiliyinin mahiyyətini və perspektivsizliyini anlayanlar vardır və onlar öz
mövqelərini qələmə aldıqları yazılarında da işıqlandırmışlar. Azərbay-
canın informasiya məkanında belə müəlliflərə istinadlar da mövcuddur.
İnternet resurslarında bu barədə kifayət qədər materiallar var və bunu
bəzi erməni təhlilçiləri etiraf edirlər (47). Bəzi informasiya
müəllifləri isə
Azərbaycanın informasiya mənbələrinin erməni mənbələrinə müraciət et-
məsini öz fikirlərini legitimləşdirmək cəhdi kimi qiymətləndirirlər (48).
Erməni informasiya ideoloqları Azərbaycanın güclənməkdə olan in-
formasiya siyasətinin uğurlarını da kənar təsirlərdə axtarmağa çalışırlar.
Erməni mütəxəssislərinin düşüncəsinə görə, Azərbaycan informasiya si-
yasəti aşağıdakı dörd kənar təsir üzərində formalaşır:
1.
Erməni-türk informasiya münasibətlərində erməni tərəfinin infor-
masiya uğurlarının Azərbaycan tərəfindən eynilə təkrarlanması. Erməni
müəlliflərinin iddiasına görə, Azərbaycan mediasında işlədilən ―Qərbi
Azərbaycan‖ ifadəsi ermənilərin işlətdikləri ―Qərbi Ermənistan‖ ifadə-
sinin təkrarlanmasıdır və bu baxımdan Azərbaycan informasiya qüvvələ-
ri Ermənistanın informasiya uğurlarını təkrar edirlər.
2.
Türkiyə və Azərbaycan üçün həssas olan məsələlərin eyni ilə tək-
rarı. Burada Azərbaycanın informasiya siyasətinin Türkiyə informasiya
siyasətinin təsiri altında olması nəzərdə tutulur. Guya, Azərbaycanın in-
109
formasiya məkanı Türkiyənin informasiya axınlarının təsiri altında olma-
saydı, Azərbaycan tərəfi qondarma erməni soyqırımı məsələsində, ermə-
ni kilsəsinin radikallığı məsələsində eynilə Türkiyə ilə bir mövqedə da-
yanmazdı.
3.
Antierməni informasiya təbliğat fəaliyyətində antisemit üsullarının
tətbiqi. Qeyd olunur ki, bir çox xalqlar yəhudi xalqını antisemitizmdə, öz
niyyətinə nail olmaq üçün xolokostu planlaşdırmaqda günahlandırırlar.
Guya, Azərbaycan-türk təbliğatçıları da ermənilərin üzərinə böhtan atır-
lar və onlar erməniləri yalançı soyqırımında ittihamlandırırlar.
4.
―Antirasist rasizm‖ prinsipindən istifadə edilməsi. Erməni ideoloq-
ları iddia edirlər ki, guya, azərbaycanlılar və türklər özlərinin antierməni
xislətini gizlətmək üçün erməniləri antitürkçülükdə günahlandırırlar və
bu məsələ informasiya siyasətində də öz əksini tapır (49).
Erməni informasiya ideoloqları çoxsaylı analitik yazılarda Azərbay-
can informasiya və təbliğatının mövzularının müxtəlif baxımlardan təsni-
fatını aparmışlar. Sözsüz ki, yalnız bu mövzuların təsnifatı aparılmamış,
eyni zamanda, imkan daxilində həmin mövzuların antierməni xarakteri
üzə çıxarılmaqla onların dezinformasiyalardan ibarət olmasının sübutuna
cəhd göstərilmişdir. Qeyd etmək lazımdır ki, bu mövzuların təsnifatında
erməni müəllifləri arasında fikir yekdilliyi yoxdur. Bununla belə, erməni
müəlliflərinin bütün yanaşmalarını ümumiləşdirərək Azərbaycan infor-
masiya məkanında onların narahatlığına səbəb olan mövzuları aşağıdakı
kimi qruplaşdırmaq olar (50):
1. Azərbaycan xalqının tarixi ilə bağlı olan mövzular. Erməni infor-
masiya ideoloqları Azərbaycan xalqının tarixi ilə bağlı verilən
informasi-
yaları, aparılan tədqiqatları, sadəcə, təbliğat materialları kimi qiymətlən-
dirirlər. Onların iddiasına görə, Azərbaycanın informasiya-təbliğat mate-
riallarında Azərbaycan xalqının tarixi ilə bağlı özünə yer tapan aşağıdakı
tezislər doğru deyil:
Azərbaycan Respublikası Qafqaz Albaniyasının varisidir;
Azərbaycanlılar bölgənin
yerli əhalisidir;
bugünkü Ermənistan Respublikası İrəvan xanlığının ərazisində ya-
radılıb və bu ərazilər Azərbaycanın
qərb əraziləridir;
Qərbi Azərbaycanın erməniləşdirilməsi Rusiya–İran müharibəsinin
nəticələri əsasında
baş vermişdir;
indiki İrəvanın Ermənistanın paytaxtı olmasına Azərbaycan parla-
menti tərəfindən icazə verilmişdir. (Ermənilər İrəvanın qədim türk şəhəri
olmasını və Ermənistan dövlətinin paytaxtı kimi onun Azərbaycan Xalq